Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4070/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, iddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il ta rixli, 2(001)11058/2017 saylı qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddia tələbi təmin edilərək, ödəniş gününə olan məzənnə üzrə 44.112 ABŞ dolları əsas borcun, 17465 ABŞ dolları faiz borcunun, cəmi 61577 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, 300 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən “xxxx” MMC-dən xeyrinə tutulması, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cava bdeh verilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Həsənov, X.Mərdanova və F.Babayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11058/2017 saylı, 28 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, ləğvetmə prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44.073,66 ABŞ dolları əsas, 12.991,93 ABŞ dolları faiz borcu olmaqla cəmi 57.065,5 9 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pulun iddiaçıya ödənilməsi, həmin məbləğ ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka qoyulmuş mənzilin ilkin satış məbləğinin 93.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin o lunmaması qət edilmişdir. İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 fevral 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 fevral 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.10.2015-cü il tarixli İPK 01 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş müvafiq olaraq 44112 ABŞ dolları əsas borcun, 17465 ABŞ dolları faiz borcun, cəmi 61577 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılmaqla boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ilə Cavabdeh arasında 05.10.2015-ci il tarixli İPK 01 №-li Kredit Müqaviləsi” bağlanmış və iddiaçı müqavilənin 1.2, 1.3 və 1.4-cü maddələrinə əsasən illik 28 % olmaqla 18 aylıq müddətə cavabdehə 50.000 ABŞ dolları məbləğində mənzil alınması məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. 05.10.2015-ci “Kredit Müqaviləsi” üzrə ödənişin təminatı kimi Cavabdeh ilə bağlanmış 05.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 fevral 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. C avabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 fevral 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz pulunun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, iddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməməlidir. İşin müəyyən olunmuş 05.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla 50.000 ABŞ dollar ı məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliyini icra etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh əsas kredit və faiz borcu tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və b aşqa əqdlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir. İşdən göründüyü kimi Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə İsə əsas öhdə liyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiymə ti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İşdən göründüyü kimi apellyasiya baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 93.000 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq sayır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, apelyasiya məhkəməsinin qətnaməsi faiz pulunun tutulması hissəsi istisna olmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında 5 oktyabr 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə bank illik 28 faiz olmaqla 18 ay müddətinə Cavabdeh 50.000 ABŞ dolla rı məbləğində kredit vermişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh 44073,6 ABŞ dolları əsas, 12.991,93 ABŞ dolları faiz borcu tutulmuşdur. 5 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan cədvəldən müəyyən edilir ki, cavabdeh müqavilə müddəti ərzində 11.805 ABŞ dolları məbləğində pulu ödəməlidir. Məhkəmə-mühasibat ekspertizasının 20 dekabr 2018-ci il tarixli rəyində göstərilir ki, 5 oktyabr 2015-ci il tarixdən 5 aprel 2017-ci il tarixə kimi cavabdeh 5826,27 ABŞ dolları məbləğində faiz pulu ödəmişdir. Nəzərə alınsa ki, cavabdeh müqavilə müddəti ərzində 11.804 ABŞ dolları məbləğində faiz pulu ödəməli olmuşdur, deməli cədvələ görə cavabdehin ödənilməmiş faiz borcu 5977,73 ABŞ dolları məbləğində qalmalıdır. Lakin, ekspert 5 aprel 2017-ci il tarixə cavabdehin ödənilməmiş faiz borcunun 12991,93 ABŞ dolları məbləğində olmasını müəyyən etmişdir. Cavabdehin ödədiyi faiz pulu da nəzərə alınarsa onun müqavilə müddətində 18.818,2 ABŞ dolları məbləğində faiz ödəməli olması müəyyən edilir. Hansı ki, yuxarıda göstərilən cədvəldə cəmi faiz məbləğinin 11.804A BŞ dolları olması nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi cədvəldə müəyyən edilmiş faiz məbləği ilə ekspertin müəyyən etdiyi məbləğlər arasındakı fərqin səbəblərini aydınlaşdırmamış, müqavilə bağlanan zaman müəyyən edilmiş faiz məbləğinin ekspert tərəfindən 7014,2 manat artıq hesablanmasının (18818,2 – 11.804 = 7014,2) hansı səbəbdən baş verməsinə qiymət verməmişdir. Eksperti qarşısında bu ziddiyətin aydınlaşdırılması barədə sual qoymamışdır. Kollegiya qeyd edir ki, göstərilən məbləğ öhdəliyin, yə ni əsas borcu lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar hesablanmışdırsa bunu qanunvericiliyin tələbinə uyğun hesab etmək olmaz. Belə ki, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi faiz məbləğinin artmasına səbəb ola bilməz. Bu hal öhdəliyin lazımi qaydada icra olunmamasına görə cərimə məbləğinin hesablanması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları pozulduğundan MPM-nin 418.1-ci maddəsinə əsasən göstərilən ziddiyətlərin araşdırılması üçün qətnamə faiz pulunun tutulması hissəsində ləğv edilməklə yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən ziddiyətin səbəbləri araşdırılmalı, faiz pulunun məbləği ilə əlaqədar fərqli məbləğlər müəyyən edilməsinin səbəbləri aydınlaşdırılmalı, zərurət olarsa təkrar ekspertiza təyin edilməsi məsələsi müzakirə olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı” ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi faiz pulunun tutulması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-4070/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4070/2019
20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver