Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4075/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübut etmə yükünün müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10963/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinə 25 iyul 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə "xxxx" MMC (bundan sonra “cavabdeh”) arasında 23 fevral 2018-ci tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya (iddiaçıya) verməyi, “Payçı” isə həmin mənzili qəbul edib, mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh 23 fevral 2018-ci ildə iddiaçıya maliyyə arayışı vermiş, həmin arayışda göstərilmişdir ki, iddiaçı mübahisəli mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur.
3. Müqavilə və maliyyə arayışında mənzilin qiyməti və ödənilən məbləğ göstərilməyib.
4. İddiaçı cavabdehə pretenziya məktubu ünvanlamış, mübahisəli mənzilin ona təhvil verilmədiyini qeyd etmiş, bu səbəbdən ödədiyi 112.000 manat məbləğində pulun və həmin pulun 3 il əsassız saxlanılması və ondan qanunsuz istifadə edilməsinə görə müvafiq kompensasiya ödəməklə nağd şəkildə ona qaytarılmasını təklif etmişdir. Cavabdeh təklifə cavab verməmişdir.
5. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilmiş 112.000 (yüz on iki min) manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən fa ktiki hallarına istinad edərək iddia tələbini belə əsaslandırmışdır ki, müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi müqavilənin bağlandığı gün icra edərək, mübahisəli mənzilin hər kv.metrinə görə cavabdehə 800 (səkkiz yüz) manat, ümumilikdə 140x800=112.000 (yüz on iki min) manat nəğd şəkildə ödəyib müvafiq maliyyə arayışı almışdır. Müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yubatmadan və tam şəkildə icra etmişdir. Lakin cavabdeh müqavilənin bağlandığı vaxtdan 3-ildən artıq müddət keçməsinə baxmayaraq, öhdəliyinin icrasına ümumiyyətlə başlamamışdır. Belə ki, cavabdehlə aralarında müqavilə bağlanarkən birinci binanın D blokunun 7-ci mərtəbəsinin inşası artıq tamamlanmış vəziyyətdə idi. Lakin müqavilənin bağlandığı vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh D blokun tikintisini, ümumiyyətlə, davam etdirməmiş və tikinti işlərini davam etdirməməsinin səbəbləri barədə payçılara hər-hansı formada məlumat verməmişdir.
8. Müqavilənin bağlandığı vaxtdan ötən 3 ildən artıq müddət ərzində iddiaçı cavabdehdən öhdəliyini icra etməsini, əks təqdirdə, ödənilmiş pul məbləğini geri qaytarmasını tələb etsə də, cavabdeh onun bu tələblərinə heç bir əhəmiyyət verməmişdir.
9. Cavabdehin 23 fevral 2018-ci il tarixdə bağlanmış “kooperativ binada mənzil tikintisi haqqında” müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasına 3 ildən artıq müddət ərzində başlamaması, iddiaçının ödədiyi pul məbləğini geri qaytarmaması, müraciətlərinə isə cavab və əhəmiyyət verməməsi cavabdehin öhdəliklərini icra etmək niyyətində olmadığını təsdiq edir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mül ki Məcəllənin 385.1-ci maddəsinə istinad etmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili iddiaya münasibətində göstərmişdir ki, iddiaçının maliyyə arayışı var, onlar iddiaçının hüquqlarını poza bilməzlər. MTK-lar maliyyə arayışında qiymət göstərmir. Lakin iddiaçı bunu tələb etməli idi. Mənzilin kv.m-i əvvəl 500550 manat olub, indi 800 manat deyil. Səbail Rayon Məhkəməsində analoji iş üzrə çıxarılmış qətnamədə 94 kv.metr üçün 45000 manat tələb olunub. Binanın tikintisi davam edir. Müqavilədə evi başqasına satıb pulu ödəmək şərti də var, buna da etiraz etmirlər.
12. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, həmin müqavilə əsasında iddiaçıya satılmış mənzilin kvadratmetrinin dəyərinin 500 manat olduğunu, öhdəliyi icra etmək niyyətində olduqlarını, bir il ərzində tikinti işl ərini yekunlaşdırıb iddiaçıya mənzili təhvil vermək istədiklərini bildirmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Şəhla Süleymanova)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara, eləcə də tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya (iddiaçıya) verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 112.000 manat məbləğində ol maqla, cavabdeh tərəfindən iddiaçıya verilmiş 23 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı mənzilin ümumi dəyərini tam olaraq ödəmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, hazırki vaxtadək müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı ödənilmiş 112.000 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır.
16. Birinci instansiya məhkəməsi həmin müqavilə əsasında iddiaçıya satılmış mənzilin bir kvadratmetrinin dəyərinin 500 manat olması barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, mənzilin bir kvadratmetrinin dəy ərinin 500 manat olmasını sübut edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsi cavabdehin müqavilə əsasında nəzərdə tutulmuş yaşayış sahəsini ağlabatan müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilə bağlanan vaxtdan 3 ildən artıq vaxt keçməsini, müqavilə üzrə verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi binanın tikinti işlərinin yekunlaşdırılıb təhvil verilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.1, 427.2, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməs indəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - binanın vaxtında inşa olunmamasına müxtəlif üzrlü səbəblər olsa da, cavabdeh müqavilə üzrə öhəliklərini yerinə yetirmək niyyətindədir və iddiaçıya aid olan mənzilin 1 il müddətində təhvil verilməsi nəzərdə tutulur. Bu barədə iddiaçıya təklif olaraq rəsmi qaydada mövqe bildirilib; - həmçinin mənzilin hər kvadratmetrinin 800 manatdan hesablanması üçün heç bir əsas yoxdur. Belə ki, qeyd olunan binada mənzillər hər kv.metrinin dəyəri 500 manat olmaqla satılmışdır. Mübahisələndirilən qətnamədə mənzilin kv.metrinin 500 manata satılmasına dair cavabdeh tərəfindən mötəbər sübutun təqdim olunmaması qeyd ol unmuşdur. Lakin iddiaçı tərəfindən də mənzilin kv.metrinin 800 manatdan olmasını sübut edən dəlil məhkəməyə təqdim olunmamışdır. Belə olan halda həmin binada mənzillərin kv.metrinin dəyərinin müəyyən olunması istiqamətində mütəxəssis və ya ekspert rəyinin alınması yaranmış vəziyyətə daha doğru qiymətin verilməsi üçün əsas yaratmış olardı; - hər bir halda məhkəmənin cavabdeh tərəfindən mənzilin kv.metrinin 500 manata olması barədə sübut təqdim olunmaması ilə bağlı gəldiyi nəticə düz deyil, analoji iddia tələbi ilə Səbail rayon məhkəməsinə müraciət etmiş başqa bir sakin cavabdehdən hər kv.metr üçün ödədiyi 450 manatı tələb etmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında olan mənzilin kv.metrinin dəyərinin 45 0 manatdan hesablanmaqla iddia tələbi təmin edilmişdirtmişdir və həmin qətnamə məhkəməyə təqdim olunmuşdur. - bundan əlavə, mübahisələndirilən qətnamə ilə iddiaçıya 112 000 manat vəsaitin ödənilməsi qət edilsə də, bu tələbin irəli sürülməsi üçün əsas olmuş müqavilə ləğv olunmamışdır. Bununla da faktiki olaraq iddiaçıya həm 112000 manat vəsaitin ödənilməsi qət olunur, həm də mənzilin alqı-satqısına dair müqavilədə qüvvədə qalır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10963/2021 saylı mülki iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəya l Sarıyev)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin arasındakı münasibət podrat münasibətidir. Cavabdeh (podratçı) üzərinə götürdüyü öhdəliyi yerinə yetrmədiyinə görə iddiaçı müqavilədən imtina etməyə və ödədiyi pulun qaytarılmasını tələb etməyə haqldır. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsində “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər” qeyd olunub. Müqavilədə nəzərdə tutulan mənzilə münasibətdə işlər nəinki qurtarmayıb, ümumiyyətlə, başlanmayıb. Buna görə də iddiaçı müqavilədən imtina edərək ödədiyi pulun qaytarılmasını tələb edir. İddiaçı bildirir ki, cavabdehə 112.000 manat pul ödəyib. xx.xx.2018-ci il tarixli maliyyə arayışında cavabdeh təsdiq edib ki, iddiaçı mənzilin tikinti dəyərini tam ödəyib. Arayışda məbləğ qeyd olunmayıb.
23. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, cavabdeh özü belə məzmunda (yəni tam ödəniş barədə) arayış verdiyinə görə iddiaçıdan aldığı pulun məbləğini sübut etmə vəzifəsi onun üzərinə düşür, lakin cavabdeh sübut təqdim edə bilmir.
24. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 759.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh 112.000 manat pulu iddiaçıya qaytarmalıdır. Çünki bu maddəyə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansıs a marağı olsun. Göründüyü kimi, bu maddədə “yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər” qeyd olunub. Cavabdeh (podratçı) heç bir iş yerinə yetirmədiyinə görə iddiaçının ona verdiyi pula tələb hüququ yaranmayıb, bu isə o nəticəni verir ki, cavabdeh pulu özündə saxlaya bilməz, geri qaytarmalıdır.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 759.1 və 759.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmun da əsaslandırılmışdır. (bax:20-ci bənd) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kredit or öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin ha qqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə b ilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində cava bdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
33. İddiaçı “Kooperativ binda mənzil tikintisi haqqında” 23 fevral 2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 112000 (yüz on iki min) manat pulun cavabdehdən alınıb ona qaytarılmasını xahiş edib və tələbinin əsası kimi 140 kv.metr mənzilin hər kv.metri üçün 800 manat pul ödəməsi barədə müqaviləyə və eyni tarixli maliyyə arayışın a istinad edib.
34. İşin müəyyən edilən hallarına görə isə mənzilin qiymətinin nə qədər olması və mənzilə görə nə qədər pul ödənilməsi nə müqavilədə, nə də maliyyə arayışında göstərilməyib. Cavabdeh isə mənzilə görə 112000 manat deyil, mənzilin hər kv.metrinə görə 500 manat pul ödənilməsini göstərib.
35. İddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçıya satılmış mənzilin bir kvadratmetrinin dəyərinin 500 manat olması barədə cavabdehin hər hansı sübut təqdim etməməsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də eyni mövqedən çıxış edərək, cavabdehin özünün belə məzmunda (yəni tam ödəniş barədə) arayış verdiyinə görə iddiaçıdan aldığı pulun məbləğini sübut etmə vəzifəsinin də cavabdehin üzərinə düşməsini göstərmişdir.
36. Məhkəmə kollegiyası sübut etmə yükünün belə qaydada bölüşdürülməsini düzgün saymır. Belə ki, Mülki Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
37. Göründüyü kimi, qanunvericilik qiymət nəzərdə tutulmayan və müqavilə şərtlərinə əsasən də bunun müəyyən edilməsinin mümkün olmadığı əvəzli müqavilələr üzrə pulun müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməli olmasını müəyyən edib.
38. Bir halda ki, iddiaçı qiyməti göstərilməyən müqaviləyə istinad edib 112000 manat pul tələb edir, belə olan halda, qeyd edilən hüquq normasının tələbi baxımından həmin qiymə tin müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymətlə müəyyən edilməsini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Bu, həm də MPM-in 77-ci maddəsinin göstərişlərindən irəli gələn bir tələbdir. Lakin işə baxan məhkəmələr mübahisənin düzgün həlli baxımından Mülki Məcəllənin 398.3-cü maddəsinin tələblərini nəzərə almamış, MPM-in 77-ci maddəsinə uyğun olaraq sübut etmə yükünü düzgün müəyyən etməməklə səhvə yol vermişlər.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırm alı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10963/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.