Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4073/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlsəfa oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4073/2023 Açar sözlər: borcun məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1053/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı:
1. X3 ilə İddiaçı ASC (bundan sonra - iddiaçı və ya bank) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2. xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli “İpoteka Müqaviləsi”nə əsasən mülkiyyət hüququ ilə Cavabdeh Əlsəfa oğluna (bundan sonra - cavabdeh) məxsus (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi ** ********31-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-cü maddəsinə əsasən ipoteka predmetinin dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir.
3. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 03 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
4. İddiaçı cavabdehə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11052/KTMF saylı Kredit müqaviləsi üzrə ümumilikdə 7397.55 manat-əsas borc 600.54 manat, faiz borcu 5386.71 manat və dəbbə pulu 1410.30 manat məbləğinin tutularaq İddiaçı ASC-yə ödənilmə si, tələbin 11052//KTMF saylı Kredit müqaviləsinin təminatı olan Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya cəmi 7397.55 manat, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün xərc və 94 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, bankın Masallı filialı ilə X3 arasında xx.xx.2014-cü il tarixində bağlanan 11052/SKMF saylı Kredit müqaviləsinə əsa sən illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 11052/SKMF saylı Kredit müqaviləsinin təminatı olan xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli İpoteka müqaviləsinə əsasən cavabdehə məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2014-cü il). Həmçinin, 11052/SKMF saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “ Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məktubuna əsasən borclu X1 vəfat etməsi məlum olmuşdur. İşlə bağlı olaraq göndərilmiş xx.xx.2022-ci il tarixil 527/2022 saylı sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə vəfatetmiş X1 adına heç bir vərəsəlik işi açılmamış və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. İddiaçının M/22-5111 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, 11052//KTMF saylı Kredit müqaviləsi üzrə əsas borc 600.54 manat, faiz borcu 5386.71 manat, dəbbə pulu 1410.30 manat, cəmi 7397.55 manat məbləğində borc yaranmışdır. Bu barədə cavabdeh dəfələrləyazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmaya raq, o öhdəliyinin icra edilməsindən yayınmışdır.
6. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, X2 İddiaçı ASC-yə borcu əsas borc qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 3200.54 manat məbləğində müəyyən edilmişdir.
7. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra cavabdeh tərəfin banka olan borcu üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 2600 manat ödəniş edilmişdir.
8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verər ək, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Cavabdehin 600 manat borcu olaola bank tərəfindən 7395 manat borcun olduğunu və hər hansı bir pul vəsaiti ödəmədiyini əsas gətirərək müqaviləyə əsasən borcun ödənilməsini xahiş etmişdir. Hazırkı məsələ ilə əlaqədar xx.xx.2014-cü il tarixli müqavilə onunla deyil, mərhum atası ilə bağlanmışdır ki, hesablanan şişirdilmiş dəbbə və faiz varisi olduğundan nəzərə alınmalıdır və hansı mexanizmlə hesablandığını ona bildirməlidirlər. İddiaçı müqavilənin bitdiyi vaxtdan 3 ildən də artıq müddət keçəndən sonra bu borc tələbini irəli sürmüşdür. İddia ərizəsinin özündən də aşkar şəkildə görünür ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri 2014-cü ilin noyabr ayında bağlanmış və iddiaçı bu əqdin etibarsızlığı ilə bağlı tələ b irəli sürülməsi üçün mülki qanunvericilikdə təsbit edilmiş 3 illik və 1 aylıq iddia müddətlərini ötürmüşdür.
9. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, atası X3 tərəfindən bankdan qeyd edilən məbləğdə kredit götürülmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə ödənişlər edilmiş və 600 manat restrukturizasiya edilməli idi. Bank restrukturizasiya etməmiş atasının ölümündən sonra o, 5000 manatdan çox pul ödəmişdir. Həmçinin, qeyd edilən iş üzrə zaminliyi yoxdur. Odur ki, qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
10. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(050)-509/2023 nömrəli (hakim Z.A. Zeynalov) qətnaməsi ilə, iddia qismən təmin edilmişdir və cavabdehdən 600 manat məbləğində əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilmişdir və tutulacaq məbləğ ipoteka qoyan cavabdehin mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, cavabdehin mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra hə min torpaq sahəsinə və evə cavabdehin istifadə hüquqları itirilməsi, onun həmin əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədən təmin edilməmişdir.
11. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, işdə olan sübutlarla X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 600.54 manat məbləğində əsas borcun, 5386.71 manat məbləğində faiz borcunun, 1410.30 manat məbləğində cərimə borcunun, cəmi 7397.55 manat məbləğdə borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin pro blemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına 3200 manat məbləğdə pul vəsaitiyönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 600 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 442, 445.2.1, 448.1, 445.7, 739.1- 739.2, 317.1. 317.2.-ci, 319.1. və 319.4.cü,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 39.3.3, 59.3,269.7, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək əsaslandırmışdır. b) pellyasiya instansiyası məhkəmələrindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(050)-509/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi X4 Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kre dit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 3200,54 manat təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peny a) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”-nın tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydaların tələblərinə əsasən, növbəti prosessual tədbirlər hər bir müştəriyə münasibətdə müvafiq kommersiya bankları tərəfindən icra edilməli idi. Həmçinin nəzərinizə çatdırılır ki, Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin (ha kimlər Z.M. Allahyarov - sədrlik edən və məruzəçi, İ.Q. Əsədov, S.İ.Mayılov) xx.xx.2023-ci il tarixli, 2(106)-1053/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-509/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri əhatəsinə düşdüyündən, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixə kredit müqaviləsi üzrə vaxtı keçmiş 3200,54 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulduğundan, Fərmandan sonra borclu tərəf 2600 manat ödəniş etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıdan 600 manat əsas borcun tutulması qənaətinə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.
16. Apelyasiya instasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 317, 319.1, 319.6, 385, 386.1, 442, 448.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.1., 39.3.3., 59.3.,59.3.1, 59.3.2., 59.4-ci maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi dentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1, 7.1, 8.1, 8.3, 8.6-cı bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli, 02/2023 saylı Qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli və 2(106)-1053/2023 saylı qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassator şikayəti onunla əsaslandırmışdır ki, birinci ins tansiya və apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, əsassız qətnamə çıxarmışdır. xx.xx.2014-cü il tarixli 11052/SKMF saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli 11052/SKMF saylı Kredit müqaviləsinin müddəaları nəzərə alınmamışdır. iş materiallarında olan maliyyə arayışına əsasən, müəyyən olunmuş əsas, faiz və dəbbə pulunun hesablanmasına xüsusi bilik tələb olunduğu halda birinci instansiya məhkəməsi tərəfindən hesablama apararaq heç bir əsas olmadan faiz və dəbbə pulunu silmişdir. Məhkəmə borcla bağlı olan məbləğin ziddiyyət təşkil etdiyi suallara cavab tapmaq üçün ekspertiza təyin etm əli olduğu halda, təyin etməyərək hakim özü hesablamalar apararaq əsassız qətnamə qəbul etmişdir. Həmçinin qeyd olunanlardan başqa, tərəfimizdən ödənilmiş dövlət rüsumunun tam təmin edilməməsi əsassızdır. Cavabdehin izahatlarına görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası yəni kredit müqaviləsinin restrukturizasiyası istiqamətində iddiaçı tərəfindən müqavilə bağlanmamışdır. Bildirmək istəyirik ki, iddiaçı tərəfindən Kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı cavabdeh tərəflər məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlər arasında yeni kredit müqaviləsinin bağlanılmamasına səbəb kimi, cavabdeh tərəflərin Banka müraciət etməmələri olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin izahatları əsas götürərək əsassız məhkəmə aktı qə bul etmişdir.
19. Kassator kassasiya şikayyətinin dəlillərini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 87.2, 97.1, 217.2-ci maddələrinə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.
1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirak çıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq cavabdehdən tutulmalı olan borcun məbləği ilə bağlı yuxarıda göstərilən nəticəyə gəlmişlər.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiya sı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1053/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.