Məhkəmə qərarları › İş №2(102)-4104/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4104/2020

26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4104/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1941/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.T.Axundova, iş № 2(004)-6673/2019) iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə 8911 manat tutulma sı qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə 3911 manat tutularaq qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh məxsus “Daewoo” markalı avtomobil X4 tərəfindən idarə olunarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulmuş, nəticədə onun tərəfindən bir nəfərin az ağır dərəcəli xəsarət almasına və bir nəfərin ağır dərəcəli xəsarət alıb ölməsinə səbəb olan yo lnəqliyyat hadisəsi törədilmişdir. Həmin qəza nəticəsində eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ7-043 №-li müşahidə kamerası yararsız hala düşmüşdür. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Y.Ş.Atakişiyev Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində nazirliyin balansında olan video müşahidə qurğusunun zədələnməsi nəticəsində nazirliyə 8911 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişd ir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək nazirliyin qəza nəticəsində yararsız hala düşmüş avadanlığın mülkiyyətçisi olmamasını və bununla əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını, avadanlığa dəymiş ziyana görə sığorta ödənişinin nazirliyə deyil, “Ekin Texnoloji A.Ş.” şirkətinə ödənilməsinin bunu təsdiq etməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kas asiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Daxili İşlər Nazirliyinə dəymiş maddi ziyanın məbləğinin 8911 manat təşkil etməsini işin mübahisəsiz halı hesab edərkən “Ekin Texnoloji A.Ş.” şirkətinin Azərbaycan Respublikasındakı f ilialının əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli akta əsaslanmışdır. (səh.13) Həmin akta görə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 8911 manat təşkil edir. Ziyanın məbləğinin 8911 manat təşkil etməsi eyni zamanda Yelmar Atakişiyevin haqqında olan xx xxxxxxx 2018-ci il tarixli hökmlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Maliyyə bölməsi rəisinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilərkən verdiyi ifadəsi ilə müəyyən olunmuşdur. İşdən göründüyü kimi, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən «Ekin Texnoloji A.Ş.” şirkətinə ödənildiyi üçün qalan 3911 manatı məhkəmə qətnaməsinə əsasən iddiaçı Daxili İşlər Nazirliyinin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzi nin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödə nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Müəyyən olunduğu kimi ziyan mülki hüquq pozuntusunun nəticəsi kimi zərərvuran şəxsin maddi məsuliyyətinin dərəcəsinin müəyyən olunması üçün ilk növbədə vurulmuş zərərin həcmi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi müşahidə kamerasının yararsız hala düşməsi ilə əlaqədar ziyanın məbləği “Ekin Texnoloji A.Ş.” şirkəti tərəfindən hesablanmış və sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ (5000 manat) də onlara verilmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həmin şirkət Daxili İşlər Nazirliyi ilə podrat münasibətində olmuş və hazırda onlara xidmət göstərir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, dəymiş ziyanın məbləği iddiaç ının müdafiəsində maraqlı olan şirkət tərəfindən müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, mübahisə doğurmaması üçün ziyanın məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən olunmalı idi. Lakin işdən göründüyü kimi işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmaqla ziyanın məbləğinin müəyyən olunması məsələsi müzakirə olunmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin hökmündə zərərçəkmişin ifadəsi əsasında ziyanın məbləğinin 8911 manat təşkil etməsi barədə göstərilənlər hazırkı iş üzrə ekspertiza təyin olunmasına və ziyanın həqiqi məbləğinin qərəzsiz sübutlar əsasında müəyyən olunmasına mane olmamışdır. Cavabdehin iddia etməsinə görə sığorta ödənişinin “Ekin Texnoloji A.Ş.” şirkətinə ödənildiyi üçün Daxili İşlər Nazirliyi zərərçəkmiş hüquqi şəxs sayıla bilm əz və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmamışdır. Həmin dəlilin yoxlanılması məqsədi ilə kollegiya hesab edir ki, nazirlik cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığı halda sığorta ödənişinin hansı səbəbdən şirkətə ödənilməsinin səbəbinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin yuxarıda göstərilən normalarına görə dəymiş ziyan zərərçəkmiş şəxsə tam həcmdə ödənilməlidir. Hazırkı vəziyyətdə, işdən göründüyü kimi, ziyanın 5000 manatı şirkətə ödənilmiş, 3911 manatı isə məhkəmə qətnaməsi ilə nazirliyin xeyrinə tutulmuşdur. İşin həmin halına tam aydınlıq gətirilməsi üçün, kollegiya hesab edir ki, yararsız hala düşmüş müşahidə kamerasının nazirliyin balansında olmasını təsdiq edən sübutun əldə edilməsi də vacibdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab ed ir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar