Məhkəmə qərarları › İş №2(102)-4098/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4098/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4098/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 32809.42 ABŞ dolları əsas, 2001.39 ABŞ dolları faiz, 277.40 ABŞdolları cərimə, cəmi 35088.21 ABŞ dolları borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönədilməsi, ilkin satış qiymətinin 132135 manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış147629-CNS-17294 saylı xx.xx.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, 32809,42 ABŞ dolları (otuz iki min səkkiz yüz doqquz dollar qırx iki sent) əsas borcun, 1989,86 ABŞ dolları (min doqquz yüz səksən doqquz dollar səksən altı sent) faiz borcunun, 277.40 ABŞ dolları (iki yüz yetmiş yeddi dollar qırx sent) cərimənin, cəmi 35076 (otuz beş min yetmiş altı) ABŞ dolları 68 (altmış səkkiz) sent borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-dən, 20 manatının isə Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan Bank “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilə yönədilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh mənzili könüllü tərk etməzsə, həmin mənzildən məcburi qaydada çıxarılması, əmlakın açıq hərracdan satışından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin Bank xxxx (Azərbaycan) ASC-yə ödənilməsi, Bank xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış147629-CNS-17294 saylı xx.xx.201 5-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatının Cavabdeh, 25 (iyirmi beş) manatının isə iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin onu vermiş tərəflərə aid olunması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikas ı mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2016-cı il tarixə Banka borclu olduğu 32,809.42 ABŞ dolları məbləğində əsas, 2,001.39 ABŞ dolları faiz, 277,40 ABŞ dolları cərimə olmaqla, cəmi 35,088.21 ABŞ dolları pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmçinin ipoteka predmetinə tutma yönədilməsi haqqında bildirişin qeydə alınma sı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 241 saylı evin 56 saylı saylı mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, həmin mənzildə yaşayan cavabdehin mənzildən qeydiyyatdan çıxarılaraq, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin məcburi qaydada boşaldılaraq, ilkin satış qiyməti 80,000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 147629-CNS-17294 saylı xx.xx.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli girovlu istehlak krediti müqaviləsinə əsasən bank borcalana 25% dərəcəsi ilə 60 ay müddətinə 35.000 ABŞ dolları kredit vermiş, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borcunun təminatı kimi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 130,000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bank tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən borcalanın Banka əsas məbləğ üzrə 32809. 42 ABŞ dolları, faiz borcu üzrə 2001.39 ABŞ dolları, cərimə üzrə 277.40 ABŞ dolları, cəmi 35088.21 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, borcalanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 32811,78 ABŞ dolları əsas, 1989,86 ABŞ dolları faiz borcu vardır. “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin xx xxxxxxx 2018-ci il tarixinə olan bazar dəyəri 132 135 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin bazar dəyəri 120.000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, Cavabdeh ilə Bank “xxxx” (Azərbaycan) ASC arasında bağlanmış xx.x x.2015-ci il tarixli “Girovlu istehlak krediti müqaviləsi”nə əsasən cavavbdehə istehlak məqsədilə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz hesablanmaqla 35,000 (otuz beş min dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzili ipoteka qoyulmuşdur. Həmin əmlakın ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış və qeyd edilən əmlak Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, “Girovlu istehlak krediti müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Belə ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixdən öhdəliklərini icra etmir. Bununla əlaqədar olaraq cavabdehə pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin borclu bu günədək öhdəliklərini icra etməmişdir. Belə ki, xx xxxx 2016-cı il tarixinə cavabdehin Banka 35,088.21 (otuz beş min səksən səkkiz dollar iyirmi bir sent) ABŞ dolları məbləğində borc vardır. Bundan əlavə, cavabdehlə aparılmış şifahi danışıqlar və xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Həmçinin, cavabdehdən tutularaq iddiaçıya ödəniləcək məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır və tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönədilməli, həmin əmlak hərracda satılaraq, satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir. İpoteka predmetlərinin ilkin satı ş qiyməti qətnamədə göstərilməlidir. Respublikadakı hazırki iqtisadi vəziyyətlə əlaqəda əmlak bazarında baş vermiş dəyişiklər ipoteka predmetlərinin hazırki real dəyərinə təsir etmişdir, odur ki, X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetləri yenidən qiymətləndirilmiş və xx.xx.2016-cı il tarixli rəy verilərək ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzil dəyəri 80,000 AZN məbləğində müəyyənləşdirilmişdir. İş üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin ilkin satış qiyməti iş üzrə “xx xxxx 2016-cı il tarixli Ekspert rəyin”nə uyğun göstərilməlidir, yəni 80,000 AZN məbləğində. Cavabdeh bildirir ki, Banka əvvəllər ödəniş edib, lakin maddi vəziyyətinin pisləşməsi səbəbindən sonradan ödəniş ed ə bilməyib. Bank isə ona güzəşt etmədən əsassız cərimə və faiz borcu hesablayıb. Borcun məbləği ilə razı deyil. Ona görə də iddia təmin edilməməlidir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu həmin cədvələ uyğun olaraq yerinə yetirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə borcalanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 32811,78 ABŞ dolları əsas, 1989,86 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyini və iddiaçının kredit öhdəliyinin icrası üçün cavabdehdən 32,809.42 ABŞ dolları əsas borc tələb etdiyini nəzərə alaraq iddia tələbi həcmində əsas, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə faiz, tələb olunan məbləğdə 277,40 ABŞ dolları cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa kreditin təminatı kimi ipoteka müqaviləsi bağlandığından tutma ipoteka predmetinə yönəldilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli rəyi və “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyi alınmışdır. Həmin rəylər arasında fərq, daşınmaz əmlak bazarında qiymətlər, habelə ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əmlakın qiyməti nəzərə alınaraq ipoteka predmetinin ilkin satış qiyməti 130.000 manat müəyyən edilməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etsə də, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğvinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hissədə izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməs i hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərind ə aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkar lara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında ” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar