Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4076/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1333/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Mənzil Tikinti Şirkəti (bundan sonra – şirkət) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli, N-11/15 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən, şirkətə ayrılmış Bakı şəhəri, ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 29 kv.metr, bir otaqdan ibarət olmaqla, dəyəri 18.000 manat təşkil etmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun şirkətə müvafiq mənzilə dair borcu qalmamışdır. Bu barədə ona şirkət tərəfindən müvafiq maliyyə arayışı təqdim edilmi şdir. Şirkət ilə iddiaçı arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya verilən 31 nömrəli mənzil 27 nömrəli mənzilə dəyişdirilərək, bununla bağlı müqavilədə dəyişiklik edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 308.2ci və 313-cü maddələri, Cavabdeh2 Cinayət Məcəlləsinin 313-cü maddəsi, Cavabdeh1 isə Cinayət Məcəlləsinin 32.4, 313-cü maddələri ilə məhkum olunmuşlar, həmin hökmlə müəyyən edilmişdir ki, XXX "xxxx" MMC-nin təsisçisi vəzifəsində işləyərkən Bakı şəhəri, ünvan 2 ünvanında inşası aparılan 1 saylı 4 mərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsinə investor qismində vəsait qoyan X2 22.0 9.2017-ci il tarixli əmri ilə həmin binanın tikintisini həyata keçirməsi nəzərdə tutulan “B.N.S.” fərdi tikinti şirkətinin direktoru təyin edilməklə...özü və həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi Cavabdeh1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, “X11” ASC ilə həmin ünvanda yaşayış binasının tikintisini fərdi sahibkar qismində 2017-ci ilin sentyabr ayınadək həyata keçirmiş Cavabdeh2 arasında bağlanmış 27.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 verilmiş 366 000 ABŞ dolları kreditlə bağlı....mənzil satışından əldə olunan vəsaitin 40 faizini kredit borcunun ödənilməsinə... məsul şəxs olmasına baxmayaraq, binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi Cavab deh1 yanında nüfuz qazanmaq məqsədilə, sonuncuya 2015-ci ildə 26 500 manat və 24 000 manat ilkin vəsait ödəyib, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən digər - 1A saylı yaşayış binasından mənzil almış X7 və X4, həmçinin həmin binada apardığı təmir dəyəri müqabilində mənzil almış X8 aldığı mənzillərin yerləşdiyi bina üzərində Cavabdeh1 12.02.2015-ci il tarixdə X3 aldığı 305 000 ABŞ dolları borcunu qaytarmamasına görə sonuncunun iddia ərizəsi üzrə məhkəmənin qərardadı ilə həbs qoyulması səbəbindən.... Cavabdeh1lə sövdələşməklə təhriki əsasında özü 2017-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində həmin ünvanda yerləşən ofis binasında "xxxx" şirkətinin müqavilə blankının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumat daxil etdiyi 23 nömrəli mənzilin X1 dair qəsdən tarixi 07.09.2017-ci il kimi göstərilmiş saxta müqaviləni şirkətin dairəvi möhürü ilə təsdiq edib imzalamaqla vəzifə saxtakarlığı edib,... bundan əlavə, özü direktor qismində şəxsən İddiaçı sahəsi 34 kv. metr olan 20 400 manat dəyərində 27 saylı mənzilin satılması ilə əlaqədar şəxsən sonuncudan 18 000 manat pulu almaqla 16.11.2017-ci il tarixli müqavilə bağlamış,....həmin vəsaitin bir hissəsini tikintiyə, digər hissəsini isə rəhbərlik etdiyi müəssisənin digər xərclərinə sərf edib həmin hərəkətləri ilə... kütləvi surətdə fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin hökmündən X6, Cavabdeh1 və Cavabdeh2 müdafiəçiləri, eləcə də zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apel lyasiya şikayətləri təmin edilməmiş, bununla belə X6 Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə hökmün dəyişdirilməsi, X9 Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməsi, X6 üzərində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 dair hissədə ləğv edilmə si, Cavabdeh1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.4-cü, 313-cü maddələri ilə və Cavabdeh2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 18.000 manat məbləğində əsas borc, 2.506,50 manat məbləğində əldən çıxmış fayda və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 20.536,50 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi r. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı və işə məhkəmədə baxılan ərəfədə cavabdehlər ona vurduğu maddi ziyanın ödənilməsini təmin etməmişlər. Cinayət işi məhkəmədə baxılan zaman ona dəymiş maddi ziyanla bağlı cavabdehlərə qarşı mülki iddia verməmişdir. X6 16 noyabr 2017-ci il tarixdə ondan 18.000 manat məbləğində pul alması və həmin pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisinə istifadə etməklə, bu günədək ona qaytarmamaları ittiham hökmü ilə müəyyən edilmişdir. Bundan əlavə, cavabdehlərin ondan aldıqları 18.000 manat məbləğində pul vəsaitindən özü istifadə etməklə üç ilə yaxın müddət ərzində 4.0005.000 manat məbləğində pul qazana bilərdi. Lakin, cavabdehlər onu bu imkandan, həmçinin həmin pulu hər ha nsı bankın depozitinə qoymaq, heç olmazsa Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 5% illik bank uçot dərəcəsi miqdarında, yəni ən azından 2.506,50 (18.000 x 5 % = 900: 18.900 x 5% = 945: 19.845 x 5%: 12 x 8 = 661,50: 900 + 945 + 661,50 = 2.506,50) manat gəlir əldə etmək imkanından məhrum etmişlər. Həmçinin, cavabdehlər ona vurduqları maddi ziyanı vaxtında və mübahisəsiz ödəməməklə, onu əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu və özünə vəkil tutmaq, vəkilə xidmət haqqı ödəmək məcburiyyətində qoymuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2963/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilmiş, cavabdehlərdə n müştərək qaydada 18.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini 18.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində əsaslı hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən payçı (iddiaçı) tərəfindən mənzilə görə ödənilmiş 18.000 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Məhkəmə, iddia tələbinin 2.506,50 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respubli kası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 567, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onlara pul verməmiş, cinayət işi üzrə onun mülki iddiası təmin edilərək pulu vermiş olduğu X5 onun xeyrinə 18 000 manat pul tutulmuşdur və bu səbəblə də yenidən iddia qaldırılması yolverilməzdir. Məhkəmə isə sübutlara düzgün hüquqi qiymət verməyərək işin hallarını tam araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1333/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və F.Babayev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni 18 000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia tələbi Cavabdeh2 aid hissədə təmin olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının Cavabdeh2 qarşı iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi adı çəkilən cavabdehə qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə də qətnamə ona aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Bununla belə, məhkəmə iddiaçıya izah etmişdir ki, o, cinayət işi üzrə qəbul olunmuş hökmə istinadən məhz X9 qarşı müvafiq iddia tələbi irəli sürə bilər. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh2 aid hissədə də təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Kassator göstərmişdir ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, yalnız cavabdehin ehtimal və fərziyyələri üzərində nəticəyə gəlmiş, onun hüquqlarını nəzərə almamış, qətnaməni məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Cavabdehlər cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmişlər. İş üzrə digər zərərçəkmiş şəxslərə ziyan ödənilsə də, ona dəymi ş maddi ziyan ödənilməmişdir. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin müvafiq hökmü ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən yalnız cəzadan azad olunmuşlar. Belə olan halda, cinayət işi üzrə təqsirləndirilən şəxslər (cavabdehlər) vurulmuş maddi ziyanla bağlı mülki məsuliyyətdən azad olunmurlar. Kassasiya şikayətinin əsası kimi MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında ona aid hissədə yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1333/2021 nömrəli iş üz rə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4076/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4076/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver