Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4063/2022 28.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-813/2022 nömrəli 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1149/2021 nömrəli 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı (hakim E.Əmirəliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8600 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ver ilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: S.Mayılov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və N.Mirzəyev) 2(106)-3534/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(102)-795/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3534/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və Z.Zeynalov) 2(106)-813/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehin vəkili Vəkil qətnamədən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-813/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsinın ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzala nması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Kassasiya şikayətini cavabdehin vəkili və nümayəndəsi Vəkil imzalamış, lakin kassasiya şikayətnə əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamə cavabdehi məhkəmə orqanlarında təmsil etmək üçün verilməmiş, etibarnamədə nümayəndənin kassasiya şikayətini imzal amaq səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Başqa sözlə, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə şikayət icraata qəbul oluna bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1.-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1, 407, 408.1 və 408.3cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4063/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4063/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver