Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4065/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 və cavabdehin vəkili Rəfiyev Şahin Hamlet oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin 2(001)-6773/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “C1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)-1148/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6773/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətn aməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbi qalan hissədə və cavabdeh Rüstəmov Rafiq Mehman oğluna münasibətdə təmin edilməmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və X-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 3019,41 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 8884,58 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 MMC apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apel yasiya məhkəməsi borcun məbləğini düzgün hesablamayıb. Zaminə münasibətdə iddia tələbi əsassız olaraq rədd edilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X1 və cavabdehin vəkili Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Apelyasiya məhkəməsi birinci instasniya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan “İddiaçı ASC-yə ödənilməsi hissəsind ə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə 21 avqust 2019-cu il tarixdə müraciət etdiyindən XXX 21 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi hissəsində də doğru nəticəyə gəlmişdir. Belə ki, «xxxx» ASC ilə XXX arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditorla “xxxx” MMC arasında bağlanmış 21 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzə öhdəliyin icrası vaxtının 21 avqust 2017-ci il tarixdə başa çatması nəzərə alınarsa bankın zaminə qarşı hazırkı tələblə iddia müddəti 21 avqust 2018-ci il tarixədək müəyən edilir. Kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə 21 avqust 2019-cu ildə müraciət edərək iddia müddətini zaminə münasibətdə ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düz gün nəticəyə gəlsə də, qətnamənin “qət etdi” hissəsində iddia tələbinin qismən təmin edilməsini göstərmiş, iddia tələbinin digər hissəsi ilə bağlı gəldiyi nəticəni isə qeyd etməmişdir. Azərbaycan Respublikasının Ali Məhəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarının 9.1-ci maddəsinə əsasən, iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan “İddiaçı ASC-yə ödənilməli, kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə 21 avqust 2019-cu il tarixdə müraciət etdiyindən Rüstəmov Rafiq Mehman oğlunun 21 avqust 2015ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi ona aid hissədə rədd edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fakti ki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4065/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4065/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver