Məhkəmə qərarları › İş №2(102)-4063/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4063/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4063/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1, Cavabdeh2, Cavabde h3, “xxxx” (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh5 müştərək qaydada 107 111,69 (bir yüz yeddi min yüz on bir ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları əsas, 13 923,66 (on üç min doqquz yüz iyirmi üç ABŞ dolları, altmış altı sent) ABŞ dolları faiz, 10 000 (on min) ABŞ dolları cərimə borcunun, yəni cəmi 131 035,35 (bir yüz otuz bir min otuz beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit borcunun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 42 (qırx iki) manat xidmət haqqının əvəzinin alınaraq banka ödənilməsi, tutmanın ipote kaya qoyulmuş Cavabdeh5 qızına məxsus olan ünvan 1 ünvanında yerləşən bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiymətinin 75 000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 21-ə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65 000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh2 və Cavabdeh5 qızına qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetləri satıldıqdan bir ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manatın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh5 qızından tutularaq banka ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh5 tutulub müvafiq hesaba köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)-1528/2019 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən, məruzəçi X.Mərdanova və F.Babayev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2018 saylı iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsi “107 111,69 (bir yüz yeddi min yüz on bir ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları əsas, 13 923,66 (on üç min doqquz yüz iyirmi üç ABŞ dolları, altmış altı sent) ABŞ dolları faiz, 10 000 (on min) ABŞ dolları cərimə borcunun, yəni cəmi 131 035,35 (bir yüz otuz bir min otuz beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit borcunun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 42 (qırx iki) manat xidmət haqqını n əvəzinin, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manatın müştərək qaydada həmçinin Cavabdeh3 tutularaq banka ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın müştərək qaydada həmçinin Cavabdeh3 tutulub müvafiq hesaba köçürülməsi” hissələrində ləğv edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbləri Cavabdeh3 aid hissədə təmin olunmaması, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək qətnamə Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1, Cavabdeh2, Cavabd eh3, “xxxx” MMC-nə, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” (“xxxx”) MMC-dən və Cavabdeh5 müştərək qaydada 107627,29 ABŞ dolları əsas, 13923,66 ABŞ dolları faiz borcu, 38641,25 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 160 192,20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumlarının və 42 manat xidmət haqlarının bankın xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən Cavabdeh5 məxsus bağ evinə və ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus 21 nömrəli mənzilə (yeni qaydalarla AZ 1111, ünvan 1 ünvana yönəldilməsi, həmin əmlakların açıq hə rracdan satılması və borcun ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh5 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən Cavabdeh5 mülkiyyətində olan bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra onun həmin bağ evindən çıxarılması, bağ evinin boşaldılması və banka təhvil verilməsi, ünvan 3 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətindəki 21 nömrəli mənzilə (yeni qaydalarla AZ 1111, ünvan 1 ünvana tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılm aları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, tam araşdırma aparmamış və bununla da cavabdehin ağır olan maddi vəziyyəti daha da ağırlaşmışdır. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ekspertizaların rəyi əsasında real borcu əks etdirən pul məbləğinin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabde hin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ekspertizaların rəyi əsasında real borcu əks etdirən pul məbləğinin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermi r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bankla Cavabdeh1 arasında bağlanmış 26 aprel 2013-cü il tarixli ******** saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 150 000 AB Ş dolları məbləğində kredit xətti açılmış, 26 fevral 2014-cü il tarixli sazişlə kreditin müddəti 130 aya, məbləği 500 000 ABŞ dollarına artırılmış, 10 fevral 2015-ci il tarixli kredit razılaşması ilə Cavabdeh1 illik 1,5833 faizlə 30 ay müddətinə 150 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və “xxxx” MMC arasında bağlanmış 26.04.2013-cü il, 26.02.2014-cü il, 28.02.2014-cü il və 03.02.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən adı çəkilən şəxslər Cavabdeh1 bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə onunla birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəliklər götürmüşlər. Həmçinin aydın olur ki, bankla Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış 26 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə görə Cavabdeh1 kredit öhdəliklərinin təminatı kimi Cavabdeh5 məxsus olan ünvan 2 ünvanda yerləşən bağ sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 82 372,50 manat müəyyən edilmiş, 04 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə görə isə Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 21 (yeni qaydalarla AZ 1111,ünvan 1 ) ipoteka ilə yüklü edilməklə ipoteka predmetinin dəyəri 43 926,40 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı bank 10.02.2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 08.02.2017-ci il tarixə 107 627,29 ABŞ dolları əsas, 13 923,66 ABŞ dolları faiz, 38 641,25 ABŞ dolları cərimə borcu olmaqla cəmi 160 192,20 ABŞ dolları məbləğində borcunun y arandığını iddia etmiş, birinci instansiya məhkəməsi isə təyin etdiyi ekspertizanın rəyi ilə onun banka 107 111,69 ABŞ dolları əsas, 18 336 ABŞ dolları faiz borcunun olduğunu müəyyənləşdirməklə və cərimə borcunu mütənasib hesab etdiyi həddədək azaltmaqla iddianı qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki,Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1, borc məbləğini n düzgün hesablanmadığı ilə bağlı apellyasiya şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, o, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə, müvafiq ekspert rəyi ilə müəyyənləşdirdiyi borc məbləğini əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İpoteka predmetlərinin qiymətlərinin daha yüksək olması ilə bağlı apellyasiya şikayətlərində irəli sürülən mülahizələrlə bağlı qeyd ediməlidir ki, qanunv ericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2014-cü və 2015-ci illərdə bağlanmış ipoteka müqavilələrində ipoteka predmetləri 82 372,50 manat və 43 926,40 manat məbləğində qiymətləndirilmişdir; bu qiymətlərlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz. Bununla belə Cavabdeh3 apellyasiya şikayəti qismən əsaslı hesab edilməli; belə ki, “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alın malıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit xətti və Cavabdeh3 ilə bağladığı zaminlik müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, kredit razılaşmasında təsbit edilən faiz dərəcəsi ilə bağlı isə onun razılığı alınmamışdır. Zaminlik müqaviləsi etibarlı müqavilə olmamaqla Cavabdeh3 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. İddiaçının istina d etdiyi zaminlik müqaviləsinin zamin tərəfindən ayrıca mübahisələndirilməsinə ehtiyac yoxdur; çünkü qanunun tələbinə görə işə baxan məhkəmə hər bir halda irəli sürülmüş iddia tələbinin qanuni əsasını yoxlamağa borcludur. Hazırkı halda iddiaçının zaminə qarşı yönəlmiş iddia tələbinin qanuni əsasını onunla bağlanmış zaminlik müqaviləsi təşkil etdiyindən, məhkəmə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq həmin müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hərgah şəxs belə müqaviləyə əsasən məhkəməyə mür aciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur. Cavabdeh3 apellyasiya şikayətini bu mövqedən əsaslandırmaması da kollegiyanın fərqli nəticəyə gəlməsinə səbəb ola bilməz; çünki apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı olmadan qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Beləliklə birinci instansiya məhkəməsi iddia tələblərini Cavabdeh3 münasibətdə təmin etməkdə haqlı olm amışdır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işi n və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhd əlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar