Məhkəmə qərarları › İş №2(102)-4067/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4067/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4067/2022 18.07.2022 ALİ MƏHKƏMƏ A Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraat xitam verilməsi, ölmüş şəxsə qarşı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 QSC-nin Cavabdeh1 qarşı borc tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1212/2022 nömrəli mülki iş üzrə 16 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 QSC Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə kredit müqaviləsinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2013,04 manat məbləğində kredit götürmüşdür.

2. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 QSC Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə 17 mart 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasının ləğv edilməsi, cavabdehdən iddiaçının xeyri nə 1515,24 manat məbləğində əsas borc, 6,25 manat məbləğində faiz borcu və 612,89 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2134 (iki min yüz otuz dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41,35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə borcunu lazımınca icra etməmişdir.

5. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-1269/2022 saylı iş üzrə 12 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim A.Səlimov) cavabdeh qismində cəlb edilmiş şəxsin məhkəməyə iddia verilməmişdən öncə, 28 yanvar 2021-ci ildə ölməsi əsası ilə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinadla iş üzrə icraata xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı təşkilat tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən daha əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz.

7. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3 və 58.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan məlum olmuşdur ki, cavabdeh 28 yanvar 2021-ci il tarixdə ölmüş dür. İş materiallarında mövcud olan Azərbaycan Respublikası DİNnin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla cavabdehin vəfat etməsi səbəbindən qeydiyyatdan çıxması barədə heç bir qeyd olmadığından, iddiaçı sonuncunun vəfat etməsi ilə bağlı məlumatlı olmamışdır. Məlumatların sistemə vaxtında və lazımi qaydada inteqrasiya edilməməsi əsasında fiziki və hüquqi şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır. Məsul qurumlar vahid sistemin qurulmasında məsuliyyətlidirlər və həmin sistemdə toplanmış məlumatların düzgünlüyünü təmin etməlidirlər. Məhkəmə tərəfindən AR MPM-nin 261.0.1-ci maddəsinin tətbiq edilməsi iddiaçının birbaşa konstitusion hüququnun pozuntusuna səbəb olur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının pozuntusu nəticəsində iddiaçı məhkəmə müdafiəsindən məhrum edilməməlidir və əksinə həmin hüququ təmin edilməlidir. Məhkəmə tərəfindən isə icraatın dayandırılması əvəzinə icraata xitam verilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 1212/2022 nömrəli mülki iş üzrə 16 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Hazırki h alda isə Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən tarixdən daha əvvəl ölmüşdür.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh, dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində qeyd etmişdir ki, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy yatı” Qaydalarının 1.10-cu bəndinə əsasən “Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir”. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla Cavabdeh1 vəfat etməsi və bu səbəbdən də qeydiyyatdan çıxması barədə heç bir qeyd olmadığından iddiaçı cavabdehin vəfat etməsi ilə bağlı məlumatlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır;

17. Maddə 2 5.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 50.3 İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

19. Maddə 58.1 Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

20. Maddə 261.0.1 İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icra ata xitam verir.

21. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

25. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə kollegiyası iş üzrə icraata xitam verməməli idi, əksinə icraatı dayandırmalı və hüquq varisliyinə yol verilib-verilməməsi məsələsini araşdırmalı, eyni zamanda nəzərə almalı idi ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla Cavabdeh1 vəfat etməsi və bu səbəbdən də qeydiyyatdan çıxması barədə heç bir qeyd olmadığından iddiaçı cavabdehin vəfat etməsi ilə bağlı məlumatlı olmamışdır.

30. Kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in tələblərinə əsasən, barəsində müba hisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. (58.1)

31. Yuxarıda göstərilən maddənin məzmunundan göründüyü kimi, həmin maddə məhkəmənin hüquq varisliyi prosesini həyata keçirməsi qaydasını müəyyən edir, həmin qaydanın əsası kimi isə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxmasının təşkil edilməsi göstərilir. Bu isə o deməkdir ki, sözügedən müddəanın təsir dairəsinin yaranması üçün iddia qaldırılan vaxt şəxsin sağ olması zəruridir, başqa sözlə, bu prosedur qayda yalnız məhkəmə icraatı dövründə şəxs öldüyü zaman həyata keçirilə bilər.

32. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verilir.

33. Sözügedən müddəanın məzmunundan görünür ki, şəxs öldükdən sonra ona qarşı iddia qaldırıldığı halda hüquq varisliyinə yol verilə bilməz.

34. Bu baxımdan birinci və apellyasiya instansiya məhkəmələri mübahisəyə MPM-in 261.0.1-ci maddəsini düzgün tətbiq etmişlər.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin ol unmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 QSC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1212/2022 nömrəli mülki iş üzrə 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar