Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4121/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)134/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, 24 saylı mənzil İddiaçı sahibliyi və istifadəsindədir.
2. Həmin evin yerləşdiyi küçədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Sabunçu rayonu ərazisində kollektorun tikintisi” işlərinin yerinə yetirilməsi 05 may 2017-ci il tarixli müqavilə ilə "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin öhdəsinə qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə d əymiş 14000 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin noyabr-dekabr aylarında kanalizasiya çəkilişi ilə əlaqədar "xxxx" ASC-nin rəhbərliyi altında qazıntı işləri aparılan zaman bir çox sakinlərin mənzilləri kimi, iddiaçının da mənzilinə silkələnmə nəticəsində ziyan dəyərək bünövrəsi yerindən tərpənmiş və çöldən pilləkəni yerindən sürüşmüşdür. Evin seyf qapısı zədələndiyindən çətinliklə açılıb-bağlanır, mənzilin otaqlarının divarları çatlamış, döşəmə və tavana ziyan dəyərək qəzalı vəziyyətə düşmüşdür. Bununla əlaqədar iddiaçı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə, həmçinin "xxxx" ASC-nin 155 saylı qaynar xətt inə məlumat vermiş, layihənin icraçılarından biri olan Arif adlı məsul şəxsin iştirakı ilə mənzilinin divarlarında çat olan yerlərinə cavabdeh tərəfindən 01 mart 2018-ci il tarixdə mayak qoyularaq bir müddət gözləməyi məsləhət görülmüşdür. Mənzilində bərkidilmə işləri aparılmadığı üçün silkələnmə və sürüşmə aktivliyi olduğuna görə qoyduqları işarə mayaklarının bəzilərində cırılma və qopma aşkarlanmışdır. Belə olan halda, FHN-nin Tikintiyə Nəzarət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mənzilinə baxış keçirilərək mənzilində olan çatların və çöldən pilləkənin sürüşməsinə həqiqətən də "xxxx" ASC-nin apardığı qazıntı ilə bağlı olmasını təsdiq edilmiş, rəy verilərək "xxxx" ASC-nin rəhbərliyinə 24 may 2018-ci il tarixli məktubla iddiaçının ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi "xxxx" ASC-nin rəhbərliyindən xahiş edilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, iddiaçının dəfələrlə şifahi və yazılı müraciətlərinə müsbət cavab verilməmişdir. Həmin ərazidə qazıntı işlərini "xxxx" ASC-nin tapşırığı ilə Cavabdeh MMC həyata keçirmişdir. Qazıntı işləri ilə əlaqədar iddiaçının mənzilinə 14000 manat məbləğində maddi ziyan dəymiş və bununla bağlı heç bir kompensasiya ödənilməmişdir. Halbuki, Cavabdeh MMC tərəfindən iddiaçının qonşularına müxtəlif məbləğlərdə ziyana görə pul ödəmişlər. Yalnız məhkəmə prosesi dövründə MMCnin nümayəndəsi tərəfindən iddiaçıya əvvəlcə 200-300 manat, daha sonra isə 4000-5000 manat pul təklif edilmiş, lakin o, dəymiş ziya nın daha yüksək olduğunu bildirərək, həmin təklifi qəbul etməmişdir.
5. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə 30 dekabr 2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilin divarlarında olan çatları, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13624,0 manat məbləğində müəyyən olunur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)104/2021 nömrəli qətnaməsi ilə (hakim R.B.Cavadzadə) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 13624 manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, o, 2001-ci ildən ailə üzvləri i lə birlikdə faktiki olaraq həmin mənzildə yaşayır və orada pasport qeydiyyatına düşmüşdür. Bununla da o, həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Mülkiyyət hüququnun üçüncü elementi olan sərəncam hüququnu əldə etmək isə iddiaçının “gözlənti hüququ” əsasında gələcəkdə əldə edəcəyi hüququdur. Belə olan halda iddiaçının sözügedən mənzilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olması inkar edilməməlidir.
8. Məhkəmə hesab etmişdir ki, işin faktiki halları, şahid ifadələri, ekspert rəyi ilə cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində iddiaçıya məxsus mənzilinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya m üəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilmişdir. Buna görə də, cavabdehdən ekspertiza rəyi həddində, yəni 13624 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.2, 152.3, 152.5, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 62.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)-104/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 27 may 2021-ci il tarixli, 2(103)-4775/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)-104/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
13. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-4775/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(102)-5509/2021 nömrəli qərarı ilə (hakim İ.Ə.Şəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və Ə.A.Əhmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-4775/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdi r.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 21 və 1096-cı maddələrinin məzmunu baxımdan məhkəmənin araşdırmalı olduğu əhəmiyyətli hallardan biri – cavabdehin gördüyü tikinti-qazma işləri ilə iddiaçının evində aşkar edilmiş çatların yaranmasında səbəbli əlaqənin müəyyən olunmasıdır. Birinci instansiya məhkəməsi bu halın müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə ekspertiza təyin etmişdir. Ekspertin 30 dekabr 2020-ci il tarixli rəyi verilərkən bilavasitə cavabdehin gördüyü işlərlə iddiaçının evində yaranan çatların və pilləkən sürüşməsinin arasında səbəbli əlaqənin olmasını müəyyən etmək üçün zəruri tədqiqat (ev ilə qazıntı aparılan yerin arasında olan məsafə, qazıntının dərinliyi, torpağın strukturu və s.) aparılmamışdır. Ekspert bunun əvəzində FHN Tiki ntidə X2 Agentliyinin 24 may 2018-ci il tarixli xx/xx-02348 saylı məktubuna istinad etmişdir. Həmin məktubda göstərilir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası FHN-a ünvanladığı 16 aprel 2018-ci il tarixli müraciətlə bağlı mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularinin kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verməsi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür.
16. Mülki işin 5-ci vərəqində olan həmin məktubda qoşma kimi fotoşəkillər, habelə Agentliyin mütəxəssislərinin tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli rəyin surəti göstərilmişdir.
17. Mülki işin 14-15 və 78-79-cu vərəqlərində olan FHN Tikintidə X2 Agentliyinin “Azkommonlayihə” KLİ-nin mühəndisləri C.Qurbanov və M.Nəbiyevin tərtib etdikləri 25 aprel 2018-ci il tarixli rəydən isə görünür ki, İddiaçı məxsus Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yaşadığı evin divarlarında və pəncərə boşluğu ətrafında şaquli çatın yarandığı və tavanın (arxa otaqda) çökməsi müşahidə olunmuşdur. Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikildiyi, bünövrə eninin və dərinliyinin az olması, örtük səviyyəsində monolit dəmir-beton kəmərin olmaması müəyyən edildi. Həmin deformasiya və çatların yaranmasının Cavabdeh MMC t ərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi yoxdur.
18. Göründüyü kimi, ekspertin rəy verərkən istinad etdiyi məlumat mənbələrində ziddiyyətlər mövcuddur ki, bu halda da, həmin rəylərdən birinə əsaslanan ekspert rəyi ilə müəyyən olunan maddi zərər həcmində iddianın təmin olunması barədə gəlinən nəticə qanuni və əsaslı hesab oluna bilməz.
19. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə bağlı eyni dəlilləri irəli sürmüş, lakin apellyasiya həmin dəlillərə heç bir qiymət verməmiş, ümumiyyətlə onları araşdırmamışdır.
20. Kassasiya məhkəməsi, iddiaçının ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması, evin müvafiq icazələr alınmaması səbəbindən iddianın təmin olunma sının mümkün olmadığı barədə kassatorun dəlilini əsassız saymışdır. Bu dəlilli işə baxmış məhkəmələr kifayət qədər tutarlı hüquqi əsaslar gətirməklə rədd etmiş və məhkəmə kollegiyası məhkəmələrin həmin əsaslandırması ilə razılaşmışdır.
21. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən ilk növbədə yaşayış evində yaranan deformasiyaların səbəbini mötəbər sübutla müəyyən etməli, bundan sonra zərərin təmin olunması məsələsinə münasibət bildirməlidir. Belə ki, yaşayış evində yaranan deformasiyaların səbəbini dəqiqləşdirmədən iş üzrə ədalətli qərar qəbul edilməsi qeyri-mümkündür. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyinə sorğ u ünvanlayaraq, Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyinin “Azkommonlayihə” KLİ-nin verdiyi 25 aprel 2018-ci il tarixli rəylə, Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 24 may 2018-ci il tarixli 3/36- 02348 nömrəli rəy arasında ziddiyyətin aydınlaşdırılması və Cavabdeh MMC tərəfindən aparılmış qazıntı işləri zamanı məhz MMC-nin təqsirindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilə zərər dəyib-dəyməməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur.
23. Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyindən daxil olmuş 25 fevral 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Agentliyin “Azkommunlayihə” KLİ-nin mütəxəssisləri tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbə si, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvana 2018-ci ildə baxış keçirmişlər. Keçirilmiş texniki baxışın nəticəsinə əsasən fərdi yaşayış evində əmələ gəlmiş nöqsanların "xxxx" ASC-nin sifarişi ilə Sabunçu qəsəbəsində kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsinin olmaması haqqında müvafiq rəy tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, “Azkommunlayihə” KLİ-nin mütəxəssislərinin verdiyi rəyini əsas götürülməsi xahiş edilmişdir.
24. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertin 30 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyinin 24 may 2018-ci il tarixli məktubunun məlumatları, yaşayış sahəsində olan çatlar və tikilinin qarşısında aparılan tik inti işləri (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, qazıntı işlərinin aparılması zamanı əmələ gələn titrəmələri, torpağın kipləşdirilməsi) nəzərə alınaraq, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh MMC tərəfindən aparılmış qazıntı işləri nəticəsində zərərin dəydiyi müəyyən edilmişdir.
25. Apellyasiya məhkəməsi tərəfindən yenidən təkrar ekspertiza təyin olunmuş və məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzildə olan çatlar və tikilinin qarşısında aparılan tikinti işləri (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, qazıntı işlərinin aparılması zamanı əmələ gələn titrəmələri, torpağın kipləşdirilməsi) nəzərə alınaraq, həmin mənzildə mövcud olan qüsurların Cavabdeh MMC tərəfindən aparılmış qazıntı işləri nəticəsində yaranmaya xarakterik olduğu və bu işlər nəticəsində həmin mənzilə zərər dəydiyi müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 25 aprel 2018-ci il tarixli rəydə isə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilində mövcud olan deformasiya və çatların yaranmasının "xxxx" ASC-nin sifarişi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi vağzal ətrafı yağış sularının kənarlaşdırılması layihəsi çərçivəsində Cavabdeh MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir- beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əla qəsi olmadığı və həmin evdə yaranmış deformasiyalara səbəbin onun tikinti norma və qaydalarına əməl olunmadan tikilməsindən, bünövrə eninin və dərinliyinin az olmasından, örtük səviyyəsində monolit dəmir-beton kəmərin olmamasından olduğu göstərilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 24 may 2018-ci il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 16 aprel 2018-ci il tarixli müraciətlə bağlı, mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarları nda çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verdiyi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür. Qeyd edilənlər nəzərə alınaraq, yaşayış evinin təhlükəsiz istismarını və sakinlərin yaşayışının təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-134/2023 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)-104/2021 nömrəli qətnaməsi mübahi sələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş təkrar ekspertizaların rəylərinə, birinci instansiyası məhkəməsində dindirilmiş şahid ifadələrinə, habelə birinci instansiya məhkəməsində cavabdehə 3000 manat pul ödənilməsinə razı olması barədə ifadəsinə istinad etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-134/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.10, 560.1, 560.2, 1096.2, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 80, 81, 101, 101.3, 102-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işdə olan FHN-nin Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisləri tərəfindən mənzilə baxış keçirilmiş, fundamentinin tərpənməsi və divarlarda çatların yaranması səbəblərinin tikinti norma qaydalarının tələbləri baxımından yoxlanılaraq araşdırılmışdır. Müəyyən olunmuşdur ki, yaşayış evinin fundamentinin qazıntı işlərinin aparıldığı xə tdən 6-10 metr aralıq məsafəsində yerləşmiş, iş materiallarına əlavə olunmuş yaşayış mənzilinə dair texniki sənədlərdən isə müəyyən olunmuşdur ki, mənzil özbaşına tikilmiş, heç bir tikinti norma və qaydalarına əməl olunmamış, mənzilin bünövrəsinin yük daşıma qabiliyyəti olmamışdır. Həmin rəydə göstərilmişdir ki, yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikilməsi, bünövrə eninin və dərinliyinin az olması, mərtəbələrin örtük səviyyəsində monolit dəmir beton kəmərinin olmaması səbəbindən irəli gəlmişdir. Eyni zamanda rəydə göstərilmişdir ki, deformasiya və çatların yaranmasının "xxxx" ASC-nin sifarişi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Vağzalətrafı yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində Cavabdeh MMC tərəfindən Əfəndiy ev küçəsində yığma dəmir beton borularla yağış kollektorunun çəkilməsi ilə bağlı qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi yoxdur. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mənzildə deformasiya və çatların yaranması, heç də mənzilin yaxınlığında aparılan qazıntı işlərinin nəticəsindən yox, mənzilin özbaşına tikilməsi, tikilərkən tikinti norma və qaydalarına əməl olunmaması nəticəsindən yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlərindən biri olan 25 aprel 2018-ci il tarixli mütəxəssis rəyi ilə 24 may 2018-ci il tarixli Dövlət Agentliyinin rəhbərliyinin iddiaçıya yazdığı cavab məktubunun məzmunu arasındakı ziddiyyəti aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınan təkrar rəylər verilərkən FHN-n in Tikintidə X2 Agentliyinin 25 fevral 2022ci il tarixli məktubu nəzərə alınmamış, iş materiallarına əsaslanmamışdır.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərər in əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövq eyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticə ni qanunvericiliyə uyğun əsaslandırmışdır.
38. Kassasiya şikayətinin dəlilləri ilk olaraq iş üzrə alınmış ekspert rəylərinin əsassızlığı ilə bağlıdır.
39. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq iki dəfə iş üzrə təkrar ekspertizalar təyin etmiş və yuxarıdakı məzmunda rəylər almışdır (bax bənd 24-25). Həmin rəylər cavabdehin istinad etdiyi FHN Tikintidə X2 Agentliyinin “Azkommonlayihə” KLİ-nin mütəxəssis rəyinə zidd olsa da, apellyasiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən yalnız ekspert və mütəxəssis rəylərini deyil, həmçinin Mülki Prosessual Məcəllənin 88, 101.7-ci maddələrinə əsasən işdə olan digər sübutları, o cümlədən cavabdehin həmin ərazidə yerləşən başqa evlərə ziyan vurması nəticəsində qonşulara kompensasiyanın ödəməsini, hazırki iddia üzrə cavabdehin etirafedici hərəkətlərini (birinci instansiyası məhkəməsində ziyanı qismən ödəməyi iddiaçıya təklif etməsini) nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.
40. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikay əti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.