Məhkəmə qərarları › İş №2(102)-4073/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4073/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4073/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2 019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Hüseynli) İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və İ.Xəlilov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azər baycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6350,97 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə 6380,97 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etm işdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxxxx 2018-ci il tarixli müqavilə əsasında İddiaçı İB ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli, akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli akt əsasında 211,60 manat; xx.xx.2016-cı il tarixli akt əsasında 316,80 manat; xx.xx.2017-ci il tarixli akt əsasında 151,60 manat; xx.xx.2017-ci il tarixli akt əsasında 218 manat; xx.xx.2017-ci il tarixli akt əsasında 347,60 manat; xx.xx.2017-ci il tarixli akt əsasında 137 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 974,40 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 227,60 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 663,60 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat; 31,07.2018-ci il tarixli akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 133,20 manat; xx.xx.2018- ci il tarixli akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 142,20 manat;xx.xx.2018-ci il tarixli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli akt əsasında 142,20 manat;30.04.019-cu il tarixli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli,0213276 saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 955,40 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 6350,97 manat olmuşdur xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh 2019-cu ilin iyun ayına təbii qazdan istifadəsi nəticəsində 3667,40 manat məbləğində borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan görünür ki, cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, məhkəmə tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin ünvanda qaz sayğacı və qaz xətti mövcudluğu, həmin qaz sayğacının cavabdehə aid olduğu görünsə də, məhz həmin əlavə xəttin cavabdeh tərəfindən çəkildiyi sübuta yetirilmir. Ana qaz borusundan əlavə xəttin ç əkildiyi müəyyən olunsa da, lakin iş materiallarında olan şəkillərdəki əlavə xəttin söküldüyü, bu xəttdən cavabdehin istifadə etdiyi müəyyən edilmir. Həmçinin əlavə xəttin cavabdeh tərəfindən çəkildiyi sübuta yetirilmir. Bundan başqa cavabdehin ünvanına aid iki qaz sayğacı quraşdırılmışdır, lakin bu sayğaclardan biri istifadə edildiyi, digərinin isə ümumiyyətlə istifadə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı İB ünvan 1 ünvanda yerləşən cavabdehə məxsus evi təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. İstifadə olunan təbii qazın məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh öhdəlik götürmüşdür. Yaranmış 6350,97 manat məbləğində borcun ödənilməsi cavabdehə təklif olunmuşdur. Cavabdeh təbii qazdan istifadəyə görə borcunun olmadığını bildirmişdir. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacını n dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həm in müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstər icilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus evdə sayğacd an kənar əlavə xətt aşkar edilsə də, lakin həmin əlavə xəttin cavabdeh tərəfindən çəkildiyi sübuta yetirilməmişdir. Aktlarda qeyd olunanlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları, məhkəməyə təqdim etməmişdir. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxx x 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun'qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar