Məhkəmə qərarları › İş №2(102)-4087/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4087/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4087/2024 (Açar sözlər: öhdəliyin icra edilməməsi, maddi zərər, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1157/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 (Vəkil3) tərəf indən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı2 və Cavabdeh İddiaçı1 övladlarıdır.

2. Cavabdeh xx.xx.2010-cu il tarixdə X4 ilə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Zilan və xx.xx.2013-cü il təvəllüdlü Elbəy adlı iki uşaqları doğulmuş, 2015-ci ildə onların nikahları rəsmi qaydada pozulmuş və xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.

3. Cavabdeh ailə qurduqdan sonra qayınatası Vidadi Fərzəliyevə məxsus Şirvan şəhəri 1 may küçəsindəki evə gəlin köçmüş, 4 ay orada yaşamış, daha sonra 2010-cu il tarixdən iki uşağıyla birlikdə iddiaçılar İddiaçı2 və Cavabdeh ilə bir yerdə yaşamışdır.

4. Cavabdeh Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evini X3 31.800 manat pul ödəməklə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında almışdır.

5. Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən bağ evi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə qeydiyyata alınmış və Cavabdeh adına çıxarış verilmişdir.

6. Şahid2 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 349 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək Sabirabad rayon Xankeçən kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir, 2021-2022-ci tədris ili üzrə cəmi 12.176,22 manat əmək haqqı almışdır.

8. Azərbaycan Respublikası Şirvan şəhəri üzr ə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh Şirvan şəhər Apellyasiya Məhkəməsinin 2(106)-1682/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X1 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri, ünvan 3 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin alğı-satqısı zamanı cavabdehə verdikləri 16.000 manat pulun, evin tikinti materiallarının, qapı-pəncərəsinin alınması üçün ödənilmiş 17.324 manat pulun, ustaların zəhmət haqqı kimi ödənilmiş 3.500 manat pulun ümumilikdə 36.824 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, cavabdeh 1985-ci il təvəllüdlü Cavabdeh İddiaçı1 qızı, İddiaçı2 isə bacısıdır. Cavabdeh 2010-cu il tarixdə X4 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2010cu il təvəllüdlü Zilan və 2011-ci il təvəllüdlü Elbəy adlı iki uşaqları doğulmuş, qayınatası Vidadi Fərzəliyevə məxsus Şirvan şəhəri 1 may küçəsindəki evə gəlin köçmüş, 04 ay orada yaşamış, nikahları pozulmuş və elə izi cavabdeh 2010-cu ildən iki uşağıyla birlikdə iddiaçılarla bir yerdə yaşamışdır. 2020-ci ilin iyun ayının 1-i ya 2-si Şirvan şəhəri, ünvan 3 ünvanda 06 sot torpaq Sahəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi Şirvan şəhər Notariat Orqanında alğı-satqı yolu ilə 32.000 manata almışlar. Həmin pulun 16.000 manatı Günelin yığdığı pullar idi, 16.000 manat isə iddiaçıların birgə yığdıqları pullar idi. Alğı-satqı müqaviləsini cavabdehin adına sənədləşdirməyi qərara almışlar ona görə ki, həm boşanmış idi və yanında iki uşağı olduğuna görə, həm ağır şəkər xəstəsi olduğuna görə, gələcəkdə başsız qalmasın deyə onun adına sənədləşdirdilər. Ancaq həmin evi bütün ailə adından almışlar ki, orada iddiaçılar və cavabdeh iki uşağıyla bir yerdə mehriban yaşasınlar. Evi alandan sonra ev 3 daş üstündə olduğu üçün qərara gəlmişlər ki, evi söküb yerində yeni iki mərtəbəli ev tiksinlər. Bu fikrə cavabdeh də razılaşdı və evin sökülməsi, betonun atılması və digər işləri şəxsən Asif özü etmişdir. Bundan başqa iddiaçılar tikinti materiallarının alınmasına 17.324 manat pul xərcləmişlər. İddiaçı1 evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta Şirvan şəhər sakini Şahid1 2.500 manat məbləğində pul vermişdir. Evin üstünün bağlanmasını usta Şirvan şəhər sakini X5 icra etmiş və İddiaçı1 ona 1.000 manat məbləğində pul vermişdir. Bu şəxslər bu halları məhkəmədə şahid qismində təsdiq edə bilərlər. İddiaçılar evin alğı-satqısı zamanı 16.000 manat pul vermişlər. Evin tikintisi üçün tikinti materiallarının, qapı-pəncərələrin alınmasına və usta pulu xərclərinə cəmi-17.324+3.500=20.824 manat pul xərcləmişlər. Cəmi16.000+20.824=36.824 manat. Evi, iki ilə tikib qurtarmışlar. Həmin ev hal-hazırda iki mərtəbə olmasına baxmayaraq, evin çıxarışında ev təmirdən əvvəlki vəziyyətində yəni, birmərtəbəli ev kimi göstərilmişdir. 2021-ci ilin axırlarından cavabdeh Şahid2 ilə qeyrirəsmi ailə münasibəti quraraq, 26 dekabr 2021-ci il tarixdən onunla birlikdə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzildə yaşamağa başlamışlar. İddiaçı1 bir valideyn, bir ailə olaraq bu münasibətə qarşı olmuşdur ona görə ki, Şahid2 bir neçə dəfə ailə qurub boşanmış, 1-ci nikahından iki övladı vardır. Hal hazırkı münasibəti də, qızı ilə olan ailə münasibətlərini də maddi marağa görə qurmuşdur. Elə buna bir sübut odur ki, gedib kirayə tutub yaşamaq əvəzinə yaxud, ailə qurduğu şəxsi bir kişi olaraq öz evlərinə aparmaq əvəzinə gəlib onların qeydiyyatda olduqları mənzildə yaşay ır və onları da həmin mənzilə buraxmır, yeni tikilən evdə də gözü var. Şahid2lə bir yerdə yaşayan gündən cavabdeh onlarla dava dalaş etmiş, onları qeydiyyatda olduqları evlərinə buraxmamış, anasını və qardaşını qeyri-rəsmi yaşadığı Şahid2 üstün tutmuşdur. Şirvan şəhəri, ünvan 3 ünvanda 06 sot torpaq sahəsində yeni tikdikləri evə münasibətdə isə cavabdeh bildirmişdir ki, “həmin evdə sizin heç bir hüququnuz yoxdur”, qapının açarlarını dəyişib qapını bağlayaraq, onların həmin evə girişlərini qadağan etmiş və bildirmişdir ki, “ev mənim adımadır və mən sizə evin alınması zamanı verdiyiniz 16.000 manat puldan və evin tikintisinə xərclədiyiniz 20.824 manat puldan heç bir qəpik də ödəməyəcəyəm.” Halbuki, cavabdeh söz vermişdi ki, “evi tikib verin mənə, mən hər ay sizə 500 manat verib, sizə olan bo rcumu ödəyəcəyəm.” İddiaçı1 evin alınmasına və təmirinə çəkdikləri 36.824 manat pulu uzun illər alver edərək qazanmış və oğlu İddiaçı2 də saxladığı xırdabuynuzlu heyvanları sataraq və müəllim kimi işləyib aldığı əmək haqqını yığaraq topladığı pullar hesabına olmuşdur.

11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 2021-ci ildə Şahid2 ilə ailə həyatı qurmuşdur. Bu nikahı isə xx.xx.2022-ci il tarixində Qeydiyyat şöbəsində qeydə alınmışdır. Hal hazırda da 4 aylıq hamilədir. İddiaçılar bildiriblər ki, “biz bu nikaha razı olmamışıq bunu məhkəməyə təqdim edirik”. Ailələrinin xeyir dua vermələrindən və razılıqlarını bildirmələrindən sonra ailə həyatı qurmuşlar. Lakin nikahlarının dövlət qeydiyyatında gec baş tutmasına səbəb anası İddiaçı1 olmuşdur. Anası və qardaşı daim ailə i şinə qarışmış, onu rahat yaşamağa qoymamışlar. X4 ilə nikahı onun narkotik sataraq dəfələrlə tutulması səbəbindən olmuşdur. Tərlan dəfələrlə gəlib barışmaq istəsə də, anası Şəlalə onlarla yaşamaq istəməsinə qarşı onu evə qoymamışdır. Uzun sürən dava-dalaş və ağır streslərdən sonra 2012-ci ildə 1-ci tip şəkərli diabet dianozu ilə Bakı şəhər Mirqasımov adına Respublika xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. 3 gün komada, 20 gün palatada qaldı. Lakin o, bu cür ağır xəstəliyə tutulub insulin istifadəçisinə çevrilmişdir. Nə anası, nə Tərlan ona rəhm etməyərək, hər ikisi yalnız öz mənafeylərini düşünürdülər. Anası Tərlanı evə qoymadığı və aliment kəsdirdiyi üçün 2015-ci ildə onsuzda bir ailə kimi bir yerdə yaşamadıqları üçün boşandılar. 2005-ci ildən Sabirabad rayon Xankeçən kəndində ibtidai sinif müəlliməsi işləyir. Artıq 17 ildir ki, bu vəzifədə çalışır. 2011-ci il dekabr ayından 1 uşağa görə 6 ay müddətində 50 manat “cəmi 800 manat, 10 ildir hər ay iki uşağa görə 220 manat aliment məbləği almışdır. Dediklərinin doğruluğu Probasiya şöbəsində öz əksini tapmışdır. 10 il ərzində heç vaxt övladlarına aid olan pulu xərcləməmişdir. Çünki ağır 1 tip şəkərli diabet xəstəsi olduğu üçün fikirləşmişdir ki, heç olmasa övladları üçün bir ev alsın. Həmişə tam sinifə dərs keçmişdir. Dərs yükü həmişə 20 saatdan çox olmuşdur. 2021-2022-ci tədris ilində isə 33 saat dərs yükü olmuşdur. Məktəbdə savadlı, sevilən müəllimə olmuşdur. Dərs saatlarından başqa məktəbdə dərs dediyi şagirdlərə valideyinlərinin xahişi ilə ödənişli dərslər də keçmişdir. 17 il ərzində dövlətdən aldığı əməkhaqqı qanuni olaraq, almaqla əmək kitabçasında iş stajı qanuni göstərilmişdir. Daim övladlarını düşünərək aliment pulundan başqa hər ay maaşının yarıdan çox hissəsini balaları üçün aliment pulunun üstünə yığaraq ev almaq məqsədinə çatmaq üçün çalışmışdır. 2020-ci ildə tap.az saytında ünvan 6 ünvanındakı ev elanını gördü. Elanın sahibi ilə danışdıqdan sonra 01 iyun 2020-ci ildə evi alğı-satqı müqavfiləsi əsasında 32.000 manat pul ödəyərək aldı. Bu proseslər baş tutan zaman iddiaçılar hər ikisi onun yanında olublar. Ona bildirdilər ki, 10 ildən çoxdur ki, ev almaq üçün pul yığır. Həmişə cavabdehləri bir böyük kimi saymışdır. Anası və qardaşı evi alandan sonra evin divarları tək qat olduğu üçün qərara gəldilər ki, söksünlər və yenidən inşa etsinlər. Qardaşı və anası bildirdi ki, bu çətin olacaq. M üəllimə maaşı ilə bu evi neçə ilə tikib qurtaracaq, deyə etiraz etdi. İddiaçıların hər ikisi "biz sənə kömək edərik, usta pulu verməyəcəksən” dedilər, Qardaşı ona bildirdi ki, "bütün ustalara aid işləri mən görəcəm”, Anası da yemək və içməklərinə kömək edəcəyini bildirdi. Bildirdilər ki, "öz daşı, taxtası var, torbası var, hördürüb üstünü vurdurarsan, qalanınıda onsuzda oğlunun 7 yaşı var, sən hələ 7-8 ilə bura gələcəksən, oğlunda böyüyər sonra, oturmusanda atanın evində tələsmə”, O da razılaşdı, ev söküləndən sonra iddiaçıların onu aldatdıqlarını gördü. Anası “mən qocalmışam, heçnəyə gücüm çatmır”, qardaşı da “yoruluram, çatdıra bilmirəm" kimi bəhanələr gətirdilər. Qardaşı artıq evdə gördüyü işlərin usta pulunu hesablamağa, anası da yedikləri tikələri saymağa başladı, yenə də dost-düşmən var deyə səs etmirdi. Yalandan anasını və qardaşını tərifləyirdi. Onların şahid kimi yazdıqları usta Cəmil və usta Cavid onu tanıyırlar. Usta Cavid görüb ki, qardaşı ola-ola ora dəfələrlə sement gətizdirmişdir. Bunu görən usta Cəmil dayı “qızım sən etmə elə olanda mənə de mən gətizdirim” deyə tapşırıq vermişdir. Qardaşının harda olduğunu soruşanda, yalandan onun Lerikə işləməyə getdiyini bildirmişdir. Amma halbuki 2020-ci il mart ayının 3-dən Azərbaycanda COVİD virusu ilə əlaqədar karantin elan olunub. 2021-ci ilin iyul ayına qədər fiziki tərbiyyə müəllimlərinin dərslərdə iştirakına qadağa ounmuşdur. Bu dövlətin qanunlarındada öz əksini tapıb. Cavid usta xx.xx.2021-ci il tarixdə evin üstünü vurmağa gəlib. Qardaşı həmin vaxt onunla danışmırdı. Evin üstünün atmalığı və digər taxtalar Cavid u sta tərəfindən alınıb. O, da Asifi soruşanda Cəmil ustaya dediyi yalanlardan Cavid ustaya da demişdir. Bu yalanları ona görə demişdir ki, ayıbdır qoy ustalar qardaşı haqqında pis fikirləşməsinlər. Usta Cavidə evin üstü vurulanda 1.000 manat zəhmət haqqı verəcəyi haqqında əvvəlcədən anası və qardaşı ona bildirmişdir. Tikinti materialları alınan zaman usta pulunun 500 manatı xərcləndi. Cavid ustaya bildirdi ki, pulun yarı hissəsini gələn ay maaşda verəcək. Əgər razıdırsa işləsin, deyilsədə gələn ay gələr. Lakin Cavid usta razılaşdı və işini gördü. Hər iki ustaya pulu onun vasitəsi ilə qardaşı verib. İddiaçılar ona həmişə tapşırıblar ki, tənha qadınsan, heç yerdə demə evi tək tikdirməyini. Onların iddiası əsassızdır. Asif heç yerdə işləməyib. Müntəzəm gəliri olmayıb. 2019-cu ildə imtahan verə rək 89 bal toplayıb. Bir müddət Lerik rayonunda işlədi. Aldığı 240 manat əmək haqqını özü üçün xərcləyib. Onların yetərincə heyvanları olmayıb, heyvanları da (25 keçi) iddiaçı 2022-ci ildə əməliyyat olunduğundan özünə görə satıb. Anası Şəlalənin 64 yaşı var. Təqaüdçüdü.130 manat təqaüd alır. Ona 2.000 manat pul verməsi əsassızdır. O qədər pulu versəydilər, ən azından heç olmasa notarial qaydada təsdiq elətdirərdilər. Qardaşı Asiflə münaqişəsi xx.xx.2022-ci ildə qeyri-qanuni doğulan oğlundan sonra baş verib. Odur ki, iddia tələbləri əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

12. İddiaçı2 ərizə təqdim edərək göstərmişdir ki, cavabdehin verdiyi etiraz ərizəsində mübahisəli ev alınarkən evin divarlarının tək daş olduğundan evi söküb yenidən keyfiyyətli inşa etmək qərarına gəldiyini bil dirir. Buna razılığının oldugunu ifadə edir. Birdə elə özü ərizədə etiraf edir ki, ev sökülüb təmir olunarkən onun vəsaiti olmayıb. Bu barədə anası və qardaşına bildirəndə onlar ona bildirmişlər ki, evin sökülməsini və usta işlərini qardaşı görəcək, yemək-içmək də anasının hesabına olacaq və evin təmiri zamanı heç bir çətinlik olmayacaq. Elə etiraz ərizəsində cavabdeh etiraf edir ki, onun təmir zamanı pulu olmayıb və bu təmir işində ona maddi köməkliyi anası və qardaşı edib. Ev 2020-ci ilin iyun ayında alınıb. Söküntü və təmir işləri iyul-avqust aylarında 2 ay müddətində olub. Bir neçə ay fasilə olub və evin üstünün örtülməsi və digər yekun işlər isə 2021-ci ilin yanvar-fevral aylarında təmir olunub başa çatıb. Bu qısa müddət ərzində evin bütün təmir xərclərini özləri etmişlər, evdə çox usta işlərini özü etmişdir, bunun qarşılığında özünə hər hansı pul tələbi iddia ərizəsində qeyd etməmiş, yalnız, evin üstünün örtülməsi, evin və hasarın daş hörgüsünə ustaya pul vermişlər ki, həmin pulları da özləri vermişdir. Cavabdehin yalanı həm də onun “Whatsapp” proqramı vasitəsilə səs yazısında sübut olunur ki, həmin səs yazısını audio diskə köçürüb ərizəyə əlavə etmişdir. Bu diski məcburiyyət qarşısında ərizəyə əlavə edir, ona görə ki, cavabdeh həqiqəti təhrif etdiyi, yalan danışdığı üçün bunu sübut etmək üçün səs yazısını məhkəməyə təqdim edir. Səs yazısında cavabdeh bir qadına, müəlliməyə yaraşmayan tərbiyəsiz, ağır söyüşlər, nalayiq söyüşlər olan səs yazısını təqdim edir.

13. Məhkəmə iclasında İddiaçı2 tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Evlərində usta işləmişdir. Şəlalə xanım o evdə iş görməyə onu çağırmış, onu küçədə tək qarşılamış, tikiləsi evə getmişlər. Şəlalə xanımdan 1.500 manat daşa görə almışdır. 54 metr beton tökmüş, 432 manatda beton üçün almışdır. Yanında 2 nəfər əlavə işçisi olmuşdur, olar pul istəyəndə 200, 300 manat pul alanda qeyd edirdi. Pul lazım olanda Şəlalə xanımın özünə deyirdi. Pulu hissə-hissə almışdır. Şəlalə xanımın yanında oğlu və qızı olurdu. Onlar da işin gedişatına baxırdılar. Şəlalə ustalara yeməklərini verirdi. Cavabdeh anasından pul alıb onlara verməyib. Evin tikintisində istifadə olunmuş materialı kimin aldığını bilmir. Ümumilikdə Şəlalə xanım ona evdə gördüyü işə görə 3.500 manat pul vermişdir.

14. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dind irilmiş Şahid2 ifadəsində göstərmişdir ki, cavabdehlə evlənəndə ev tikilmişdi. Tikinti vaxtı orda olmamışdır. Ustanın pulunu cavabdeh ya Asifə, ya da Şəlaləyə verirdi. Pəncərənin pulunu cavabdeh vermişdi, ustaya sifariş vermişdilər, gəlib ölçü götürmüşdülər. Ev yiyəsi kimi ustalar onu və cavabdehi bilirlər. Pəncərə qurulan vaxtı 1.600 manat pul verdilər. Özü də orda olmuşdur. Pulu cavabdeh anasına vermişdir.

15. İddiaçılar və cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları məhkəmə iclasında dinlənilmiş, tərəflərin bir-birilərinə nəlayiq formada təhqirlər etməsi, hədə-qorxu gəlmələri müəyyən olunmuşdur.

1. Səs yazısında İddiaçı2 cavabdehdən aylıq 100 manat pulu niyə verməməsini, onun telefonuna cavab verməməsini soruşur.

2. Cavabdeh və Şahid2, o cümlədən şəxsiyyəti məlum olmayan bir kişi ci nsli şəxsin danışıqları əks olunur. Cavabdeh həmin şəxsə ondan pəncərə almasını və buna dair qaimədə isə anasının adının qeyd edilməsini bildirir.

3. Cavabdehin qardaşı və anasına ünvanlanmış səs yazısı əks olunmuşdur. Səs yazısında o, qardaşına anasının ölümündən sonra ona ev qalmasına imkan verməyəcəyini, hazırda qaldığı bina evinə onun və bacısının da haqqı olmasını bildirir. O cümlədən Şəlalənin tikdirdiyi evə də Asifin heç bir haqqı olmamasını bildirir, ona “nə vaxt əziyyət çəkib ev tikdirərsən, o zaman da tələb edərsən, məni evə görə 30 minlik borca salmısınız, sizə 500 manat Kərbala pulunu və 100 manat Şəlalənin kartına pul atacağam” kimi ifadələr işlədir.

16. İddiaçıların məhkəməyə təqdim etdikləri, müxtəlif inşaat materiallarının adı və qarşısında qiymətləri İddiaçı1 və İddiaçı2 a dı yazılmış qeyd vərəqlərində xx.xx.2020-ci il tarixdə 1.165 manat, xx.xx.2020-ci il tarixdə 366 manat, xx.xx.2020-ci il tarixdə 2041 manat, xx.xx.2020-ci il tarixdə 355 manat, xx.xx.2021-ci il tarixdə 4.360 manat, xx.xx.2021-ci il tarixdə 4.476 manat, xx.xx.2021-ci il tarixdə 542 manat, xx.xx.2021-ci il tarixdə 169 manat, xx.xx.2021-ci il tarixdə 2.230 manat yazıları qeyd edilmişdir.

17. Məhkəmə iclasında tədqiqi zamanı cavabdeh bu qəbzləri sübut qismində qəbul etmədiyini, qardaşı tərəfindən yalandan yazıldığını, qəbzlərin həqiqi qaimə-faktura olmamasını bildirmişdir.

18. İddiaçıların məhkəməyə təqdim etdikləri, xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaimə fakturasında X7 Əliyevaya pəncərə 8 ədəd - 1.440 manat, nəfəslik böyük 1 ədəd 120 manat, nəfəslik balaca 60 manat, cəmi 1.620 man at nəğd qeyd edilmiş, təhvil alan və təhvil verən imza etmişlər.

19. Məhkəmə iclasında tədqiqi zamanı cavabdeh bu qəbzdə göstərilən malların alınmasını təsdiq etmiş, lakin ödənilmiş 1.620 manat pulu özünün anasına verdiyini və bu səbəbdən də anasının adından alındığını bildirmişdir.

20. Şirvan şəhər Məhkəməsinin 2(032)-1328/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, mülki iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün ol mamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obtektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin edilməsi xahiş edilmişdir. Həmin tarixdə tərəflər məhkəmə binasına gəlmədiyindən, keçirilməsi üçün ekspert məhkəmə binasında olmuşdur. Məhkəmə nümayəndəsi, iş üzrə tərəflər və ekspert məhkəmə binasında olmuşdur. Məhkəmə nümayəndəsi, iş üzrə tərəflər və ekspert baxış keçirilməsi üçün tədqiqat obyekti yerləşən ünvanda olmuşdur. Cavabdeh tərəf tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmamışdır.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eksper tizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, obyektə baxışın keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin edilməsinə baxmayaraq cavabdeh tərəf tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmamış, bu səbəbdən baxış keçirilməsi mümkün olmamışdır.

23. Şirvan şəhər Məhkəməsinin 2(032)-20/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixində məhkəmə ekspertizasının aparılmasından iddiaçı tərəfin baxışda iştirak etməməsi, inşa edilmiş tikiliyə dair layihə və smeta sənədlərinin təqdim olunmaması səbəbindən imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir.

24. Şirvan Şəhər Məh kəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(032)-4/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin edilərək cavabdehdən Şirvan şəhəri ünvan 6 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustaların zəhmət haqqısı kimi ödənilmiş 3.500 manat, evə alınmış pəncərə üçün ödənilmiş 1.620 manat pulun alınaraq İddiaçı1 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsinin tələbin mübahisəli evin alğı-satqısına iddiaçılar tərəfindən verilmiş 16.000 manat hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf mübahisəli evin alğı-satqısında ödənilən məbləğin təxminən yarısını verdiyini iddia edir, lakin bunu təsdiq edən hər hansı yazılı və əsaslı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh evi özünün yığdığı pul vəsaiti hesabına aldığını bildirir və buna dair aylıq məvacibini göstərən arayışı, keçmiş ərindən hər iki uşağı üçün verilən alimentin müəyyən edilməsi dair qətnaməni təqdim etməklə, evin alınmasına kifayət edən qədər maddi ehtiyata malik olduğunu bildirir. Məhkəmə mübahisəli evin alınmasını təsdiq edən müqaviləni, mülkiyyətə verilməsinə dair çıxarışı, tərəflərin izahatlarını tədqiq etmiş və hesab etmişdir ki, evin həqiqi alıcısının və real olaraq alğı-satqı zamanı verilən məbləğin tərəflər arasında şərikli olaraq verilməsinin iddiaçı tərəfindən mübahisələndirilməsinin heç bir tutarlı əsasa söykənmədiyi səbəbindən cavabdehin evin tam hüquqlu alıcısı və nəticədə mülkiyyətçisi olmasını təsdiq edilir.

26. M əhkəmə tələbin evin tikilməsi üçün ustalara ödənilmiş 3.500 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh özü də izahatlarında sözügedən evin tikilməsi zamanı iddiaçıların böyük kömək və dəstək göstərdiyini, evin bir çox tikinti işlərinin qardaşı Asif tərəfindən icra edildiyini bildirir, tək boşanmış qadın olduğundan ustalarla əlaqədə, o cümlədən də tikinti materiallarının alışı zamanı anasının və qardaşının iştirak etməsini etiraf edir. Lakin yenə də xərclənən pul vəsaitinin məhz ona məxsus olmasını, iddiaçıların vasitəsilə müvafiq şəxslərə verilməsini bildirir. İddiaçıların vəsatəti ilə dindirilmiş Şahid1 usta kimi evin tikintisində iştirak etməsini, ona 3.500 manat xidmət haqqı verilməsini hər iki tərəf təsdiq edir, şahid pulun ona İddiaçı1 verdiyini bildirir, cavabdeh isə pulu n özünə məxsus olmasını və anası vasitəsilə ustaya verilməsini bildirsə də, bunu təsdiq edə bilən heç bir sübutu göstərə bilmir. Bu səbəbdən də məhkəmənin qənaəti belə olmuşdur ki, göstərilən hallara əsasən tələbin ustalara ödənilmiş 3.500 manat hissəsi - sübutetmə yükünün düzgün bölüşdürülməsi və hər bir tərəf öz tələb və etirazlarını sübuta yetirməli olması prinsipindən dolayı əsaslı hesab edilməlidir.

27. Məhkəmə evin tikintisi zamanı alınan inşaat materiallarına xərclənən 17.324 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddiaçı tərəfi öz tələbini sübuta yetirilməsi üçün bir neçə sayda qaimə faktura adlandırdığı, müxtəlif tikinti materialları və qiymətləri göstərilən qeyd vərəqələrini ödəniş qəbzləri kimi təqdim etmiş, sübut qismində qəbul edilməsini xahiş etmişdir. Gö stərilən qəbzlər adi gözlə görünən səviyyədə eyni şəxs tərəfindən yazılması müəyyən olunmuş, ən əsası da qəbzlərin heç birində alınan mağazanın rəsmi rekvizitləri, satıcının möhürü, qaimə faktura kimi qəbul edilməsi üçün tarix və nömrəsi olmamışdır. Cavabdeh göstərilən qəbzləri qəbul etməmiş, iddiaçıların özləri tərəfindən yazıldığını və saxta olmasını bildirmişdır. Göstərilənlərə artıq yuxarıda qeyd olunan hər bir tərəf irəli sürdüyü tələbini sübuta yetirməlidir prinsipindən yanaşaraq iddiaçının bu hissədə tələbinin - sübuta yetirilməməsi səbəbindən təmin olunmasını məqbul hesab etmir. Lakin tədqiq edilən qəbzlərdən “pəncərənin alınması” ilə əlaqədar 1.620 manat pulun ödənilməsinə dair qaimə fakturanın mövcudluğunu cavabdeh qəbul etmiş, həmin məbləğdə pəncərə alınmasını etiraf etmiş, laki n pulun öz vəsaiti hesabına ödənildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etdiyi etirazını təsdiqləyəcək əsasları göstərə bilməməsinə nəzərən tələbi bu hissədə təsdiq edilən hesab etmişdir. O ki, qaldı cavabdehin vəsatəti ilə dindirilmiş Şahid2 pəncərəyə verilən pulun cavabdeh tərəfindən ödənilməsinə dair şahid ifadəsinə - məhkəmə cavabdeh və şahidin rəsmi ər-arvad, ailə münasibətində olmasını diqqətə alaraq həmin ifadənin nə dərəcədə həqiqəti əks etdirməsinə skeptik yanaşmışdır.

28. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıların mübahisəli evin alınmasında şərikli olaraq cavabdehlə bərabər məbləğdə pul vəsaiti qoymaları təsdiq edilməsə də, İddiaçı1 sözügedən evin tikintisində cavabdehə müəyyən qədər maddi cəhətdən kömək etməsi təsdiq olunur. Mə hkəmə həmçinin evin alınması, yenidən əsaslı təmiri zamanı tərəflərin mehriban ailə münasibətində olmalarını, cavabdehə tək uşaqlı ana kimi şəxsi evə sahib olmağında iddiaçıların dəstək olmasının böyük ehtimalının mümkünlüyünü diqqətdən qaçırmır və iddiaçıların ailə üzvü kimi birinin qızı, o birinin bacısı hesab edilən cavabdehə məhz İddiaçı1 tərəfindən edilən və sübuta yetirilən maddi köməkliklərin, yəni xərclənən pulların cavabdehin əsassız varlanması kimi qiymətləndirərək ondan sonuncunun xeyrinə tutulmasını mümkün hesab edir. Belə ki, yuxarıda iş üzrə tətbiq edilməsi göstərilən maddi normanın mənasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varla nma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı, əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddianın qalan hissəsi (evin alğı-satqısına iddiaçılar tərəfindən verilmiş 16.000 manat pulun, evin tikinti materiallarının alınması üçün ödənilmiş 15.704 manat pul) ziddiyyətli və şübhəli hallara əsaslandığından sübuta yetirilməməsi səbəbindən təmin edilməsi qanunauyğun hesab edilməməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə ist inadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

31. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər.

32. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsaslı olmasına dair kifayət qədər sübutlar olmasına (evin təmiri üçün alınmış tikinti materiallarının qaimə-çekləri, audio diskdə cavabdehin səs yazısı, cavabdehin etiraz ərizəsində etirafedici cümlələri və eləcə də, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında iddiada qeyd edilən 17.324 manat tikintiyə çəkilən xərcdən 15.000 manatını etiraf etməsini) baxmayaraq iddia tələbini tam şəkildə təmin etməmişdir. Sübutları düzgün hüquqi qiymətləndirməmiş, iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, ekspertin iş üzrə rəy verməsini təmin etməmişdir. 2 dəfə ekspertiza olub. Hər iki dəfə cavabdeh və iddiaçılar iştirak edib. 1-ci dəfə cavabdeh evə girməyə şərait yaratmamış, 2ci dəfə isə özü ekspertlə evə baxıb, ekspert iddiaçıdan evdə hansı təmir – yenidənqurma işlərinin aparılmasını, dəyəri barədə soruşub dəftərçəsinə qeyd etsə də, sonda 3 aydan sonra yalan məlumat verərək guya iddiaçının baxış zamanı iştirak etməməsi bəhanəsilə rəy verməmişdir. Halbuki, məhkəmə katibi, qarşı tərəfin vəkili də onların orda iştiraklarını görüblər. Ekspertin yalan məlumatı barədə məhk əməyə etiraz ərizəsi də təqdim edib bu məsələyə aydınlıq gətirməsi, hansı səbəbdən rəy verməməsinə aydınlıq gətirmək üçün məhkəmə iclas zalına ekspertin dəvət edilib dindirilməsi barədə qeyd etsə də, ekspert çağırılmamışdır. Elə yalan məlumat əsasında iş üzrə rəy verilmədi.

34. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində gördüyü işlərə görə təxminən 2.000-2.500 manat aralığında pul aldığını (audio və video yazıya qulaq asılsa bu aşkar edilər) bildirsə də, qətnamədə şahidə guya gördüyü işlərə görə 3.500 manat pul ödənildiyi qeyd edilmişdir. Şahid1 tərəfindən 1.716 manat pul ödənilmiş və ödənilən 1.716 manat pul tərəfindən anası İddiaçı1 verilmiş və həmin pul İddiaçı1 tərəfindən Şahid1 ödənilmişdir. Bundan əlavə, evin pəncərələrinə görə ödənilən 1.600 manat pul onun tərəfindən ödənilmişdir. Belə ki, qardaşı İddiaçı2 onu və həyat yoldaşı Şahid2 pəncərə düzəldən Sadiq adlı şəxsi yanına apararaq orada özünü usta kimi təqdim etdi ki, pəncərə düzəldən şəxsdən müştəri apardığı üçün 50 manat “şirinlik” alsın. Pəncərələr hazır olduqdan sonra usta pəncərələri evə gətirərək pəncərələri yerləşdirdikdən sonra o 1.600 manat pulu qardaşı İddiaçı2 vermiş və o da həmin pulu pəncərə düzəldən Sadiq adlı şəxsə vermişdir. Əlavə olaraq, bildirmək istəyir ki, qardaşı İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən pəncərə ustası Sadiq adlı şəxsi aldadaraq guya ev sahibəsinin, yəni onun p əncərələrə görə ödənilən 1.600 manat pula görə qəbz tələb edir və bu səbəbdən də Sadiq adlı şəxs heç bir möhürü olmayan və sübut qüvvəsi olmayan 1.600 manat məbləğində pula dair qəbzi İddiaçı2 təqdim etmişdir. Ümumiyyətlə, qeyd etmək istəyir ki, məhkəmə iclaslarının gedişində o uzun illər ərzində əldə etdiyi əmək haqqları və aliment ödənişləri ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. İddiaçılar öz gəlirləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər.

36. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, cavabdeh boşandıqdan sonra onların yanında, Şirvan şəhərində yerləşən həyət evində yaşamağa başlamışdır. Şirvan şəhərindəki mənzil boş idi və oraya arada gedib-gəlirdilər. Məsələ burasındadır ki, İddiaçı1 və İddiaçı2 pul yığmağa başlamışlar. Asif v ə Günel müəllimdirlər. Asif Salyan rayonundakı orta məktəbdə, Günel isə Sabirabad rayonunda orta məktəbdə müəllim işləyirlər. İddiaçılar 16.000 manat, cavabdeh 16.000 manat məbləğində pul vəsaiti qoyaraq 32.000 manata cavabdeh üçün həyət evi almışlar, notariusda 31.800 manata onu rəsmiləşdirmişlər. Alğı-satqı müqaviləsi cavabdehin adınadır. İddiaçıların 16.000 manat pul qoyduğunu cavabdeh etiraf etmir. Onların da bunu təsdiq edəcək sübutları yoxdur. Avqust ayında evin inşasına başlanılmış, tikinti materialları 17.324 manata alınmışdır. Birinci instansiya məhkəməsi zamanı cavabdeh xx.xx.2023-cü il tarixli iclas zamanı bildirir ki, aylıq əməkhaqqı alır, əlavə uşaq hazırlayır və aliment alır. Atasının iki evi var. Qardaşı ilə tikinti materialları alıb. Qardaşı ustadır, ustaların pulunu o veri b. 1.400 manat hörgüyə, 1.000 manat dama, 2.300 manat taxtaya pul xərcləyib. May ayındakı iclasında cavabdeh bildirir ki, avqustda təmir başlayıb. “Əkbər inşaat”dan onun pulu ilə material alınıb. 15.000 manata yaxın özü verib. Lakin həmin pulların verilməsini sübut edə bilmir. Qaimələr 17.000 manatı iddiaçıların adınadır. Şirvan Şəhər Məhkəməsində iddiaçılar cavabdeh Şahid2 qarşı mənzildən çıxarma və mənzilə köçürmə barədə iddia qaldırmışlar. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsində hakim tikinti materiallarına nə qədər xərc çəkilməsi ilə bağlı cavabdehə sual vermiş, cavabdeh 15.000 manat xərc çəkildiyini, həmin tikinti materiallarının onun pulu ilə alındığını qeyd etmişdir. Cavabdeh bildirmişdir ki, həmin tikinti materiallarının pulunu qardaşına vermiş, h əmin pula da qardaşı materialları almışdır. Hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Sonuncu məsələdə sübutetmə yükü cavabdehindir. Cavabdeh həmin iclasda daşın pulunun anasının verdiyini bildirmişdir. Səs yazılarında cavabdeh bildirir ki, 500 manat Kərbəla ziyarətinin pulunu, onlara hər ay 100 manat olmaqla qaytaracaqdır. Burdan da aydın olur ki, iddiaçılar cavabdehə maddi köməklik göstərmişlər. Sorğu verib cavabdehin maaşı barədə məlumat alıblar, həmin məlumatlardan müəyyən edilir ki, cavabdeh aylıq 600 manat maaş alır. Evdə işləyən ustalardan Cəmilə 2.500, Cavidə isə 1.000 manat pul verilib. Cavabdeh bildirib ki, evin dam örtüyünü təmir etdirmək üçün 100 manat pulu Cavidə qardaşı verib, sadəcə mentalitet baxımından qadın usta ilə hesablaşmır deyə həmin pulu qardaşı ustaya v ermişdir. Şahid Cəmil bildirib ki, 2.300 manat ona pul verilib.

37. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, səs yazısında həmin zaman emosional vəziyyətə olduğuna görə sadəcə ona o qiymətə ev aldırdıqlarını bildirmiş, onun sadəcə anasının Kərbəlaya getmək üçün yığdığı 1.000 manat puldan aldığı 500 manat borc vardır. Evə 15.000 manata yaxın xərc çəkib, iddiaçılar maddi cəhətdən ona heç bir köməklik göstərməyiblər. Ailəsi yalnız ustaların işlərində və onların yeməklərinin təmin edilməsində köməklik gösətrmişdir. Onlar özləri evin sökülməsində kömək edəcəklərini bildirmişdirlər. Evin sökülməsində o da qardaşı ilə bir işləmişdir. Təkcə material almaqla ev tikmək olmur. Aldığı aliment pulunu iddiaçılar ondan tələb edir, onun üstündə idarəçiliyi həyata keçirmək üçün hər zaman səy göstərmiş v ə qeyd etdiyi müəyyən səbəblərə görə ondan sadəcə qisas almaq istəmişlər. Ona görə də, bu iddianı qaldırıblar. Cavidə qardaşı vasitəsi ilə 1.000 manat, Cəmilə isə anası vasitəsi ilə 1.750 manat məbləğində pul vermişdir. Cəmil birinci instansiyada bildirib ki, Şəlalə xanımdan 2.500 manata qədər pul almış, 30 qəpikdən olmaqla 4.500 manata qədər daş qoymuşdur. İddiaçı onları öyrətmişdir.

38. Məhkəmə iclasında İddiaçı2 məhkəmə iclasında bildirmişdir ki, pulu cavabdehə borc kimi vermişdir. Qaimələri Hacıqabuldan və başqa yerlərdən almışdır. Qaimələrə eyni adam imza atmışdır. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, Anası Kərbəla ziyarəti üçün 1.000 manat pul toplamış, lakin bacısı xahiş etdikdən sonra 500 manat cavabdehə verilmişdir.

39. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (b undan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1157/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən Şirvan şəhəri ünvan 6 ünvanda 6 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustalara zəhmət haqqı kimi ödənilmiş 3.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi hissədə dəyişdirilmiş və evin inşası zamanı ustalar üçün ödənilmiş zəhmət haqqının məbləği 2.500 manat məbləğində müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab etmişdir. İddiaçının məhkəmə iddia tələbinin əsaslı olmasına dair - evin təmiri üçün alınmış tikinti materiallarının qaimə-çekləri, audio diskdə cavabdehin səs yazısı, cavabdehin etiraz ərizəsində etirafedici cümlələri və eləcə də, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında iddiada qeyd edilən 17.324 manat tikintiyə çəkilən xərcdən 15.000 manatını etiraf etməsi kimi kifayət qədər sübutlar olması barədə dəlil üzrə qeyd edir ki, həmin dəlillər formal olmaqla mötəbər sübut əsasları mövcud deyildir. Belə ki, iddiaçı tərəf özü də, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıların alğı-satqı müqaviləsi zamanı cavabdehə 16.000 manat məbləğdə pul vəsaiti verməsinə dair sübut olmadığını göstərmiş və bunun “vicdan məsələsi” olduğunu qeyd etmişdir.

41. Məhkəmə kollegiyası digər sübutları, qaimə-çekləri mötəbər hesab etməmişdir. Belə ki, İddiaçı2 qaimələrin Hacıqabuldan və başqa yerlərdən alındığını bildirsə də, oradakı imzaların eyni şəxs tərəfindən icra edildiyinin aşkar görünməsi və eyni dəftərə aid (“X11”, “927” qeydləri və s.) vərəqlər olması onların mötəbərliyini şübhə altına alır və həmin sübutların əldə edilməsi ağlabatan sayılmamalıdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin səs yazılarında “mənə 30.000 manatdan çox borc yükləmisiniz, ayda 100 manat verəcəm” deməsini borcu etirafı kimi qəbul edilməsini xahiş etsə də, həmin səs yazısının məzmunundakı informasiya təhlil ed ilərkən orada iddianın yaxud iş üçün hər hansı əhəmiyyət kəsb edən faktın etirafının öz əksini tapmadığı aşkar olur. Bununla əlaqədar cavabdeh məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, səs yazısında iddiaçıların ona həmin qiymətə ev aldırdıqları, anasının Kərbəlaya getmək üçün yığdığı 1.000 manat puldan aldığı 500 manat borcu vardır.

43. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində gördüyü işlərə görə təxminən 2.000-2.500 manat aralığında pul aldığını bildirsə də, qətnaməyə əsasən şahidə - ustaya gördüyü işlərə görə 3.500 manat pul ödənilməsi göstərilmişdir. Habelə iddiaçı öz ərizəsində də evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta Şahid1 2.500 manat məbləğ ində pul vermişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehdən mübahisəli fərdi yaşayış evinin inşası zamanı zəhmət haqqı kimi ödənilmiş 3.500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissədə qətnamə dəyişdirilərək həmin məbləğ 2.500 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin digər hissələrdə dəyişdirilməsi və ya ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı1 cavabdeh Şahid2 qarşı məzildən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsində Cavabdeh 2020-ci ilin iyun ayında alğı-satqı müqaviləsi ilə aldığı ayrıca Şirvan şəhəri ünvan 7 ünvanında 06 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin olması göstərilir. Həmin iş materiallarında “Cavabdeh aldığı ayrıca” ifadəsi işlədilmiş, lakin həmin evin pulunun yarısının (yaxud hər hansı hissəsinin) onlar tərəfindən verilməsi qeyd edilməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091 və 1092-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

46. Qətnamədən İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə u yğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tikinti materiallarının alınmasını təsdiq edən qəbzlərin saxta olmasını və eyni xətlə yazılmasını bildirsə də, bunu sübut edəcək heç bir dəlil təqdim etməmişdir, hətta məhkəmə bu halın aydınlaşdırılması üçün MPM-nin tələblərinə əsasən Xətşünaslıq ekspertizası da təyin etməmişdir. Belə ki, bu halın yoxlanılmasının yeganə yolu xətşünas mütəxəsisin rəyinin alınması ola bilərdi. Bu da onu göstərir ki, cavabdeh öz etirazının dəlili kimi istinad etdiyi halları sübut edə bilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsi ndə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

55. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbə r, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, h abelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

73. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

74. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı müba hisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

76. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1157/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar