Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4106/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər XX, XXX, qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməs inin 25.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.12.2019-cu il tarixli, X saylı hökmü ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli hökmü ləğv edilərək iddiaçıya bəraət verilmişdir.
2. İddiaçı bəraət hökmünə istinad edərək ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət ed ərək, vurulmuş maddi zərərə görə 1.000.000 (bir milyon) manat, mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat pulun, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2000-ci ildə Bakı şəhərinə gəlmiş, 2007-ci ildən rəsmi VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, böyük çətinliklərlə yaşadığı evi inşa etmişdir. Hazırda iddia ərizəsində göstərdiyi ünvanda 8 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. 2014-cü ilin payız aylarında yaşadığı fərdi evin qarşısında yeni ev inşa etdirmək üçün qonşuluqda yaşayan X2 usta kimi müraciət etmiş, tikinti işləri ilə bağlı qarşılıqlı razılığa gəldikdən sonra tikinti işlərinə başlamışlar. 10.01.2017-ci il tarixdə tikintini başa çatdırdıqdan sonra ustalara qonaqlıq verməklə spirtli içki qəbul etmişlər. Daha sonra X1 qızı onun evinə gələrək atasının anasını döydüyünü bildirməklə kömək etməsini xahiş etmişdir. O, X gəlmiş, lakin münaqişəyə heç bir aidiyyəti olmamışdır. Polislər isə qərəzli şəkildə, qanunsuz olaraq onu da Əsgərlə birlikdə Polis İdarəsinə aparmış, onu qarşı qanunsuz hərəkətlərə yol vermişlər. Əslində ərazi üzrə polis əməkdaşları və Polis İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı əvvəldən qərəzli münasibət olmuşdur, belə ki, 2016-cı ildə baş vermiş oğurluğa görə şikayət etdiyi şəxslər barəsində Polis İdarəsi tərəfindən heç bir tədbir görülmədiyinə görə yazdığı şikayətlər səbəbindən həmin əməkdaşlar onu daim hədələmiş, onun üçün problem yaratmağa ça lışmışlar. Ona görə də Əsgərlə bağlı baş vermiş hadisəyə görə onu şərləyərək, barəsində Azərbaycan Respublikası CM-nin 221.1, 315.1 maddələri ilə cinayət işi qaldırılmış, daha sonra prokurorluqda bununla bağlı araşdırma getmiş, CM-nin 315.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilmiş, lakin heç bir əsas olmadan CM-nin 221.2.2 maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılmışdır. Təxminən bir ay sonra onu məhkəməyə çağırmışlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi X heç bir araşdırma aparmadan, qanunsuz olaraq onu l (bir) il müddətinə azadlıqdan məhrum etmişdir. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, X saylı hökmündən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 06.10.2017-ci il tarixli, X-ci il tarixli Qərarı ilə apellyasiya şi kayəti təmin edilməmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli, X saylı Qərarı əsasında cəzasının çəkilməmiş 4 ay 28 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin 06.10.2017-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, şikayəti 29.08.2018-ci il tarixli Qərarla qismən təmin edilmiş, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, apellyasiya şikayəti yenidən təmin edilməmiş, sonuncu qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19.06.2019-cu il tarixli, X saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.02.2019-cu il tarixli, X saylı Qərarı ləğv edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyası tərəfindən 20.12.2019-cu il tarixli, X saylı bəraət hökmü verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, X saylı hökmü ləğv edilərək, CM-nin 221.2.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin, prokurorluğunun və məhkəməsinin səhvi ucbatından bir ilini itirmişdir. Bundan başqa onun himayəsində olan yetkinlik yaşına çatmamış beş uşağı, himayəsində olan qardaşı uşaqları, ailənin digər üzvləri böyük stress yaşamış və ailəni dolandıracaq başqa şəxs olmadığından maddi problemlərlə üzləşmişlər, cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun işgüzar nüfuzu zədələnmiş və artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Hal-hazırda işsizdir, ailəsi ağır maddi çətinliklər yaşayır. Özünə məxsus avtomobilləri etibarnamə əsasında satmaq məcburiyyətində qalmışdır. Həmçinin, hüquqi yardıma görə vəkillərə 15 min manata yaxın pul xərcləmişdir. Bundan əlavə, həbsdə olduğu dövrdə onun xeyrinə olan Tərtər Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 10.11.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi, birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də, onun vergi ödəyicisi kimi qeyd iyyatda olması və konkret ödənilən verginin miqdarı, habelə ayda konkret qazancı barədə sübutlar təqdim edilməmişdir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya verilməklə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə 1.00.0000 manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 m anatdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddiaçının həbsinə səbəb müvafiq orqanlar və şəxslər olmuşdur. Maliyyə Nazirliyi iddiaçının cinayət işi üzrə təqsirli bilinməsi, daha sonra isə digər mərhələlərin heç birində faktiki olaraq iştirak etməmişdir. Belə olan halda Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulması sübut olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız on ların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddia tələbində Maliyyə Nazirliyinin cavabdeh qismində göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, pro kurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar göstərilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göstərilənlər nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 23 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına İddiaçı mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun və 0,05 manat (beş qəpik) dövlət rüsumun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə, Mülki Məcəllənin 21-ci və 1101.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi maddi zərər b arədə hər hansı mötəbər sübutu (o cümlədən hüquqi yardım barədə 03.04.2018-ci il tarixli müqavilə üzrə ödəniş barədə hər hansı qəbz, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı məruz qaldığı maddi zərərin məbləği barədə hər hansı hesabat sənədini) məhkəməyə təqdim etməmişdir; həmçinin avtomobillərin müddətli etibarnamələr əsasında başqa şəxslərin sahibliyinə verilməsi onların məhkumluqla əlaqədar satıldığını müəyyən etməyə əsas vermir; Tərtər Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli, X saylı qətnaməsi ilə bağlı iddiaçının həbsdə olduğu dövrdə əleyhinə yaranmış hüquqi vəziyyət isə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli, X saylı qətnaməsi ilə artıq düzəldilmişdir), ona görə də mülki iddianın maddi zərər barədə hissəsi sübuta yetirilmədiyindən əsassız hesa b olunaraq təmin edilməməlidir. Buna baxmayaraq, məhkəmə hesab etmişdir ki, mənəvi ziyan barədə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iddiaçının nəticədə bəraət aldığı cinayət işi üzrə bir müddət həbsdə qalmaqla hüquqlarının məhdudlaşdırıldığı, bununla da özünün və ailəsinin mənəvi iztirab və sarsıntı keçirdiyi aşkardır. Bununla yanaşı, işin halları və ziyanın dövlət büdcəsi vəsaiti hesabına ödənildiyi nəzərə alınmaqla, mənəvi ziyan məbləğinin 3000 manat həddində müəyyən edilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan məbləğ yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən iddiaçıya cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına ödənilməlidir. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 04 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə qeyd olunmuşdur ki, iddiaçı maddi və mənəvi ziyana məruz qalmışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla həmin qətnaməni qüvvədə saxlaması prosessual hüquq normalarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər m əhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 28, hissə İ. Hər kəsin azadlıq hüququ vardır.
16. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normal arını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla mü əyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, X saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması və hökm qanuni qüvvəyə minənədək Bakı İstintaq Təcridxanasında saxlanılması hökm edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.12.2019-cu il tarixli, X saylı hökmünün surətindən görünür ki, apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair 25 avqust 2017-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı təqsiri sübuta yetirilmədiyindən, əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona bəraət verilməsi hökm edilmişdir.
27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli, X saylı qərarının surətindən görünür ki, məhkum İddiaçı azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerinin dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması qərara alınmışdır.
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şər tlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilərək həbsə alınmış, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.12.2019-cu il tarixli hökmü ilə ona bəraət verilmişdir. Bu müddət ərzində iddiaçı təxminən yeddi ay ərzində həbs və ya cəzaçəkmə yerində saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğundur (§ 17-19).
30. Bununla belə, Kollegiya hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin iddianı maddi zərər hissəsində rədd etməsi qanunvericiliyə uyğun olmuşdur.
31. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kə sb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
32. Göstərilənlərə əsasən, kas sasiya şikayəti maddi zərərə aid hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Bununla belə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi müəyyən edilən 3000 manat ədalətli təzminat hesab edilə bilməz.
34. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
35. Kollegiya, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini və azadlıq hüququnun təxminən yeddi ay müddətində məhdudlaşdırıldığını, bu müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, qətnamə dəyişdirilməklə mənəvi zərərə görə iddiaçıya ödənilməli olan pul məbləği 7000 manat müəyyən edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qi smən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi mənəvi zərərə görə iddiaçıya ödənilməli olan pul məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 7000 manat müəyyən edilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.