Məhkəmə qərarları › İş №2(102)-412/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-412/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-412/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlu ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5888/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti nə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları

1. İddiaçı QSC (bundan sonra - bank və ya iddiaçı) ilə cavabdeh X3 arasında bağlanmış 08 dekabr 14-cü il tarixli, 002L**********68 saylı uzunmüddətli kredit xətt müqaviləsinə əsasən X2 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.

2. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmaçına əsasən Bank tərəfindən borcluya 2,1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 567,0 ABŞ dolları (sonuncu ay 573,94 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. 3. 0 02S**********02 saylı, 002S**********03 saylı və 002S**********04 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 002L**********68 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə zaminlik təminatı vermişlər. 4. xx.xx.2015-ci il tarixli, 002R143279647S saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X3 banka xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 424 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 419 ABŞ dolları (sonuncu ay 418,92 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. 5. xx.xx.2016-cı il tarixli 002R**********SA saylı razılaşmaya görə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X3 xx.xx.2016-cı il tarixdən x x.xx.2018-ci il tarixədək banka hər ay 280 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək hər ay 678 ABŞ dolları (sonuncu ay 684,64 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. 6. xx.xx.2016-cı il tarixli 002R**********SB saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişikliklər olunmuş, ödəniş cədvəlinə görə X3 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 275,0 ABŞ Dolları (sonuncu ay 4200 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. 7. xx.xx.2016-cı il tarixli, 002R**********SC saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X3 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 282,0 ABŞ dolları (sonuncu ay 4450,72 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. 8. xx.xx.201 6-cı il tarixli 002R**********SD saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 200,0 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 9. xx.xx.2017-ci il tarixli, 002R**********SE saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X3 xx.xx.2017-cı il tarixdən xx.xx.2022-ci il tarixədək banka hər ay 100,0 ABŞ Dolları (sonuncu ay 1798,90 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

10. X3 06 iyul 2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4988,91 ABŞ dolları məbləğində kredit borcu, 7174,02 ABŞ dolları məbləğində faiz borcu və 4398 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 16560,93 məbləğində borcun, ödənilmiş 174,46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, Uzunmüddətli kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısnda cavabdeh X3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 ölmüşdür.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyun 2023-cü il tarixli 2(003)-399/2023 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi dedikdə bank tərəfindən müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Lakin iddia tələbinin t ələbdə qeyd edilən məbləğin zaminlər- Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə hesab etmişdir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi Ləğv prosesində olan İddiaçı QSC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən borcalan aldığı krediti 36 ay ərzində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. iddiaçı bank zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmə dikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 470.1, 477.0.4 və 739.1-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 88, 107, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Şikayət onunla əsaslnadırılmışdır ki, istinad olunan maddi hüquq normasının tələbi üzrə zaminlik müqaviləsinə xitam verilməsi üçün zaminlik müqaviləsində müddət nəzərdə tutulmamalıdır. Hazırkı mülki işin hallarından məlum olduğu kimi, bağlanmış zaminlik müqaviləsi kredit xətti müqaviləsi və kredit razılaşması bağlanan gündə, yəni xx.xx.2014cü il tarixində bağlanmışdır. Zaminlik müqavilələrində məsuliyyətin xx.xx.2014-cü il tarixli 002L**********68 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin 4.1ci bəndinə əsasən, bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (il) müddətinə qüvvədədir. Maddənin məzmununun göründüyü kimi, həmin müddət xx.xx.2027-ci il tarixinədək olan müddəti ehtiva edir. İddiaçı ilə cavabdehlər - zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irə li sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5888/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, müxtəlif vaxtlarda borclu ilə bank arasında kredit razılaşmasına əlavə sazişlər bağlanmış və kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişikliklər olunmuşdur. Həmin sazişlər və dəyişikliklər barədə nə zaminlərlə bağlanmış müqavilələrə əlavə və dəyişikliklər edilmiş, nə də onlar sonrakı ödəniş cədvəllərində bu dəy işikliklərlə tanış olub razılıq vermələrini ifadə etməmişlər. Apellyasiya baxışında iştirak edən zamin bildirmişdir ki, dəyişikliklər barədə bankdan onlara zəng etsələr də, onlar imtina etmişlər. Beləliklə, bank ilə borclu arasında bağlanmış sazişlər zaminlər ilə razılaşdırılmadığından, sazişlə müyyən olunmuş (dəyişdirilmiş) şərtlər isə zaminlərin vəziyyətini ağırlaşdırdığından, həmin sazişlər zaminlər üçün hər hansı məsuliyyət yarada bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7, 462.1, 470.1, 472.1, 739.1 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən tətbiq edilmiş MM-nin 477.0.4-ci maddəsinin 2ci cümləsindəki 1 illik müddətin tətbiq edilməsi“ tərəflər arasında bağlanmış müqavilələrdə belə müddət təyin edilmədiyi” hallara şamil olunur. Lakin, hazırkı mübahisə predmetini təşkil edən məsələ bu halı ehtiva etmir. Çünki zaminlik müqavilələrində həmin müqavilələrin qüvvədə olma müddəti dəqiq göstərilmişdir. Göründüyü kimi, işə baxan məhkəmələr tərəfindən MM-nin 477.01.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Digər şərtə, yəni zaminlik müqaviləsində göstərilmiş m üddətin bitməsi şərtinə gəldikdə isə zaminlik müqaviləsində göstərilmiş müddəti daxilində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqdan sonra zaminlərə qarşı tələb irəli sürülməsi halı olmamışdır. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cuil tarixli qərardadınında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almamışlar. Belə ki, həmin qərardada əsasən “Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ciil tarixli və xx.xx.2019-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun xx.xx.2018-ci il xx.xx.2019-cuil tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018- ci il tarixdən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri xx.xx.2014-cü il tarixdə imzalanmışdır. Göründüyükimi, hazırkı iş Konstitusiya Məhkəməsi Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Hazırki iş üzrə kredit razılaşmaları Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və bоrclu krеditоr qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, bоrc tutulması üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icra еtməməsi və ya lazımınca icra еtməməsi nəticəsində krеditоra dəyən digər zərərin ödənilməsi də daxil оlmaqla, zamin krеditоr qarşısında bоrclu ilə еyni həcmdə məsuliyyət da şıyır. Bundan başqa AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Zaminlik müqavilələrininzaminin hüquq və vəzifələrini nəzərdə tutan 3-cü maddəsində kredit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Mülki Məcəllənin 404.1-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun di gər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Lakin işə baxan məhkəmələr tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışlar. Hazırki işdə zaminlərdən ikisi vəfat etmiş əsas borclunun ailə üzvləri, digəri isə iş yoldaşıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

442. Öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

30. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (bor c verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymət ləndirmə ilə razılaşır.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5888/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar