Məhkəmə qərarları › İş №2(102)-4107/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4107/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4107/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Şəmkir rayonu, Bayramlı Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə inşa edilmiş evin dəyərinin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evə xərclənilən vəsaitin bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1404/20 24 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə xx.xx.2007ci il tarixdə faktiki, xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olublar.

2. Tərəflərin xx.xx.2008-ci il təvəllüdlü Əsmər və xx.xx.2011-ci il təvəllüdlü İnsaf adlı iki uşaqları var.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1303/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulub, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanıb, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat aliment tutulması qət edilmişdir.

4. Nika hın ləğvi xx.xx.2021-ci il tarixdə qeydə alınıb.

5. Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi elektron xəritəyə əsasən Bayramlı Bələdiyyəsinin mülkiyyətinə perspektiv ehtiyat inkişaf fondu kimi ayrılmışdır. Həmin torpaq sahəsində ev inşa edilmişdir.

6. Mübahisə həmin evə çəkilən xərclə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi (ddia tələbinin dəqiqləşməsi barədə əlavə ərizə) ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların iddiaçı ilə qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcin in və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2007-ci il tarixdə evlənmiş, gəlin kimi cavabdehin ata evinə köçmüşdür. Birgə nikahdan iki uşaqları var. Ailə münasibətləri pozulduğundan iddiaçı cavabdehlə məhkəmə qaydasında ayrılmış və uşaqlar iddiaçının yanında qalmışdır.

9. Cavabdehlə birgə nikahda olduqları zaman Şəmkir rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan 0.25 ha torpaq sahəsində 3 yataq otağı, 1 zal, sanitar qovşağı və 11 metr uzunluğunda tövlə, əlavə olaraq ayrıca 2 otaqdan ibarət yarımtikili inşa etmişlər. Həmin evi 2007-ci ildə, yəni birgə nikahda olduqları vaxt inşa etməyə başlamış, birgə təsərrüfatı idarə etdiklərindən bir neçə ilə ev in inşası başa çatmışdır. Həmin evin tikilməsinə 70.000 manat pul xərcləmişlər. Buna baxmayaraq, cavabdeh iddiaçının evə köçüb yaşamasına imkan vermir. Bu səbəbdən iddiaçı evin inşasına çəkilmiş vəsaitdən onun payına düşən hissənin cavabdehdən alınmasını istəyir.

10. Həmçinin uşaqları iddiaçı ilə birlikdə yaşadıqlarından evə çəkilmiş xərcin 2/3 hissəsi iddiaçıya verilməlidir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 1572., 157.4cü, Ailə Məcəlləsinin 32, 35, 36 və 37-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddiya yazılı etiraz vermiş və məhkəmə baxışında etirazını müdafiə edərək göstərmişdir ki, həqiqətən də iddiaçı ilə xx.xx.2007-ci il tarixdə faktiki, xx.xx.2010cu il tarixdə isə rəsmi nikaha daxil olub, birgə nikahdan iki uşaqları var. Lakin 2020-ci ili n sentyabr ayında iddiaçının təqsiri ucbatından ailə münasibətləri pozulmuş və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Hazırda iddianı qəbul etmir. Belə ki, qeyd olunan ev onların birgə vəsaiti hesabına inşa edilməmişdir. Onun rəsmi iş yeri və qazancı olmadığından günəmuzd fəhləlik etmiş və əldə etdiyi cüzi miqdarda əmək haqqı ilə ailəsini ancaq dolandırmışdır. Onun ev inşa etmək üçün hər hansı vəsaiti olmamışdır. Mübahisəli evi isə qardaşı Qafurdan 7.000 manat məbləğində borc pul almaqla inşa etdirmiş, evin inşasında isə yaxın dostları iştirak etmiş və münasibətləri olduğundan ondan əmək haqqı almamışlar. Həmçinin, iddiaçı ilə birgə nikah dövründə olan zaman evin divarları hörülmüş, şiferi qoyulmuş, damın altı yığılmış, giriş qapısı qoyulmuşdur. Evin döşəməsi və tavanı vurulmamı ş, daxili qapı-pəncərələr qoyulmamış, elektrik xətləri çəkilməmişdir. Eləcə də, iddiaçı ilə birgə yaşadıqları müddətdə həyətdə hasar və mal tövləsi inşa etdirmişlər. İddiaçı ilə birlikdə həyətdə olan kiçik tikilidə yaşamış, iddiaçı məhz həmin evdən çıxıb getmişdir. İddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə evlənmiş, sonradan, yəni ikinci arvadının vəsaiti hesabına evin qalan işləri görülmüş, döşəməsi və tavanı vurulmuş, daxili qapı-pəncərələr qoyulmuş, elektrik xətləri çəkilmiş, suvaq işləri görülmüş və ev tam hazır vəziyyətə gətirilmişdir. Belə olan halda, mübahisəli evin inşasına birgə vəsaitlə əldə edilmiş hər hansı qazanc sərf edilməmişdir. İddiaçı heç bir əsasa istinad etmədən guya evin inşasına 70.000 manat pul xərclənməsini iddia etmişdir. Onun heç bir vaxt bu qədər pulu olmamış, evin tikintisinə daha sərfəli tikinti materialları istifadə olunmuş, ustalar isə dostları olduğu üçün zəhmət haqqı almamışlar. Mübahisəli ev birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilmədiyindən iddiaçının payına hər hansı pul düşməməlidir. Həmçinin qardaşından aldığı 7000 manat borc pulu belə, hələ qaytarmamışdır. Bundan başqa, mübahisəli ev bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və onun evə mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Belə olan halda iddiaçının ondan pul tələb etməsi əsaslı hesab edilə bilməz.

13. Birinci instansiya məhkəməsi Şəmkir rayon Bayramlı Bələdiyyəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

14. Məhkəmə baxışında üçüncü şəxs Şəmkir rayon Bayramlı Bələdiyyəsinin sədri X5 göstərmişdir ki, mübahisəli evə gedib-gəlmişdir. Mübahisəli torpaq sahəsinin inşa edildiyi 0.25 ha həyətyanı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsində tərəflərin birgə nikahda olduqları vaxt ev inşa edilməyə başlanmış, lakin evin hasarı hörülməklə, şiferi vurulmuşdur. Həmin vaxt ev hazır olmadığı üçün orada yaşayış olmamışdır. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və iddiaçı evdən çıxmışdır. İddiaçı evdən çıxdıqdan bir müddət sonra evin yenidən inşasına başlanılmış və ev tam şəkildə inşa edilərək hazır vəziyyətə gətirilmişdir. Həmçinin mübahisəli torpaq sahəsinə görə cavabdeh vaxtlı-vaxtında vergi ödəmiş, bu səbəbdən bələdiyyə tərəfindən ona rəsmi bildiriş ünvanlanaraq, evin sənədləşməsi tələb edilmişdir.

15. Məhkəmə baxışında iddiaçı tərəfdən şahid X7 göstərmişdir ki, iddiaçının xalası qızıdır. İddiaçı 2007-ci ildə cavabdehlə evlənmiş, toy günü evin həyətində olan vaqona köçmüş, cehiz əşyaları da oraya yığılmışdır. Mübahisəli evi isə tərəflər birgə nikah dövründə inşa etdirmişlər. Belə ki, həmin vaxt cavabdeh Rusiya Federasiyasına getmiş və oradan pul göndərmiş, iddiaçı isə həmin pul hesabına evi, tövləni inşa etdirmiş, hasar çəkdirmiş, ustalara baxmışdır. Həmçinin cavabdeh onunla birlikdə Türkiyədə işləmiş, ev inşa edilən zaman cavabdehin pulunu iddiaçıya şəxsən o, göndərmişdir.

16. Məhkəmə baxışında cavabdeh tərəfdən şahid X8 göstərmişdir ki, tərəflər evləndikləri ilk illərdə evin həyətində olan vaqonda yaşamış, sonradan yeni evin inşasına başlanmışdır. Belə ki, o, usta kimi evin xımını qoymuş, sonradan evin hörgüsü hörülmüş və şifer vurulmuşdur. Evin daxili qapıları, döşəmə-tavanı hazır olmamışdır. İddiaçı evdən gedəndən sonra daxili qapı-pəncərələr qoyulmuş, döşəmə-tavan vurulmuş, sanitar qovşağı hazır edilmişdir. Həmin vaxt cavabdeh qardaşından borc pul alaraq tikinti materialları almış, o, isə iddiaçıdan əmək haqqı almamışdır.

17. Məhkəmə baxışında cavabdeh tərəfdən şahid X4 göstərmişdir ki, mübahisəli evdə hörgü işini görmüşdür. Həmin vaxt iddiaçı ilə cavabdeh bir yerdə yaşamışlar. Tərəflərin ailə münasibətləri pozulandan sonra isə evin içərisinin qapı-pəncərəsi qoyulmuş, suvaq vurulmuş, sanitar qovşağı tikilmişdir. Digər kiçik tikilinin və mal tövləsinin nə vaxt inşa edilməsi barədə məlumatı olmamışdır. Həmin vaxt cavabdeh tikinti materiallarının pulunu qardaşı Qafurdan alırdı.

18. Məhkəmə baxış ında cavabdeh tərəfdən şahid X6 ifadəsində göstərmişdir ki, cavabdeh onun doğma qardaşıdır. Mübahisəli fərdi yaşayış evi onun maddi köməkliyi ilə inşa edilmişdir. Belə ki, evin inşasına ümumilikdə cavabdehə 7.000 manat borc pul vermişdir. Cavabdeh dostları isə usta kimi təmənnasız işləmişdir. İddiaçı cavabdehlə birgə ailə şəraitində yaşayarkən evin dam örtüyü vurulmamış, yarımçıq tikili olmuşdur. Təxminən 2 il olar ki, evin dam örtüyü vurulmuş və ev tam hazır vəziyyətə gətirilmişdir.

19. Birinci instansiya məhkəməsi inşa edilmiş tikililərə çəkilmiş xərcin miqdarını və tikinti işlərinin vaxtını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, ekspertizanı Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2383 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rə yinə əsasən, Şəmkir rayonu, Bayramlı kəndində 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manatdır. Həmin tikinti işlərinin hansı illərdə aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat aparılmamışdır.

21. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 (iyirmi səkkiz min yüz yetmiş beş manat əlli qəpik) manat məbəğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, qət edilmiş, eləcə də dövlət rüsumu və ekspertiza xərcləri ilə bağlı məsələlər həll edilmişdir. (hakim Taleh Musayev)

22. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə faktiki, xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olublar, birgə nikahdan onların iki uşaqları var. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Tərəflər birgə rəsmi nikah dövründə əldə etdikləri vəsait hesabına, Şəmkir rayonu, Bayramlı kəndində fərdi yaşayış evini inşa etdirməyə başlamış, tövlə tikmiş və hasar çəkmişlər.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin bu halları mübahisə edilməyən hallar olsa da, mübahisəli evin tam hazır şəkildə birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilməsi barədə tərəfl ərin izahatları ziddiyyətli olmuşdur.

24. Birinci instansiya məhkəməsi mübahisəli hallarla bağlı göstərmişdir ki, iddiaçı mübahisəli evin tam hazır şəkildə birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilməsini bildirsə də, cavabdeh iddia tələbini qəbul etmədiyi üçün iddia tələbinə tərəflərin izahatları, şahid ifadələrinin müqayisəli tədqiqi nəticəsində qiymətləndirilməlidir.

25. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının şahidinin ifadəsinə qiymət verərək göstərib ki, şahid X1 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, cavabdehin Rusiya Federasiyasına getməsini və oradan pul göndərməsini, iddiaçının isə həmin pul hesabına evi inşa etdirməsini, habelə cavabdehin onunla birlikdə Türkiyədə işləməsini, ev inşa edilən zaman cavabdehin pulunu iddiaçıya şəxsən özünün göndərməsini göstərsə də, həmin halı mötəbər mənbədən əldə edilmiş sübutlarla təsdiq edə bilməmiş, yalnız iddiaçının doğma xalası qızı olmaqla, formal mülahizə şəklində iddiaçının maraqlarına cavab verən ifadə vermişdir.

26. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək hesab etmişdir ki, həmin şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, tərəflər birgə nikahda olduqları zaman mübahisəli evin hörgüsünün hörülməsini, şiferin vurulmasını, evin giriş qapısının qoyulmasını, hasarın çəkilməsini və tövlənin inşa edilməsini, tərəflər ayrıldıqdan və iddiaçı mübahisəli evdən çıxdıqdan sonra isə evin daxili qapılarının qoyulmasını, döşəmə-tavanın vurulmasın ı, sanitar qovşağın hazır edilməsini və elektrik xətlərinin çəkilməsini aydın şəkildə göstərmişlər. Buna görə də həmin şahid ifadələri sübut növü kimi qəbul edilərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alınmalıdır.

27. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən müəyyən etmişdir ki, mübahisəli evin inşa olunmaqla əldə edilməsi üçün zəruri olan vəsait iddiaçının və cavabdehin birgə gəlirləri hesabına mümkün olmuşdur. Belə ki, cavabdehin və ya iddiaçının təkbaşına mübahisəli evi əldə etməsi üçün zəruri vəsaitə malik olması, o cümlədən həmin vəsaitin bağışlama və ya vərəsəlik qaydasında yalnız tərəflərdən birinin əldə etməsi müəyyən olunmamışdır. Bununla belə mübahisəli evin tərəflərin birgə vəsaiti hesabına tam şəkildə deyil, evin hörgüsünün hörülməsi, şiferin qoyulması, evin giriş qapısının qoyulması, hasarın çəkilməsi və tövlənin inşa edilməsi müəyyən edilmişdir. Hazırda mübahisəli ev cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı isə evi deyil, onun inşasına sərf olunan məbləğin onun payına düşən hissəsini tələb edir.

28. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Şəmkir rayonu, Bayramlı kəndində fərdi yaşayış evini inşa etmişlər. Lakin tərəflər ayrıldıqdan sonra iddiaçı həmin evdən çıxmış və ev cavabdehin istifadəsində qalmışdır. İddiaçı isə birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitdən payına düşən hissənin verilməsini tələb edir və iddiaçı bu tələbində qismən haqlıdır.

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı birg ə nikah dövründə inşa edilmiş evə 70.000 manat məbləğində vəsait xərclənməsini iddia etsə də, işdə olan ekspert rəyi ilə fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilmişdir. İddiaçı birgə nikah dövründə evin tam şəkildə inşa edilməsini bildirsə də, işin araşdırılmış halları ilə həmin hal təkzib edilmişdir. Belə ki, tərəflər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evi tam hazır şəkildə inşa etdirməmiş, yalnız evin hörgüsünü hördürmüş, şifer vurdurmuş, evin giriş qapısını qoydurmuş, hasar çəkdirmiş və tövlə inşa etdirmişlər. Bu səbəbdən yalnız həmin tikinti işlərinə sərf edilən məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

30. Həmçinin, xx.xx.2023-cü il tari xli 10/2383 saylı ekspert rəyi ilə Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilsə də, məhkəmə araşdırması zamanı tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına yalnız yuxarıda qeyd edilən tikinti işlərini aparması (evin hörgüsünü hörülməsi, şifer vurulması, evin giriş qapısının qoyulması, hasar çəkilməsi və tövlə inşa edilməsi) müəyyən edilmişdir ki, həmin tikinti işlərinə sərf edilən məbləğ də cəmi 56.351 manat təşkil edir. Belə olan halda, həmin məbləğin yarısı, yəni 28.175,5 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

31. Birinci instansiya məhkəməsi onu da vurğulamış dır ki, iddiaçı birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınmaqla evin inşasına çəkilmiş xərcin 2/3 hissəsinin cavabdehdən alınmasını tələb etsə də, qanunvericiliyin tələbinə əsasən pay ayrılarkən mülkiyyətçilərin payları bərabər sayılır. Belə olan halda, çəkilmiş xərcin 2/3 hissəsi deyil, yarısı cavabdehdən alınmalıdır.

32. Birinci instansiya məhkəməsi bir məsələni də qeyd etmişdir ki, cavabdeh mübahisəli evin bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini göstərsə də, həmin ev hazırda cavabdehin sahibliyində və istifadəsindədir. Bu səbəbdən evin inşasına sərf edilmiş məbləğdən iddaiaçının payına düşən hissənin sonuncuya verilməsi qanuni və əsaslıdır.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 223.3, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3-cü, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onların birgə nikah dövründə heç bir yerdə işləmədiyini, onun yalnız fəhləliklə məşğul olduğunu, həmin evin tikintisi üçün qardaşından borc pul alaraq inşa etdirdiyini, həmçinin evin tikinitisinə o qədər çox məbləğin xərclənməsinin mümkünsüz olduğunu nəzərə almamış, yalnız mübahisəli evi onların ümumi mülkiyyətləri saymaqla aralarında pa yların bərabər bölünməli olduğunu qeyd etmişdir. Mübahisəli əmlak necə onların ümumi mülkiyyətləri sayıla bilər ki, həmin evin və onun yerləşdiyi torpaq sahəsinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Ekspert ölçmə işləri apararkən o, özü də iştirak etmişdir. Ekspert tərəfindən yalnız evin və otaqların kənardan şəkli çəkilməklə ölçmə işləri aparılmışdır. Heç bir araşdırma, tikintiyə sərf edilmiş materiallar dəqiqliyi ilə müəyyən edilməmişdir. Buna görə də məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. Məhkəmə iclasında bununla bağlı fikrini bildirsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmənin qeyd olunan qətnaməsi işin faktiki halları araşdırılmadan çıxarılmışdır. Belə ki, məhkəmə mülki mübahisə ilə bağlı düzgün araşdırma aparmamışdır. O, mübahisəli evin və tövlənin iddiaçı ilə birgə nikah dövründə inşa edilmiş hissələrinə qoyulmuş qiymətlə razı deyildir.

36. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərib ki, gəlin köçdüyü ev köhnə ev olmuş, bu səbəbdən birgə nikah dövründə qazanılmış vəsait hesabına həyətdə ikinci yeni ev inşa etmiş, hasar çəkmiş və tövlə tikmişlər. Həmin evin inşasına onlar evləndikdən sonra başlamış və ev bir neçə ilə tam hazır vəziyyətə gətirilmişdir. O, evin inşası zamanı ustalara qulluq etmişdir. Cavabdeh isə müəyyən vaxtlarda Rusiya Federasiyasında və Türkiyə Respublikasında olmuş, evin inşasına pul göndərmiş, o isə burada lazımi ləvazimatlar almış, eləcə də anası bəzi vaxtlarda onlara maddi yardım etmişdir. Həmçinin həyətdə yeni evdən başqa mal tövləsi də inşa etmişlə r. Lakin ailə münasibətlərinin pozulması səbəbindən azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxmışlar. Ev hazırda cavabdehin istifadəsindədir. O, cavabdehdən ayrılıb evdən çıxan zaman mübahisəli fərdi yaşayış evi tam hazır vəziyyətdə olmuşdur. Cavabdeh isə könüllü olaraq onun payına düşən məbləği verməkdən yayınır.

37. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1404/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

39. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

40. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

41. Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

42. Sadalanan normalara əsasən apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə tikilib, təmir edilmişdir. Eyni zamanda, tərəflər həmin xüsusatı mübahisələndirməmişlər.

43. Bu baxımdan, mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə tikilməsi işin mübahisə olunmayan halıdır. Tərəflər arasındakı hazırkı mübahisə isə əslində sözügedən fərdi yaşayış evinin tikinti və təmirinə sərf edilmiş vəsaitin məbləği ilə bağlı yaranmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi evin tikintisinə sərf edilən vəsaitlə bağlı bildirmişdir ki, xx.xx.2023-cü il tarixli 10/2383 saylı ekspert rəyi ilə ev, sanitar qovşaq, tövlə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilsə də, məhkəmə araşdırması zamanı tərəflərin birgə nikah dövrü ndə əldə edilmiş vəsait hesabına yalnız evin hörgüsünü hörülməsi, şifer vurulması, evin giriş qapısının qoyulması, hasar çəkilməsi və tövlə inşa edilməsi müəyyən edilmişdir ki, həmin tikinti işlərinə sərf edilən məbləğ cəmi 56.351 manat təşkil etmişdir. Belə olan halda, həmin məbləğin yarısının, yəni 28.175,5 manatın cavabdehdən alınaraq iddiaçıya verilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 34.1, 35, 36.1, 36.3, 37-ci, Mülki Məcəllənin 225.1, 225.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh (vəkil – Vəkil) kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normalarına istinad edilərək, mübahisəli əmlakın bir hissəsinin ( evin hörgüsünün hörülməsi, şiferin qoyulması, evin giriş qapısının qoyulması, hasarın çəkilməsi və tövlənin inşa edilməsi) birgə nikah dövründə inşa edildiyi və həmin tikintilərə çəkilmiş xərcin 56.351 manat olduğu müəyyən etmişdir. Halbuki, qeyd olunan ev və yardımçı tikililərin inşasına cavabdeh tərəfindən həmin məbləğdə vəsait xərclənməmişdir. Onlar birlikdə ailə olaraq əldə etdikləri gəlirlə həmin məbləğdə başa gələn evi tikə bilməzdilər. Belə ki, cavabdeh d aim fəhləlik etmiş və həmin qazancla ailəni güclə dolandırmışdır. İddiaçı özü isə heç bir yerdə işləməmişdir. Cavabdeh qardaşı Qafurdan 7000 manat borc alıb evi inşa etdirmişdir. Evin inşasında isə yaxın dostları ustalıq etmişlər ki, onlara da evin tikintisi üçün zəhmət haqqı ödəməmişdir. İddiaçı birgə vəsait hesabına evin inşa edilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi halda Mülki Məcəllənin 225.1 və 225.4-cü maddələrinə istinad edilməklə həmin əmlakın onların birgə mülkiyyəti hesab edilməsi əsassızdır. İddiaçı ilə birgə nikah dövründə yaşadıqları müddətdə onların heç birinin rəsmi gəliri olmadığından, ailədə yalnız cavabdeh özü fəhləlik etməklə məşğul olduğundan, qardaşının vəsaiti hesabına inşa edilmiş əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz. Həmçinin məh kəmə tərəfindən Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə istinad edilsə də, mübahisəli fərdi yaşayış evi və yardımçı tikililər iddiaçı ilə cavabdehin ümumi gəliri hesabına əldə edilməmişdir. Onların həmin əmlakları məhkəmə tərəfindən müəyyən edilmiş qiymətə inşa etməyə maddi imkanı olmamışdır. Məhkəmə tərəfindən qeyd edilən halların heç biri araşdırılmamışdır. Bundan əlavə, məhkəmə qətnaməsində tərəflərin mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını mübahisələndirmədiyini qeyd etmiş olsa da, o, hər dəfə həmin əmlakın onların iddiaçı ilə birgə vəsaiti hesabına tikilmədiyini, ümumiyyətlə ustaların dostları olmaqla zəhmət haqqı almadığını, tikinti materiallarının isə qardaşının vəsaiti hesabına alındığını göstərmişdir. İddiaçı isə məhkəməyə onların birgə nikah dövründə əld ə etdikləri gəlir, əmək haqqı və ya başqa gəlirlər barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya baxışında vəsatət vermiş, birinci instansiya məhkəmə tərəfindən təyin edilmiş məhkəmə qərardadı ilə alınmış xx.xx.2023-cü il tarixli, 10/2383 saylı ekspert rəyilə razı olmadığını, ekspert tərəfindən yalnız evin və otaqların kənardan şəkli çəkilməklə ölçmə işləri aparıldığını, heç bir araşdırma, tikintiyə sərf edilmiş materialların dəqiqliyi ilə müəyyən edilmədiyini göstərərək, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş olsa da, vəsatəti əsassız olaraq rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaçı kassasiya şikayətinə etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin öz başına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi bir gə mülkiyyətinə daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşa n əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətna mə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiy a şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

54. İddia tələbi birgə nikah dövründə özbaşına inşa edilmiş evə sərf edilən vəsaitin yarısının cavabdehdən tutulması barədədir. İddiaçı mübahisəli evin birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilməsinə istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz olaraq evin ümumi vəsait hesabına tikilməməsini bildirmişdir.

55. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisəli evin birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilməsi təsdiqini tapmışdır.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən şahid ifadələrini və ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

58. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə bağlı diqqəti “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarına da çəkir.

59. Həmin qərarda qeyd edilmişdir ki, ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

60. Göründüyü kimi, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

61. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgə r qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.

62. Buna görə də əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

63. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

64. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

65. Hazırki iş üzrə də cavabdehin iddiaya etirazının, apellyasiya və kassasiya şikayətinin dəlilləri qanuni prezumpsiyasının təkzibinə yönəlib, yəni mübahisəli evin inşası birgə nikah vaxtına təsadüf etsə də, onların ümumi vəsait hesabına inşa edilməməsinə istinad edilib. Buna baxmayaraq, ca vabdeh qanuni prezumpsiyasını təkzib edəcək sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməyib. Bu da o deməkdir ki, hazırki işdə mübahisəli evin tikintisinə sərf edilmiş pul vəsaiti tərəflərin ümumi birgə mülkiyyəti sayılır, mübahisəli evdən iddiaçı yararlanmır və bu səbəbdən həmin vəsait üzərində pay müəyyən edilməklə, iddiaçıya çatan vəsaitin cavabdehdən tutulması qanuni və əsaslı olmaqla yanaşı, həmçinin gəlinən nəticə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.

66. Bundan əlavə, Ali Məhkəmənin qeyd edilən Plenum Qərarının 4.11-ci bəndinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməd iyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1404/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar