Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4078/2024 23.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə əvəz olaraq pul” tələbinə dair iş üzrə Bakı şəhəri Beyləqan Rayon Məhkəməsinin 2024-cü il 24 sentyabr tarix li, 2(020)-1661/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 23 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" kəndli fermer təsərrüfatının Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə əvəz olaraq pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 67 saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşınalıq yolu ilə 2022-ci ildə əkib-becərməklə "xxxx" kəndli fermer təsərrüfatı MMC-yə vurduğu maddi ziyanın əvəzi olaraq 34.600 manat məbləğində pulun, vəkil xidmətinə görə 2200 manat, cəmiyyətin adına yeni müqavilənin bağlanması na görə 1125 manat, zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu kimi ödənilmiş 500 manat, ayrı-ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə 3.300 manat, cəmi 41.725 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 216 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Beyləqan Rayon Məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli, 2(020)-1661/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Xatın Cabbarlı).
3. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və Cavabdeh xx.xx.2022-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır və əsas fəaliy yət növü qoyun və keçilərin yetişdirilməsidir. Həmçinin iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, hal-hazırkıp iddia tələbi tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar, yəni 2022-ci il tarixdə cavabdehin iddiaçı hüquqi şəxsə məxsus torpaq sahəsində əkinçilik fəaliyyəti həyata keçirməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır. Belə olan halda, da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırkı tələbi ilə cavabdehin yaşayış yeri üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər.
4. İddiaçı (vəkili Vəkil) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılması barədə qərar q əbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, “Azər-Zeynallı” kəndli fermer təsərrüfatı ilə Cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, həmin təsərrüfata məxsus 25 hektar torpaq sahəsinin cavabdeh tərəfindən Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2018-ci il tarixli sonradan məhkəmə tərəfindən ləğv edilmiş sərəncamı əsasında qanunsuz olaraq zəbt edilməsi nəticəsində vurulmuş maddi ziyan əvəzi olaraq pul tələbi olmuşdur. Bundan əlavə, məhkəmə işin Beyləqan Rayon Məhkəməsinə aidiyyatı olmaması barədə qərardadında Cavabdeh xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi olmasına əsaslanmış, bu dəlil də əsaslı ola bilməz ona görə ki, Cavabdeh qarşı qaldırılmış iddia ərizəsi onun sahibkarlıq fəaliyyəti il ə bağlı deyil, onun qanunsuz olaraq “Azər-Zeynallı” kəndli fermer təsərrüfatına məxsus 25 ha torpaq sahəsini zəbt edərək maddi ziyan vurması ilə bağlı olmuşdur.
6. Beyləqan Rayon Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli, 2(020)-1661/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və məhkəmə aidiyyatının müəyyən edilməsi üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim Xatın Cabbarlı). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
7. Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
8. Maddə
15. Məhkəmə a idiyyətinə riayət edilməsi İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
10. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;
11. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mü lki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir;
13. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir;
14. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq t ərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;
15. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 16. 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: baxılmasının 17. 2019-cu il 9 iyul tarixli Qanun la edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur;
18. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahis ələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersi ya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır;
19. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxu d ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir;
20. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır;
21. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
23. İlk olaraq, qüvvədə olan qanunvericiliyə əsasən (MPM-in 32 və 403-1-ci maddələri) məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıqlarının həll edilməsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir.
24. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılsa da, qərardad işin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırılmışdır. Bu baxımdan, hakimlərin qarışıq tərkibi hesab edir ki, əsaslandırılmasından asılı olmayaraq, qərardadın qəbul edilməsi məhkəmə aidiyyəti məsələsi ilə bağlı olduğundan, hazırkı şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1-ci maddəsində nəzərdə tutulan qaydada baxılmalıdır.
25. İşdən həmçinin müəyyən olunur ki, tərəflərdən iddiaçı "xxxx" kəndli fermer təsərrüfatı hüquqi şəxs, cavabdeh X2 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan müvafiq eyniləşdirmə nişanına malik olan fiziki şəxsdir.
26. Bu da o anlama gəlir ki, iddiaçının və cavabdehin birinin ayrılıqda fəaliyyətinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla tələb edilən şərtlər iş üzrə yerinə yetirilir.
27. Bu mənada, iddiaçının məhkəmə aidiyyətinin ümumi məhkəməyə aid olması barədə şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30-cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə sözügedən kontekstdə prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə verilən izahlara uyğun deyil.
28. Birinci instansiya məhkəməsinin işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri MPM-in 152.1.3-cü maddəsinə istinad edərək, geri qaytarması faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur.
29. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi Qərara aldı: İddiaçı "xxxx" kəndli fermer təsərrüfatının şikayət təmin olunmasın. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1661/2024 nömrəli iş üzrə 24 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.