Məhkəmə qərarları › İş №2(102)-406/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-406/2025

27.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehdən avtomobilin tələb edilməsi” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2(106)-1281/2024 say lı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7045 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı qız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan “X7 CDİ” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan “X7 CDİ” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin fevral ayında mərhum əri X5 tərəfindən Beyləqan rayon sakini Cavabdeh gündəlik icarəyə verilmişdir. Həmin avtomobilin icarə haqqı gündəlik cavabdeh tərəfindən X4 ödənilmişdir. Daha sonra X5 vəfat etmiş, cavabdeh tərəfindən icarə haqqının ödənilməsi həmin vaxtdan etibarən dayandırılmışdır. Dəfələrlə avtomobili cavabdehdən tələb etməyinə baxmayaraq o, avtomobili təhvil verməkdən yayınmışdır. Bu barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdi r. 2022-ci ilin avqust ayında cavabdeh ona qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsində guya avtomobilin alqı-satqı əsasında həyat yoldaşı Rəşid İmanovdan 54.000 manat ödəməklə əldə etdiyini göstərmiş, avtomobilin onun mülkiyyətinə keçirilməsi üçün müqavilə öhdəliklərinə əməl etməyi ilə bağlı məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə baxılaraq xx.xx.2022-ci il tarixli 2(009)-1386/2022 saylı qətnamə ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Cavabdeh tərəfindən göstərilən halların həqiqətə uyğun olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnam ədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli 2(103)7045 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7045 saylı qətnaməsindən kassasiya sikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan “X7 CDİ” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsindədir. Dəfələrlə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq avtomobili tələb etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır.

5. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il t arixli, e-2(020)-225/2024 nömrəli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək, Cavabdeh “X7 CDİ” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ''X7 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin fevral ayında mərhum əri X5 tərəfindən Cavabdeh gündəlik icarəyə verilmişdir. Cavabdeh də icarə haqqını gündəlik olaraq X4 ödəmişdir. Rəşid İmanov öldükdən sonra isə cavabdeh icarə haqqını iddiaçıya ödəməmişdir. Bundan sonra iddiaçı avtomobili Cavabdeh tələb etmiş, cavabdeh isə avtomobili iddiaçıya təhvil verməmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsində İddiaçı qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tə ləbinə dair” iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmiş, bundan sonra Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)7045 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dəfələrlə iddiaçı cavabdehdən avtomobili tələb etsə də, heç bir nəticəsi olmamışdır.

7. Məhkəmə iddiaçının vəkalətli nüməyəndəsinin izahatını, iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh “X7 CDİ” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı təhvil verilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02 fevral 2018-ci il tarixdə İddiaçı mülkiyyətində olan, iddiaçının əri - mərhum X3 baş etibarnamə ilə idarə etdiyi 2007-ci il buraxılışlı “X7 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili 31800 ABŞ dolları ekvivalentində 54000 manata 4 il müddətinə hər ay ayın14-ü günü 600 ABŞ dolları ekviva lentində 1020 manat pulu X4 ödəməyi razılaşıb həmin avtomobili etibarnamə ilə almışdır. Bu barədə həmin tarixdə satıcı mərhum X5 ilə razılaşma müqaviləsi də tərtib edərək, hər iki tərəf imzalamışdır. Bundan sonra mərhum X3 təklifi ilə mənə məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili 11.500 manata razılaşaraq kreditlə aldığı ”X7CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtommobilin ilkin ödənişi kimi baş etibarnamə ilə X4 vermişdir. Daha sonra X5 ilə 13 iyun 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda həmin ’’X7 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili sonradan asan sənədləşdirmək məqsədiilə 31.800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit borc müqaviləs i imzalamışlar. Həmin kredit müqaviləsinə əsasən hər ay 600 ABŞ dolları məbləğində pulu X4 ödəcəyini öz öhdəsinə götürmüş və həmin öhdəliyə tam əməl etmişdir. O, İddiaçı əri, mərhum X2 kreditlə aldığı “X7 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri kimi 12 ay 1020 manatdan 12.240 manat 36 ay 850 manatdan 30.600 manat nağd şəkildə X4 pul ödəmiş, 11.500 manat pulun əvəzinə isə özünə məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E 220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili iddiaçının əri X4 ilkin ödəniş əvəzinə vermişdir. Beləliklə də, onun və iddiaçının əri X5 ilə aralarında bağlanmış razılaşma müqaviləsinə əsasən və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə tam əməl edilməsi nəticəsində o, faktiki olaraq 54340 manat məbləğində pul ödəm işdir. Müqavilə şərtlərinə uyğun olaraq o, 1 il 6 ay ərzində aylıq ödəniş pulunu şəxsən mərhum X3 özünə vermişdir. Sonradan aylıq ödəniş pulunu X3 özünün tapşırığına əsasən onun dostu Bakı şəhərində yaşayan Çingiz adlı şəxsə hər ay vaxtında ödəmişdir. Çingiz adlı şəxs təxminən 2021-ci ilin sentyabr ayında vəfat etmişdir. Bu zaman X5 ona zəng edərək aylıq ödəniş pulunu dostu Zeynala verməyini tapşırmışdır. O, bundan sonra 5 ay aylıq ödəniş pulu olan 850 manat pulu hər ay Zeynal adlı şəxsə ödəmişdir.O, axırıncı dəfə 2022-ci ilin fevral ayında olan axırıncı ödənişi olan 850 manat pulu İddiaçı özünə dayısı X1 və iddiaçının kürəkəni özünü polis əməkdaşı kimi təqdim edən Ceyhun adlı şəxsin iştirakları ilə vermiş və iddiaçıya bildirmişdir ki, avtomobilin dəyərini müqavilədə göstərilən qaydada və müddətdə tam olaraq ödəmişdir. İddiaçı əri X5 ilə aralarında bağlanmış 2018-ci il tarixli razılaşma müqaviləsinin “satıcının hüquq və vəzifələri”nin 1-ci bəndinə əsasən satıcı ’’X7 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili və müqavilə şərtləri ilə müqavilə müddəti bitdikdən sonra alıcıya satmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı hüquqi varisi olduğu əri X3 vəfat etdiyini 5 ay ərzində ondan gizlətmiş, ərinin ölümündən sui-istifadə edərək əsassız varlanmaq məqsədi ilə ilkin ödəniş kimi ona məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E 220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobilini 11500 manat pul əvəzinə razılaşıb X4 xx.xx.2018-ci il tarixdə rəsmi olaraq baş etibarnamə ilə verdiyini nəzərə almaqdan imtina edir, əsassız varlanmaq məqsədi ilə qanunsuz və əsassız olaraq əlavə 9500 ABŞ dolları məbləğində pul tələb edir. O, müqavilənin şərtlərinə əsasən ’’X7 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyərini vaxtında və tam ödəsə də, İddiaçı həmin avtomobilin onun adına rəsmiləşdirilməsini təmin etməməklə müqavilə öhdəliklərini pozmuş və lazımi qaydada icra etməmişdir. Halbuki o, İddiaçı əri, mərhum X5 ilə 02 fevral 2018-ci il tarixdə bağlanmış müqavilənin və 13 iyun 2018-ci il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunda ’’X7 CDİ” markalı AZ ** ZV *** nömrə nişanlı avtomobili sənədləşdirmək məqsədiilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin şərtlərinə vaxtında və tam əməl edərək müqavilə şərtlərində göstərilmiş 54060 manat əvəzinə X4 faktiki olaraq 54340 manat məb ləğində, yəni müqavilədə nəzərdə tutulan məbləğdən 280 manat artıq pul ödəmiş və aylıq ödənişlə əlaqədar onların aramsında bir dəfə də olsun narazılıq və gecikmə halı olmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) 02 oktyabr 2024-cü il tarixli, 2(106)-1281/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “X7 CDİ” markalı ** ZV *** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında X4 deyil, İddiaçı məxsus olmuşdur. Buna görə də, X3 ona məxsus olmayan əmlakın alqı -satqısı barəsində bir başqa şəxslə hər hansı bir razılıq əldə edə bilməsi mümkün deyildir.

13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarında X3 belə bir hüquqa malik olmasını təsdiq edə biləcək hər hansı bir sübuta rast gəlinmir.

14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki dəlillərinə münasibət bildirirək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(103)-7045 saylı qətnaməsində göstərilmişdir ki, “iddiaçı ərizəsində qarşı tərəf ilə razılaşdırılmış məbləği tam ödədiyini göstərsə də, bu məqamı təsdiq edə biləcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir”. Yəni bu hal mövcud qətnamə ilə öz əksini tapmışdır və qətnamə qanuni qüvvəsini almışdır.

15. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan daşınar əmlakı cavabdeh alqı-satqı müqaviləsi ilə özününküləşdirdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə də, belə bir müqavilənin mövcudluğu, həqiqiliyi öz təsdiqini tapmamışdır. Həmin qətnamə preyudusial əhəmiyyətə malikdir və orada müəyyən edilən hallar artıq mübahisələndirilmir və yenidən araşdırılmır. Mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir və cavabdeh həmin avtomobili qanunsuz şəkildə ələ keçirməklə iddiaçını öz əmlakına sahib olmaqdan məhrum etmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 182.2, 650-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-c i il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkəməyə təqdim olunan sübutlara düzgün qiymət verməmiş, işin həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsində göstərilmiş əsaslara uyğun olaraq qətnamənin ləğvinə əsas yaratmışdır. Məhkəmə tərəfindən mübahisə hərtərəfli araşdırılmamış və düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 157.1.Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

21. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 650.Rəsmi reyestrlərdə qeydə alınması tələb olunan daşınar ə şyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

23. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

38. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli 2(106)-1281/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar