Məhkəmə qərarları › İş №2(102)-409/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-409/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-409/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-409/2019 23 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) qarşı “depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi, əmanət məbləği və ona hesablanmış faiz məbləğinin ödənilməsi” tələbinə dair mülki işlər üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli 2(103)3917/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi (ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək (səh. 73), Cavabdeh tərəfindən Cavabdeh-nin Sənaye filialı ilə İddiaçı arasında bağlanmış 15.01.2007-ci il tarixli depozit müqaviləsinə 19.01.2007-ci il tarixli əlavənin etibarsız hesab edilməsi və Cavabdeh-nin Sənaye filialında saxlanılan 131100 manat əmanət məbləğinin və ona 15.01.2012-15.01.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106191 manatın, 15.01.2017-ci ildən qətnamə icra olunan günədək illik 16,2 faiz məbləğinin hər ay üçün 1769,85 manat depozit faizinin, dəymiş mənəvi zi yanın əvəzi olaraq 15000 manatın Cavabdeh-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) iş üzrə 16 may 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh-nin Sənaye filialı ilə İddiaçı və X7 arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli depozit müqaviləsinə əlavə etibarsız hesab edilmiş, İddiaçı ilə Cavabdeh-nin Sənaye fılialı arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131100 manat əmanət məbləğin Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vüqar Həsənovsədrlik edən-məruzəçi hakim, Vüsalə Baxışova, Namiq Cəfərov) 2(103)-9440/2017 saylı 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(006)-1912/2017 saylı qətnaməsi qismən, «15.01.2012-15.01.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106191 manatın, 15.01.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1.769.85 manat depozit faizinin» ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, Həmin hissədə iddianın qismən təmin edilməsi, Faiz məbləği olaraq 113270,4 manatın Cavabdeh-dən tutularaq İ ddiaçı ödənilməsi, «Qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1769,85 manat depozıt faizinin tutulması hissəsində» iddianın təmin olunmaması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəməsinin Mülki kollegiyasının (Ə.Nurməmmədov, M.Əhmədova, Ə.Rüstəmov) 2(102)-555/2018 saylı işi üzrə 25 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdeh "Cavabdeh" Açıq Səmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9440/2017 nömrəli iş üzrə 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Ha cıyev Sənan Firudin oğlu və X15) 20 avqust 2018-ci il tarixli 2(103)-3917/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Cavabdeh-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1912/2017 saylı işi üzrə 16 may 2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış (faiz məbləği) hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, faiz məbləğinin 103901,7 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, auditor rəyinə görə xidmət haqqının məbləği olan 4000 (dörd min) manat məbləğdə pul vəsaiti Cavabdeh-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına köçürülməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin 13088 saylı 20 iyun 2018-ci il tarixli rəyinə görə ekspertiza xərci olan 179 manat məbləğdə pul vəsaitinin Cavabdeh tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli 2(103)-3917/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarına dair mühasibatlıq ekspertizasının aparılması ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən mütəxəssis qrupunun işə cəlb edilməsinə baxmayaraq, verilən rəyin qarşıya qoyulan sualların birinə belə cavab verməməsi açıq-aşkar görünməkdədır. Belə ki, apellyasiya şikayətinə etdikləri əlavədə İddiaçı notariat orqanına gedərək özünün iradə ifadəsini əks etdirən 01.03.2011-ci il tarixli ərizəsi 9 saylı Notariat Kontorunda təsdiq edildiyi göstərilmiş və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilmiş, lakin bu sübut nə Palatanın rəyində, nə də məhkəmə qətnaməsində nədənsə öz əksini tapmamışdır. Hesab edirlər ki, işin yeganə bu halı qətnamənin qanunsuzluğuna və əsassızlığına əyani sübutdur. İş materiallarına diqqət yetirdikdə İddiaçı guya kı, X1ı tanımadığı və X8 götürdüyü kreditin təminatı kimi Banka qoymuş olduğu depozıt müqaviləsinə əlavədən xəbərdar olmadığını bildirsə də, yuxarıda qeyd edilən təkzibedilməz sübut onun məhkəməni yanlış istıqamətə yönəltmək istəməsı faktını danılmaz edır. Məhkəməxətşünaslıq ekspertizası tərəfindən imzaların kimə məxsus olub-olmaması barədə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən rəyin İddiaçı iradə ifadəsini əks etdirən və kredit müqaviləsinə müvafiq olaraq vəsaitin girov qoyulmasına vermiş olduğu notarial təsdiqli razılıq ərizəsinin mötəbərlik baxımından daha üstün qiymətləndirilməli olduğu halda, məhkəmə qətnaməsində bu hissəyə ümumiyyətlə münasibət bildirməmiş və bununla da “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli, 4 saylı qərarının tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda qeyd edilən halın ciddi maddi və prosessual hüquq normalarının pozuntusu olduğundan Mülki Prosessual Məcəlləsinin 418-cı maddəsının dispozisiyasına uyğun olaraq işin yenidən apellyasiya instansiyası məhkəməsınə qaytarılaraq yuxarıda qeyd edilən hallara yenidən qiymət verilməsini xahı ş etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki hallarına əsasən, Cavabdeh-nin Sənaye fılialı ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqaviləyə əsasən əmanətçi 131100 manat məbləğində pulu banka 60 ay müddətinə 15 yanvar 2012-ci il tarixədək depozitə qoymuş, bank əmanətçidən daxil olmuş 131100 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 19 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə 131100 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdeh banka əmanət qoyulm uşdur. Cavabdeh-nin Sənaye filialı (borc verən) ilə X7 (borc alan) arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən bank X1yə illik 17 faizlə 12 ay müddətinə 130000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu - girov kimi İddiaçı ilə Cavabdeh arasında olan 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) müqaviləsinə əsasən Cavabdeh-də yerləşdirilmiş depozit vəsaiti çıxış etmişdir. Həmçinin Cavabdeh-nin Sənaye filialı ilə İddiaçı və X7 arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli 15 yanvar 2007-ci il tarixində Cavabdeh-nin Sənaye filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavəyə əsasən İddiaçı Cavabdeh- nin Sənaye filialındakı 15 yanvar 2007-ci il tarixli depozit müqaviləsi üzrə depozit hesabında olan 131100 manat məbləğində vəsait Cavabdeh-nin Sənaye filialı ilə X1 arasında bağlanmış 19.01.2007-ci il tarixli 07 saylı kredit müqaviləsi üzrə borcalana ayrılmış kreditin və bu vəsait üzrə hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi müəyyən edilmişdir. İddiaçı banka müraciət edərək əmanətin geri qaytarılmasını xahiş etsə də, lakin banka qoyulmuş əmanətin İddiaçı 19.01.2007-ci il tarixində imzaladığı depozit müqaviləsinə əlavəyə uyğun olaraq 19.01.2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X7 tərəfindən götürülmüş kreditin təminatı kimi girova qoyulduğu, əmanətini yalnız kredit tam bağlandıqda n sonra götürə biləcəyi bildirilmişdir. İş materiallarında olan ekspert rəyi ilə müəyyən edilmişdir ki, 19 yanvar 2007-ci il tarixli “15.01.2007-ci il tarixində Cavabdeh-nin Sənaye fılialı ilə İddiaçı arasında olan depozit müqaviləsinə əlavənin” sonunda "Əmanətçi İddiaçı İmza" qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 16.04.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 13088 saylı 20 iyun 2018-ci il tarixli rəyinə əsasən 15 yanvar 2007-ci il tarixli ABB ASC-nin Sənaye filialı ilə İddiaçı arasında olan Müddətli əmanət (depozit) hesabı haqqında müqavilədə "Əmanətçinin adından" qrafasın dakı imza və həmin depozit müqaviləsinə 19 yanvar 2007-ci il tarixli əlavədə "Əmanətçi" qrafasındakı imza - öz aralarında müxtəlif şəxslər tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 16.04.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş, Cavabdeh-nin Sənaye fılialında X4 məxsus kredit və İddiaçı məxsus depozit portfelinin banklar haqqında qanunvericiliyə müvafıq təftiş edilməsinə dair auditor rəyinin nəticəsinə əsasən (1.) audit sübutları üçün kənar mənbələr, habelə “Banklar haqqında” Qanunun (maddə 36) və Mülki Məcəllənin 280-ci maddəsi və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edildi ki, Cavabdeh-nin Sənaye Filialı tərəfindən sənədlər tam dolğun şəkildə təqdim olunmamışdır; (2.) İddiaçı 131100 əmanət (depozit) məbləğinin X4 verilmiş 1300 00 (bir yüz otuz min ABŞ dolları) kredit təminatı yəni pul girovu üzrə təmin edilmiş kredit üzrə üçtərəfli depozit müqaviləsinə əlavə notarial qaydada təsdiq olunmaması (Beynəlxalq Bankın 2012-2014-cü illər üzrə Daxili audit yoxlamasında öz əksini tapmışdır.) (Yəni, girov müqaviləsi notarial qaydada təsdiq olunmalı olduğu halda təsdiq olunmamışdır); (3.) Mülki Məcəllənin 950.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən müştəriyə (əmanətçiyə) əmanətin götürülməsi barədə (müqavilə üzrə öhdəliklərin bitməsi) məlumatın göndərilməsi təmin edilməmişdir; (4.) Azərbaycan Respublikasının Bank sistemində Arxiv işinin aparılması təlimatina uyğun olaraq Kredit təminatlı sənədlərin banklar tərəfındən seçmə üsulu ilə kredit borcu bağlanmamış ləğv edilməsi Bank sistemində Arxiv işinin aparılması təlimatının 53, 54 bəndlərinə əsasən gözlənilməmişdir; (5.) İddiaçı adına açılmış cari hesab vasitəsi ilə ödənilən faizlərin qalıq hissəsinin müştəriyə verilməməsi və hesabda qalması təminatlı depozit olan 30000 USD (bir yüz otuz min ABŞ dolları) məbləğində 12 (on iki) ay müddətinə illik faiz dərəcəsi 17 faiz ilə hesablanan kreditin faizlərinin Beynəlxalq Bankın Sənaye filialı ilə 3 tərəfli bağlanan depozit müqaviləsinə əlavənin 2.1 bəndinə uyğun olaraq depozit faizi ilə akseptsiz olaraq ödənilməməsi. Kredit üzrə öhdəliklərin bitdiyi son tarixdən 9 il keçsə də, əmanətçinin hesabından heç bir vəsaitin silinməməsi, faizlər üzrə hesablamaların (ABB ASC-nin Təftiş Komissiyası tərəfındən 30 mart 2017 tarixdə tərtib edilmiş 09 saylı Protokolu ilə dayandırılmış) 15.01.2017 tarixədək aparılması; (6.) Əldə ol unmuş audit sübutlarına əsasən Əmanətçi İddiaçı ilə ABB ASC-nin Sənaye Filialı arasında bağlanmış 131100 manat depozit müqaviləsi və ABB ASC-nin Sənaye Filialı ilə bağlanmış 130000 USD məbləğində kredit müqaviləsi əsasında öhdəliklərin icra olunması üzrə əsaslı əlaqə müəyyən edilmədi. Müəyyən edildi ki, ABB ASC-nin Sənaye Filialında İddiaçı depozit xətti üzrə (İV№ 007) 11 iyul 2018 tarixinə cari hesabının qalığı 235001,70 manat təşkil edir. 1 iyul 2018-ci il tarixdə ABB ASC-nin X5 X2nun kredit öhdəliyi barədə verilmiş arayışına əsasən (İV№006) və (№19/704) hal-hazırda əsas məbləğ üzrə borc 110650.00 USD, faizlər üzrə borc 10700.00 USD olmaqla, cəmi 121350,00 USD təşkil edir İş materiallarında olan 27 oktyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsas ən xüsusi qərardad (08.09.2017-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş və Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində 02/2-216C-17 saylı material) üzrə cinayət işinin başlanması rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 125; MM-in 6, 14, 337, 385, 386, 390, 448, 948-950; MPM-in 14, 77, 217, 420ci maddələrinə istinad etməklə, işin materialları üzrə gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, auditor rəyi ilə girov müqaviləsi notarial qaydada təsdiq olunmalı olduğu halda, təsdiq olunmamış, əmanətin götürülməsi barədə (müqavilə üzrə öhdəliklərin bitməsi) məlumatın göndərilməsi təmin edilməmiş, kredit üzrə öhdəliklərin bitdiyi son tarixdən 9 il keçsə də, əmanətçini n hesabından heç bir vəsait silinməmiş, əmanətçi İddiaçı ilə Cavabdeh-nin Sənaye filialı arasında bağlanmış 131100 manat depozit müqaviləsi və Cavabdeh-nin Sənaye filialı ilə bağlanmış 130000 USD məbləğdə kredit müqaviləsi əsasında öhdəliklərin icra olunması üzrə əsaslı əlaqə müəyyən edilməmiş, Cavabdeh-nin Sənaye Filialında İddiaçı depozit xətti üzrə 11 iyul 2018 tarixinə cari hesabının qalığının 235001,70 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, həqiqi vəziyyət ondan ibarətdir ki, iddiaçının depozit xətti üzrə cari hesabının qalığı 235001,70 manat təşkil edir. Ona görə, 131100 əmanət (depozit) məbləği həmin məbləğdən çıxıldıqdan sonra yerdə qalan məbləğ - (235001,70-131100=) 103901,7 faiz məbləği kimi müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər hiss ələrdə iddia tələbi müvafiq qanunvericiliyə uyğun əsaslandırılıb sübuta yetirilmədiyindən təmin edilməsi üçün əsaslar yoxdur. Lakin gələcəkdə cavabdehin qanunsuz olaraq iddiaçının maddi sərvətlərini saxlayaraq ondan fayda götürməsi, yaxud sair qaydada zərərin və ya faizlərin tutulması əsasları yarandığı və bu halların sübuta yetirildiyi təqdirdə iddiaçının yenidən fərqli əsaslarla iddia qaldırmaq hüquqları məhdudlaşdırılmır. Kassasiya instansiyasının göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən təkzibedici sübut təqdim edilməmiş, depozitin girov kimi qəbul edilməsinə dair ərizə (arayış), onun notariusdan bir ərizə formasında qeydiyyatdan keçməsi isə onun girov müqaviləsi kimi səciyyələndirən amil (mötəbər sübut) olmadığı, kredit borcu tələb edildiyi zaman gir ova yönəldiyi müəyyən edilməmiş, girov kimi qəbul edildiyi zaman belə cavabdeh tərəfindən təqdim edilən daxili audit yoxlamasından çıxarışla depozitin 06.07.2012-ci il tarixdə girovdan azad edildiyinin qeyd edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi İddiaçı adından 9 saylı Notariat Kontorunda 01.03.2011-ci il tarixli, 7E-4925 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ərizəsi ilə əlaqədar cavabdehin 20.08.2018-ci il tarixdə verdiyi apellyasiya şikayətin əlavənin dəlili üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən və İddiaçı vermiş olduğu ifadədən məlum olur ki, onun Cavabdeh ilə X7 arasında bağlanmış 19.01,2007-ci il tarixli kredit müqaviləsindən və həmin kredit müqaviləsinin təminatı olan İddiaçı ilə Cavabdeh və X7 arasında bağlanmış depozit müqaviləsinə əlavədən xəbəri olmamışdır. O, belə bir müqavilələrin mövcud olmasından 2017-ci il tarixində depozitini Bankdan götürmək istəyən zaman xəbər tutmuşdur. Lakin cavabdeh tərəfindən 20.08.2018-ci il tarixli apellyasiya şikayətinə əlavəyə İddiaçı 9 saylı Notariat Kontorunda təsdiq edilmiş 01.03.2011-ci il tarixli ərizəsinin kserosurəti əlavə edilmişdir. Həmin ərizənin məzmununda göstərilmişdir ki, "mən ünvan 1 ünvanında yaşayan (AZE N°07992983 Sabunçu RPİ 20.05.2010-cu il) İddiaçı təsdiq edirəm ki, mənimlə "Sənaye filialı" arasında 15.01.2007-ci il tarixdə bağlanmış depozit müqavilələri X1 və X7nun Cavabdeh-nin Sənaye filialı ilə bağladığı 19.01,2007-ci il 05 və 07 saylı kredit müqaviləl ərinə əsasən götürdükləri kreditin girov təminatı kimi çıxış edir və 19.01,2007-ci il tarixdə bağlanmış depozit müqavilələrinə əlavə kimi çıxış edən sənədlərə həqiqətən də şəxsən mən özüm imzalamışam. Bu arayışın düzgünlüyünü öz imzamla təsdiq edirəm." Bakı şəhərinin notariusu X2 Cavabdeh-nin 08.08.2018-ci il tarixli 875 reyestrli məktubuna 08.08.2018-ci il tarixli 1646 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 01.03.2011-ci il tarixdə təsdiq edilmiş ərizəsi 7E/4925 reyestr ilə qeydiyyatdan keçməklə hal-hazırda qüvvədədir. Göründüyü kimi, İddiaçı yuxarıda qeyd olunan əqdlərdən xəbərsiz olması barədə birinci instansiya məhkəməsində vermiş olduğu izahatı ilə cavabdehin sonuncu məhkəmə iclasında təqdim etdiyi İddiaçı 9 saylı Notariat Kontorunda təsdiq edilmiş 01.03.2011-ci il tarixli əriz əsində göstərilənlər ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası tərəfindən həmin sübutun qəbuledilənliyi, mötəbərliyi, bu sənədlə bağlı iddiaçının mövqeyi ətraflı araşdırılmamış və Mülki Prossesual Məcəllənin tələbləri baxımından həmin sübuta hüquqi qiymət verilməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsi nə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnam əsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddia çının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azər baycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli 2(103)-3917/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar