Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4071/2022 29.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-320/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-318/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 4000 ABŞ dolları dəbbə (cərimə) pulunun tutulması hissəsind ə dəyişdirilmiş, həmin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulan borcun məbləği 1000 ABŞ dolları cərimə borcu olmaqla, 12727,03 ABŞ dolları əsas borc və 9914,44 ABŞ dolları faiz borcu ilə birlikdə ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla, cəmi 23641,47 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən 01 aprel 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3028/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinin tələblərinə riayət olunmadan tərtib edildiyinə gör ə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra 27 may 2022-ci tarixdə Cavabdeh1 yenidən kassasiya şikayəti verərək xahişini aşağıdakı məzmunda qeyd etmişdir: “qətnamənin qismən, yəni cərimə və faiz hissəsində ləğv edilməsi”. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan poçt sənədlərindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 08 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən birinci dəfə 01 aprel 2022-ci il t arixdə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün sayılmış, hazırkı kassasiya şikayəti isə 27 may 2022-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh qətnamədən ikinci dəfə - 27 may 2022-ci ildə kassasiya şikayəti verərkən, qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair ərizə verməmişdir. Apellyasiya məhkəməsi isə prosessual müddətlə bağlı məsələni həll etmədən şikayəti kassasiya məhkməsinə göndərmişdir. Halbuki, MPM-nin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qayt arılır. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-in 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin aktının hansı hissədə (tam və ya qismən) müb ahisələndirilməsi, habelə kassasiya instansiyası məhkəməsinin MPM-in 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiq edilməsi barədə tələb şikayətdə dəqiq və aydın şəkildə əksini tapmalıdır. Hazırkı kassasiya şikayətinin nəticə hissəsi isə qeyd edilən tələblərə cavab vermir. Belə ki, şikayətdə apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğvindən sonra hansı prosessual hərəkətin edilməsinin tələb olunduğu göstərilməmişdir. Qeyd edilənlər kassasiya şikayətinin 407.1.4-cü maddəsinin tələblərinə uyğun şəkildə tərtib olunmadığına dəlalət edir. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habel ə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, MPM-in 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-320/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4071/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4071/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver