Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4088/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11159/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 03 avqust 2018-ci il tarixli qət naməsi ilə iddia qismən təmin edilmiş, 16102,08 ABŞ dolları əsas borc, 2281,50 ABŞ dolları faiz borcu, 70 ABŞ dolları cərimə olmaqla, cəmi 18453,58 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə, o cümlədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 münasibətdə rədd edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 03 avqust 2018-cı il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə - 001R********** saylı kredit razılaşması üzrə 16102,08 ABŞ dolları məbləğində kredit borcu, 3345,60 ABŞ dolları məbləğində faiz borcu və 7130,09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26577,77 ABŞ dolları məbləğində borcun, məhkəmdə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.08.2012-ci il tarixli 01L000002860 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 90000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.12.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müdətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.04.2015-ci il tarixli, 001R**********S saylı, 10.03.2016-cı il tarixli 001R**********SA saylı, 20.09.2016-cı il tarixli 001R**********SB saylı, 13.04.2017-ci il tarixli, 001R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.07.2017-ci il tarixədək banka qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və iddia tələbinin cavabdehlər - zaminlərə aid hissədə də təmin edilməsinə dair ye ni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə hazırki mübahisəyə maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məluma t vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı bank Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin zaminlərə qarşı rədd edilən hissədə mübahisələndirmiş, qətnamədən cavabdehlər kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri ka ssasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2012-ci il tarixli, 01L000002860 saylı kredit xətti müqaviləsi əsasında, bank tərəfindən Cavabdeh1 90000 ABŞ dolları məbləğində 120 ay müddətinə qaytarılmaq şərti ilə kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 29.12.2014-cü il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2,1667% olmaqla, 18 ay müddətinə qaytarılmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Həmçinin sonradan qeyd edilən razılaşmaya əlavə olaraq sazişlər bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 06.08.2012-ci il tarixdə bağ lanmış, 01L000002860 saylı kredit xətti müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh5 ilə 06.08.2012-ci il tarixdə, Cavabdeh2 ilə 09.08.2012-ci il tarixdə, Cavabdeh3 ilə 09.08.2012-ci il tarixdə və Cavabdeh4 ilə 06.08.2012-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin borcun cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məc əllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Plenumunun qərarında göstərilir ki, zaminlik və ipotek a müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, kredit xətti müqaviləsində mühüm şərtlərdən biri olan kredit vəsaitinin qaytarılması üçün nəzərdə tutulan illik və ya aylıq faiz dərəcəsi göstərilmədiyindən, həmçinin həmin kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmasında verilmiş 30000 ABŞ dolları məbləğində kredit vəsaitinin qaytarılması üçün müəyyən edilmiş aylıq 2,1667% dərəcəsi barədə zaminlərin heç birinin razılıqları olmad ığından, hazırkı iddia tələbinin əsas, faiz və cərimə borcunun Cavabdeh1 ilə yanaşı zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 tutulması hissəsində rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi zaminlərə qarşı tələbi rədd etməklə düzgun nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.l-ci maddəsinə görə zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik xitam olunur. Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında qeyd olunub ki, kredit xətt müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barə də zaminin razılığı alınmalıdır. Hazırkı işdə zaminlik müqavilələri kredit xətt müqaviləsinə münasibətdə bağlanmış, kredit xətt müqaviləsində faiz dərəcəsi göstərilməmiş, kredit müqavilələri bağlanarkən isə faiz dərəcəsi barədə zaminlərin razılığı alınmamışdır. Ona görə də belə hesab olunur ki, zaminliklə təmin edilmiş öhdəlik dəyişmişdir, yəni zaminlik təminatı verilərkən faiz olmadığı halda sonradan faiz müəyyən edilmişdir, bu dəyişmə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur, bununla da zaminlik xitam olunmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11159/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4088/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4088/2019
20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver