Məhkəmə qərarları › İş №2(102)-4088/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4088/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4088/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfi ndən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20373,50 ABŞ dolları əsas, 2456,95 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23030,45 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və borclulara bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci 10,50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40,50 manat pulun alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan **-RR-*** dövlət qeydiyyat nişanlı, «X1» minik markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərr ac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 23030,45 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40,50 manat pulun iddiaçıya ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavab deh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək (birgə) qaydada 20373,50 ABŞ dolları məbləğində əsas kredit borcunun, 2456,95 ABŞ dolları faiz borcunun, 5659,05 ABŞ dolları məbləğində cərimə borcunun, 10,50 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, cəmi 28489,50 ABŞ dolları və 40,50 manat məbləğində borcun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, habelə banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş. mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan **-RR-*** dövlət qeydiyyat nişanlı, «X1» minik markalı nəqliyyat vasitəsinin hərracda satılması, ipot eka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləği borclunun başqa əmlaklarının satışı hesabına əldə edilən məbləğlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqa viləsinə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 47200 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu zamin qismində borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 məxsus **-RR-*** dövlət qeydiyyat nişanlı, «X1» minik markalı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcalanın kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə əsas m əbləğ üzrə 20373,50 ABŞ dolları, faiz borcu üzrə 2456,95 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları, cəmi 23030.45 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür Həmin Məcəlləni n 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh2 cavabdeh İddiaçı-yə qarşı hazırkı iş üzrə mübahisə predmeti olan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan kredit müqavilənin müddəaları hazırkı iş üzrə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Ona görə də Cavabdeh1 Bank qarşısında öhdəliyi üzrə zamin durmuş Cavabdeh2 aid hissədə iddia tələbi qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini ə sas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar