Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4105/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4085/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 13 fevral 2021-ci il tarixdə İddia çı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıdan 48960 manat (28800 ABŞ dolları) məbləğində borc almış və 13 noyabr 2021-ci il tarixədək hər ay 5440 manat (3200 ABŞ dolları) olmaqla borcu qaytarmağı öhdəsinə götürmüşdür.
2. Cavabdeh iddiaçıya 2021-ci ilin mart və aprel aylarında 5440 manat, cəmi 10880 manat ödəniş etmişdir. 3. 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.B.Məlikov vaxtında ödənilməmiş 38080 manat pul vəsaiti və 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə icra qeydi vermişdir.
4. İcra qeydinin icrası ilə bağlı icraat zamanı cavabdeh borcun olmasını etiraf etmiş, ödəməkdən imtina etməmiş, lakin hazırda maddi çətinli kləri olduğundan borcu tam şəkildə ödəmək imkanının olmadığı bildirmişdir. Əlavə olaraq 38080 manat qalıq borcdan 3000 manat ödəniş etmişdir. 5. 02 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun icra sənədinin qaytarılması haqqında qərara əsasən icra sənədi Bakı şəhəri 18 saylı Notariat Kontoruna qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 35080 manat məbləğində pul vəsaitinin, ödəniləcək borcun gecikdirilməsinə görə illik 5% məbləğində əldən çıxmış faydanın 4 ayı müddətinə hesablanmaqla, ödənilməsi, eləcə də 210 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 40 mana t məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla ümumilikdə 13800 manat məbləği hissə-hissə ödəsə də, ümumi məbləğin xx.xx.2021-ci il tarixinədək ödəmək öhdəliyini cavabdeh kobud surətdə pozaraq, borcunu tam ödəməmişdir.
8. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-868/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilmiş, cavabdehdən 35080 manat məblə ğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün hüquqi yardım üçün vəkilə ödənilmiş 40 manat və 210 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-inin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 50%-inin, yəni 105 manatının iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 13 fevral 2021-ci il tarixdə iddiaçıdan 48960 manat məbləğində borc pul alaraq, 13 noyabr 2021-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla, ümumilikdə 13800 manat ödəniş etmiş, geri qalan 35080 manatı isə hazırki günədək tam şəkildə geri qaytarmamışdır.
11. Məhkəmənin iddia tələbləri ilə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi sübut edildiyi üçün ondan 35080 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi “borcun gecikdirilməsinə görə illik 5%-i məbləğində əldən çıxmış faydanın 4 ayı müddətində hesablanmaqla ödənilməsi hissəsində isə əsaslandırılmamış və sübutlarla təsdiq edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 386.1, 427.3, 442, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edil məsi və iddianın təmin edildiyi hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən fevral, mart və aprel aylarında 6000 manat və 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olaraq ümumilikdə 19800 manat ödəniş olunmuşdur. Daha sonra işlər dayandığından tərəfindən borcun ödənilməsində çətinliklər yaranmışdır. Hal-hazırda işləmir. Borcunu ödəməkdən imtina etmir. Torpaq sahəsini satıb borcumu ödəyəcək. Lakin birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakı olmadan, məhkəmənin iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar etməyərək tələsik qətnamə qəbul etmişdir. Bununla yanaşı onun tərəfindən iddiaçıya ödənilmiş 6000 manat pul nəzərə alınmamışdır. Buradan da birinci instansiya məhkəməsinin ona qarşı qərəzli mövqedə olduğu, iddiaçının maraqlarını qoruduğu müəyyən olur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4085/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova – sədrlik edən və məruzəçi, Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyasının apellyasiya şikayətinin dəlilləri ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh şikayətində həmin məbləğ üzrə tərəfindən fevral, mart və aprel aylarında 6000 manat və 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olaraq ümumilikdə 19800 manat ödəniş olunmasını göstərsə də, iş materialları ilə təsdiqin tapmış 13800 manat ödənişdən başqa digər ödənişlərin olunmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməsindən narazı qaldığı halda 13800 manat ödənişdən əlavə ödənişlər edərək ümumilikdə iddiaçıya 19800 manat ödənişlə bağlı sübutlarını apellyasiya şikayətinə əlavə və ya apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etmək imkanı olsa da bunu etməmişdir. İşin bu halı cavabdehin apellyasiya şikayətinin 6000 manat ödənişin nəzərə alınmamasına dair dəlilinin əsassız olmasını təsdiq edir.
17. Məhkəmə kollegiyası, həmçinin cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qey d etmişdir ki, məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada SMS bildiriş göndərilmiş və məlumat verilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticələri Mülki Məcəllənin 385.1, 427.3, 442, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217. 3, 218.1, 218.3, 384.0.1, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv olunması və mülki işin mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci və apellyasiya instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakı olmadan, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada onu xəbərdar etməyərək tələsik qətnamə qəbul etmişdir. Bununla da birinci və apellyasiya instansiya məhkəməsinin on a qarşı qərəzli mövqedə olduğu, iddiaçının maraqlarını qoruduğu müəyyən olunur. Hesab edir ki, apellyasiya məhkəməsi apellyatorun əsaslandırdığı və məhkəmə araşdırmasına təqdim etdiyi sübutlara qeyri-obyektiv və qərəzli yanaşmış, təqdim edilən dəlilləri görməzdən gəlmiş və mübahisənin həlli üzrə nəticəyə qeyri-müəyyən və suallar doğuran halları əsas gətirərək apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın və ya yazılı izahatın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı izahat təqdim edərək, cavabdeh tərəfindən borcun qaytarılmasının gecikdirilməsi üçün şikayət verildiyini bildirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, cavabdeh borcun 35080 manat hissəsini qaytarmamışdır, ona görə də iddiaçının tələbi həmin həcmdə əsaslıdır.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin təlillərinə mülki prosess ual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhk əmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4085/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.