Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-409/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bərdə Regional “ASANXidmət” Mərkəzindəki Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(104)623/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İŞİN HALLARİ AN-İ0086280 nömrəli 20.11.2006 tarixli AN-İ İ0086280 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən satıcılar X2, X5, X3, İddiaçı1 Bərdə rayon Aqrar İslahat komissiyasının 25.07.1998-ci il 10 saylı qərarı ilə YN-322 KOD61015028 Dövlət Aktına əsasən Bərdə rayonu Türkmən kəndində yerləşən 1,13 ha torpaq sahəsi alıcı Cavabdeh1 5000 manata satılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli *** *******9 nömrəli məktubuna əsasən X2, X5, X3 və İddiaçı1 adına Bərdə rayonu Türkmən kəndində JN-322 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bərdə rayonu 2 saylı Dövlət Notariat Kontorunun 20.11.2006-cı il tarixli 4-Ə-1-191 saylı alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi Cavabdeh1 adına alqı-satqı olunmuşdur. DƏDR-dən 08.07.2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bərdə Regional “ASAN-Xidmət” Mərkəzindəki Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət e dərək, 20 noyabr 2006cı il tarixli 4Ə1-191 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə və Cavabdeh3 Bərdə rayonu Türkmən kəndində yerləşən paylı mülkiyyətlərində olan 1,13 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2, X5, X3 və İddiaçı1 Bərdə rayonu Türkmən kəndində 1,13 ha torpaq sahəsi verilmişdir. Uzun illərdir iddiaçı Bakı şəhərində yaşamış, bir neçə aydır böyüyüb boya-başa çatdığı Bərdə rayonu Türkmən kəndinə köçmüşdür. Bacı-qardaşlarından ona məxsus olan torpaq sahəsini geri istəmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi əvvəllər Cavabdeh1 istifadəsində olmuş, hal-hazırda isə Cavabdeh3 i stifadəsindədir. Bununla əlaqədar Bərdə rayon Dövlət Notariat Kontoruna və DƏDRX-nin 7 saylı Bərdə ərazi İdarəsinə müraciət etmiş, məlum olmuşdur ki, 20.11.2006-cı il tarixli 4Ə1-191 saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi Natiq Mərdanov adlı şəxsə satılmışdır. Hal-hazırda isə torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. O heç bir yerə imza etmədiyi halda paylı mülkiyyətdə olan torpaq sahəsi başqa şəxsin mülkiyyətinə necə keçə bilərdi. 1–ci instansiya məhkəməsinin iclasında İddiaçı1 bildirmişdir ki, Natiq 2006-cı ildən onun torpağını qanunsuz istifadə etmiş, ona heç bir pul və ya icarə haqqı ödəməməmiş, əvvəllər polis işlədiyi üçün onu torpaqdan çıxmağa məcbur edə bilməmişdir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, o torpaq sahəsinin qanuni şəkildə iddiaçı və onun ailə üz vlərindən notariat qaydasında satın almışdır. Bu zaman notariat orqanı tərəfindən hər hansı səhvə yol verilmişdirsə, o buna görə məsuliyyət daşımır. O, vicdanlı alıcıdır. Bərdə rayon Məhkəməsinin 2020-ci il 09 iyun tarixli, 2(021)-1424/2020 saylı qətnaməsi ilə (hakim Əyyub Kərimov) İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bərdə Regional “ASANXidmət” Mərkəzindəki Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsinə torpaq sahəsindən çıxarılma barədə iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Bərdə rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Mərdan oğlu vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsinin mülkiyyətində olmasına dair Dövlət Aktı qüvvədə olduğundan eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Həmçinin, Bərdə rayon Məhkəməsi qeyd etmişdir ki, satıcı və alıcı arasında daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanan vaxt torpaq sahəsinin satıcının mülkiyyətində olmasını təsdiq edən dövlət reyestri qeydinə dair hər hansı etiraz, yüklülük və s. Reyestrə daxil edilmədiyindən və əldə edən şəxsin qeyri dəqiq olmasını bilməsi ilə hər hansı hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, daşınmaz əmlakının dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına əsasən alıcı satıcının xeyrinə olan dövlət reyestri qeydini həqiqi hesab etməkdə haqlı olmuşdur. Bərdə rayon Məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpağa alqı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanılmasından 14 ildən artıq müddət keçmiş, həmçinin maraqlı şəxslər həmin müqavilənin mövcudluğundan son 10 ildən artıq məlumatlı olmuşlar. Yəni maraqlı şəxs əqdin etibarsız olduğuna əsas verən halları bildiyi gündən 1 il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olsa da, bu subyektiv hüququndan istifadə etməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 324.1, 324.4.1, 337.1, 337.4,139.1,394, 144.1,144.2, 146.2, 146.3, 646.1, 648.1, 354.2, Daşınmaz Əm lakı Dövlət Reyestri haqqında qanunun 16.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 220.5, 107. 119.1-ci maddələri ilə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bərdə rayon qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət aktında adı qeyd edilən anası X2 2000-ci ildə vəfat etmiş, miras əmlakdan paylar müəyyən edilmədən, o cümlədən onun razılığı olmadan qanunsuz, əsassız olaraq paylı mülkiyyətdə olan pay torpağı saxtakarlıq edilərək başqasının mülkiyyətinə keçmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 19 aprel tarixli, 2(104)623/2021 saylı qə tnaməsi ilə (Hakimlər: Rəhman Muradov-sədrlik edən və məruzəçi, Fikrət Mehdiyev və Ədil Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(021)-1424/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və iddiaçının alqı-satqı müqaviləsindən xəbərsiz olması dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, alqı-satqı müqaviləsi 2006-cı ildə bağlanılmış və həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əqdin bağlanılmasından 13 ildən artıq müddət keçmiş və tərəf əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallar ı bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirilə bilər. Lakin İddiaçı1 əqdi mübahisələndirməmiş, bununla da əqdi mübahisələndirmək hüququnu itirmişdir. Qeyd edilən müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə aid deyildir və kəsici müddətə aiddir, bu müddətinin ötürülməsi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və həmin müddətin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 354-cü maddəsindən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu hüququn aradan qalxması nəticəsini əmələ gətirir. Yəni qanunvericilikdə nəzərdə tutulan müddət ərzində tərəf əqdi mübahisələndirməyibsə, artıq onun əqdi mübahisələndirmək hüququ aradan qalxmış olur. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən həmin müqavilə əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab ediməsi tələblərinin də təmin edilməsinə hüquqi əsaslar yoxdur və iddia da həmin hissədə düzgün olaraq təmin edilməmişdir. Apellyasiya Məhkəməsi qətnaməsini Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1, 647.1, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 375.2, 140, 148.2, 149.2, 384.0.1-ci, Mülki prosessual Məcəllənin 384, 385, 992, 393, 404 və 407-ci maddələrinə istin ad edərək əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin qətnamə qəbul edərkən obyektiv və ədalətli araşdırma aparmadığını, iddiaçının alqı satqı müqaviləsindəki mübahisələndirilən imzanın xətşünaslıq ekpertizasının keçirilməsi yolu ilə ona aid olubolmamamasını araşdırmadığını, iddiaçının hüquqlarını pozan qanunsuz qətnamə qəbul etdiyini qeyd etmişdir. Bu səbəbdən iddianın təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətn aməsinin ləğv edilməsi mütləqdir. İddiaçı kassasiya şikayətini AR Konstitusiyasının 12, 25, 26-ci, AR Ali Məhəməsi plenumunun Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarını, AR X1 88, 217, 218, 390, 405, 417, 418-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, iddiaçının müqavilədəki imzanı mübahisələndirdiyini, lakin müqavilə notariat qaydasında bağlanıldığından müqavilənin bağlanılmasında hər hansı pozuntuya görə notariat kontorunun məsuliyyət daşımalı oduğunu, həmçinin alqı-satqı müqaviləsinin tam etibarsız hesab edilməsi üçün əsas olmadığını, bütün tərəflərin müqavilə üzrə torpağın dəyərini tam aldıqlarını, iddiaçının yalnız öz payıma aid hissəni mübahisələndirmək hüq uqu olduğunu, onun tərəfindən də iddia müddətinin buraxıldığını göstərərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştrakçılarının izahatları İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məc əlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində torpaq sahəsinə dair alqı-satqı müqaviləsindən məlumatı olmadığını, bununla bağlı onun razılığı alınmadığını, müqavilə imzalamadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, məhkəmələr t ərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, müqavilədəki imzanın iddiaçıya məxsus olub-olmaması araşdırılmamışdır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsin in nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddə sinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan su byektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin əqdin etibarsız hesab edilməsi üzrə məhkəməyə 13 il sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə məhkəmənin mövqeyini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin im perativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğu lamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı) Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 YYYqızının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-623/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-409/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-409/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver