Məhkəmə qərarları › İş №2(102)-4065/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4065/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4065/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatların MKR-ə təqdim edilməsi öhdəliyinin qoyulması, iddiaya cavab verməli olmayan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların ve rilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh2 ASC həmin müqavilə üzrə 160 manat əsas borc, 47,63 manat faiz borcu, 74,85 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu və 3389,75 manat dəbbə borcu olmaqla, cəmi 3672,23 manat pulun İddiaçı tutulması barədə iddia ilə məhkəməyə mürac iət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, İddiaçı tərəfindən borcun tam ödənilməsinə əsasən iddia rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli 2(102)-2068/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X2, X1, İddiaçı, X3 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra Fond və ya Ləğvedici) qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s. tələbi”nə dair iddia, həmin mülki işdən ayrı icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra Bank) tərəfindən xx.xx.2011-ci il tarixli kredi t müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" darəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətininin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, Fondun İddiaçı qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmi şdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)-2068/19 saylı Qərarı ilə Fondun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Fondun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və mənası yoxdur. Bununla belə, Fond yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hesabından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit Reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında h eç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir. 29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər. Fondun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısınd a ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısında öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur.

8. Cavabehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1146/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ləğv prosesində olan Bahk ilə İddiaçı arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırkı iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmiş və belə qən aətə gəlinmişdir ki, 29 iyul 2011-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə cavabdehin (İddiaçı) iddiaçı (ləğv prosesində olan Cavabdeh2 ASC) qarşısında öhdəliyi qalmamışdır. Eyni zamanda, qeyd olunan qətnamədə bankın xx.xx.2016-ci il tarixli arayışına da hüquqi qiymət verilmiş və həmin arayış iddianın rədd edilməsi üçün mötəbər sübut kimi çıxış etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.

12. Məhkəmə bundan başqa hesab etmişdir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində “tələb” dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin iddiaçı tərəfindən əsası kimi öhdəliyə müddətin keçməsi ilə xitam verilməsini qeyd etsə də, məhkəmə tərəfindən hazırkı iddiaçının cavabdehə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə heç bir öhdəliyinin mövcud olmadığı müəyyən edilmişdir. Bu halda isə olmayan bir öhdəliyin xitamından da söhbət gedə bilməz.

14. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində qeyd olunan ikinci hissəsi ilə (borcun olmaması barədə arayışın verilməsi) bağlı qeyd etmişdir ki, mülki iş materiallarında olan məhkəmə aktlarına əsasən (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş) məhkəməyə borcun mövcud olmaması barədə zatən arayış verilmişdir ki, artıq hazırkı mülki işdə bununla bağlı mövcud olan arayışın yenidən verilməsinə də zərurət qalmamışdır.

15. Birinci instansiya məhkəməsi həmçinin iddianın sonu ncu hissəsi ilə bağlı qeyd etmişdir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə (öhdəliyə xitam verilmiş) iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan iddia tələbi onun adının Mərkəzi Kredit Reyestrindən çıxarılması üçün borcun olmaması barədə arayış Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 371.1, 372.2, 373.2, 375, 385.1, 386.1, 527.1 550, 551, 551.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001 -ci il tarixli, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 119.1, 233.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi kredit müqaviləsinə əsasən bank İddiaçı 4.700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borclu ödənişlərini bankın kassasından mədaxil edərək kassadan ödəniş qəbzləri əldə etmişdir. Həmin ödəniş qəbzlərinin heç birində kredit borcunun tam bağlanması haqqında məlumat qeyd olunmamışdır. İddia ərizəsindən də görünür ki, Bankla iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 160 manat məbləğində əsas borcu, 3.616,62 manat məbləğində faiz borcu vardır. Qeyd olunanlardan da göründüyü kimi, iş materiallarında kredit müqaviləsi üzrə borc öh dəliyinin olmamasını təsdiq edən heç bir bank sənədi yoxdur.

19. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləğinin onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və buna görə də, onun gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir.

21. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı onunla Cavabdeh2 A SC arasında bağlanmış 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının həmin bank qarşısında kredit borclarının silinməsi, onun banka borcu olmaması barədə arayışın verilməsi, iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə borcun olmaması barədə arayışın göndərilməsi tələbi üzrə cavabdeh kimi Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu qoymuşdur.

22. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

23. Həmin Məcəllənin 60.1 və 60.2-ci maddələrinə görə hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

24. Həmin Məcəllənin 61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 25. “Banklar haqqında” Qanunun 59.2-ci maddəsinə görə məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir.

26. Müəyyən olunmuşdur ki, Cava bdeh2 ASC-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin Cavabdeh2 ASC-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilməmişdir.

27. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

28. İddiaçı cavabdeh qismində Cavabdeh2 ASC-ni deyil, onun ləğvedisi olan Fondu qoymaqla iddianı ona cavab verməli olmayan şəxsə qarşı vermiş, birinci instansiya məhkəməsi qeyd edilən bu məsələyə diqqət yetirməmiş, MPM-in 54.1 -ci maddəsində nəzərdə tut ulan imkandan istifadə etməmiş, iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə səhvə yol vermişdir.

29. Halbuki MPM-in 54.1-ci maddəsinə görə.... iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə... cavabdehi əsl... cavabdeh ilə əvəz edə bilər.

30. MPM-in 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ASC ləğvetmə prosesində olduğu və bu müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbi bankın ləğvedicisinə qarşı verilə bilməzdi. İddia ona cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün iddia tələbi təmin edilməməli idi. MPM-in 50.3- cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən hal hüquqi məsələ olduğu üçün, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi, Bankla arasında bağlanmış 135 saylı 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən hesablanmış borcun silinməsi və iddiaçının adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin Fonda həvalə edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1,3-ci maddələrinin tam əksinə olaraq iş üzrə iddianın bankın ləğvedicisinə deyil, bankın özünə qarşı verilməli olduğu nəticəsinə gəlmiş və guya iddianın cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün əsassız olaraq cavabdehin apellyasiya şikayətini təmin etmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddiaçının cavabdehə qarşı “borcun silinməsi arayışı verilməsi və s.” tələbinə dair iddia ərizəsini t əmin etməmişdir. Mülki Məcəllənin 59.1, 60.1, 60.2 və 61.12-ci maddələrinə istinad edilsə də, həmin normalar düzgün şərh edilməmiş və mübahisəli hüquq münasibətinə yanlış tətbiq edilmişdir. Belə ki, ləğv prosesində olan bankın ləğvedicisinə qarşı iddianın irəli sürməsi o demək deyil ki, ləğv edilən bankın öhdəliklərinə görə ləğvedici öz əmlakları ilə cavabdehlik daşıyır. Ləğvedici ləğv edilən müəssisənin öhdəliklərini və xərclərini ləğv edilən müəssisənin aktivləri hesabına ödəyir. Onu da nəzərə almaq lazımdır ki, iddia bankdan hər hansı pul vəsaitinin alınmasına yönəldilməmiş və maddi məzmunlu tələb deyildir. İddia ərizəsi ilə sadəcə formal olaraq iddiaçının adında qalan ümidsiz borcun silinməsi və onun adının borclular siyahısından çıxarılması tələb edilir. Bu da ləğvedicidən sadəcə müəy yən hərəkətlərin icra edilməsi tələbidir, qiymətləndirilməyən qeyri-əmkak xarakterli iddiadır və Ləğvedicidən başqa bankın heç bir idarəetmə aparatı və işçi heyəti olmadığı üçün həmin hərəkətlərin icrasının başqa heç bir şəxsə tapşırılması mümkün deyil. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyətinin tam həcmdə saxlanmasına istinad edilməklə, guya iddianın ləğvediciyə deyil, banka qarşı yönəldilməli olması barədə apellyasiya məhkəməsinin mövqeyi formal xarakter daşımaqla, yuxarıda göstərilən maddi hüquq normalarına ziddir, əsassız və qeyri-qanunidir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq belə nəticəyə gəlmişdir ki, guya iddiaçı cavabdeh qismində Bankı deyil, onun ləğvedicisi olan Fondunu qoymaqla iddianın ona cavab verməli olmayan şəxsə qarşı verilmiş və MPM-nin 54.1-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin z ərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

39. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

40. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

41. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd n əzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.

42. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mərkəzi X4 32/1 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”

43. Bənd 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər v ə bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla); 2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;...

44. Bənd 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.

45. Bənd 3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

46. Bənd 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. “Kredit büroları haqqında” Qanun

47. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit bür olarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.

48. Maddə 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:... 2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkə mə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq pozuntusu ilə çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

62. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ASC həmin müqavilə üzrə 160 manat əsas borc, 47,63 manat faiz borcu, 74,85 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu və 3389,75 manat dəbbə pulu olmaqla, cəmi 3672,23 manat pulun İddiaçı tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı bəhs olunan kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir. Məhkəmə bu nəticəyə gələrkən kreditor tərəfindən İddiaçı təqdim edilmiş 38/2 saylı, xx.xx.2016-c il tarixli arayışa istinad etmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı kredit və ona hesablanmış faizləri tam ödədiyi üçün bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

63. İddiaçının Banka borcu qalmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi il ə müəyyən edildiyinə baxmayaraq, Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu qaldığı qeyd olunub. Halbuki, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.2-ci bəndinin tələbinə əsasən, məlumat təchizatçısı hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə dair məlumatı, növbəti 4 (dörd) iş günü ərzində təqdim etməlidir.

64. Bəhs olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məlumatın kredit reyestrinə daxil edilməməsi, iddiaçı üçün mənfi hüquqi nəticə doğurur. Belə ki, bankçılıq praktikasında maliyyə xidmətlərindən istifadə etmək üçün müraciət etmiş şəxslərin maliyyə intizamı, bundan əvvəlki kredit münasibətlərində məsuliyyətliyi və s. hallar kredit reyestrində olan məlumatlar əsasında qiymətləndirilir. Bu baxımdan, iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi barədə kredit reyestrində olan məlumatlar, onun maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır. Bəhs olunan kredit müqaviləsi üzrə borcun tam ödənildiyi kreditorun özünün verdiyi məlumatlar əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə, müqavilə üzrə borcun qalmaması barədə məlumatların reyestrə daxil edilməsi barədə iddiaçının tələbi əsaslıdır.

65. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 60-cı maddəsində əsasən bankın ləğvetmə prosesi ərzində hüquqi şəxs kimi hüquq qabiliyyətinin tam həcmdə saxlandığı, 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyest rinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılması barədə mövqeyi ilə razılaşır.

66. Lakin işə baxmış məhkəmə bu əsasla (banka qarşı deyil, ləğvediciyə qarşı iddia verməklə əsl olmayan cavabdehə qarşı tələb irəli sürülməsi) qətnamənin ləğvini kifayət qədər əsaslandırmamışdır.

67. Belə ki, apelyasiya şikayətinin dəlillərində, baxılan iş üzrə Fondun cavabdeh olmadığı, tələbin ona cavab verməli olan şəxsə qarşı verilmədiyi barədə dəlil irəli sürülməmişdir. Həmçinin birinci instansiya məhkəməsində də cavabdeh tərəfindən verilmiş tələb üzrə cavabdehlik daşımadığı barədə etiraz verilməmişdir.

68. Nəzərə alınmalıdır ki, MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində i şə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.

69. Apelyasiya şikayətinə baxan məhkəmənin şikayətin dəlillərindən asılı olmadığı hallar isə 387.2-ci maddəsində konkret olaraq müəyyən edilmişdir. Həmin normada əksini tapmış hallar prosessual normaların tətbiqi ilə bağlıdır. Baxılan işdə qətnamənin ləğv edilməsi üçün apelyasiya instansiyası məhkəməsi bu normada qeyd olunan əsasları müəyyən etməmişdir.

70. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün MPM-nin 50.3, 54.1, 54.2 və 387.1-ci maddələrinə istinad etmişdir. MPM-nin 387.1-co maddəsində deyilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzg ün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

71. Lakin məhkəmə MPM-nin 387.1-ci maddəsinə istinad etməsinə baxmayaraq, həmin normanın məzmunu əsasında işin hallarını təhlil etməklə, hazırki halda qətnamənin ləğvinin zəruriliyini əsaslandırmamışdır.

72. Bu cür əsaslandırma ona görə zəruri idi ki, iddia ərizəsində cavabdeh qismində Fond göstərilməsinə baxmayaraq, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində cavabdeh tərəfin təmsilçisi kimi çıxış etmiş nümayəndə, Fondun təsdiqlədiyi etibarnamə əsasında Bankın adından çıxış etmişdir. Apelyasiya şikayətinin “apelyasiya şikayətini verən şəxs” bölməsində də həm bank, həm də Fond qeyd edilmişdir. İşin bu prosessual vəziyyəti ona dəlalət edir ki, qətnamədən irəli gələn vəzifənin icrası ilə bağlı həm Fond, həm də Bank birgə hərəkət etmişdir.

73. Həmçinin nəzərə alınmalıdır ki, ləğvedici olaraq Fondun səlahiyyətləri “Banklar haqqında” Qanunun 71-ci maddəsində əksini tapmışdır. Həmin səlahiyyətlərə cari bankın idarə olunması üzrə bütün səlahiyyətlər (71.7.1), aralıq balansının tərtib edilməsi, habelə bankın aktivlərinin idarə edilməsi (71.7.2), bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirməsi (71.7.9) kimi səlahiyyətlər də aiddir. 74. “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat”ın 10.1-ci maddəsinə görə, ləğvedici məcburi ləğv olunan bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparır və yoxlamanın n əticəsinə uyğun akt tərtib edir. Bankın aktivləri nağd pul vəsaitlərindən, hüquqi və fiziki şəxslərə verilmiş borclardan,... ibarətdir.

75. İşə baxmış məhkəmə bu əsaslar üzrə işin hallarını təhlil etməmişdir.

76. Məhkəmə kollegiyası nəzərə alır ki, MPM-nin 54-cü maddəsinə əsasən məhkəmə verilmiş tələbin əsl cavabdehə qarşı verilməsini yoxlamalıdır. Lakin hazırda baxılan işin fərqli prosessual vəziyyətində (cavabdehliklə bağlı öhdəliyin mübahisələndirilməməsi, prosesdə həm Bankın, həm də Fondun birgə fəaliyyətnin aşkar göründüyü, ləğvedici olaraq Fondun iddia tələbinə aidiyyətini) Bankın cavabdehliyi ilə bağlı məsələ artıq aktuallığını itirmişdi.

77. MPM-nin 387-ci maddəsi məhkəməni mülki prosesin əsas prinsipi olan dispozitivliyin müəyyən etdiyi çərçivədən kənarda saxlayır. Başqa sözlə bu norma məhkəmənin prosessual fəallığını tələb edir. Lakin bu fəallıq həyata keçirilərkən mütləq hər kəsin bərabərliyi və ədalət məhkəməsinin təyinat və məqsədləri nəzərə alınmalıdır. Məsələ məhkəmənin prosessual ardıcıllığı nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə təmin etmək vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir.

78. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və qətnamə ləğv edilərək, işə yenidən baxılması üçün göndərilməlidir.

79. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

80. Məhkəmə kollegiyası xüsusi olaraq bildirir ki, iddianın əsl cavabdehə qarşı verilməməsi MPM-nin 54-cü maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr törədir və həmin normanın tələblərinə məhkəmələr tərəfindən dəqiq əməl olunmalıdır. Lakin kassasiya instansiyası məhkəməsinin bu qərarında ifadə olunmuş hüquqi mövqe, MPMnin 54-cü maddəsinin tətbiq edildiyi bütün hallar üçün deyil, yalnız hazırki işdə mövcud olan vəziyyətə (Bank və Ləğvedicinin səlahiyyətlərinin kəsişdiyi, faktiki olaraq hər ikisinin məhkəmə proseslərində təmsil olunduğu hallara) aiddir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar