Məhkəmə qərarları › İş №2(102)-4073/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4073/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4073/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" X2 Səhmdar Cəmi yyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 30.12.2014-cü il tarixli, 5180ünkSTB/14 nömrəli kredit müqaviləsinə əsasən, Bank cavabdehə 24 ay müddətinə illik 26% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit vermişdır. Kredit müqaviləsinə 1 saylı əlavənin cədvəlinə əsasən, cavabdeh borcunu ödəməyə 30 yanvar 2015-ci il tarixdən başlamalı, hər ay 345 ABŞ dolları ödəməli, sonuncu ay 342,23 ABŞ dolları ödəməklə, 30 dekabr 2016-cı il tarixdə borcunu bitirməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 4814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə, cəmi 5644,94 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş, kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Bank qarşısında borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bankın 18.10.2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdehin 5180ünkSTB/14 nömrəli kredit müqaviləsi üzrə 4814,90 ABŞ dolları əsas borcu, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə borcu vardır. Məhkəmə iclasında təqdim olunmuş 03 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdehin 5180ünkSTB/14 saylı kredit müqaviləsi üzrə 30 dekabr 2016-cı il tarixə 5253,16 ABŞ dolları əsas, 814,13 ABŞ dolları faiz, 91,47 ABŞ dolları cərimə borcu vardır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-3178/2019 nömrəli iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmiş, cavabdehdən Bankın xeyrinə 4814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə olmaqla, cəmi 5644,94 ABŞ dolları borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə razılaşdırılmış məbləği müqavilə üzrə müəyyənləşdirilmiş müddət ərzində ödəməmiş, nəticədə Bank qarşısında borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh 30 dekabr 2014-cü il tarixli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan Bankın xeyrinə iddia ərizəsində göstərilmiş məbləğdə əsas, faiz və cərimə borcu tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 445, 448.1, 462, 739.1, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavab deh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilədə ona verilməli olan məbləğ 6400 ABŞ dolları göstərilsə də, ona cəmi 3105,22 ABŞ dolları məbləğində kredit verilmiş və bu barədə kassa məxaric orderi var. Həmin məbləği də o, 30 dekabr 2014-cü il tarixdə Bankda manata çevirərək Bankdan 2431,39 manat pul almışdır. Bank bu halı nəzərə almadan iddia ərizəsində ona 6400 ABŞ dolları məbləğində kredit verildiyini qeyd etməklə səhvə yol vermişdir. Sözügedən kredit müqaviləsi üzrə ümumilikdə Banka 2689 manat ödəniş etmişdir. Lakin Bank tərəfindən həmin məbləğlər borcdan silinərkən düzgün hesablama aparılmamışdır. Bank ilk dəfə 2017-ci ildə eyni müqavilə üzrə borc tələbinə dair iddia ərizəsi il ə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 5253,16 ABŞ dolları əsas, 814,13 ABŞ dolları faiz, 91,47 ABŞ dolları cərimənin ondan tutulmasını tələb etmişdir. Həmin Məhkəmənin 2(009)-648/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 1341,76 ABŞ dolları əsas, 323,66 ABŞ dolları faiz borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4606 nömrəli 23 avqust 2017-ci il tarixli rəyində onun Banka olan əsas borcu 1341,76 ABŞ dolları, faiz borcu isə 323,66 ABŞ dolları müəyyən edilmişdir. Lakin həmin tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentini n 28 fevral 2019-cu il tarixli Fərmanı mövcud olmadığına görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məbləğlər nəzərə alınmamışdır. Həmin qətnamədən Bank apellyasiya şikayəti vermiş və 28 fevral 2019-cu il tarixli Fərmanda göstərilənlərə Bank tərəfindən əməl olunması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-249/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən borc məbləğləri düzgün hesablanmamış, yüksək məbləğ müəyyən edilmişdir. Məhkəmə tərəfindən borcun düzgün olub-olmaması barədə ekspertiza da təyin edilməmişdir. İşin apellyasiya icraatı zamanı təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4606 nömrəli, 23 avqust 2017-ci il tar ixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən (ödəniş qəbzinə, hesabdan çıxarış məlumatlarına, maliyyə arayışına) 30.12.2014-cü il tarixli 5180nkSTB/14 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin Banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 08.09.2016-cı il tarixə əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 215.13 ABŞ dolları 30.12.2016-cı il tarixə, əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 323,66 ABŞ dolları. Məhkəmə-mühasibatlıq ekspertizasının 13189 nömrəli, 25 iyun 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən Banka ödənilmiş, silinmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və 30.12.2014-cü il tarixli 5180nkSTB/14 nömrəli kredit müqaviləs inin şərtləri əsas götürülməklə cavabdehin 01.09.2016-cı il tarixə (sualda göstərilən tarixə) Banka olan borcu 1.550,10 ABŞ dolları məbləğində və 30.12.2016-cı il tarixə (sualda göstərilən tarixə) Banka olan borcu 1.665,42 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 01.09.2016-cı il tarixə əsas borc üzrə 1.341,76 ABŞ dolları, faiz borcu üzrə 208.35 ABŞ dolları, 30.12.2016-cı il tarixə əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 323,66 ABŞ dolları. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnamə si əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 1341.76 ABŞ dolları, faiz borcun məbləği isə 323,66 ABŞ dolları, əsas və faiz borcun və cərimənin cəmi isə 1749,25 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmişdir. Qətnamə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-249/2019 nömrəli və Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-648/2017 nömrəli, eyni işin materiallarından çıxarılaraq hazırkı işə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4606 nömrəli 23 avqust 2017-ci il tarixli və 13189 nömrəli 25 iyun 2019-cu il tarixli rəylərində cavabdehin 30.12.201 6-cı il tarixə əsas borcu 1341.76 ABŞ dolları, faiz borcu isə 323,66 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin ekspertizalar eyni tərəflər arasında, eyni predmet və eyni əsasla olan iş üzrə eyni kredit müqaviləsi əsasında keçirilmişdir. Ekspertlər də iş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişlər. Qeyd olunan ekspert rəylərinin əsaslılığı hər hansı bir şübhə doğurmur. İddiaçının nümayəndəsinin iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, eyni kredit müqaviləsi üzrə üçüncü dəfə məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsini zəruri edən hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən, Məhkəmə kollegiy ası hesab etmişdir ki, cavabdehdən Bankın xeyrinə tutulan məbləğ ekspert rəyinə əsasən müəyyən olunmalıdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. Əvvəlki iş üzrə məhkəmə gedişatı zamanı keçirilmiş, həm birinci, həm də apellyasiya instansiyasında əldə olunmuş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə ekspert rəylərinin hazırkı iş üzrə sübut kimi istifadə edilməsi qanunsuz və əsassızdır. Çünki həmin iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müvafiq Fərmanın təsir dairəsinə düşüb-düşməməsinin araşdırılması ilə əlaqədar olaraq məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. Beləliklə, işə mahiyyəti üzrə baxılmamış və Bankın ekspert rəylərinə münasibət bildirmək imkanı məhdudlaşdırılmışdır. Ona görə də, işə apellyasiya qaydasında baxılan zaman mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmuşdur. Əvvəllər keçirilmiş ekspertiza rəyində kobud səhvə yol verilmiş, əvvəlki kredit müqaviləsi üzrə qalıq borcuna silinmiş 3099,78 ABŞ dolları məbləğ cavabdeh tərəfindən 30.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilmiş məbləğ kimi qeyd olunmuşdur. Əvvəlki iş üzrə təkrar ekspertiza zaman ı da birinci rəy təkrarlanmışdır. Məhkəmə, mövcud iddia tələbi ilə ekspert rəyi arasında kifayət qədər ziddiyyətin olmasına, sübutların təqdim edilməsinə baxmayaraq, ziddiyyətə göz yummuş, eksert rəylərini sübut kimi qəbul etməklə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxl anılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 21 7.4). Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4961/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar