Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4111/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-713/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski 16 B saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 34 saylı mənzilin eyvanında elektrik su qızdırıcısına birləşən yumşaq su borusu xx.xx.2020-ci il tarixdə partlamışdır. Həmin vaxtda mənzildə yaşayış olmamış və gedərkən su xəttinin giriş vintili açıq saxlanılmışdır. Bir gün ərzində axan su mənzilin eyvanına dolmuş, oradan da mənzilə keçərək 173 nömrəli yaşayış sahəsini tam olaraq əhatə etmişdir. Eyni vaxta 9-cu mərtəbədə yerləşən 30 saylı mənzil in sakinləri rayonda olduğundan mənzilin eyni yaşayış sahəsi bütün istiqamətlərdə su ilə dolmuş, beləliklə də 90/95 faiz evin təmiri və bəzi məişət malları (televizor, bir televizor altı, iki döşək, uşaq otağında divara yığılma paltar şkafı, 3 spot, bir lyustr və sair) yararsız hala düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manatın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın, mütəxəssisə ödənilmiş 300 manatın, hüquq i yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 31.162 manat pulun və mənəvi ziyanın əvəzində isə 20.000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B, 30 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Cavabdeh də, ailə üzvləri ilə qeyd olunan evdə yuxarı mərtəbədə özünə məxsus mənzildə yaşayır. Bir neçə ildir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yaşadığı mənzildə rahat yaşaya bilmir. Belə ki, cavabdehin mənzili iddiaçıya məxsus mənzilin üst tərəfində yerlə şir və onun mənzilindən dəfələrlə mənzilə su axıdılmışdır. Nəticədə mənzili yararsız hala düşmüş və dəfələrlə cavabdehin mənzilindən axıdılan suyun təsiri nəticəsində mənzilinə dəyən maddi ziyanı aradan qaldırmaq üçün xeyli vəsait xərcləmişdir. Sonuncu dəfə 28 may 2020-ci il tarixdə cavabdehə məxsus 34 saylı mənzilin otağının tavanından növbəti su axması baş vermişdir. Həmin vaxt Bakı şəhərində olmasa da cavabdeh öz mənzilində olmuşdur. 29 may 2020-ci il tarixdə mənzilə gələrkən mənzilin tamamilə su içərisində olduğunun şahidi olmuşdur. Bu barədə cavabdehə etirazını bildirsə də onun mənzilindən axıdılan su bir neçə gün də mənzilə axmışdır. Çünki, mənzilin tavanı uzun müddət axaraq yığılıb qalmış suyu aşağıya az-az buraxırdı. Sonda məcbur olub tavanda yırtıqlar açıb suyun tamamilə boşalması na nail olmuşdur. Bu barədə cavabdehə və yaşadığı binanın idarəçilik və mühafizəsi əməkdaşlarına müraciət etmiş və onlar tərəfindən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 34 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində su xəttində baş vermiş qəza nəticəsində su axaraq iddiaçıya məxsus mənzilə dolmuşdur. Göründüyü kimi, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan mənzilə və mənzilin içərisində olan əşyalara xeyli miqdarda maddi ziyan dəymişdir. Mənzilinə dəymiş maddi ziyanın hesablanması üçün mütəxəssis dəvət etmiş və mütəxəssis rəyinə əsasən mənzilə dəymiş ziyanın məbləği (içərisindəki bir sıra əşyalar və digər işlər nəzərə alınmaqla) 28592 manat müəyyən edilmişdir. Subasma nəticəsində məhv olmuş əşyalardan isə iki ədəd nişaya dəymiş maddi ziyanın məbl əği 1140 manatdır. Bundan başqa, iddiaçı və ailə üzvləri çox əsəb gərginliyi keçirmişlər. Bu hadisələr çox pis təsir etmişdir və hazırda da psixi iztirab keçirirlər. Çünki, evi təmir etdirmək üçün mənzili tərk etmək məcburiyyətində qalmışlar. Hazırda qohumlarının evində müvəqqəti məskunlaşmışlar. Mənzilinə dəyən maddi ziyanın aradan qaldırılması üçün 31.162 manatdan artıq xərc tələb olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi ziyanın məbləğini isə 20.000 manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsinə mənzilinə dəymiş maddi ziyan və bunun nəticəsində iddiaçıya və ailə üzvlərinə vurulmuş mənəvi ziyan onun tərəfindən ödənilməlidir. Həmçinin qeyd edilən iddia tələbinin məhkəməyə hazırlanması və hüquqlarının məhkəmədə müd afiə edilməsi üçün vəkil ilə müqavilə bağlanılmış və 600 manat, iddianın məhkəməyə verilməsi üçün 30 manat, dəymiş maddi ziyanın hesablanması üçün ekspert-mütəxəssisə 300 manat pul ödənilmişdir. Bundan başqa isə notariat və digər xərclərə dair 500 manatdan artıq pul ödənilmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(006)87/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 26086 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanına subasma nəticəsində dəymiş maddi ziyanın məbləği 28592 manat təşkil etmişdir. 7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B ünvanında yerləşən 30 saylı mənzil dəymiş zərərin xx.xx.2020-ci il tarixə hesablanmış bazar dəyəri 11270 manat təşkil etmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, 34 saylı mənzilin balkon tikilisində quraşdırılmış su qızdırıcının və boruların təmir olunduğunu nəzərə alaraq, 30 saylı mənzilə su sızmasını texniki səbəbini müəyyən e tmək mümkün olmamışdır. Lakin mülki iş materialına əlavə edilmiş 29 may 2020-ci il tarixli akta əsasən 30 saylı mənzilə 34 saylı mənzilin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızmış və nəticədə 30 saylı mənzilin tikililərinin yararsız hala düşdüyü müəyyən edilmişdir. Tədqiq olunan mənzildə aparılmış təmir-bərpa işləri səbəbindən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B ünvanında yerləşən 30 saylı mənzilə su sızması nəticəsində nə qədər ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır.
9. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B, 30 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün gör ülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 25156,0 manat müəyyən olunmuşdur. İlkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərq əlavə sənədlərin mülki iş materiallarına əlavə olunması ilə izah olunur.
10. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus mənzilinə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iş m ateriallarında olan xx.xx.2020-ci il tarixli aktın və ekspert rəylərinin məzmunundan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində dəymişdir.
11. Məhkəmə hesab etmişdir ki, məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 25156,0 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
13. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsində icraat
15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ona təqdim olunmuş sübutları nəzərə almamış və onlara sübut kimi hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim olunmuş foto və video çəkilişlərdən göründüyü kimi mənzildə olan iki ədəd nişa da digər əşyalar kimi su axması nəticəsində ziyan dəymiş və həmin əşya tam sıradan çıxmışdır. Nəticədə 1140 manat maddi ziyan dəymişdir. Bundan başqa, məhkəməyə təqdim edilən notariat və digər xərclərlə bağlı, yəni daşıma, yükləmə xərclərinə dair sübutl ar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticədə 500 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, məhkəmə ona dəymiş mənəvi ziyanın da əvəzinin ödənilməsi hissəsində iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə bu hissədə də yanlışlığa yol vermişdir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi insanın keçirdiyi psixi iztirab, sarsıntıda gözlə görülə bilinmir, maddi olaraq müşahidə olunmur. Təsəvvür edin ki, azyaşlı uşaqları ilə bir neçə ay müddətində qohumların evində sıxıla-sıxıla yaşamışdır. O və əri Yunus Cabbarov isə eyni zamanda həm işləmişik, həm də evin söküntü və təmiri ilə məşğul olmuşlar. Bütün bunlar kimin başına gəlsə mənəvi ziyanın nə olduğunu çox yaxşı anlayar.
17. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, iş üzr ə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından göründüyü kimi "xxxx" MMC-in xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B ünvanında yerləşən 30 saylı mənzilə dəymiş zərərin xx.xx.2020-ci il tarixə hesablanmış bazar dəyəri 11270 manat təşkil etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən ekspert rəyini əsas tutmaqla dəymiş ziyanı 25156 manat hesablasa da ekspertizadan məbləğin yaranmasına dair smetanı tələb etməmişdir. Bu əsasla hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə əsas vardir. Təkrar ekspertiza keçirilərsə, məbləğin şişirdilm iş qaydada hesablanması faktı öz təsdiqini tapacaqdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(103)-713/2023 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsinin mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi və Cavabdeh 2.000 manat mənəvi zərərin tutularaq İddiaçı ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçının cavabdehin apellyasiya şikayətində qeyd etdikləri əsassızdır və mülki iş üzrə təkrar ekspertizasının keçirilməsinə lüzum yoxdur. Həmçinin cavabdeh ekspert rəyini təkzib edəcək hər han sı sübut təqdim edə bilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərin tutulması hissəsində iddia tələbini qismən təmin etməməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində təmin etməməkdə haqlı olmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qa dın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.
25. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləği hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya baxışına qaytarılması xahiş olunmuşdur.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təkrar ekspertiza keçirməli və arada olan ziddiyyəti araşdırmalı idi. Məhkəmə mənzilə baxış keçirməli və reallığa nail olduqdan sonra yekun qərar qəbul etməli idi. Məhkəmə ədalətli araşdırma aparmamış və prosessual pozuntuya yol vermişdir. Məhkəmə qətnamə qəbul edərkən ekspertizanın qərarına istinad etmiş, yerli baxış keçirməmişdir. Halbuki, o yerli baxış keçirməli və iddiaçının irəli sürdüyü məbl əğin haradan yaranmasını müəyyən etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun ola raq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının iddia tələbi iki hissədən (maddi və mənəvi ziyanın ödənilməsi) ibarət olduğundan hər iki hissə üzrə ayrı-ayrılıqda qiymət verilməlidir.
49. İddiaçı iddia tələbində cavabdehin təqsiri nəticəsində ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16 B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manat ın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın, mütəxəssisə ödənilmiş 300 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun ödənilməsini tələb edir.
50. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin qeyd edilən hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezump siyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
51. Mülki işin iş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın və ekspert rəylərinin məzmunundan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində dəymişdir.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə ol unmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
53. Qeyd edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçının cavabdehin apellyasiya şikayətində qeyd etdikləri əsassızdır və mülki iş üzrə təkrar ekspertizasının keçirilməsinə lüzum yoxdur. Həmçinin cavabdeh ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də ekspert rəyi və mülki iş materiallarında olan sənədlər əsas tutulmaqla, 0.06.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 25 156,0 manat məbləğində maddi ziyanı cavabdehdən iddiaçının xeyrinə tutmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlimişdir.
54. Məhkəmə mənəvi ziyan hissəsində iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz.
55. Apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansi ya məhkəməsi maddi zərərin tutulması hissəsində iddia tələbini qismən təmin etməməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində təmin etməməkdə haqlı olmamışdır.
56. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
57. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
58. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarı il ə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər in ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
59. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəs ində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
60. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mənəvi zərərin mi qdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
61. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması və bunun cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 manat məbləğində mənəvi zərər tutulmalıdır və bu məbləğ qanuni olmaqla yanaşı ədalətlidir.
62. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmiş və yuxarıd a sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(103)-713/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.