Məhkəmə qərarları › İş №2(102)-4104/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4104/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4104/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4104/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predm etinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3290/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB (Vəkili Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Kreditor QSC "xxxx" KB ilə borcalan Cavabdeh arasında bağlanmış 1xx/xx/8505/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17.620 manat məbləğində kredit verilmişdir.

2. İpoteka saxlayan QSC "xxxx" KB ilə ipoteka qoyan Cavabdeh arasınd a bağlanmış 1xx/xx/8505/12 nömrəli, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh ona məxsus “Kia Optima” minik markalı avtomobili (il – 2011, rəngi – ağ mirvari, Ban: KNAGN411BB5156746) ipoteka ilə yüklü edərək, bankın tələb hüququna təminat vermişdir.

3. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli, 04 oktyabr 2016-cı il tarixli qərarına əsasən QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun "xxxx" KB QSC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

5. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda m əhkəməyə müraciət ediləcəyi haqqında ona xəbərdarlıq məktubları ünvanlamış və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4946/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qərardadı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi nə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.524,87 manat əsas, 1.124,83 manat faiz borcu olmaqla, 9.451,02 manat məbləğində cərimə, 4.284,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 26.385,52 manat məbləğində borc və 169,16 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin onun hesabına ödənilməsi, artıq qalan hissənin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.

9. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixinə 11.524,87 manat məbləğində əsas, 1.124,83 manat məbləğində faiz, 9.451,02 manat məbləğində cərimə, 4.284,80 manat gecikdirilmiş vaxt üçün hesablamış faiz, ümumilikdə 26.385,52 manat məbləğində borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək bildirmişdir ki, kredit müqaviləsinin onun adından bağlanmasına bax mayaraq müqavilə üzrə qeyd olunan krediti özü götürməmişdir. Hətta onun sürücülük vəsiqəsi və nəqliyyat vasitəsi belə yoxdur. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin ötürüldüyünü bildirmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin 36 ay müddətinə illik 20 % dərəcəsi olmaqla xx.xx.2015-ci il tarixdə bitmiş, lakin bank tərəfindən qanunvericilikdə müəyyən edilmiş üç illik iddia müddətində iddia qaldırılmamışdır.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı 2018-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4946/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz.

14. Birinci instansiya məhkəməsi qətnaməsini, Azərbayc an Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə l əğv prosesində olan iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4946/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bank tərəfindən icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizələri təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar cavabdehlə yeni restrukturizasiya müqaviləsinin bağlanması üçün müvafiq prosedurlar həyata keçiril sə də həmin müqavilənin bağlanması üçün cavabdeh tərəfindən Banka müraciət olunmamışdır. Buna görə də, yenidən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən Fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Nəticədə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin, 11 may 2012-ci il tarixli 1xx/xx/8505/12 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, 11 may 2012-ci il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Cavabdeh ilə bağlanılan 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzala nmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə baş lanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Beləliklə, məhkəmə mülki iş materiall arında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3290/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2015-ci il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə xx.xx. 2015-ci il tarixdə aparlmışdır. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2018-ci il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini pozmuşdur.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd edilən iddia məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olsa da, xx.xx.2018-ci il tarixdə verilmiş və iddia üzrə dövlət rüsumu da məhz həmin tarixdə ödənilmişdir. Mübahisəyə bu tarix əsas götürülməklə hüquqi qiymət verildiyi təqdirdə də belə nəticəyə gəlinir ki, iddia ilk dəfə xx.xx.2019-cu il tarixdə (tələb etmə müddətini pozmadan) qaldırılmışdır. Bununla da xx.xx.2018-ci il tarixdə, yəni bitməsinə 9 gün qalmış həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı dayanmışdır. Lakin həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, iş üzrə icraatın təzələnməsi barədə ərizə isə həmin məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bu da öz növbəsində başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsini şərtləndirmişdir. İddia qaldırılan tarixədək iddia müddətinin bitməsinə bir neçə gün qalması nəzərə alındığı halda, müqavilə üzrə iddia müddəti 2018-ci ilin avqust ayında artıq bitmişdir. Hazırki iddia isə təxminən 4 il 5 ay keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Başqa sözlə, iddia müddətin in bitməsinə 9 gün qalmış qaldırılması nəzərə alınmadan belə, xx.xx.2023-cü il tarixə ilk iddianın özünün qaldırılmasından 3 ildən artıq müddət keçmişdir. Cavabdeh də hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iddianı iddia müddəti tətbiq etməklə “kredit müqavilələri üzrə borcun tutulması” hissəsində rədd etmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının konkret hüquqi əsası və səbəbi olmuşdur. Həmin vaxt “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı hələ qəbul edilməmiş və artıq müəyyən edildiyi kimi xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti bu Fərmanın qəbul edildiyi tarixə artıq ötmüşdür. Ümumiyyətlə qeyd edilməlidir ki, vətəndaşların mənafeyi üçün verildiyindən Fərmanın icrası qaydasında həyata keçirilmiş prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Bu baxımdan Fərmanın icrası müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi nəzərə alındıqda hesab edilir ki, Fərmanın qəbul edildiyi tarixdən etibarən zəruri prosedurlara sərf edilmiş və iddia müddətinə daxil edilməli olmayan a ğlabatan müddət məhz xx.xx.2019-cu il tarixi ilə məhdudlaşdırılmalıdır. Lakin Fərmanın icrası qaydasında iddiaçı tərəfindən cavabdehə münasibətdə hər hansı tədbirin görülməsini, o cümlədən iddiaçının (kreditorun) borcun restrukturizasiya olunması barədə müqaviləni bağlamaq təklifi ilə cavabdehə (borcluya) hər hansı formada müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Digər tərəfdən hazırki iddia Fərmanın icrası müddəti bitdiyi xx.xx.2019-cu il tarixdən dərhal və ya bir müddət sonra deyil, 3 ildən artıq müddət ötdükdən sonra qaldırmışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə iddiaçının iddia müddətinin axımının başlanğıcının tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlaması barədə mövqeyini isə nəinki əsassız, ümumiyyətlə hüquqa hər ha nsı aidiyyəti olmayan mövqe kimi qiymətləndirmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam həcmdə yerinə yetirilməsindən sonra deyil, bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Müqavilə tələbləri üzrə də müəyyən edilmiş iddia müddəti 3 ildir. İddiaçının istinad etdiyi müqavilənin 11.1-ci bəndi də hazırki iddiaya iddia müddətinin tətbiq edilməsini istisna etmir.

22. Məhkəmə kollegiyası “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini nəzərə alıb, hesab etmişdir ki, iddia üzrə əlavə tələb qismində çıxış edən “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə də iddia müddəti keçmişdir və bu səbəbdən bu tələb də həmin əsasla rədd edilməlidir.

23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslnadırarkən Mülki Məcəllənin 369.1, 369.3, 372.1, 373.2, 375.2, 380.2, 381.1, 554.1 və 554.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (Vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin tərəfin öz sərbəst iradəsi ilə bağlamış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə d air qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra iddia ərizəsinin məhkəməyə göndərildiyini qeyd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlan ır.

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 372.1. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

31. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başla nır.

32. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

33. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

34. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

35. Maddə 554.1 Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

36. Maddə 554.3 Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

52. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm ə həmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

53. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-c i il tarixli qərarı).

54. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçi rilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

56. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

57. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

58. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir və iddia məhkəmə tərəfindən əvvəllər baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı dayandırılmır və ümumi qaydada davam edir.

59. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

60. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üç ün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2 -ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habe lə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3290/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar