Məhkəmə qərarları › İş №2(102)-407/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-407/2019

16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-407/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-407/2019 16 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2018-ci il tarixli 2(107)1839/2018 saylı qətnaməsindən cavabdehlər Borclu1, Borclu3 və Borclu2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin 17 may 2016-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Mehtiyev, iş № 2(075)-2342/2016) iddiaçı “xxxx” Bank O lmayan Kredit Təşkilatı QSCnin cavabdehlər Borclu1, Borclu3 və Borclu2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 04 iyul 2014-cü il tarixli KAŞək 118501/14 saylı müqaviləyə əsasən hesablanmış 5578,44 ABŞ dolları məbləğində əsas kredit borcu, 881,35 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 6489,79 ABŞ dolları məbləğində kredit borcunun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, 392,58 ABŞ dolları cərimə tələbinin 362,58 ABŞ dollarına dair hissəsinin təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun tutularaq onun 20 manatının iddiaçının hesabına, 10 manatın isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)-1839/2018) cavabdeh Borclu1 apellyasiya şikayəti təmin edilmədən, Şəki rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC ilə Borclu1 arasında bağlanmış 04.07.2014-cü il tarixli, KAŞək 118501/14 saylı kredit müqaviləsinə əsasən Borclu1 illik faiz dərəcəsi 32,5 faiz olmaqla 30 ay müddətinə 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı olaraq Borclu3 və Borclu2 ilə iddiaçı QSC arasında zaminlik müqavilələri imzalanmış və onlar Borclu1 “xxxx” Bank Olmayan Kredit Təşkil atı QSC qarşısındakı öhdəliklərini yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 2016-cı ilin mart ayında iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC ərizə ilə məhkəməyə müraciət edərək Borclu1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən cavabdehlərdən QSC-nin xeyrinə cəmi 6852,37 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Şəki rayon məhkəməsinin 03 mart 2016-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Şəki rayon məhkəməsinin 06 aprel 2016-cı il tarixli qərardadı ilə həmin məhkəmənin 03 mart 2016-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən m əhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya səd rlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC və Borclu1 04 iyul 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməl i, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Borclu1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Borclu1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra et mədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). Kredit müqaviləsi üzrə Borclu1 kreditin qaytarılmasını təmin etmədiyindən, Borclu3 və Borclu2 isə belə vəziyyətin baş verməsi halı ilə əlaqədar borcun qaytarılması üçün zamin kimi üzərilərinə öhdəlik götürdüklərindən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredi t müqaviləsi üzrə borcun onlardan müştərək qaydada tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 iyul 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar