Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-409/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-697/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 k assasiya şikayətlərinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları (həmin günə məzənnə ilə 78.000 (yetmiş səkkiz min manat) alver məqsədi ilə pul vermişdir. Pulun bir hissəsini, yəni 26000 (iyirmi altı min) ABŞ dollarını (44.200 – qırx dörd min iki yüz manat) ayda 3000 (üç min) manat olmaqla, hər ayın 25-nə kimi Cavabdeh2 və Cavabdeh1 ödəməyə razılıq vermişdir. Pulun qalan hissəsini, yəni 20000 (iyirmi min) ABŞ dollarını (34000 – otuz dörd min manat) isə Cavabdeh1 hissə-hissə ödəməyə razılıq vermiş və akt iştirakçılar tərəfindən imzalanmışd ır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2109/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X1 qarşı qeyd edilən aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46.000 ABŞ dolları əsas, əsas borca yarım illik 5 faiz olmaqla hesablanmış 2.300 ABŞ dolları, cəmi 48.300 ABŞ dolları və ya ödənildiyi günə Azərbaycan manatına məzənnəsi ilə, eləcə də hər ay üçün nəzərdə tutulan 3.000 manat gəlir hesablanmaqla 21.000 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 mart 2020-ci il tarixdə Gəncə şəhərində yaşayan Cavabdeh1 və onun şəriki Cavabdeh2 alver etmək məqsədilə X5 iştirakı ilə 46.000 ABŞ dolları, yəni 78.000 manat pul vermişdir. Cavabdehlər guya “Sədərək Ticarət Mərkəzindən” velosiped, kolyaska, plitka və digər mallar gətirib qazanc əldə edəcəklər, ona isə hər ay 3.000 (üç min) manat qazanc verəcəklər. Belə ki, guya Cavabdeh2 “Sədərək Ticarət Mərkəzində” yaxşı əlaqələri var və hər ay ona 7.000 (yeddi min) manat qazanc verəcəklər. Lakin pulu verəndən sonra məlum olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1la birgə qabaqcadan əlbir olaraq insanlardan külli miqdarda pul yığıb onları aldadaraq qaçıb gizlənmişlər. Cavabdehlərdən pulu tələb etdikdə, sonuncular gah gizlənmiş, gah da ziyan etdikləri ni və mallarının batdığını bəhanə gətirmişlər. Cavabdehlər ona cəmi 1000 manat (aprel ayında 500 manat, may ayında 500 manat) pul ödəmişlər.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 göstərmişdir ki, iki il əvvəl iddiaçıdan 19000 ABŞ dolları borc almış, həmin pulun faizini hər ay iddiaçıya ödəmişdir. Sonradan ziyana düşdüyündən, nə faizi nə də iddiaçıya olan əsas borcu ödəyə bilməmiş və nəticədə iddiaçıya olan borcun məbləği artmışdır. Hazırda işləmir, maddi vəziyyəti yaxşı deyil, məhkəmə tərəfindən vaxt verilirsə, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər.
6. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, iddiaçı ilə uşaqlıq dostudur. Bir gün iddiaçı əsəbi halda Vüsal və Xəqani adlı şəxslərə 46000 ABŞ dolları verməsini, həmin şəxslərlə Yeni Gəncədə günorta vaxtı çay evi ndə görüşəcəyini demişdir. Həmin görüşdə iddiaçının, cavabdehlərin və onun iştirakı ilə akt tərtib edilən zaman Xəqani 44000 manat, Vüsal isə 34000 manat iddiaçıya borclu olmasını etiraf etmişlər. Bu barədə akt tərtib edilmiş və həmin aktı o da imzalamışdır. Bundan sonra cavabdehləri görməmişdir.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(044)393/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46.000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Gündüz Şirinov)
8. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına, şahid ifadəsinə, cavabdehlər t ərəfindən imzalanmış akta və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 385-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədikləri bütün hallar üçün iddiaçı qarşısında məsuliyyət daşıyırlar, cavabdehlərdən 46.000 (qırx altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi iddia tələbinin əsas borcdan hesablanmaqla yarım illik 5 (beş) faiz olmaqla 2.300 (iki min üç yüz) ABŞ dolları faizin, hər ay üçün nəzərdə tutulan 3.000 (üç min manat) gəlir hesablanmaqla 21.000 (iyirmi bir min) manat zərərin iddiaçıya ödənilməsi hissələrinə qiymət verərək hesab etmişdir ki, iddiaçı həmin hissələrə dair məhkəməyə kifayət qədər sübutlar təqdim etmədiyindən iddia tələbinin həmin hissələrdə təmin olunması istisna olunur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir.
12. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçı ona faiz ödəmək şərtilə 9000 ABŞ dolları vermiş, lakin hər 15 gündən bir 2000 ABŞ dolları ödənilməsini tələbə edərək, ona hədə-qorxu gəlmişdir. 12 mart 2020-ci il tarixində iddiaçı ona ak ta imza etdirmiş və öz xətti ilə ***-**** manat ödəniş olunacağına dair qeyd yazmışdır. Şəriki Cavabdeh2 bir neçə dəfə 500 manat, eləcə də onun vasitəsilə 17000 manatadək ödəniş etmişdir. Həmçinin Türkiyədə olan zaman 1000-1500 manat bank vasitəsilə göndərmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla birinci instansiya məhkəməsində iştirakı təmin edilməmişdir. Bundan əlavə, Cavabdeh1 iddiaçıdan 44000 manat sələmə pul aldığını, sonuncuya hər 15 gündən bir 2000 ABŞ dolları faiz verdiyini bildirmiş, həmçinin həmin pula şərikli alver etməyi təklif etmişdir. Sonradan qazanc əldə edə bilməmiş və iddiaçı hər ay 7000 manat ödəniş tələb etmişdir. Cavabdeh1 iddiaçı hədə qorxu gəlmiş və onu xilas etmək üçün 12 mart 2021-ci il tarixdə akta imza etmişlər. Akt iddiaçı t ərəfindən tərtib etmiş, notariusda təsdiq edilməmişdir. Həm də aktda qeyd edilən 44000 manat ona heç bir zaman verilməmişdir. Hər dəfə 500 manat olmaqla, iki dəfə, bir dəfə də 17000 manat iddiaçıya pul ödəmişlər.
14. Cavabdeh2 apellyasiya baxışında iddiaçının istinad etdiyi aktın etibarsızlığı barədə məhkəmədə ayrıca iddia qaldırdığını, bu səbədən hazırki işin icraatını dayandırılmasını xahiş etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi 16 iyun 2021-ci il tarixli qərardadla hazırki işin icraatını Cavabdeh2 aktın etibarsız hesab edilməsinə dair mülki iş üzrə yekun qərar qəbul edilənədək dayandırmışdır.
16. Cavabdeh2 aktın etibarsız hesab edilməsinə dair iddiası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, hazırki işin icraatı təzələnmişd ir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-237/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya qətnaməsi mübahisələndirilən, yəni “cavabdehlərdən müştərək qaydada 46000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh2 25411,76 ABŞ dolları, Cavabdeh1 20000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi 588,24 ABŞ dolları hissəsində təmin edilməmişdir. (hakim Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Ədil Məmmədov)
18. Apellyasiya instansiyası məhkəməsi 46000 ABŞ d ollarının cavabdehlərdən müştərək qaydada tutulmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı 26000 ABŞ dollarını X.Məmmədova, 20000 ABŞ dollarını isə Cavabdeh1 ayrı-ayrılıqda vermiş və sonuncular aldıqları pulu ödəyəcəklərinə dair 12 mart 2020-ci il tarixli aktı imzalamışlar. Cavabdeh2 aldığı borcdan 1000 manat, yəni 588,24 ABŞ dolları qaytarmışdır. Başqa sözlə, iddiaçı tərəfindən ayrı-ayrılıqda cavabdehlərin hər birinə verilmiş borca görə sonuncuların birgə məsuliyyəti olmamışdır. Lakin birinci instansiya məhkəməsi işin bu halını nəzərə almadan 46000 ABŞ dollarını cavabehlərdən müştərək qaydada tutmuş, eləcə də Cavabdeh2 iddiaçıya qaytardığı 588,24 ABŞ dollarını nəzərə almamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi tərtib olun muş akta hədə-qorxu nəticəsində imza etmələri barədə cavabdehlərin dəlillərini inandırıcı hesab etməmiş, eləcə də onların bu dəlilinin iş materialları ilə sübut olunmamasına istinad edərək göstərmişdir ki, cavabdehlər iddiaçının onlara hədə və zor tətbiq etməsi nəticəsində aktı imzaladıqlarını qeyd etsələr də, iddiaçının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət etməmişlər. Əksinə, işdən görünür ki, iddiaçı cavabdehlərin barəsində polisə şikayət etmişdir.
20. Digər tərəfdən cavabdehlərdən Cavabdeh2 12 mart 2020-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(044)-2109/2021 nömrəli qətnaməsi ilə sonuncunun iddiası rədd olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci i craat
21. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 386.1, 389.1, 740.2, 337.1, 337.4 və 339.4-cü maddələri pozulmuşdur. Belə ki, tərəflər arasında tərtib edilmiş 12 mart 2020-ci il tarixli akt yazılı borc müqaviləsi hesab edilə bilməz, yalnız tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əlavə kimi qəbul edilə bilər. Bu səbəbdən həmin əqd etibarsız hesab edilərək, heç bir hüquqi nəticələrə səbəb olmur. Həmçinin apellyasiya instansiya məhkəməsi aktı imzalamağa məcbur olduqlarını, həmin aktın məcburetmə, hə dələmə nəticəsində bağlanmasını nəzərə almamış, bu istiqamətdə həqiqətin müəyyən edilməsi üçün araşdırma aparmamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5451/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)237/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - həm tərəflərin izahatlarından və şahid ifadələrindən, həm də şahidin iştirakı ilə tərəflərin xx.xx.2020-ci i l tarixdə tərtib etdikləri aktdan görünür ki, cavabdehlərin iddiaçı qarşısında məsuliyyəti müştərək deyildir. Onlar pulun bir hissəsini, yəni 26.000 ABŞ dollarını ayda 3000 (üç min) manat olmaqla hər ayın 25-nə kimi hər iki Cavabdeh2 və Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş, qalan hissəsini, yəni 20.000 (iyirmi min) ABŞ dollarının (34.000 otuz dörd min manat) iddiaçıya hissə-hissə ödənilməsini isə Cavabdeh1 ayrıca öhdəlik götürmüşdür; - işə baxan aşağı instansiya məhkəmələri isə göstərilən halı diqqətdən qaçırmış, səhvən bütövlükdə tələb üzrə cavabdehlərin məsuliyyətlərinin müştərək olması qənaətinə gəlmiş, cavabdehlərin hər birinin məsuliyyət həddini dəqiqləşdirməmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(104)-697 /2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46.000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25.411,76 ABŞ dolları, Cavabdeh1 20.000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilməsi, iddia tələbinin 588,24 ABŞ dolları hissəsində rədd edilməsi qət edilmişdir. (hakimlər Loğm an Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə tərəflərin xx.xx.2020-ci il tarixdə tərtib etdikləri akt ilə iddiaçı tərəfindən cavabdehlərə 46.000 ABŞ dolları borc verilmiş, pulun bir hissəsini, yəni 26.000 ABŞ dollarını ayda 3.000 (üç min) manat olmaqla hər ayın 25-nə kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş, qalan hissəsini, yəni 20.000 (iyirmi min) ABŞ dollarının (34.000 otuz dörd min manat) iddiaçıya hissə-hissə ödənilməsini isə Cavabdeh1 ayrıca öhdəlik götürmüşdür. Cavabdehlərdən Cavabdeh2 yalnız 588,24 ABŞ dolları ödəniş etmiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin tərtib olunmuş akta h ədə qorxu nəticəsində imza etmələri barədə apellyasiya şikayətinin dəlilini inandırıcı hesab etməmiş, eləcə də onların bu dəlilinin iş materialları ilə sübut olunmamasını qeyd edərək, bildirmişdir ki, cavabdehlər iddiaçının onlara hədə və zor tətbiq etməsi nəticəsində aktı imzaladıqlarını qeyd etsələr də, iddiaçının qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət etməmişlər. Əksinə, İddiaçı cavabdehlərin barəsində polisə şikayət etmişdir. Digər tərəfdən cavabdehlərdən Cavabdeh2 12 mart 2020-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair iddia qaldırsa da, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(044)-2109/2021 nömrəli qətnaməsi ilə sonuncunun iddiası təmin olunmamışdır.
28. Həmçinin iddiaçıya 17000 manat ödəniş olunması barədə apellyasiya şi kayətinin dəlilini də apellyasiya instansiyası məhkəməsi əsassız hesab etmiş və göstərmişdir ki, cavabdehlər iddiaçıya 17000 manat qaytarıldığını bildirsələr də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyin nəticəni Mülki Məcəllənin 739.1, 882.1, 882.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən ma ddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə prosesində iştiraklarını təmin etmədən qətnamə qəbul etmişdir. Bununla da cavabdehlər qarşı tərəfin dəlillərinə münasibət bildirmək, etiraz etmək, öz tərəflərindən lazımi sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşlar. Bu isə mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulması deməkdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci apellyasiya baxışında məhkəmənin etdiyi səhvləri təkrar edərək, tamamilə eyni nəticəsi olan qətnamə qəbul etmişdir. Buradan isə aydın olur ki, məhkəmə hazırki iş üzrə sübutlara qərəzli şəkildə id diaçının mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Əslində Cavabdeh2 iddiaçıdan borc pul almamış, onun şəriki olan digər Cavabdeh1 iddiaçıdan sələmə pul götürmüşdür. İstinad edilən aktı cavabdehlər hədə-qorxu nəticəsində məcburiyyətdən imzalamışlar. Bundan əlavə, Cavabdeh2 Türkiyədə olan zaman Cavabdeh1 17000 manat pul vermiş, sonuncu da həmin pulu bank vasitəsilə iddiaçıya göndərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəs inə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apel lyasiya şikayətləri üzrə qanuni nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
39. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi borcun etirafı barədə cavabdehlərlə imzalanmış akta istinad etmişdir. Cavabdehlər həmin aktın etibarsız olmasına, 17000 manat (iddiaçının etiraf etdiyi 1000 manatdan əlavə) ödəniş etmələrini bildirsələr də, etirazlarının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Üstəlik, müəyyən edilib ki, iddiaçının istinad etdiyi, cavabdehlərin isə etibarsız olmasını bildirdikləri akt cavabdeh X. Həsənovun iddiası üzrə mübahisələndirilmiş və onun iddiası təmin edilməmişdir.
41. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdehlər aktın etibarsız olması, iddiaçıya 17000 manat qaytarmalarını, bununla da hazırda borcu həmin məbləğ də nəzərə alınmaqla daha az qalmasını sübut etməli idilər. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdehlər etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişlər. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlilləri əsassızdır.
42. Apellyasiya instansiyası məhkəməsində cavabdeh lərin iştirakının təmin edilməməsi, bununla da çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də əsassızdır, çünki məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə göndərilmiş “SMS bildiriş” cavabdehlərə çatmış, eləcə də Cavabdeh2 bu barədə telefonla məlumat verilmişdir (i.v. 206, 208, 212, 216, 218, 219). Buna baxmayaraq, cavabdehlər apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə də qabaqcadan məlumat verməmişlər. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə gö rə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə iclasında iştirak etməmələrinin məsuliyyətini cavabdehlər özləri daşıyırlar.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-697/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul ed