Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4083/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpaqdan istifadəyə maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılması, torpağın ona təhvil verilməsi və manelərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-979/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2003-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrində, reyestr nömrəsi **********87 olan, 09 avqust 2021-ci il tarixli Çıxarışa görə Beyləqan rayonu Şitilçilik qəsəbəsi ərazisində 0,5089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ döavlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,5089 ha torpaq sahəsindən çıxarılmaları, torpağın ona təhvil verilməsi və cavabdehlər tərəfindən olunan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 reyestr nömrəli, 09 avqust 2021-ci il tarixli Çıxarışa əsasən 0,5089 ha torpaq sahəsi mülkiyyətindədir. Lakin həmin torpağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt edərək istifadə edirlər və ona məxsus olan torpaqdan, istifadə etməyə imkan vermirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsinin boşadılnmasını tələb etmiş, lakin onlar torpaqdan cıxmamış, onun torpağından qeyri-qanuni istifadə etməyə davam etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Beyl əqan Rayon Məhkəməsinin 2(020)416/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev), iddianın təmin edilməsi, İddiaçı məxsus Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən ƏMDK yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla 0,5089 ha torpaq sahəsinin 0,4229 ha hissəsindən Cavabdeh1, 0,0860 ha hissəsindən isə Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya törədilən maneənin aradan qaldırılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən İddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 164, 152 və 157 Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut yetirilməmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-979/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(020)-416/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
10. Birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı məxsus Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən ƏMDK yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********87 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla 0,5089 ha torpaq sahəsinin 0.4229 ha hissəsindən Cavabdeh1, 0.0860 ha hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya törədilən maneə aradan qaldırılmalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbayc an Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 135.4, 139.1, 139.3, 146.2, 152.1, 157.2, 157.4, 158.1 və 158.2-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən onun təminat altına alınmış mülkiyyət hüququ nəzərə alınmamış, islahat zamanı mövcud olan və islahatın aparılması üçün əsas olan baş yerquruluşu planında onun istifadəsindəki kimi göstərilmiş və yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuş tor pağı bu gün iddiaçıya verilmiş pay torpaq sahəsi kimi göstərilməsi özü məntiqsiz olması nəzərə alınmamışdır. Hüquqmüəyyənedici sənədi olmasa belə (ekspertin gəldiyi nəicə belədir), həmin torpaq sahəsi ona keçmiş Jdanov rayon XDS-nin qərarı ilə ayrılmış, həmin vaxtdan da onun istifadəsindədir. Apelyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi qanunsuz nəticəyə göz yummuşdur. Mübahisəli ərazidə 70-ci illərdən məskunlaşaraq fərdi yaşayış evi tikərək yaşayıblar, həmin torpaq sahəsi nə Sovet hakimiyyəti dövründə, nədə müstəqillik dövründə heç bir dövlət orqanı tərəfindən geri tələb edilməmiş, Azərbaycan Respublikasında torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi yüklü torpaq kimi qeydə alınmış, lakin hansısa səbəbdən hüquqmüəyyənedici sənəd verilməmişdir. Lakin islahat üçü n əsas olan ərazinin islahat planında yaşayış evi ilə birlikdə istifadəsində olan torpaq sahəsi göstərilmişdir. Belə olan halda həmin torpaq sahəsi heç bir halda pay torpaq sahəsi kimi başqa şəxsin mülkiyyətinə verilə bilməzdi. Beyləqan Rayon Məhkəməsinin gəldiyi nəticəyə görə o, iddiaçının torpaq sahəsini zəbt edib. Zəbt etmək - hər hansı bir şəxsin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin başqası tərəfindən sonradan qanunsuz istifadə edilməsidir. İşin mühahisəsiz halı ondan ibarətdir ki iddiaçının iddia etdiyi torpaq sahəsi hələ islahatdan çox əvvəl onun istifadəsində olub, həmin ərazidə onun iki evi inşa edilib, islahat zamanı iddiaçıya düşən pay torpaq sahəsi Dövlət aktına əsasən ona təhkim olunub, o həmin torpaq sahəsini ona Çıxarış verilənədək mübahisəsiz istifadə edib, o na və digərlərinə verilən Çıxarışlardan sonra yaranmış torpaq çatışmamazlığı səbəbindən iddiaçının torpağında çatışmamazlıq yaranmışdır. Bu hal onun tərəfindən onun torpaq sahəsinin zəbt olunması anlamına gəlməz. Məhkəmənin gəldiyi bu nəticə işin halları ilə uyğun gəlmədiyi halda, apellyasiya məhkəməsi prosesual hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi və həmçinin apellyasiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən edərək iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət vermişdir. Cavabdehin şikayətləri isə əsassız olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, keçmiş Jdanov rayon XDS-nin mübahisəli torpaq sahəsinə dair hər hansı qərarının olması, bu qərarın mübahisəli torpaq sahəsinə hər hansı əlaqəsinin olması müəyyən edilməmişdir. Bundan başqa, iddia tələbi hər iki cavabdehə, yəni Cavabdeh1 və Cavabdeh2 Məhiyyəddin oğluna münasibətdə təmin edilmişdir və Cavabdeh2 Məhiyyəddin oğlu qəbul olunmuş qətnaməsi ilə razılaşaraq, apellyasiya qaydasında mübahisələndirməmişdir. Lakin Cavabdeh1 qəbul olunmuş qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin əsassız şikayət verməsi sadəcə işin süni şəkildə uzadılması xarakteri daşıyır və nəticə etibarı ilə müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini ləngidir. Kassasiya şikayətinin digər də lili bundan ibarətdir ki, Cavabdeh1 qeyd etmişdr ki, istər birinci instansiya məhkəməsi, istərsə də Şirvan Apellyasiya Məhkəməsində torpağın zəbt olunması sübut olunmamışdır. Halbuki, birinci innstansiya məhkəməsinin qətnaməsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğu üçün elektron məlumat bazasında olan Şitilçilik qəsəbəsində torpaq islahatları aparılan zaman tərtib olunmuş yerqurluşu planı əsasında hazırlanmış 1:2000 miqyasında olan bölgü lahiyəsindən istifadə etməklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4229 ha hissəsi Cavabdeh1 tərəfindən həyətyani torpaq sahəsi kimi və Cavabdeh2 tərəfindən isə 0,0860 ha torpaq sahəsi kimi istifadə olunur. Bu işin mübahisələndirilməyən halıdır. Bütün bu yuxarıda göstə rilənləri nəzərə alaraq cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğu üçün rədd edilməli,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Cavabdeh kasasiya şikayətində apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 139.1. Mülk iyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
23. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
24. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Maddə
111. Azərbaycan Respublikasında torpaqlar ın özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh torpaq sahəsinin ona keçmiş Jdanov rayon XDS-nin qərarı ilə ayrıldığını, həmin vaxtdan da on un istifadəsində olduğunu, sahədə iki ədəd yaşayış evi inşa etdirdiyini, torpaq sahəsinin əsassız olaraq kənd təsərrüfatı təyinatlı sahə kimi islahata verildiyini göstərsə də, keçmiş Jdanov rayon XDS-nin belə bir qərarını olmasını sübuta yetirə bilməmiş, həm də torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə aqrar islahat komissiyalarının qərarlarını, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir, həmin sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
34. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-979/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.