Məhkəmə qərarları › İş №2(102)-408/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-408/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-408/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)-1129/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 18 may 2015-ci il tarixli 049S**********02 saylı və 23 oktyabr 2015-ci il tarıxli 049S**********01 saylı zaminlik müqavilələsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağ lanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 3. 23 oktyabr 2015-ci il tarixlı 049R********** saylı kredit razılaşmasına görə 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. 4. 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasından görünür ki, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.

5. İş materiallarında olan 23 fevral 2016-cı il t arixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış həmin kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir.

6. İş materiallarında olan 18 may 2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

7. İşə əlavə edilən hüquqların d övlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətt müqaviləsi, 23 oktya br 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 746,16 manat məbləğində cərimə borcu olmaqla cəmi 1455,36 manat borcun, 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğində əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 2913 manat məbləğində cərimə borcu olmaqla cəmi 10611,15 ABŞ dolları borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1455,36 manat məbləğində borcun, 049R********** saylı kredit razılaşması üzrə cəmi 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının t utulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilən vəsait hesabına 1455,36 manat və 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 21 manat dövlət rüsumunun və 10 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyr inə tutulması, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir.

10. Tovuz Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(062)-886/2019 saylı qərardadı ilə (hakim N.Mustafayev) iş üzrə ipoteka predmetinin dəyərinin yenidən hesablanması üçün ekspertiza təyin edilməsini qət etmişdir.

11. İş materiallarında olan "xxxx" MMC-nin ipoteka predmetinin qiymətləndirilməsinə daır 25 fevral 2021-ci il tarixli hesabatına əsasən ipoteka predmetinin hazırkı dəyəri 14000 (on dörd min) manat məbləğində müəyyən edilmişdir.

12. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-21/2021 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində fai z borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqlarının alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qi yməti 14000 (on dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq həracda satılması, əmlakların satışından əldə edilən məbləğlər hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respubilkası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, Mülki Məcəllənin 269.1,317.1,319.1,319.6, 385.1,386.1,442,443.1,439.1,439.2,458.1,467,739-cu və “İpoteka haqqında” Qan un 59.1,59.3,59.3.1,59.3.2-ci və MPM-nin 14.2,77.1,217.4-cü maddələrini tətbiq etmiş, ipoteka predmetinin dəyərini müəyyən edilməsi üçün keçirilmiş ekspertizanın nəticələrinə dair "xxxx" MMC-nin 25 fevral 2021-ci il tarixli rəyinə əsasən müəyyən etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda ərizə ilə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilmıəsini xahiş etmişlər.

15. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2 021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üçün prosessual müddət bərpa edilmişdir.

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onların məhkəmə qətnaməsindən məlumatları olmayıb. Həmin qətnamənin mövcudluğundan yalnız Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi "xxxx" MMCnin onlara ünvanlandığı xx.xx.2023-cü il tarixli 01/15 saylı bildirişdən sonra xəbər tutmuşlar. Ümumiyyətlə hazırki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə onlara məlumat verilməmişdir. Cavabdeh1 İddiaçı QSCdən 18 may 2015-ci il tarixli kredit xətti müqav iləsinə əsasən 20 may 2015-ci il tarixli kredit razılaşması ilə 7000 ABŞ dolları məbləğində, 23 oktyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən 2000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə olan borc Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür. Həmin Fərmanı nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq İddiaçı QSC tərəfındən məhkəməyə 2021-ci il tarixdə verilmiş iddia ərizəsində İddiaçı QSC-yə olan borca əsassız olaraq faiz və cərimə hesablanmışdır. Məhkəmədə işə baxılan zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfındən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərm anının müddəaları nəzərə alınmamış, iddia tələbi İddiaçı QSC nin iddia ərizəsində qeyd edilənə uyğun təmin edilmişdir. Məhkəmə yalnız formal olaraq cərimə məbləğini azaltmaqla kifayətlənmişdir. Birinci insatnsiya məhkəməsi insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozaraq, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verməklə hazırkı məhkəmə qətnaməsini qəbul etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)-1129/2023 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmi ş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)21/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır.

19. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinc i instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam təmin etməkdə haqlı olmuşdur.

20. Belə ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır.

21. Apellyasiya şikayətinin məhkmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği azaltmışdır ki, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab etmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respubilkası Mülki Məcəllənin 319.6, 319.1, 385.1, 442, 445.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 449.1, 462.1, 467, 472.1, 472.2, 739.1, 739.2-ci və “İpoteka haqqında” Qanun 36, 39.3, 59.3-cü və MPM-nin 9.1, 9.2,9.3,14.2,77.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqi varisi X1 birgə kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli 2(104)-1129/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, qeyd olunan halları yenidən araşdırılması üçün mülki işin Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 443.1, 439.1, 439.2, 458.1, 467 və 739-ci maddələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "M əhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 MPM-in 10.8-1 və 414.1-ci maddələri pozulmuşdur. Qətnamə üzrə cavabdeh olan Cavabdeh3 İİ Qarabağ Müharibəsi zamanı 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Bu səbəbdən də iş üzrə digər cavabdehlər bu barədə, mərhumun anasına oğlunun kredit borcuna görə qəbul edilmiş məhkəmə qətnamələri barədə məlumat verməmişlər. Qətnamə üzrə müəyyən edilmiş borc Cavabdeh3 borcudur.

26. Bundan əlavə, həm iddiaçı «AccessBank” QSC həm Tovuz Rayon Məhkəməsi həm də Gəncə Apelyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının tələbləri pozulmuşdur. Belə ki, həmın Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olun acağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri göstərilmişdir. Həmin Fərmanın 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Fərmanın yuxarıda qeyd edilən müddəalarını nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(102)4800/2021 saylı qətnaməsində bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə müəyyən olunan normal arı ilə müəyyən olunan maddi hüquq normalarına əməl olunmadığından Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-867/2021 saylı 22 fevral 2021-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ölkədə vahid məhkəmə təcrübəsinin yaradılması aparılan işlərin tələblərindən biridir. Eyni hal üzrə qəbul edilmiş qətnamələrin presedent kimi qəbul edilməsindən ibarətdir ki, bu hala da xüsusi qiymət verilməlidir. Apellyasiya şikayətində bu hal xüsusi ilə qeyd edilsə də, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işin həmin halına ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanıldığından, kassasiya şikayətində də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqi varisi X2 tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən h üquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıy ırlar.

33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: -477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci mad dəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ xx.xx.2018-ci il tarixli Qərarı

36. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

44. Belə ki, iddiaçı Cavabdeh1 arasında 18 may 2015-ci il tarixli kredit xətti müqaviləsi, bundan sonra borclunun öhdəliklərinin təminatı kimi İsmayiılov Aqillə xx.xx.2015 və Cavabdeh3la xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlan ılmışdır. 45. 23 oktyabr 2015-ci il tarixlı kredit razılaşmasına görə 18 may 2015-ci il tarixli kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit, 20 may 2015-ci il tarixli kredit razılaşmasına görə isə 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərlə tərəflər arasında bağlanmış 20 may 2015-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, həmin ödəniş planlarının bəzilərində zamin və ipoteka qoyan Cavabdeh2 imzası olsa da, digər zamin Cavabdeh3 həmin razılaşmalardan məlumatl ı olması barədə hər hansı sübut mövcud deyildir.

46. Göründüyü kimi, zaminlərdən Cavabdeh3 məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, həmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği, faiz dərəcələri, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan R espublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, ˝... Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, h əmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...˝

48. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, zaminin məsuliyyətinin yaranması onun müqavilən in bütün şərtləri, yəni kreditin məbləği, müddəti və faizləri ilə barədə şərtləri ilə tanış olaraq və bundan sonra həmin şərtlərlə razılaşaraq yazılı müqavilənin bağlanması ilə şərtlənir.

49. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsi ndə razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il qərardadına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları qeyd edilən 31 may 2018-ci il və və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun həmin Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

51. İş materiallarından isə görünür ki, sözügedən müqavilələrlə bağlı tərəflər arasında məhkəmə mübahisəsi xx.xx.2019-cu il il tarixdən başlanmışdır.

52. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini zaminlərdən borcun tutulması hissəsində yoxlayarkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərinə və yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərə diqqət yetirməmiş, belə razılığın olub-olmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

53. Həmçinin apelyasiya şikayətinin dəlillərində hazırki kredit müqavilələri üzrə borcun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respub likasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsi və dövlət tərəfindən müvafiq kompensasiya hesablanmasının barədə dəlillərin olmasına və bu barədə apelyasiya məhkəməsinə müvafiq sənədin (iş v. 178-179)təqdim edilməsinə baxmayaraq, bu dəlillərə heç bir qiymət verilməmişdir.

54. Halbuki oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşən kredit müqavilələri üzrə yalnız restruktrizasiyaya təklif olunan qalıq əsas borcun məbləğinin tutulması, tələb olunan faiz və dəbbə pulunun isə Fərmanla silinməsinə görə tə min edilməməsi barədə formalaşmış məhkəmə təcrübəsi mövcuddur.

55. Belə ki,, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmi n edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd) Həmin Fərmanın 8.9-cu bəndinə isə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Göründüyü kimi, həmin Fərmanda yalnız bankla restruktrizasiya barədə yeni müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmiş,ə ksinə banklara 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir.

56. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayə tin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalı idi.

57. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, onların tələbləri baxımından işin faktiki hallarını araşdırmamışdır, bu isə həmin qətnamənin ləğvi üçün əsasdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cav abdeh3 hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)-1129/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar