Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-409/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər: Cavabdeh1 MMC, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh4 Qarşılıqlı iddia üzrə cavabdeh: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Qarşılıqlı iddia tələbi: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın yüklülüyünə dair qeydin ləğv edilməsi Açar sözlər: kredit müqaviləsi, ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrli yi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil Möhübbət oğlu, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının və cavabdehlərin kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə eyni şərtlərlə 45000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə C avabdeh5 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsində, sonuncuya məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Eyni zamanda, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsində, sonuncuya məxsus olan ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxx 2018-ci il tarixdə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən bankın xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə 5% ilə hesablanmış 2304.72 manat, borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə borcu olmaqla, cəmi 21642.28 manat məbləğində borcun və xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə 5% ilə hesablanmış 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə borcu olmaqla, cəmi 86950.39 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh5 məxsus olan Qax rayonu İlisu kəndind ə yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh4 qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə alınmış xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə ola n borcu xx xxxxxx 2012-ci il tarixli kredt müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixə əsas borca görə 12.582, 20 manat, faiz borcuna görə 3.100,72 manat, xx xxxxxx 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, illik 5 %-lə faiz borcu üzrə 1.495,92 manat, xx xxx 2018-ci il tarixə əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100, 72 manat, illik 5 %-lə faiz borcu üzrə 1.588.35 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2015-ci il tarixə cavabdehdən əsas borc üzrə 44.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, xx xxxxxx 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, illik 5 %-lə faiz borcu üzrə 4.527,98 manat, xx xxx 2018-ci il tarixə əsas borc üzr ə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, illik 5 %-lə faiz borcu üzrə 4.956,95 manat təşkil edir. Qax Rayon Məhkəməsinin 2(024)-02/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.İ.Qarayev) ilk iddia qismən təmin edilmiş, cavabdehlərdən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, illik 5 %-lə faiz borcu 1.495,92 manat, cərimə borcu üzrə 639 manat olmaqla, cəmi 13667.84 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən alınmış 45000 manat məbləğin ödənilməmiş qalan hissəsi 35900 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmeti olmuş əmlakın bankın xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq işin hallarını düzgün müəyyən etməmiş, işdə olan sübutlara tam, hərtərəfli və obyektiv araşdırmadan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək ilk iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək iddianın rədd edilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1057/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) iddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas borc, 3.100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 manat dəbbə pulu borcu olmaqla, cəmi 13.421 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 39.096 manat əsas, faiz borcu üzrə 10.835 manat, faiz borcu illik 5 %-lə 4.956 manat, 800 manat dəbbə pulu borcu olmaqla, cəmi 55688 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələbin xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа ilə yüklü edilmiş və Cavabdeh2 məxsus olan və ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yаşаyış evinin ilkin sаtış qiymətinin 100000 mаnаt məbləğində müəyyən edilərək аçıq hərrаcdа sаtılması, fərdi yаşаyış evinin sаtışındаn əldə edilmiş vəsаit hesаbınа xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 55688 manat məbləğində borcun ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmiş, Cavabdeh1 MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2013-cü il tarixli kredit müqavilə sinin nüsxəsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalansa da, hüquqi şəxs olan Cavabdeh1 MMC-in möhürü ilə təsdiq edilməmişdir. Bununla belə işin hallarından görünür ki, Cavabdeh1 MMC xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə qeyd olunan 45000 manat məbləğində pulu almasını inkar etməmişdir. Habelə, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, “xxxx” MMC xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat məbləğində pulu geri ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsini icra etməyə başlamış və həmin müqaviləni qismən icra etmişdir. Bununla da, cavabdeh həmin kredit müqaviləsinin mövcudluğunu e tiraf etməyə yönələn hərəkətlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər hansı hüquqi və ya fiziki şəxsə bank tərəfindən kredit müqaviləsi bağlanmadan (müqavilə olmadan) 45000 manat məbləğində pulun verilməsini təsəvvür etmək və bunun izahını verməkdə mümkün deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yalnız xx.xx.2013-cü il tarixli kredit müqaviləsində Cavabdeh1 MMC-nin möhürünün vurulmamasına istinad olunmaqla, həmin kredit müqaviləsinin bağlanmaması kifayət qədər böyük məbləğ olan 45000 manat məbləğində kreditin qaytarılması ilə bağlı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə isə hesab etmişdir ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 10 il müddətinə verilən xx xxxxxx 2009-cu il tarixli, Cavabd eh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən xx xxxxxxx 2013-cü il tarixli və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən xx xxxxxxx 2013cü il tarixli etibarnamələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq səlahiyyətini və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. Cavabdeh2 Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evini ailə üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq tərtib edilmiş etibarnamələr əsasında ona verilən səlahiyyət əsasında ipoteka ilə yüklü edilməsi barədə müqavilə bağlanmışdır. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasını, kassasiya şikayətinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə rəy alınmamışdır. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən kredit müqavilələri üzrə tutulmalı olan məbləğlərcərimə və müqavilədən sonrakı müddət üçün hesablanan illik 5 % faiz borc əsassız olaraq azaldılmış və borcun təminatı kimi bankı xeyrinə yüklü edilmiş Cavabdeh5 məxsus əmlaka ümumiyyətlə tutma yönəldilməmişdir. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəri lməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışlar ki, ipoteka müqaviləsi 2013-cü ildə bağlanmış, həmin vaxtdan fərdi yaşayış evlərinin qiyməti qalxsa da məhkəmə ipoteka müqaviləsində qeyd olunan qiyməti ilkin satış qiyməti kimi müəyyən etmiş, hüquqi şəxsin təsdiq etmədiyi kredit müqaviləsini onun adından bağlanmış müqavilə kimi qəbul etmiş, ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili, cavabdehlərin nümayəndəsi və vəkili kassasiya şikayətlərini müdaifə edərək təmin edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın rədd edilməsi hissəsində iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla, həmin hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Bununla bərabər, apellyasiya məhkəməsinin qətnaməsi ilk iddia hissəsində qanunve riciliyin tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı hesab edilə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru ba şlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab oluna bilməz. Bu halda, ipoteka predmeti olan əmlakın 2013-cü ildə bağlanmış ipoteka müqaviləsində müəyyən edilən qiymətə istinad edilməklə, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi b arədə apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası ilk iddia üzrə digər tələblərə dair işin faktiki halları barədə kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər araşdırılmaqla onlara müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələ bləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qalan hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın, qətnamə qalan hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-409/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-409/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver