Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4121/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən h akim S.Mehrəliyev), iddia təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə 13700000 manat əsas borc, 4561338,96 manat faiz borcu olmaqla, cəmi 18261338,96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), Z.Əliyev və R.Eyvazov, 2(103)-2553/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-233/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı idd ia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə 13.700.000 manat əsas borc, 4.561.338,96 manat faiz borcu olmaqla, cəmi 18.261.338,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, kredit borcuna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozul muşdur. Borcun təminatı kimi dəyəri 3.000.000 manat olan əmlakı ipoteka ilə yüklü etmişdir. Lakin iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbini irəli sürməmişdir. Tələb həmin əmlaka yönəldilməli və qarşılıqlı öhdəliklər əvəzləşdirilməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə gö rə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsinın surətindən görünür ki, borc alana 60 ay müddətinə illik 13% hesablanmaqla 13700000 manat məbləğində kredit xətti açılmışdır (iş.səh.11). xx.xx.2019cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə banka olan borcu 13700000 manat əsas borc, 4561338,96 manat faiz borcu olmaqla, cəmi 18261338,96 manat təşkil edir (səh.10). Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 17698 saylı ekspert rəyinə əsasən borc alanın xx.xx.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - əsas borc üzrə - 13700000 manat; - faiz borcu üzrə - 1444588,89 manat (səh.50). Cavabdehin yeganə dəlili ondan ibarətdir ki, Borcun təminatı kimi dəyəri 3.000.000 manat olan əmlakı ipoteka ilə yüklü etmişdir. Lakin iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi ni irəli sürməmişdir. Tələb həmin əmlaka yönəldilməli və qarşılıqlı öhdəliklər əvəzləşdirilməlidir. İşə baxan məhkəmə haqlı olaraq belə hesab etmişdir ki, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hüququ kreditora məxsusdur. Kreditor ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini tələb edə də bilər, etməyə də bilər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası MM-in 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 739- 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinad etməklə cavabehin etirazlarını qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4121/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4121/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver