Məhkəmə qərarları › İş №2(102)-4070/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4070/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4070/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səyədulla qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, cinayət işi üzrə vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(106)440/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublik ası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Əvvəllər verilmiş kreditin etirafı haqqında 29 fevral 2012-ci il tarixli müqavilə ilə Hüseynova X1 Aynurə Ramiz qızına may 2010-cu ildə verdiyi 30357 manat məbləğində borc pulu 12 ay müddətində hər ay 2000 manatdan az olmamaq şərtilə qaytarılması barədə razılığa gəlmişlər.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum olunmuşdur. Həmin hökmə əsasən İddiaçı Səyədulla qızı zərərçəkmiş şəxs kimi tanınmış və Cavabdeh tərəfindən dələduzluq edilərək ona 30357 manat məbləğində zərər yetirilməsi müəyyən olunmuşdur. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Səyədulla qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manat dəyərində qızıl-zinət əşyalarının və ya həmin məbləğdə pulun tutulması, 40000 manat maddi və mənəvi ziyana görə, 379 manat verilmiş rəyə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qızıl alveri ilə məşğul olmuş, 2010-cu ildə cavabdehlə tanış olmuş, cavabdeh onlara gediş-gəliş etməklə qızıl-zinət əşyaları alaraq pulunu vermişdir. Cavabdeh iddiaçıdan hissə-hissə 40000 manat miqdarında qızılzinət əşyaları almış, lakin pulunu qaytarmamışdır. 2014-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində cavabdeh 7 il 6 ay müddətinə aza dlıqdan məhrum olunmuşdur.

5. Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(049)-860/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 30357 manat məbləğində pulun və dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı yalnız cavabdehin ona 30357 manat məbləğində borcunun olmasına dair sübut təqdim etmişdir. Ona görə də, iddia tələbi qismən təmin olunmalı və göstərilən məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 386.3, 427.3, 442, 445.1, 445.2.1, 739.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(049)-860/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(106)-1226/2021 nömrəli qətnaməsi ilə (hakim İ.H.Əhmədovun sədrliyi və məruzəsi ilə, həkimlər T.S.Kərimovdan və T.X.Heydərovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(049)-860/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(106)-1226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(102)-5305/2021 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(106)-1226/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

13. Kass asiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlamalı idi. İddianın təmin olunmayan hissəsi isə həmin apellyasiya baxışının predmetindən kənar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayəti əsasında tam yoxlamış və qətnaməni iddianın təmin olunmayan hissədə də dəyişdirilmədən saxlamışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iddia tələbinin qanu ni əsası (maddi hüquq normaları) kimi Mülki Məcəllənin 739 (borc müqaviləsi) və 157.2-ci (əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) maddələrinə istinad etmişdir. Halbuki iddia ərizəsində iddiaçı cavabdehlə aralarında şifahi bağlanmış qızıl-zinət əşyalarının nisyə alqı-satqısına əsaslanaraq cavabdehdən həmin əşyaların və ya onların dəyərinin tutulmasını xahiş etmişdir. Qeyd olunan iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin borc hüquq münasibətlərini tənzimləyən 739-cu maddəsi deyil, 600 və 601-ci maddələri təşkil edir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi mövcud borcun etirafı haqqında 29 fevral 2012-ci il tarixli müqavilə ilə bağlı nəzərə alınmalıdır ki, bu cür hüquqi fakta əsaslanan iddia tələbinin də qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi deyil, 882-ci maddəsi təşkil edə bilər. Çünki Mülki Məcəllənin 882-ci maddəsi yalnız pul və ya digər əşyanın borc verilməsi üzrə hüquq münasibətlərindən deyil, mövcudluğu etiraf edilən hər hansı digər öhdəlik münasibətlərindən də əmələ gələn borcun mücərrəd etirafını nəzərdə tutur. Məcəllənin 882.2-ci maddəsi xüsusilə qeyd edir ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Başqa sözlə tərəflər arasında mövcud borcun etirafı haqqında Mülki Məcəllənin 882-ci maddəsinə əsasən mücərrəd müqavilənin bağlanması onlar arasında yeni mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur və bu əqddən irəli gələn tələblə rin qanuni əsasını da məhz istinad olunan maddə təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, iddia tələbi hər bir halda tərəflər arasında bağlanmış müqaviləyə (yazılı və ya şifahi) əsaslandığından qeyd olunan maddələrlə yanaşı Mülki Məcəllənin 157.2-ci maddəsi iddia tələbinin qanuni əsasını təşkil edə bilməz.

16. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almamışdır ki, iddiaçı öz iddia ərizəsini eyni zamanda cavabdehin ona qarşı hüquqazidd əməl törətməsi və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum edilməsi ilə əsaslandırmış və işə baxılarkən həmin hökmün surəti iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq məhkəmə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin, habelə MPM-in 82.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiqi məsələlərini ümumiyyətlə müzakirə etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 600.1, 600.3, 600.4, 601, 882, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(106)-440/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalovun sədrliyi və məruzəsi ilə, hakimlər O.N.İsmayılovdan və M.K.Həsənovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(049)-860/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, Cavabdeh 30357 manat pulun və dövlət rüsumuna görə 30 manat pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə işin halları, iddia ərizəsinin məzmunu və iddiaçının dəlillərindən müəyyən etmişdir ki, iddiaçı cavabdehlə aralarında şifahi bağlanmış qızıl-zinət əşyalarının nisyə alqı-satqısına əsaslanaraq cavabdehdən həmin əşyaların və ya onların dəyərinin tutulmasını xahiş etmişdir. Belə olan halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi deyil, Məcəllənin 600, 600.1, 1096 və 1097-ci maddələri təşkil edir. Həmçinin iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi mövcud borcun etirafı haqqında 29 fevral 2012-ci il tarixli müqavilə ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu cür hüquqi fakta əsaslanan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi deyil, həmin Məcəllənin 8 82-ci maddəsi təşkil edir. Belə ki, mövcud borcun etirafı haqqında 29 fevral 2012-ci il tarixli müqavilədən görünür ki, tərəflərə Mülki Məcəllənin 882ci maddəsinin məzmunu izah edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq və təfsir edilməməsi, prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanuni və əsaslı olmadığından ləğv edilməlidir. Məhkəmə iş üzrə sübutlara və məhkəmə kollegiyasının iclasında əlavə araşdırılmış sübutlara əsasən hesab etmişdir ki, iddia tələbi 30357 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməsi hissədə əsaslı olduğu üçün həmin hissədə birinci instansiya məhk əməsi düzgün nəticəyə gəlmişdir, qətnamə qəbul edilərkən mübahisəli məsələyə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmədiyi, prosessual hüquq normalarının tələbləri pozulduğu üçün qətnamə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı, işin birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi araşdırmaları zamanı cavabdeh iddianın əsassız olması və rədd edilməsi barədə sübutlar təqdim etmədiyi üçün apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 600.1-600.4, 601.1, 601.2, 882.1, 882.2, 882.4, 1096, 1097.1, 1097.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh ka ssasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(106)-440/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 600.1, 600.2, 600.3, 601.1, 601.2, 882.1, 882.2, 882.4, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələri pozulmuş, cavabdehin mülki hüquq pozuntusu törətməməsi nəzərə alınmamışdır. Həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 385-ci maddələrini pozaraq əsassız qətnamə qəbul etmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Re spublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. İddiaçı Səyədulla qızı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(106)-440/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin verdiyi kassasiya şikayəti əsassızdır və pulun qaytarılmasından boyun qaçırmaq məqsədini daşıyır. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsini mübahis ələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apelly asiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya icra olunmamış öhdəliyinin olması nəticəsinə gəlmişdir.

35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və yuxarıda qeyd olunan normaların pozulmasına istinad edilsə də əsaslandırılmamışdır.

36. Kassasiya şikayətinin yeganə əsaslandırdığı dəlili ondan ibarətdir ki, cavabdeh mülki hüquq pozuntusu törətməmişdir. Halbuki, işin mübahisəsiz halına görə cavabdeh iddiaçıya qarşı t örətdiyi dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Hökmlə cavabdehin iddiaçıya məxsus cəmi 30537 manat dəyərində qızıl-zinət əşyalarının ələ keçirməklə dələduzluq törətməsi öz təsdiqini tapmışdır. Həmin hökm hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

37. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı m übahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(106)-440/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar