Məhkəmə qərarları › İş №2(102)-408/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-408/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11087/2019 saylı q ətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X5 və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli C70/1F4 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə illik 24 faiz olmaqla 5.000 manat məbləğində kredit vermişdir. Bundan başqa bank ilə Cavabdeh2 arasında kredit müqaviləsinin təminatı kimi xx xxxxxxxx 2013-cü il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin şərtlərini pozaraq kredit məbləğini və hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərəfindən borcun qaytarılması üçün cavabdehə müraciətlər edilsə də, nəticəsi olmamışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli C70/1F4 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxxxxx 2018-ci il tarixə bank qarşısında əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 6702,08 manat, cərimə borcu üzrə 956,18 manat olmaqla cəmi 12658,26 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli C70/1F4 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas, faiz borcu üzrə 6702,08 manat, cərimə üzrə 956,18 manat olmaqla cəmi 12658,26 manat və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Samir Talıbov) 2(008)1362/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) 2(103)-11087/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1362/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X5 və Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-11087/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddia tələbinin təmin e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə bərabərlik və obyektivlik prinsiplərinin pozulması ilə baxmışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı pretenziya xarakterli məktubları göndərilib və borclu krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməyib ki, bu da borclunun əvvəldən ödəniş etmək fikrində olmadığını sübut edir. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə C70/1F4 saylı, xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 24 faiz olmaqla 5.000 manat məbləğində “Master Gold” plastik kartı vasitəsilə kredit verilmiş, kredit müqaviləsi üzrə kredit müddəti xx xxxxxxxx 2015-ci il tarixdə başa çatmış, iddiaçının qeyd olunan müqavilə üzrə müddəti ötürməməklə məhkəmədə iddia qaldırmaq hüququ xx xxxxxxxx 2018-ci il tarixədək olmuşdur. İddiaçı tərəfindən cavabdehə qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməs i barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün s übutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11087/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar