Məhkəmə qərarları › İş №2(102)-4081/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4081/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4081/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx"KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlərə Zamin2, Cavabdeh və Zamin1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3569/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 202 3-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları

1. İddiaçı "xxxx" KB ASC (bundan sonra - bank və ya iddiaçı) ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci il tarixli, əlavə kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 40 ay müddətinə illik 22 faiz ödəmək şərtilə, ümumilikdə 6479 manat məbləğində kredit verilmişdir.

2. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Zamin1 və Zamin2 kredjit alan Cavabdeh Bank qarşısındakı öhdəliklərinin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6254,8 manat əsas, 165,01 manat faiz, 7,57 manat cərimə, cəmi 6427,38 manat borcun cavabd ehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka borc yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər və cərimə qaytarılmamışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-575/2023 nömrəli, 6 mart 2 023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) Bankın iddiası təmin edilmişdir.

6. Məhkəmə mülki qanunvericiliyin müddəalarını əsas götürərək hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, digər cavabdehlər Zamin1, Zamin2 isə ona zamin durduqlarından iddia təmin olunmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7, 462.1, 470.1, 472.1, 739.1 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayət onunla əsaslnadırılmışdır ki, məhkəmə iclası nın vaxtı və yeri barədə cavabdeh tərəfə bildiriş göndərilməmiş və hazırki mülki işdən cavabdehin məlumatı olmamış, bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişdir. Məhkəmədə iddia qaldırılanadək cavabdeh tərəfindən xeyli məbləğdə ödənişlər həyata keçirilmişdir. İşə baxan hakim iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli və bu sahədə xüsusi biliyə malik olan ekspert rəyi əsasında əsas və faiz borcunun hansı əsaslarla hesablanmasını müəyyənləşdirməli idi.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) apellyasiya şikayəti təmin edilməmiş, birinc instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq ap ellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh şikayətində iddiaçının müqavilə öhdəliklərini yerinə yetirmədiyini, bu faktı təsdiq edə biləcək sübutların təqdim olunmaması barədə dəlil irəli sürsə də, cavabdeh özü şikayətin növbəti cümlələrində aldığı borc üzrə müəyyən ödənişlər etdiyini qeyd etmişdir. Deməli, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək, borc məbləğini cavabdehin sərəncamına vermişdir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməmişdir və hazırkı mülki işdən cavabdehin məlumatı olmamışdır bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verilə bilməmişdir. Lakin iş materiallarında olan məhkəmə bildirişi, SMS-bildiriş və “Poçt göndərişinin verilməsi barədə” xəbərnamədən gör ünür ki, cavabdeh mülki iş barədə bütün mümkün vasitələrlə məlumatlandırılmışdır. Şikayətin borc məhkəməyə verilənədək xeyli məbləğdə ödənişlər həyata keçirilməsi, işə baxan hakimin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olması barədə dəlilləri də əsassızdır. Belə ki, cavabdeh bu barədə mövqeyini əsaslandıra bilməmiş, əlavə ödənişlərin aparılması ilə bağlı sübut təqdim etməməklə ekspertiza təyin edilməsi zərurətini əsaslandırmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7, 462.1, 470.1, 472.1, 739.1, 741-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı sübut təqdim etmiş olsa idi, məhkəmə həmin sübutları öz qətnaməsində qeyd edərdi.

15. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş iddia üzrə 3 illik iddia müddətin bəlkə də ötürülmüşdür. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə bildiriş göndərilməmiş və hazırki mülki işdən cavabdehin məlumatı olmamışdır, bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verilə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz ö hdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə

741. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıqaşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3569/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar