Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4072/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlaklara mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8832/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 034486 saylı xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28, 30,14 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 49 saylı mənzil X2 xüsusi mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən, Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv metr yaşayış, 45,68 kv metr kömə kçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28,6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1641 nömrəli reyestr kitabının 150555 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin daşınmaz əmlaklar üzərində Cəfərova (Sərdarova) Şəfaqət Səmədxan qızının və X3 1/2 hissədə payları tanınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018- ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" y/s, 28 saylı evin 49 saylı mənzilinin üzərində 1/2 hissədə X3, ½ hissədə isə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin mənzilin 1/4 hissəsi üzərində X3, 3/4 hissəsi üzərində isə İsmayılova (Cəfərova, hazırda Sərdarova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Suraxan ı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv metr yaşayış, 45,68 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Y eni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv metr yaşayış, 45,68 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə iddiaçı olaraq hər birinin bərabər qaydada mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin daşınmaz əmlaklar anaları Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar azyaşlı dövrlərindən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında cavabdehin mülkiyyətində olan yuxarıda göstərilən əmlaklardan ailə üzvü kimi bərabər şəkildə davamlı olaraq istifadə etmiş və bu gün də istifadə edirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixl i 2(010-175/2019 saylı qətnaməsi ilə onların həmin mənzillərdən və fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Hesab edirlər ki, etibarlı ailə əlaqələri əsasında mülkiyyətçi ilə birgə istifadələrində olan yuxarıda göstərilən əmlaklar üzərində qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə istifadə hüquqları tanındığından həmin əmlaklara gözlənilən (potensial) mülkiyyət hüquqları yaranmışdır.
10. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, birgə iddiaçıların mülkiyyət hüquqlarını tanınmasını tələb etdikləri daşınmaz əmlaklar onunla İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının ümumi paylı mülkiyyətindədir. Qüvvədə olan məhkəmə qərarlarına əsa sən həmin daşınmaz əmlaklardan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49-un ¼ hissəsi ona, ¾ hissəsi isə Şəfaqət Cəfərovaya məxsusdur. Digər iki daşınmaz əmlaklar üzərində isə onların ½ hissədə payları tanınmışdır. İddiaçılar qəsdən həmin əmlakların yalnız Şəfaqət İsmayılovanın (Cəfərova) tam mülkiyyətində olmasına dair sənədləri məhkəməyə təqdim edərək iddianın təmin olunmasına nail olmaq məqsədi daşımışlar. Hesab edir ki, iddiaçıların həmin daşınmaz əmlaklardan istifadə hüququnun olması mülkiyyət hüququnun tanınmasına əsas vermir. Bundan əlavə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumiyyətlə onun ailə üzvü deyillər. İddiaçıların hazırkı iddianı qaldırmaqda məqsədləri qeyd olunan daşınmaz əmlaklar üzərində onun mülkiyyət hüququnu məhdudlaşdırmaqdır.
11. Bakı şəhəri Sur axanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-690/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak - Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış, 45,68 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları nəticəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və cavabdehin mülkiyyət hüquqları müəyyən edildiyindən, hazırkı məhkəmə prosesində həmin halların yenidən baxılması və müəyyən edilməsi, yəni mübahisəli daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət hüquqlarının tanınması yolverilməzdir.
13. Bundan əlavə iddiaçılar tərəfindən mübahisəli daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması üçün istinad etdikləri məhkəmə qətnaməsi ilə mübahisəli daşınmaz əmlak üzərində istifadə hüquqlarının tanınması, mülkiyyətçi ilə etibarlı əlaqələrin mövcudluğu və mülkiyyətçi ilə birgə təsərrüfatın aparılması kimi əsaslar mülki qanunvericilik tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması üçün nəzərdə tutulmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu, Mülki Məcəllənin 36, 146.1, 146.2, 152.1, 152.5, 157.4 və 178.1-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məh kəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı”, “Əfəndiyeva Azərbaycana qarşı”, “Tanrıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” işlər üzrə qərarlarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 217.2, 217.3, 233.3 və 419.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxa rılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırmamışdır.
17. Birgə iddiaçılar hesab edirlər ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verdiyi və istifadə hüququnun mülkiyyət hüququnun mühüm tərkib elementi olduğu halda, məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Bundan əlavə, qeyd olunan daşınmaz əmlaklarla bağlı X8 İsmayılova (Cəfərova) arasında olan məhkəmə proseslərində hazırkı iddiaçılar tərəf və ya üçüncü şəxs olmadıqlarına görə onların paylı mülkiyyət hüququnun tanınması barədə məhkəmə qərarlarının hazırkı iddiaçılar üçün preyudisial əhəmiyyəti yoxdur.
18. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-8832/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə tələblə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv metr yaşayış, 45,68 kv metr köməkçi sahədən ibarə t fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin daşınmaz əmlaklar üzərində Cəfərova (Sərdarova) Şəfaqət Səmədxan qızının və X3 1/2 hissədə payları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" y/s, 28 saylı evin 49 saylı mənzilinin üzərində 1/2 hissədə X3, ½ hissədə isə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin mənzilin 1/4 hissəsi üzərində X3, 3/4 hissə si üzərində isə İsmayılova (Cəfərova, hazırda Sərdarova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktları əsasında mübahisəli daşınmaz əmlaklar üzərində müstəqil tələb irəli sürməyən X3 və cavabdeh Sərdarova (İsmayılova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüqüqları müəyyən edilmişdir. Həmin məhkəmə aktları qanuni qüvvəyə minmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası yoxdur, ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmi şdir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.3, 158.1.2 və 213.5-ci maddələrinə, MPM-in 384-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin əmlakdan istifadəsi, mülkiyyətçi ilə birlikdə əmlaklara sahibliyi həyata keçirməsi, cavabdehin iddianı etiraf etməsi, həmçinin mülkiyyət hüququnun mühüm tərkib elementi olan istifadə hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu iddiaçının əmlaklardan birgə sahiblik əsasında birgə istifadə etməsi hazırkı iddi a üzrə tələbin təmin edilməməsi üçün əsasdır. Apellyasiya məhkəməsi nəinki maddi hüquq normalarını, həmçinin mülkiyyətçinin iddianı etiraf etməsini belə nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 157.8, 158.1, 158.1.2 və 191.3-cü maddələrini və qüvvədə olan məhkəmə aktını nəzərə almamış, birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlamaqla nəticədə maddi hüquq normalarının tələblərini pozmuşdur. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
28. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırlımaqla tərəflərin təqdim etdiləri sübutlara əsasən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirilməsinə zərurət görmür.
42. Nəzərə almaq lazımd ır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8832/2021 nömrəli 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.