Məhkəmə qərarları › İş №2(102)-4061/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4061/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4061/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, borcun ipotekaya yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1502/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il ta rixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanılmış 22.07.2010-cu il tarixli 06L000002757 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında imzalanmış 14.05.2014-cü il tarixli 2757 saylı forma 2 arayışından görünür ki, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq 100.000 (yüz min) ABŞ dolları müəyyən ed ilmişdir. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanılmış 16.05.2014-cü il tarixli 06R000016991 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanılmış 14.05.2014-cü il tarixli 06M000001218 saylı ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşması əsasında 26352,5 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 118 №-li reyestr kitabının 80 №-li vərəqində qeydiyyata alınmış RX 0399979JN9 №-li çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredi t xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəliklərini icra etməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000016991 saylı kredit razılaşması üzrə 19202.69 ABŞ Dolları məbləğində kredit borcu, 3692.09 ABŞ Dolları məbləğində faiz borcu və 7861.25 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 30816 (otuz min səkkiz yüz on altı) ABŞ dolları 44 (qırx dörd) sent məbləğində borcun; 006KK**********01 sa ylı kredit razılaşması üzrə 994.82 manat məbləğində kredit borcu, 15.22 manat məbləğində faiz borcu və 306.49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1316 (min üç yüz on altı) manat 53 (əlli üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və 06R000016991 saylı kredit razılaşması üzrə cəmi 30816 (otuz min səkkiz yüz on altı) AB Ş dolları 44 (qırx dörd) sent məbləğində borcun və 006KK**********01 saylı kredit razılaşması üzrə cəmi 1316 (min üç yüz on altı) manat 53 (əlli üç) qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulması; Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə tutma yönəldil dikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə: 06R000016991 saylı kredit razılaşması üzrə 19102.22 ABŞ dolları məbləğində kredit borcu, 15065.84 ABŞ dolları məbləğində faiz borcu və 24883.88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 59051.94 ABŞ dolları məbləğində borcun; məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üç ün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 06R000016991 saylı kredit razılaşması üzrə cəmi 59051.94 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh 1 və Cavabdeh2 müştərək qaydada tutulması; Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin (hakim İ.Abdurəhmanlı) 11 iyun 2019-cu il tarixli, 2(045)1327/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000016991 nömrəli kredit razılaşması üzrə 19102.22 ABŞ dolları məbləğində kredit borcu, 150 65.84 ABŞ dolları məbləğində faiz borcu və 3.88 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 34171.94 ABŞ dolları məbləğində borc pul qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və cəmi 34171.94 ABŞ dolları məbləğində borc pulun qə tnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əladə edilmiş vəsait hesabına "xxxx" QSC-yə yönəldilməsi, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilin hərracda ilkin satış qiymətinin 26352,5 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrin ə tutulması, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə onun həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, lakin borclu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 17.05.2019-cu ilə 19102.22 ABŞ dolları əsas, 15065.84 ABŞ dolları faiz və 24883.88 ABŞ dolları məbləğində cərimə olm aqla, ümumilikdə 59051.94 ABŞ dolları borcu vardır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borc və faiz borca aid hissədə tam təmin edilməli olsa da, tələb olunan cərimə ilə bağlı iddia qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, sözügedən kredit razılaşmaları üzrə hesablanmış cərimə borcu həddindən artıq böyük olduğundan azaldılmalı və cərimə 3.88 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Tərəflər məhkəmə araşdırması zamanı ipoteka predmetinin qiymətini mübahisələndirməmişlər. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 445.2.1, 448.1, 739, 472.1, 472.2, 269.1, 317.1, 319.6, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 48.1, 39.3.3, 39.1, 59.3.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 apelyasiya şikayəti verərək Goranboy Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(045)-1327/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 10.07.2020-ci il tarixli məhkəməmühasibat ekspertizasının rəyi ilə 16.05.2014-cü il tarixli, 06L000002757 nömrəli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 21 may 2010-cu il tarixinə "xxxx" QSC-nə 18.747,73 ABŞ dolları əsas və 5.086,11 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar qiyməti 55000 manat, likvid qiyməti 51000 manat təşkil edir. Gəncə Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının (hakimlər Nuru Quliyev - sədrlik edən və məruzəçi, Elçin Xasməmmədov və Rəşad Mamedov) 2(104)-133/2021 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilərək Goranboy Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(045)-1327/2019 nömrəli qətnaməsi qismən, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli evin 9-cu mərtəbəsində, 67.1 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmi n hissədə rədd edilmiş, Goranboy Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(045)-1327/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16.05.2014-cü il tarixli, 06L000002757 nömrəli kredit müqaviləsi üzrə yaranmış 19102.22 ABŞ dolları əsas borcun və 15065.84 ABŞ dolları faiz borcunun tutulub "xxxx" QSC-yə verilməsi hissəsində və ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli binanın 36-cı mənzilin ilkin satış qiymətinin 26352,5 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16.05.2014-cü il tarixli, 06L000002757 nömrəli kredit müqaviləsi üzrə yaranmış 18.747,73 (on səkkiz min yeddi yüz qırx yeddi ABŞ dolları yetmiş üç sent) ABŞ dolları əsas və 5.086,11 (beş min səksən altı ABŞ doll arı on bir sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 23833.84 (iyirmi üç min səkkiz yüz otuz üç dollar səksən dörd sent) ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla tutulub "xxxx" QSC-yə verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında yerləşən 17V nömrəli binanın 36-cı mənzilin ilkin satış qiymətinin 51000 (əlli bir min) manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə 16.05.2014-cü il tarixli, 06L000002757 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun cavabdehlərdən tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, kredit müqaviləsi üzrə əsas borc kimi 19102.22 ABŞ dollarının və faiz borcu kimi 15065.84 ABŞ dollarının cavabdehdən tutulması hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi 19102.22 ABŞ dolları əsas borcun və 15065.84 ABŞ dolları faiz borcun cavabdehlərdən tutulması ilə bağlı iddia tələbini ətraflı araşdırmamış, əsas və faiz borcun məbləğini dəqiq müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmədən 19102.22 ABŞ dolları əsas borcun və 15065.84 ABŞ dolları faiz borcun cavabdehlərdən tutulmasını qət etmişdir. Halbuki, məhkəmə kollegiyası tərəfindən qeyd olunan əsas və faiz borcunun dəqiq müəyyən olunması üçün məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 16.05.2014-cü il tarixli, 06L00000275 7 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 "xxxx" QSC-yə 18.747,73 ABŞ dolları əsas və 5.086,11 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatdır (ekspert rəyinin əsli, № 9/1998, 10.07.2020-ci il MEM). Eyni zamanda apellyasiya şikayətində Cavabdeh1 ipoteka predmetinin dəyərini mübahisələndirdiyindən məhkəmə kollegiyası tərəfindən müstəqil qiymətləndirici dəvət olunmuş və "xxxx" MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar qiyməti 55000 manat, likvid qiyməti 51000 manat təşkil edir (rəyin əsli: 194/AB/20, 31.08.2020-ci il). Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itiril məsi və evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, «İpoteka haqqında» Qanunda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəsindən ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, həmçinin həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən şəxslərin istifadə hüquqlarının itirilməsini və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırki halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyil. Həmin məsələ qətnamə qanuni qüvvəy ə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və ipoteka predmeti satıldıqdan sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin "xxxx" QSC-yə təhvil verilməsi hissəsində də iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 442, 448.1, 448.2, 462.1, 467.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2, «İpoteka haqqında» Qanunun 34.1, 39.3, 39.3.3, 59-cu maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə "xxxx" QSC tərəfindən kassasiya şikayəti verilərək Gəncə Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(104)-1502/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində İpoteka haqqında» Qanunun 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsində və onun satılmasından sonra Cavabdeh1 mənzildən çıxarılması tələbi təmin olunduğu və apelyasiya məhkəməsi həmin hissədə qətnaməni ləğv etmədiyi halda, Elsəvər Quliyevin həmin mənzildən istifadə hüququn itirilməsi ilə bağlı iddia tələbinin təmin olunmaması ziddiyyət yaratmaqdadır. Elsəvər Quliyevin ipoteka predmeti olan evdən çıxarılması ilə onun həmin evdən istifadə hüququnun saxlanılması və bunu hansısa subyektiv hüquqla əlaqələndirilməsi (belə bir hüququn gələcəkdəki mülkiyyətçiyə məxsus olması) qəbul edilməzdir. Şərti olaraq qəbul etsək ki, bankın belə tələb irəli sürməkdə subyektiv hüququ olmamışdır, onda gərək Elsəvər Quliyevin həmin evdən çıxarılması tələbi də bu əsasla təmin olunmasın. Göründüyü kimi məhkəmə kollegiyasının bu cür yanaşması qanunvericiliyin tələbini pozur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə h eç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verili r. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edil miş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iddiaçı iddia tələbinin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi hissəsi mübahisələndirildiyindən qətnamənin qanuniliyi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış, işin faktiki halları ətraflı müəyyənləşdirilərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1502/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar