Məhkəmə qərarları › İş №2(102)-4075/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4075/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4075/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə 2(103)-1092/2023 nömrəli, 2023-cü il 8 avqust tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)2455/2022 nömrəli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh 10030 manat pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq ilk İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, qarşılı qlı iddia üzrə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

2. Cavabdeh ondan apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 31 mart tarixli, 2(103)-1092/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)- 2455/2022 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi, ilkin iddia üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası qismən təmin edilməsi, 600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilm əsi qət edilmişdir.

4. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(103)-1092/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti MPM-in 407.1.4-cü maddəsinin tələbinə uyğun verilmədiyindən geri qaytarılmışdır.

6. İddiaçı 25 iyul 2023-cü il tarixdə yenidən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim etmişdir.

7. Vəsatəti onunla əsaslandırmışdır ki, qətnamənin sürəti iddiaçıya rəsmi olaq 10 aprel 2023-cü ildə təqdim olunmuş və 2 ay müddətində, 06 iyun 2023-cü il tarixdə kassasiya şikayəti elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, 09 iyun 2023-cü il tarixdə qərardad qəbul olunmuş və həmin qərardadla kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən qərardadda qeyd olunan nöqsanı aradan qaldırmaqla kassasiya şikayəti yenidən təqdim olunmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli qərardadı ilə (hakimlər Fərrux Qasımov (məruzəçi), Fuad Abdıyev və Pərviz Hüseynov, iş N 2(103)-1092/2023) ərizə təmin edilməmiş və müddətin bərpasından imtina edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən qətnamə 25 aprel 2023-cü il tarixdə vəkili və nümayəndəsi Nümayəndə2 elektron məhkəmə informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə iddiaçıya çatdırılmış, sonuncunun qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət daxilində verdiyi kassasiya şikayəti i sə Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərardadı ilə tələb düzgün göstərilmədiyindən geri qaytarılmışdır. 10. 9 iyun 2023-cü il tarixli qərardad isə 19 iyun 2023-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir və sonuncu həmin vaxtdan 10 gün müddətində ya nöqsanı aradan qaldırıb yenidən kassasiya şikayəti verməli, ya da qərardadla razılaşmadığı təqdirdə həmin qərardaddan kassasiya şikayəti verməli idi.

11. Lakin iddiaçının nümayəndəsi qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarıldıqdan sonra, göstərilən nöqsanların aradan qaldırılıb, ağlabatan müddətdə yenidən kassasiya şikayəti təqdim edə biləcəyi halda yenidən kassasiya şikayəti təqdim etmək üçün bir aydan artıq müddət gözləmişdir. Kassasiya şikayətinin geri qayt arıldığı artıq 19 iyun 2023-cü il tarixdə iddiaçının vəkilinə məlum idi və sonuncu hansı səbəbdən 1 aydan artıq müddəti keçirməsini heç bir tutarlı dəlillə əsaslandırmamış, bu məsələyə dair ümumiyyətlə heç bir fikir bildirməmişdir. Halbuki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun.

12. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün iddiaçının ondan asılı olmayan, onun tərəfindən dəf edilməli imkanlardan kənara çıxan, ona maneə törədən və məhdudiyyət yaradan səbəbləri sübuta yetirmədiyi üçün, üzrlü hesab edilə bilməz. Buna görə də ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir

13. Məhkəmə ko llegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-nin 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405, 45.0.1, 408.5-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin surəti ona rəsmi olaraq xx.xx.2023-cü ildə təqdim olunmuş və o da 2 ay müddətində, xx.xx.2023cü ildə kassasiya şikayətini elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Lakin kassasiya şikayətinin göndərilib-göndərilməməsi ilə maraqlandıqda ona məlum olmuşdur ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qərardad qəbul olunmuş və həmin qərardadla kassasiya şikayəti geri qaytarılmış, buna səbəb kimi həmin şikayətin "xahiş edirəm" hissəsində məhkəmədən tələbinin tam olaraq nədən ibarət olması, qətnamənin hansı hissədə ləğv edilməsi konkret və aydın göstərilməmişdir. O, qərardadda qeyd olunan nöqsanı aradan qaldırmaqla kassasiya şikayətini yenidən təqdim etmiş və məhkəmədən kassasiya şikayəti müddətini üzürlü sayıb bərpa etməklə kassasiya şikayətinin əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün göndərilməs ini xahiş etmişdir. Lakin Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və müddətin bərpasından imtina edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: 17.... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə mal ik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

21. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlan ğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

22. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi ni üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

27. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

28. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

29. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiy i gündən 2 ay müddətində;

30. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Qərardaddan kassasiya şikayəti verən kassator onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdı r.

36. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

37. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü s əbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

38. Hazırki işin materiallarından müəyyən olunur ki, məhkəmənin 09 iyun 2023-cü il tarixli qərardad 19 iyun 2023-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.Həmin vaxtdan 10 gün müddətində ya nöqsanı aradan qaldırıb yenidən kassasiya şikayəti verməli, ya da qərardadla razılaşmadığı təqdirdə həmin qərardaddan kassasiya şikayəti verməli idi. Lakin iddiaçının nümayəndəsi qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarıldıqdan sonra, göstərilən nöqsanların aradan qaldırılıb, ağlabatan müddətdə yenidən kassasiya şikayəti təqdim edə biləcəyi halda yenidən kassasiy a şikayəti təqdim etmək üçün bir aydan artıq müddət gözləmişdir. Kassasiya şikayətinin geri qaytarıldığı artıq 19 iyun 2023-cü il tarixdə iddiaçının vəkilinə məlum idi və sonuncu hansı səbəbdən 1 aydan artıq müddəti keçirməsini heç bir tutarlı dəlillə əsaslandırmamış, bu məsələyə dair ümumiyyətlə heç bir fikir bildirməmişdir.

39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz həmin tarixdən hesablamaqda, düzgün nəticəyə gəlmişdir. 40. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X2 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

41. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-1092/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar