Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4069/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi xnun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x cavabdehlər C avabdeh1 və Cavabdeh2nə qarşı iddia qaldıraraq (sonradan tələbi dəqiqləşdirməklə), Cavabdeh1 və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36203,10 ABŞ dolları əsas, xx.xx.2019-cu il tarixinə hesablanmış 15568,69 ABŞ dolları faiz, 10407,27 ABŞ dolları cərimə, cəmi 62179,06 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 istifadəsində olan x küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilinə Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətna mənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 istifadəsində olan x küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzildən sonuncunun çıxarlıması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 36203,10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, cəmi 47908,58 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət r üsumunun alınaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2019-cu il tarixli, xnömrəli əlavə qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36203.10 ABŞ dolları əsas, xx.xx.2019-cu il tarixinə hesablanmış 15568.69 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 52071,79 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), X.Mərdanova və M.Məmmədov ) xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin xnömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən 36203,10 ABŞ dolları əsas və xx.xx.2019-cu il tarixinə hesablanmış 15568,69 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 36 189,24 (otuz altı min yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları və faiz borcu 15 392,49 ABŞ dolları (on beş min üç yüz doxsan iki dollar 49 sent) ABŞ dolları məbləğində, ümumi borcun isə 51 881,73 (əlli bir min səkkiz yüz səksən bir dollar 73 sent) ABŞ dolları məbləğində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci q ismində 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 50 (əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: İddiaçı həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsi nə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bankın kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün he sab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən, müqavilənin 2.1-ci bəndində “152” rəqəmi “21,19,17,15,13” rəqəmləri ilə əvəz edilmiş, bu müqavilənin digər müddəaları qüvvədə saxlanılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1875/15 saylı təminatlı kredit müqaviləsindən görünür ki, x küçəsində yerləşən yaşayış kompleksi nin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilin alınması üçün Cavabdeh1 120 ay müddətinə, illik 12 % ilə 37750 (otuz yeddi min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24 %məbləğində borc verənə dəbbə pulu ödəməlidir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 36203.10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 5202,26 ABŞ dolları cərimə, cəmi 52810,84 ABŞ dolları borcu yaranmışd ır. İşdə olan Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, kredit borcunun xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 gün ərzində ödənilməsi, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdehlərin hər birinə ayrı-ayrılıqda xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ayrı-ayrılıqda müqavilə bağlanılmasına baxmayaraq, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər, nəticədə 36203.10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 5202,26 ABŞ dolları cərimə, cəmi 52810,84 ABŞ dolları borc yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, o na zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normala rı baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəlikləri n icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdehlər, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişlər və bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka 36 189,24 ABŞ dolları əsas və 11 230,73 ABŞ dolları faiz borcu borcu vardır. xx.xx.2019-cu il tarixə isə 36 189,24 ABŞ dolları əsas və 15 392,49 ABŞ dolları faiz borcu borcu vardır. Buna görə də apelyasiya instansiyası məhkə məsi cavabdehin borc məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edib, qeyd etmişdir ki, cavabdehlərdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının əsassız olaraq cərimə borcunun azaldılması ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsi z vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İşin hallarından görünür ki, kredit borclularının 36 189,24 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 10407,27 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 3 00 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətində irəli sürdüyü ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində arqumentini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciətində kredit borcu ilə yanaşı, tələbin x küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilinə yönəldilməsini xahiş etsə də, iş materiallarına kredit müqaviləsinin təminatı məqsədi ilə sözügedən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə, bankın xeyrinə ipoteka predmeti kimi qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçməsinə, cavabdehlərə bu barədə bildirişlərin göndəril məsinə dair hər hansı bir sənəd əlavə edilməmiş, bu əsasla da iddia ərizəsində qeyd edilən əmlakın ipoteka premeti kimi bankın xeyrinə qeydiyyata alınmasını və tələbin həmin əmlaka yönəldilibyönəldilməməli olmasını da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4069/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4069/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver