Məhkəmə qərarları › İş №2(102)-4066/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4066/2019

20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4066/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, üçüncü şəxslər “xxxx” ASCnin və X8 vəkili X3 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(008)134/2017 saylı qətnaməsi ilə (hakim İ.Burcayev) iddialar təmin edilərək, Goranboy rayon Dövlət Notariat Kontorunda 29 fevral 2008-ci il tarixdə “xxxx” ASC-nin səlahiyyətli nümayəndə si X13 ilə Cavabdeh1 arasında bağlanmış, reyestrdə 4Ə-1-62 nömrə ilə qeyd alınmış “xxxx” ASC-yə məxsus ünvan 10,37397 ha istifadədə olan torpaq sahəsində yerləşən, əsas sahəsi 887,7 kv.m köməkçi sahəsi 2638,6 kv.m ümumi sahəsi 3562,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binasının Cavabdeh1-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(004)1950/2018 qətnaməsi ilə (hakim A.Mirzəzadə) iddiaçı Cavabdeh1-nin iddiası təmin edilərək “xxxx” ASC-yə aid 48030 ədəd səhmin alqı-satqısına dair X13 ilə Cavabdeh3 arasında 14.11.2007-ci il tarixdə bağlanmış və Goranboy Rayon Notariat Kontorunda təsdiq edilmiş, habelə Cavabdeh3 ilə İddiaçı arasında 16.06.2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri, 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda təsdiq edilmiş müqavilələrin etibarsız hesab edilməsi və sonuncu müqavilə əsasında qiymətli kağızlar üzrə İddiaçı adına aparılmış müvafiq qeydin ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2(102)- qərardadı ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.İmanov) İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 Cavabdeh1-yə qarşı “xxxx” ASC-nın daşınmaz əmlakının alqı-satqısı barədə 29.02.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının icraatına daxil olan iddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “xxxx” ASC-yə aid 48030 ədəd səhmlərinin alqı-satqısı barədə X13 ilə C avabdeh3 arasında 14.11.2007-ci il tarixdə bağlanmış və Cavabdeh3 ilə İddiaçı arasında 16.06.2015-ci il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və sonuncu müqavilə əsasında qiymətli kağızlar üzrə İddiaçı adına aparılmış müvafiq qeydin ləğv olunması tələbinə dair mülki iş birləşdirilərək, bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-cu il tarixli 2(103)-1672/2018 saylı qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-134/2017 saylı 23 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 Cavabdeh1-nə qarşı Goranboy rayon Dövlət Notariat K ontorunda 29 fevral 2008-ci il tarixdə “xxxx” ASCnin səlahiyyətli nümayəndəsi X13 ilə Cavabdeh1 arasında bağlanmış, reyestrdə 4Ə-1-62 nömrə ilə qeyd alınmış “xxxx” ASC-yə məxsus ünvan 10,37397 ha istifadədə olan torpaq sahəsində yerləşən, əsas sahəsi 887,7 kv.m köməkçi sahəsi 2638,6 kv.m ümumi sahəsi 3562,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binasının Cavabdeh1-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizələrinin rədd edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1950/2018 saylı 12 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-cu il tarixli 2(103)-1672/2018 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 Cavabdeh1-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “xxxx” ASC-yə aid səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrdə qeydiyyatın ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-yə məxsus ünvan 1yerləşən ərazidə ümumi sahəsi 3526,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binalarının Cavabdeh1-yə satılmasına dair 29 fevral 2008-ci il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 iyul 2015-ci il tarixli, AA003835 X4 əsasən “xxxx” ASC-nin 48030 ədəd səhmi ona məxsusdur. Səhmdarları olduğu “xxxx” ASC-yə məxsus olan bir neçə əmlaklar vardır ki, həmin əmlak ümumi sahəsi 3526,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binalarıdır. Əldə etdiyi məlumata görə həmin əmlaklar 29 fevral 2008-ci il tarixdə “xxxx” ASC-nin səhmdarlarının 27 fevral 2008-ci il tarixli yığıncağının 3 nömrəli protokoluna əsasən alqı-satqı müqaviləsi əsasında Cavabdeh1-yə satılmşdır. Həmin əmlaklar “xxxx” ASC-yə məxsus olduğundan onların satışı mütləq qaydada səhmdarların razılığı əsasında olmalıdır. Qeyd olunan əmlaklar onların xəbəri və razılığı olmadan satılmışdır. Mübahisə predmeti b arəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 Cavabdeh1-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-yə məxsus ünvan 1yerləşən ərazidə ümumi sahəsi 3526,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binalarının Cavabdeh1-yə satılmasına dair 29 fevral 2008-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan “xxxx” ASC-də olan 48030 ədəd səhm 06 iyul 2015-ci il tarixdə hazırki iş üzrə İddiaçı satılmşdır. İddiaçı Cavabdeh1-yə müraciətindən sonra məlum olmuşdur ki, səhmdarları olduqları “xxxx” ASCyə məxsus əmlaklar əvvəlki sahib olaraq özünün və indiki sahibi olan İddiaçı xəbəri olmadan 29 fevral 2008-ci il tarixdə “xxxx” ASC-nin səhmdarlarının 27 fevral 2008-ci il tarixli yığıncağının 03 nömrəli protokoluna əsasən Cavabdeh1-yə satılmışdır. Halbuki, səhmdar olaraq onun iştirakı təmin edilməli və əmlakın satılması ilə əlaqədar razılığı əldə edilməli idi. Lakin, belə hal baş verməmiş, onun iştirakı və xəbəri olmadan qanunsuz alqısatqı müqaviləsi bağlanmışdır. “xxxx” ASC-yə məxsus olan bir-neçə əmlaklar vardır ki, həmin əmlak ümumi sahəsi 3526,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binalarıdır. Həmin əmlaklar “xxxx” ASC-yə məxsus olduğundan onların satışı mütləq qaydada səhmdarların razılığı əsasında olmalıdır. Qeyd olunan əmlaklar onların xəbəri və razılığı olmadan satılmışdır. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X12, X13, Cavabdeh3 və Azərbaycan Respublikası Milli Depozit Mərk əzinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “xxxx” ASC-yə aid 48030 ədəd səhmlərin alqı-satqısına dair X13 ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2007-ci il tarixli və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 16.06.2015-ci il tarixli müqavilələrin etibarsiz hesab edilməsi və sonuncu müqavilə əsasında “xxxx” ASC-yə aid həmin 48030 ədəd səhmlərin İddiaçı adına aparılmış müvafiq qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X12 və İddiaçı arasında Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Kontorunda 16.06.2015-ci il tarixdə bağlanılmış və reyestrdə 3ıM/3l7 nömrə ilə qeydə alınmış Qiymətli Kağızların alqı-satqı müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh3 adı ndan çıxış edən cavabdeh X12 “xxxx” ASC-nin 48030 ədəd səhmi hər biri 2 (iki) manat olmaqla İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Milli Depozit Mərkəzi tərəfindən “xxxx” ASC-nin 48030 ədəd səhmi cavabdeh İddiaçı adına qeydiyyata alınaraq 06 iyul 2015-ci il tarixli AA00383565 saylı X7 verilmişdir. Bundan sonra cavabdeh İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Cavabdeh1-yə qarşı iddia qaldıraraq “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 29 fevral 2008-ci il tarixli əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisəsi dövründə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, “xxxx” ASC cəmiyyətin əmlakının satılması üçün 2007-ci ilin axırlarında Cavabdeh1 ilə danışıqlar aparmış və sonuncun un səlahiyyətli nümayəndəsi kimi danışıqları Cavabdeh1-nin Goranboy rayon “Aqroservis” filialının müdiri, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 olmuşdur. Alqı-satqını reallaşdırmaq üçün ilkin olaraq səhmlərin satılması barədə, sonradan isə əmlakın satılması barədə razılığa gəlinmişdir və bu məqsədlə Cavabdeh1 tərəfindən Cavabdeh3 etibarnamə verilmişdir və səhm sahibi X13 ilə Cavabdeh1-nin Goranboy rayon “Aqroservis” filialının müdiri Cavabdeh3 arasında alqısatqı müqaviləsi bağlanılmışdır, yəni həmin səhmlər Cavabdeh1-yə satılmışdır. Əmlakın satılması üçün isə “xxxx” ASC-nin səhmdarlarının 27 fevral 2008-ci il tarixli yığıncağının qərarı ilə (3 saylı protokol) X1 nümayəndə təyin edilmiş, Cavabdeh1-ni isə yenə də etibarnamə əsasında cəmiyyətin Goranboy rayon “Aqroservis” filialı nın müdiri Cavabdeh3 təmsil etmişdir və 29 fevral 2008-ci ildə Goranboy rayon Dövlət Notariat Kontorunda “xxxx” ASC-yə məxsus qeyri-yaşayış binasının alqı-satqısına dair müqavilə bağlanılmışdır. Cavabdeh3 səhmlərin alqı-satqısına dair müqavilə bağlayarkən Cavabdeh1-nin etibarnaməsini təqdim etməmiş, müqaviləni öz adından bağlamışdır. “xxxx” ASC-dən alınmış daşınmaz əmlak (anbar binaları və sair) Cavabdeh1-nin adında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, səhmlər müvafiq qaydada qeydiyyata alınmamışdır. Məhkəmə mübahisəsi ilə bağlı müəyyən edilmişdir ki, Cavabdeh3 tərəfindən “xxxx” ASCnin səhmdarı kimi səhmlərin onun adına qeydə alınması barədə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində Milli Depozit Mərkəzinə qarşı iddia qaldırmış və həmin məhkəmənin 2inz(81)-1296/2012 saylı 16 may 2012-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir və 48030 ədəd səhmlərin Cavabdeh3 adına keçirilməsi öhdəliyi Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinin üzərinə qoyulmuşdur. Bundan bir müddət sonra X2 cəza çəkən Cavabdeh3 tərəfindən bacısı İddiaçı həyat yoldaşı X9 verilmiş etibarnamə əsasında sonuncu ilə həyat yoldaşı İddiaçı arasında hazırda mübahisələndirilən 16.06.2015-ci il tarixli Qiymətli Kağızların alqı-satqı müqaviləsi bağlanılmış və səhmlərin bir ədədinin qiyməti 2 manat göstərilsə də (ümumilikdə 96060 manat), ər-arvad arasında hər hansı bir ödəniş həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən qəbul edilmiş qərar maraqlarına toxunan X8 vəsatəti əsasında Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2inz(81)1296/2012 saylı 14 iyul 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 16.05.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bundan sonra həmin iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən iddia tələbindən imtinaya dair ərizə məhkəməyə daxil olduğundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 21(81)-5650/2017 saylı qərardadı ilə iddiaçı Cavabdeh3 iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardad icraya yönəldilmiş və iddiaçının adına qiymətli kağızlarla bağlı aparılmış qeydiyyat ləğv edilmişdir. Eyni zamanda Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müvafiq qaydada təsdiq olunmuş ərizə göndərilərək iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində və Sabunçu Rayon Məhkəm əsində qaldırdığı iddia tələbindən imtina etməsi bildirilmişdir. Göründüyü kimi cavabdehlərdən Cavabdeh3 adına “xxxx” ASC-nin 48030 ədəd səhminin qeydə alınmasına dair məhkəmə qərarı ləğv edilmiş və bununla bağlı onun adına qiymətli kağızlarla bağlı aparılmış qeydiyyat ləğv edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018cu il tarixli 2(103)-1672/2018 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 Cavabdeh1-yə qarşı alqı-satqı müqaviləsin in etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “xxxx” ASC-yə aid səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrdə qeydiyyatın ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Üçüncü şəxslər “xxxx” ASC-nin və X8 vəkili X10kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, üçüncü şəxslərin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən 06.07.2015-ci il tarixdə verilmiş AA00385665 saylı X7nın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “xxxx” ASC-yə məxsus 48030 ədəd sənədsiz adi adlı səhmin mülkiyyətçisidir, bir qiymətli kağızın nominal dəyəri 2.00 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən 30.06.2015-ci il tarixdə verilmiş 382470 nömrəli depozitar haqqında məlumat və depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı “xxxx” ASC-yə məxsus 48030 ədəd sənədsiz adi adlı səhmin mülkiyyətçisidir, b ir qiymətli kağızın nomunal dəyəri 2.00 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh1-nin İddiaçı ünvanlanmış ASC/S-37 saylı, 15.12.2015-ci il tarixli cavab məktubundan görünür ki, onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Cavabdeh1-yə etdiyi müarciətinə baxılmış və göstərilmişdir ki, ünvan 1 yerləşən, ümumi sahəsi 3562,3 kv.m olan “xxxx” ASC –yə məxsus 3 ədəd anbar və 1 ədəd idarə binaları Cavabdeh1 tərəfindən “xxxx” ASC-nin səhmdarlarının 27 fevral 2008-ci il tarixli yığıncağının 03 nömrəli protokoluna əsasən səlahiyyətli edilmiş nümayəndəsi X6 alqısatqı müqaviləsi əsasında alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında 25.01.2016-cı il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanda 28.01.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin sədri M.Bağırov tərəfindən Cavabdeh1-nin sədri Ə. Bayramova ünvanlanmış 28.02.2008-ci il tarixli təklif məktubunun surətindən görünür ki, “xxxx” ASC-yə məxsus olan ünvan 1 0,37397 ha istifadədə olan torpaq sahəsində yerləşən, əsas sahəsi 887,7 kv.m, köməkçi sahəsi 2638,6 kv.m, ümumi sahəsi 3562,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binaları 102.000 manat satdığını bəyan etmiş və buna öz münasibətini bildirməsi xahiş edilmişdir. İş materiallarında olan Goranboy rayon Dövlət Notariat Kontorunda 29 fevral 2008-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-1-62 nömrə ilə qeydə alınmış “qeyri-yaşayış binasının alqı-satqısına dair” müqavilənin surətindən görünür ki, “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi X13 AR ƏMDK yanında DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsi tərəfindən 20.02.2008-ci il tarixdə verilmiş seriya MH № ******* Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa və həmin tarixli 959 nömrəli arayışa əsasən “xxxx” ASC-yə məxsus olan, ünvan 1 0,37397 ha istifadədə olan torpaq sahəsində yerləşən, əsas sahəsi 887,7 kv.m, köməkçi sahəsi 2638,6 kv.m, ümumi sahəsi 3562,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binasını 102.000 manata Cavabdeh1-yə satmışdır. İş materiallarında olan 27 fevral 2008-ci il tarixli “xxxx” ASC-nin yığıncağında iştirak edən səhmdarlarının surətindən görünür ki, həmin yığıncaqda 34 nəfər səhmdar iştirak etmiş, İddiaçı adı həmin səhmdarın siyahısında qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya MH № 0001778 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 0,37397 ha istifadədə olan torpaq sahəsində yerləşən, 17 girişli, əsas sahəsi 887,7 kv.m, köməkçi sahəsi 2638,6 kv.m, ümumi sahəsi 3562,3 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (3 ədəd anbar və 1 ədəd idarə binası) tam mülkiyyət hüququ üzrə Cavabdeh1-nin mülkiyyətindədir və bu barədə reyestrdə ********** nömrə ilə 27.08.2008-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 04-1000 nömrəli, 17.11.2016-cı il tarixli cavab məktubundan görünür ki, İşdə olan 1 s aylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2inz(81)1296/2012 saylı, 16 may 2012-ci il tarixli qərarı ilə X8 adından “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 2.00 manat olan 48030 ədəd adi adlı səhm Cavabdeh3 adına keçirilmiş və bu barədə MDM-də müvafiq qeydiyyat aparılmışdır. Daha sonra Bakı Şəhəri 3 sayı ASAN xidmət mərkəzinin notariat Kontorunda Cavabdeh3 adından etibarnamə əsasında X12 tərəfindən həmin səhmlər İddiaçı satılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2inz(81)1296/2012 saylı, 16 may 2012-ci il tarixli qərarından görünür ki, X13 ilə bağlanmış və Goranboy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 48030 ədəd adi adlı səhmin alq-satqısına dair 14.11.2007-ci il tarixli müqaviləyə əsasən səhmlərin Cavabdeh3 adına keçirilməsi öhdəliy inin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Xidməti Milli Depozit Mərkəzinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.07.2017-ci il tarixli 2in(81)-1296/2012 saylı qərardadı ilə məhkəmənin yuxarıda adı çəkilən qərarı X8 vəsatəti əsasında ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh3 iddia tələbindən imtina etdiyinə görə 05.10.2017-ci il tarixli qərardadla onun Milli Depozit Mərkəzinə qarşı iddiası üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Əliyeva X.R. tərəfindən təsdiq edilmiş və reyestrdə 3M/317 nömrə ilə qeydə alınmış 16.06.2015-ci il tarixli qiymətli kağızların alqı-satqı müqaviləsinin surətind ən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin AA № 00002179 nömrəli, 23.07.2012-ci il tarixli və Maliyyə Nazirliyinin 31.12.1997-ci il tarixli, 210 nömrəli X4 əsasən ona məxsus olan nominal dəyəri 2.00 manat olan 48030 ədəd adi adlı səhmini (qiymətli kağızını) etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 vasitəsilə İddiaçı satmışdır. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12.06.2015-ci il tarixli, AR 06-46 saylı arayışına əsasən müqavilə bağlananadək “xxxx” ASC-nin 48030 ədəd adi adlı səhmləri yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan № D2/ÖS1 formada ötürücü sərəncamın surətindən görünür ki, emitent “xxxx” ASC olan nominal dəyəri 2.00 manat olan 48030 ədəd sənəd siz adi adlı səhmi (qiymətli kağızı) özgəninkiləşdirən hissədə etibarnamə əsasında səlahiyyətli nümayəndə X12, qəbul edən hissədə İddiaçı imza etmiş və bu barədə Milli Depozit Mərkəzində qeydiyyat aparılmış, 565591 nömrəli qəbz verilmişdir. İş materiallarından göründüyü kimi, Məmmədov X11 rayon “Aqroservis” filialının müdiri vəzifəsində işlədiyi dövrdə “xxxx” ASC ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m olan 3 ədəd anbar və 1 ədəd idarə binaları 102000.0 manat məbləğində satılması barədə Cavabdeh1-yə müraciət etmişdir. Həmin müraciət əsasında Cavabdeh1-nin Goranboy rayon “Aqroservis” Filialının maddi-texniki bazasının möhkəmləndirilməsi, texnikaların, mineral gübrələrin saxlanması və təmir emalatxanalarına tələbatın olması səbəbindən Cavabdeh1-nın əməkdaşları yerində baxış keçirərək əmlak ın alınmasını məqbul hesab etmişlər. Cavabdeh1-nin Goranboy rayon “Aqroservis” filialının müdiri Cavabdeh3 etibarlı yerli nümayəndə kimi, Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh1-ni təmsil edərək 29.02.2008-ci il tarixdə “xxxx” ASC-nin səhmdarlarının 27.02.2008-ci il tarixli ümumi yığıncağının 3 nömrəli protokoluna əsasən səlahiyyətli edilmiş ünvan 2 ünvanında yaşayan nümayəndəsi X13 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Cavabdeh3 Cavabdeh1-nin səlahiyyətli nümayəndəsi kimi 29.02.2008-ci ildə “xxxx” ASC-nin əmlakının alqı-satqısı zamanı imza edərək, alqı-satqı prosesində iştirak etmişdir. Cavabdeh1-nin ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri yaşayış binasını tam mülkiyyət hüququ üzrə daş ınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Alqı-satqı zamanı Cavabdeh1 tərəfindən 102.000 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşd irilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri yaşayış binasına Cavabdeh1-nın mülkiyyət hüququ “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi ilə 29.02.2008-ci il tarixdə bağlanmış etibarlı əqd əsasında yaranmışdır. İddiaçı 29.02.2008-ci il tarixli əqdin etibarsız hesab edilməsi barədə tələbini əsaslandıraraq, əmlakın alqı-satqısı zamanı “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən şəxslərin siyahısında onun adının olmadığını və səhmdarların xəbəri olmadan alqı-satqının həyata keçirildiyini və bununla da mülk iyyət hüquqlarının pozulduğunu qeyd etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi də iddianı təmin edərək iddiaçının bu dəlillərinə əsaslanmışdır. Lakin, iş materiallarından göründüyü kimi “xxxx” ASC-nin əmlakının alqı-satqısına dair müqavilə 29.02.2008-ci il tarixdə bağlanmış, İddiaçı isə “xxxx” ASC-nin səhmlərini 16.06.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə əldə etmişdir və 29.02.2008-ci il tarixdə əmlakın alqı-satqısı zamanı “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən şəxslərin siyahısında olmamışdır və ola da bilməzdi. Bundan başqa “xxxx”ASC-nin səhmlərini 14.11.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyinə əsaslanaraq Cavabdeh3 tərəfindən “xxxx” ASC-nin səhmdarı kimi səhmlərin onun adına qeydə alınması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsində Milli Depozit Mərkəzinə qarşı iddia qaldırmış və həmin məhkəmənin 2inz(81)-1296/2012 saylı 16 may 2012-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir və 48030 ədəd səhmlərin Cavabdeh3 adına keçirilməsi öhdəliyi Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinin üzərinə qoyulmuşdur. Bundan bir müddət sonra X2 cəza çəkən Cavabdeh3 tərəfindən bacısı İddiaçı həyat yoldaşı X9 verilmiş etibarnamə əsasında sonuncu ilə həyat yoldaşı İddiaçı arasında hazırda mübahisələndirilən 16.06.2015-ci il tarixli Qiymətli Kağızların alqı-satqı müqaviləsi bağlanılmış və səhmlərin bir ədədinin qiyməti 2 manat göstərilsə də (ümumilikdə 96060 manat), ər-arvad arasında hər hansı bir ödəniş həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən qəbul edilmi ş qərar maraqlarına toxunan X8 vəsatəti əsasında Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1296/2012 saylı 14 iyul 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 16.05.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bundan sonra həmin iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən iddia tələbindən imtinaya dair ərizə məhkəməyə daxil olduğundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2-1(81)- 5650/2017 saylı qərardadı ilə iddiaçı Cavabdeh3 iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardad icraya yönəldilmiş və iddiaçının adına qiymətli kağızlarla bağlı aparılmış qeydiyyat ləğv edilmişdir. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsindən, daş ınmaz əmlakın dövlət reyestr çıxarışından, ödəniş qəbzinin surətindən və səhmdarların ümumi yığıncağı protokolundan görünür ki, “xxxx” ASC-nin səhmdarlarının 27.02.2008-ci il tarixli həmin əmlakın alqı-satqısı ilə bağlı ümumi yığıncağında 34 nəfərdən ibarət səhmdarlar iştirak edərək imza etmişlər. “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi “xxxx” ASC-yə məxsus olmuş ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri-yaşayış binasını 29.02.2008-ci il tarixdə bağlanmış etibarlı əqd əsasında Cavabdeh1-yə satmışdır. Alqı-satqı zamanı Cavabdeh1 tərəfindən 102.000 manat məbləğində vəsait ödənilmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1nin ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri yaşayış binasını tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reye str kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli “xxxx” ASC-yə məx sus olmuş ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri-yaşayış binasına dair 29.02.2008ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola biləcək heç bir hal müəyyən edilməmiş, tərəflər arasında mübahisəli əmlaka dair bağlanmış alqısatqı müqaviləsinin isə qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib olunduğu öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1-nın ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri-yaşayış binasına hüquqları, həmin əmlakı “xxxx” ASC-dən alınmasına dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş əqd əsasında yaranmışdır və tərəflər arasında bağlanmış 29.02.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mül kiyyətin toxunulmazlığıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ünvan 1yerləşən, ümumi sahəsi 3526,3 kv.m. olan qeyri-yaşayış binasına dair “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.02.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud olmadığından və İddiaçı öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən,İddiaçı iddia tələbinin rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi iddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı, X12, X13, Cavabdeh3 və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı “xxxx” ASC-yə aid 48030 ədəd səhmlərin alqı-satqısına dair X13 ilə Cavabdeh3 arasında bağlanmış 1 4.11.2007-ci il tarixli və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 16.06.2015-ci il tarixli müqavilələrin etibarsiz hesab edilməsi və sonuncu müqavilə əsasında “xxxx” ASC-yə aid həmin 48030 ədəd səhmlərin İddiaçı adına aparılmış müvafiq qeydin ləğv edilməsi tələbini təmin etməklə tam haqlı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh1-nin iddia tələbinin əsası ondan ibarətdir ki, 2007-ci ilin sonlarında “xxxx” ASC-nın əmlakının iddiaçıya satılması ilə əlaqədar danışıqlar aparılmış, danışıqları iddiaçı Cavabdeh1-nin “Aqroservis” filialının direktoru işləmiş Cavabdeh3 səlahiyyətli nümayəndə kimi aparmış, əvvəlcə səhmlərin, sonra əmlakın satılması barədə razılığa gəlinmiş, Cavabdeh3 səhmlərin alqı-satqısına dair müqavilə bağlanarkən iddiaçının adından ona verilmiş etibarnaməni təqdim etməmiş, “xxxx” ASC-nin 48030 ədəd səhmlərinin öz adına alınması barədə müqaviləni imzalamışdır. Cavabdeh X13 da qeyd edilənləri qəbul edərək, səhmləri Cavabdeh3 deyil, iddiaçı Cavabdeh1-yə satdığını bildirmişdir. İş materiallarında olan 14.11.2007-ci il tarixli X13 ilə Cavabdeh3 arasında “xxxx” ASC-yə aid 48030 ədəd səhmin alqı-satqısına dair müqavilədən görünür ki, X13 özünə məxsus “xxxx” ASC-yə aid 48030 ədəd səhmi 151000 manata Cavabdeh3 satmışdır. Alqısatqı müqaviləsi Goranboy Rayon Notariat Kontorunda təsdiq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2012-ci il tarixli 2inz(81)1296/2012 saylı qərarından görünür ki, Cavabdeh3 Milli Depozit Mərkəzinə qarşı iddiası təmin olunmuş, yuxarıda adı çəkilən səhmlərin Cavabdeh3 adına keçirilməsi öhdəliyi Milli Depozit Mərkəzinin üzərinə q oyulmuşdur. 23.07.2012-ci il tarixdə Cavabdeh3 səhmlərin mülkiyyətçisi olmasına dair “X7” verilmişdir. İş materiallarında olan 16.06.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ilə bacısı İddiaçı arasında həmin 48030 ədəd səhmlərin alqı-satqısına dair müqavilə bağlanmış, müqavilə Bakı şəhəri, 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda təsdiq olunmuş, müqavilə satıcının adından alıcının əri X12 tərəfindən imzalanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.07.2017-ci il tarixli 2in(81)1296/2012 saylı qərardadı ilə məhkəmənin 16.05.2012-ci il tarixli yuxarıda adı çəkilən qərarı X8 vəsatəti əsasında ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh3 iddia tələbindən imtina etdiyinə görə 05.10.2017-ci il tarixli qərardadla onun Milli Depozit Mərk əzinə qarşı iddiası üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi olaraq belə nəticəyə gəlmişdir ki, “xxxx” ASCyə aid səhmlərin alqı-satqısı müqaviləsinin bağlanmasından (14.11.2007-ci il) qısa müddət – 3 ay sonra (29.02.2008-ci il) səhmlərin aid olduğu “xxxx” ASC-yə məxsus daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqaviləni də alıcı Cavabdeh1nın adından məhz Cavabdeh3 imzalamışdır. Cavabdeh3 iddiaçının işçisi olduğundan və daşınmaz əmlakın alqı-satqısına dair müqaviləni imzalamaq səlahiyyəti ona verildiyindən, müqavilələrin bağlanma tarixləri arasında qısa müddətli fərq olduğundan, tamamilə inandırıcıdır ki, eyni hüquqi şəxsə aid səhmlərin alqı-satqısına dair müqaviləni imzalamaq səlahiyyəti də ona verilmişdir. Bundan başqa, “xxxx” ASC-yə aid sə hm sahibi olmuş cavabdeh X13 da səhmləri Cavabdeh3 deyil, iddiaçı Cavabdeh1-yə satdığını bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən X2 cəza çəkən Cavabdeh3 ərizə yazaraq, iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Daha sonra o, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı iddiadan imtina ərizələrini təzyiq altında yazmışdır, həmin ərizələr onun iradə ifadəsini əks etdirmir. X14 Müəssisəsinin rəisinin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası Cavabdeh3 iddianı etiraf ərizəsini təzyiq altında imzalaması barədə dəlil inandırıcı deyildir. Belə ki, əgər cəzaçəkmə müəssisəsinin əməkda şları tərəfindən ona təzyiq edilsə idi, müəssisənin təzyiq etməkdə ittiham olunduğu ərizə müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmazdı. Həmin səhmlərin alqı-satqısına dair Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 16.06.2015-ci il tarixli alqı-satqı müqaviləsi də apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı olaraq etibarsız hesab edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi yuxarıda adları çəkilən məhkəmə qərarlarına əsaslanaraq hesab etmişdir ki, səhmlərin Cavabdeh3 adına qeydə alınmasına əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Baxmayaraq ki, İddiaçı səhmləri rəsmi dövlət reyestrindəki qeydə əsasən əldə etmişdir, Cavabdeh3 onun qardaşı olduğundan və müqaviləni Cavabdeh3 adından İddiaçı əri imzaladığından, İddiaçı vicdanlı alıcı hesab oluna bilməz və alqı-satqı müq aviləsinin məhz ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlandığı qənaətinə gəlmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə müvafiq olaraq uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçının müqavilələrin etibarsızlığını bildiyi (və ya bilməli olduğu) tarix kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n qətnaməsi əsas götürülməlidir ki, həmin qətnamənin tarixi 23.01.2017-ci ilə aiddir. İddiaçı hazırki iddia ilə 22.01.2018-ci il tarixdə müraciət etmişdir ki, bu da Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunan bir illik müddətin ötürülməməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar