Məhkəmə qərarları › İş №2(102)-4095/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4095/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4095/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı «X1» ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4095/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(106)-602/2021 nömrəli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayətinə 06 s entyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «X1» ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-cu il tarixli 1843rstBANK/19 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 1 faizlə 60 ay müddətinə, 4864.22 manat məbləğində kredit verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı «X1» ASC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4862.22 manat əsas, 25.93 manat faiz borcu olmaqla, cəmi 4888.15 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «X1» ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.

4. İddia tələbinin hüquqi əs ası kimi iddiaçı Mülki Məcəllənin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.

5. İmişli Rayon Məhkəməsinin 2(036)-1991/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4862.22 manat əsas borc, 25.93 manat faiz borcu, 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «X1» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. (hakim Ülvi Qəmbərov)

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə 4862.22 manat əsas, 2593 manat faiz borcu var və həmin məbləğ cavabdehdən tutulmalıdır.

7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2.1, 449.4, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilib. Öhdəliyin pozulması yalnız müqavilə müddəti bitəndən sonra məlum ola bilərdi. Müddət isə bitməyib.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-602/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1991/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Müşfiq Həsənov)

11. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçı «X1» ASC ilə Cavabdeh arasınd a 22 avqust 2019-cu il tarixli, 1843rstBANK/19 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 4864.22 manat məbləğində kredit götürmüşdür.

12. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi işin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edib ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti apelly asiya şikayətinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

18. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, cavabdehin dəlillərinə qiymət vermişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və şikayətin əsaslı olmaması qənaətinə gəlmişdir.

22. Məhkəmə kollegiyası da cavabdehin yalnız müqavilə müddəti bitəndən öhdəliyin pozulması halının mümkün olması barədə dəlilini əsassız sayır. Çünki kredit müqaviləsində kreditin vaxtaşırı aylar üzrə qaytarılması müddəti nəzərdə tutulub v ə həmin müddətdə kreditin (əsas borc və faizin)i qaytarılmaması öhdəliyin pozulması sayılır. Buna görə də öhdəliyin pozulması nəticəsinə gəlmək üçün müqavilə müddətinin bitməsini gözləməyə zərurət yoxdur. Aylar üzrə icra edilməli olan öhdəlik müqavilə müddətində də pozula bilər.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-602/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar