Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4120/2020 02.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Cavabdeh adından onun nümayəndəsi qismində vəkil x2tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh adından onun nümayəndəsi qismində vəkili x2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayəti Cavabdeh nümayəndəsi qismində vəkil XXXXX imzalamışdır, lakin iş materiallarında olan (i.v.171) sonuncunun adına verilmiş etibarnamədən görünür ki, etibarnamənin qüvvə də olma müddəti 27.11.2019-cu il tarixdə bitmiş, kassasiya şikayəti isə 07.05.2020-ci il tarixdə poçta təqdim edilmişdir. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2 -ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh adından onun nümayəndəsi qismində vəkil x1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsi
Məhkəmə qərarları › İş №2(102)-4120/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4120/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver