Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-412/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər): mülki işin kassasiya baxışından çıxarılması (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1475/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025 -ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh оğlundаn ona bоrclu оlduğu 15000 mаnаt, dövlət rüsumu kimi ödədiyi 135 mаnаt və vəkilin hüquqi хidmətinə görə ödədiyi 300 mаnаt pulun аlınаrаq ona vеrilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehdən 15000 manat məbləğində pul vəsaiti, ödənilmiş 120 manat məbləğində dövlət rüsumu və vəkilin hüquqi хidmətinə görə ödədiyi 300 manat olmaqla, cəmi 15420 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
3. Cavabdeh apell yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, və iddia tələbinin qismən 6000-7000 manat civarında təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1475/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İlham Əsədov (sədrlik edən və məruzəçi) Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün dö vlət vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh ərizəsi təmin edilməmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2024-cü il tarixli qərardadı ilə 24 oktyabr 2024-cü il tarixli qərardadının cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Cаvаbdеh xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən və şikayətə vəkilin orderi əlavə edi lmədiyindən geri qaytarılmışdır.
10. Cavabdeh 28 noyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən, şikayətə vəkilin orderi əlavə edilmədiyindən geri qaytarılmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1, 407.3, 408.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir, maddi imkanı olduqca aşağı səviyyədədir. Dövlət hesabına vəkillə təmin olunmaq hüququ vardır.
16. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.5-ci maddəsinə istinadla əsaslandırılmışdır. b)
17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması ha qqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
19. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
20. Maddə 407.4. Kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
21. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan v ə ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır.
22. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır.
23. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 2(102)-4433/2024 saylı qərardadı ilə iş üzrə Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir.
27. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
28. Belə ki, kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 5 dekabr 2024-cü il tarixli kassasiya şikayətinin qaytarılması barədə qərardadından verilmiş kassasiya şikayəti kimi icraata götürülmüşdür.
29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh ərizəsi təmin edilməmişdir.
30. Cavabdehin Şirvan Apellyasiya M əhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadından vəkilsiz verdiyi kassasiya şikayəti məhkəmənin 16 noyabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, cavabdeh bu dəfə məhkəmənin 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti də 28 noyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən və şikayətə vəkilin orderi əlavə edilmədiyindən geri qaytarılmışdır. Cavabdehin 28 noyabr 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti də eyni səbəbdən xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarılmışdır.
31. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti vəkil tərəfindən tərtib edilməmiş, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Lakin buna baxmayaraq, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və kassasiya şikayəti MPM-nin 407.3 və 408-ci maddələrinin tələblərinə zidd olaraq icraat qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli 2(102)-4433/2024 nömrəli iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş kassasiya baxışından çıxarılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 407,408, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli 2(102)-4433/2024 say lı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Mülki iş kassasiya şikayətinin geri qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.