Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Bəhmən oğlu və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-12465/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Bəhmən oğluna və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bəhmən oğlundan və Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5383,1 ABŞ dolları əsas borc, 3576,9 ABŞ dolları faiz borcu və 941,7 ABŞ dolları cərimə olmaqla, cəmi 9901,7 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(002)-165/2018 nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilərək, cavabdehlər Cava bdeh1 Bəhmən oğlundan və Cavabdeh2 müştərək qaydada 5383,1 ABŞ dolları əsas borc, 3576,9 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 9060 ABŞ dolları (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 05.12.2018-ci il tarixli 2(103)-12465/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Qaradağ rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli qətnaməsi faiz borcunun və ümumi borcun məbləğinə aid olan hissədə dəyişdirilmiş, kredit müqav iləsi üzrə əsas borc kimi 5.383,1 ABŞ dolları faiz borcu kimi 692.33 ABŞ dolları, cərimə borcu kimi 100 ABŞ dolları, ümumi borc kimi 6.175,43 ABŞ dolları tutulmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Həmçinin kredit məbləği onu qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarılmadığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Res publikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank ilə Cavabdeh1 Bəhmən oğlu arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, 645-14 USD saylı kredit müqaviləsi ilə sonuncuya illik 33% olmaq şərti ilə 24 ay müddətinə 6350 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında Cavabdeh1 Bəhmən oğlunun İddiaçı ASC-nə 18 dekabr 2014-cü il tarixli, 645-14 USD saylı kredit müqaviləsi üzrə olan borcunun təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. 15.11.2017-ci il tarixli maliyyə arayışına Cavabdeh1 Bəhmən oğlunun banka olan əsas borcu 5383,10 ABŞ dolları, faiz borcu 3576,90 ABŞ dolları, cərimə məbləği 941,70 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2018-ci il tarixli, 14571 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 Bəhmən oğlunun Ləğv prosesində olan İddiaçı ASC-nə 15 noyabr 2017-ci il tarixə 5383,66 ABŞ dolları əsas borcu və 3577,89 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ekspertiza rəyi ilə 15.11.2017-ci il tarixə olan faiz borcu 3.577,89 ABŞ dolları müəyyən edilsə də, kredit müddəti 16.12. 2016-cı il tarixində bitir, ona görə faiz borcu 16.12.2016-cı il tarixinədək hesablanmalıdır. Ödəniş cədvəlinə görə kredit müddətində borc alan 2.420 ABŞ dolları faiz borcu ödəməlidir. Ekspertiza rəyindən müəyyən olunur ki, borc alan 1.727,67 ABŞ dolları faiz borcu ödəmişdir. Bu hesabla borcalanın kredit müddətinə görə ödənilmiş qalan faiz borc 692,33 ABŞ dolları təşkil edir (2.420 ABŞ dolları 1.727,67 ABŞ dolları = 692,33 ABŞ dolları). Əsas borcun ödənilməsinin gecikdirilibgecikdirilmədiyindən asılı olmayaraq borcalan yalnız ödəniş cədvəlində göstərilən məbləğdə faiz (istifadə haqqı) ödəməlidir. Kredit müqaviləsində “faiz” ifadəsi ilə “özgənin pul vəsaitindən istifadə haqqı ” anlayışı ifadə olunub, istifadə haqqı isə istifadə hüququnun qüvvədə olduğu müddətə (kredit müddətinə) görə tələb edilə bilər. Kredit müddəti bitdikdən sonra istifadə hüququ xitam olunur, bundan sonrakı dövr üçün bank dəbbə pulu və zərərin (əldə çıxmış faydanın) əvəzini tələb edə bilər. Nəzərə alınmalıdır ki, istifadə hüququ xitam oldunduqdan sonra saxlanılan pul qanunsuz saxlanılan pul sayılır, “istifadə haqqı” və “pulun qanunsuz saxlanılması” bir-birinin təkzib etdiyinə görə eyni vaxta mövcud ola bilməz, yəni pul qanunsuz saxlanılırsa istifadə haqqı tutula bilməz, istifadə haqqı tutularsa pul qanunsuz saxlanılan pul hesab oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edil ən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquq i mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Yuxarıda göstərilənlərə əsasən, kredit müqaviləsinin qüvvədə olduğu müddət 18.12.2016-cı il tarixdə bitdiyindən, iddiaçının həmin müddətdən 15.11.2017-ci il tarixədək olan dövr üçün müqavilədə nəzərdə tutulmuş dərəcə ilə faizlərin ödənilməsi barədə tələbinin hüquqi əsası olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin müqavilənin müddəti bitdiyi tarixə, yəni 18.12.2016-cı il tarixə ödəniş qrafiki üzrə ödəməli olduğu faiz məbləğindən cavabdeh tərəfindən ödənilmiş olan faiz məbləğini çıxma qla qalan faiz borcunun tutulması hissəsində haqlı olmuş, bu yanaşma Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur. Kassasiya şikayətinin kredit borcunun vaxtında ödənilməməsinə görə faizin ikiqat hesablanması faktının məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tələb edilən borcun açıqlanması barədə iddiaçının təqdim etdiyi 15.11.2017-ci il tarixli maliyyə arayışında kreditin faiz dərəcəsi müqaviləyə uyğun olaraq 33% göstərilmiş, digər 33 % isə cərimə kimi nəzərdə tutulmuş və cəriməyə görə 941,7 ABŞ dolları hesablanın tələb edilmişdir. Birinci instansiya məhkəməsi də həmin cəriməni Azərbaycan Respublikası MM-nin 467-ci maddəsini tətbiq etməklə, azaltmışdır. Buna görə də, müqavilə müddəti ərzində faiz məbləğinin də ikiqat he sablanmalı olması düzgün deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qət naməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)12465/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4087/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4087/2019
04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver