Məhkəmə qərarları › İş №2(102)-4127/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4127/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4127/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə "xxxx" QSC ilə bаğlаdığı 22.04.2008-ci il tаrixli 07L000001425 nömrəli uzunmüddətli kredit xətti müqаviləsinə əsаsən 120 (yüz iyirmi) аy müddətinə 300.000 (üç yüz min) АBŞ dоllаrı məbləğində kredit xətti аçılmışdır. Bundan sonra həmin müqaviləyə 15 yanvar 2016-cı il tarixli, 07M000000090S nömrəli sazişlə dəyişiklik edilərək ipoteka predmetinin təmin etdiyi öhdəlik üzrə kredit xəttinin məbləği 1.000.000 ABŞ dolları, müddəti isə 216 aya artırılmış və cavabdeh-ipoteka qoyan həmin şərtlərlə razılaşmışdır. 15 yanvar 2016-cı il tarixli 07S000004179S nömrəli Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Saziş əsasında kredit xətti müqaviləsinin müddəti və limitinin dəyişm əsi ilə bağlı zamin Cavabdeh2 məlumat verilmiş və sonuncunun razılığı alınmışdır. İddiаçı İddiaçı QSC ilə cаvаbdeh Cavabdeh1 аrаsındа bаğlаnmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli ipоtekа müqаviləsi əsasında həmin müqаviləyə əsаsən kredit xəttinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə kreditin qаytаrılmаsını təmin etmək məqsədilə Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) bank qarşısında yüklü edilmişdir. Аzərbаycаn Respublikаsı ƏMDK yаnındа DƏDRX-nin 9 saylı Ərаzi İdаrəsi tərəfindən həmin əmlakların ipоtekа ilə yüklü edilməsi qeydiyyаtа аlınmışdır.

2. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə q aytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.

3. Bank 11.06.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiаçı İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 44.804,49 ABŞ dolları fаiz və 80.920,35 ABŞ dolları cərimə olmaqla, cəmi 238.377,01 ABŞ dolları məbləğində kredit borcu, 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 2.427,40 ABŞ dolları cərimə olmaqla, cəmi 6.767,43 ABŞ dolları məbləğində, hər iki kredit razılaşması üzrə cəmi 245.144,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydad a tutulması, Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəyişdirilmişdir).

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22 aprel 200 8-ci il tarixli 07L000001425 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07L000001425S nömrəli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 216 ay, kredit xəttinin məbləği isə artırılaraq 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqаviləyə əsаsən bоrcluyа veriləcək məbləğin və müddətin аyrıcа оlаrаq Kredit rаzılаşmаsı ilə müəyyən оlunmаsı nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130.000 ABŞ dolları məbləğində kredit ver ilmişdir. Tərəflərin imzaladıqları 10 fevral 2016-cı il tarixli 007R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 09 mart 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17.347,83ABŞ dolları ödəmiş, 112.652,17 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablan ır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 fevral 2018-ci il tarixə 721 gün üçün hesablanmış faiz borcu 44.804,49 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 28 fevral 2018-ci il tarixə 721 gün üçün hesablanmış cərimə 80.920,35 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 659,97 ABŞ dolları ödəmiş, 4.340,03 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 28 fevral 2018-ci il tarixə 545 gün üçün hesablanmış cərimə 2.427,40 ABŞ dolları təşkil etmişdir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti v ə faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında sonuncu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Eyni zamanda Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavab deh1 ilə Bank arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmış dır. Tərəflər arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07M000000090S nömrəli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış sahəsinin (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qоyаn Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.2-ci bəndinə uyğun olaraq 16 oktyabr 2017-ci il tarixd ə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 25 oktyabr 2017-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron 6. 7. 8.

9. Xidmətlər Portalı vasitəsilə Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərаzi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş 31 oktyabr 2017-ci il tarixdə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanmış 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 5 nömrəli reyestr 36 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışla Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07M00000030 7S nömrəli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 5 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışla Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdeh1 məxsus Qəbəl ə rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ipoteka müqaviləsinə əsasən İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Cavabdeh3 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək qeyd olunan əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda həmin əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun götürdüyü kredit borcunun bir hissəsini ödəmişdir, lakin sonradan ölkədə baş vermiş ikinci devalvasiya səbəbindən yaranmış maliyyə böhranı ilə əlaqədar olaraq ödənişlərində gecikmələr baş verib, daha sonra isə ödənişlərini tamami lə dayandırmaq məcburiyyətində qalmışdır. Bankın tələb etdiyi əsas borc məbləği ilə onun etirazı olmasa da, hesab edir ki, faiz və cərimə məbləğləri həddindən artıq şişirdilib. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 verilən kreditlərin məbləğlərindən tarixlərindən, faiz dərəcələrindən və qaytarılması şərtlərindən xəbəri olmayıb, nə də bank ona belə bir məlumat verməyib. Hazırda onun işi ilə analoji işlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edilib və hesab edir ki, hazırki işə qeyd edilən qərarın müddəaları çərçivəsində baxılmalı və iddianın ona aid hissəsi rədd edilməlidir. "xxxx" MMC-nin 10 sentyabr 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Heydər Əliyev k üçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 117.000 manat, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti isə 138.000 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin (hakim V.Sadıqov) 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cаvаbdeh Cavabdeh1ndаn qətnаmənin icrа оlunduğu günə оlаn Аzərbаycаn mаnаtının məzənnəsi ilə hesаblаnmаqlа 31 mart 2015-ci il tаrixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 АBŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcu iddiаçı İddiaçıQapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmа аçıq hərrаcdаn sаtılmаqlа ipоtekа ilə yüklü edilmiş Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən MH seriyаlı ******* nömrəli Çıxаrışа əsаsən (reyestr nömrəsi – **********99-06301; qeydiyyаt nömrəsi – 190701199; qeydiyyаt tаrixi – 27.03.2007-ci il) cаvаbdeh Cavabdeh1 məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən MA seriyаlı ******* nömrəli Çıxаrışа əsаsən (reyestr nömrəsi – **********80-1 0301; qeydiyyаt nömrəsi – **********; qeydiyyаt tаrixi – 30.12.2010-cu il) cаvаbdeh Cavabdeh1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına 31 mart 2015-ci il tаrixli 007R********** nömrəli və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşmalаrı üzrə Cavabdeh1 оğlunun ümumilikdə 170.996,26 ABŞ dolları məbləğində kredit borcu, hаbelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulması, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılması, yаşаyış evinə tutmа yönəldikdən və о sаtıldıqdаn sоnrа bir аy ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 evi tərk etmədikləri hаldа, оnlаrın həmin evə istifаdə hüquqlаrı itirilmiş hesаb edilsin və оnlаr həmin evdən məcburi qаydаdа çıxаrılmаqlа, ev bоşаldılаrаq аlıcıyа təhvil verilməsi, ipоtekа predmetinin qiymətləndirilməsinə görə 400 mаnаt xidmət hаqqı iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulаrаq "xxxx" MMC-yə ödən ilməsi, iddiа qаlаn hissədə, о cümlədən cаvаbdeh Cavabdeh2nа аid hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11. "xxxx" MMC-nin 15 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) hazırki vəziyyətdə real bazar dəyəri 100.000 manat, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin isə (0,19 ha torpaq sahəsi ilə birlikdə) 80.000 manat təşkil edir.

12. Şəki Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) 17 oktyabr 2019-cu il tarixli, 2(107)-697/19 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsi ndə yerləşən 8 saylı qeyri- yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin movqeyinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin 15 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) hazırki vəziyyətdə real bazar dəyəri 100.000 manat, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin isə (0,19 ha torpaq sahəsi ilə birlikdə) 80.000 manat müəyyən edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) 2(102)-1276/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməməsi və əmlakların ilkin satış qiymətinin müəyyən edilmə si hissələrində ləğv edilərək, həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətindən görünür ki, şikayətdə 1-ci instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində mübahisələndirilən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakın boşaldılması, alıcıya təhvil verilməsi hissəsinə heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və qeyrilərinin evi tərk etmədikləri halda onların həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qeydiyyatdan çıxarılmaqla, ev boşaldılaraq alıcıya təhvil verilməsi və qeyri-yaşayış binasına münasibətdə tələbin təmin edilməməsi hissəsində qətnaməni dəyişdirilmədən saxlayarkən 2 oxşar məsələ üzrə birinci instansiyası məhkəməsinin fərqli nəticəyə gəlməsini nəzərə almamış, heç nə ilə əsaslandırmadan qətnaməni həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 16. "xxxx" MMC-nin Cavabdeh1 məxsus Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) dəyərinin müəyyən edilməsi barədə 13 yanvar 2021-ci il tarixli 05/1 nömrəli hesabatda göstərilmişdir ki, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) bazar qiyməti 125.000 manat, likvid dəyəri 115.000 manat təşkil edir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) 23 fevral 2021-ci il tarixli, 2(107)-55/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilməsi, ipoteka predmeti olan Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiymətinin 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiymətinin isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabde h1 və qeyrilərinin evi tərk etmədikləri halda onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qeydiyyatdan çıxarılmaqla, ev boşaldılaraq alıcıya təhvil verilməsini qət etsə də, iki oxşar məsələ olan qeyri-yaşayış binasına münasibətdə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmədə təkrar olaraq qiymətləndirmə ilə əlaqədar olaraq tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatət verdi, məhkəmə onun vəsatətini təmin etmədi. Lakin, Qəbələ şəhərində və Qəbələ rayonunda torpaq sahəsi ilə birlikdə həm qeyri-yaşayış binasının, həm də yaşayış evinin dəyəri çox yüksəkdir. Həmçinin, Həmzəlli kəndində olan yaşayış evi qiymətləndirilərkən yardımçı tikililər nəzərə alınmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi bu baxımından daha ədalətlidir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir k, bankdan aldığı pulu vaxtı-vaxtında ödəmişdir, kredit borcunun ödənilməsi ilə əlaqədar heç bir problemi olmamışdır. Lakin, manatın devalvasiyasından sonr a kredit borcunun ödənilməsində problemləri yarandı. Ona görə də hesab edir ki, krediti ödəyə bilməməyi üzrlü səbəbdən olmuş və məhkəmə ancaq iddiaçının iddia ərizəsində göstərdiklərinə istinad edərək qətnamə çıxarmışdır. Bununla da, məhkəmədə tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

24. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

25. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şə rtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən məhkəməyə təqdim оlunmuş 10 sentyabr 2018ci il tаrixli 29/18 və 30/18 nömrəli hesаbаtlardа tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşə n 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) qiymətinin 117.000 mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) qiymətinin isə 138.000 təşkil etdiyi göstərilmişdir.

33. Apellyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin 15 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) hazırki vəziyyətdə real bazar dəyəri 100.000 manat, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin isə (0,19 ha torpaq sahəsi ilə birlikdə) 80.000 manat müəyyən edilmişdir

34. DƏDRX-nin 07 sentyabr 2020-ci il tarixli 2445 və 2446 nömrəli qiymətləndirməyə dair rəylərdən müəyyən olunu r ki, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış evinin 07 sentyabr 2020-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil edir.

35. Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin isə 07 sentyabr 2020-ci il tarixinə bazar dəyəri 90.000 manat təşkil edir. 36. "xxxx" MMC-nin Cavabdeh1 məxsus Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) dəyərinin müəyyən edilməsi barədə 13 yanvar 2021-ci il tarixli 05/1 nömrəli hesabatda göstərilmişdir ki, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) bazar qiyməti 125.000 manat, likvid dəyəri 115.000 manat təşkil edir.

37. Həmin MMC-nin Cavabdeh1 məxsus Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin 0,19 ha torpaq sahəsi ilə birlikdə dəyərinin müəyyən edilməsi barədə hesabatda isə göstərilmişdir ki, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi 0,19 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 110.000 manat, likvid dəyəri 100.000 manat təşkil edir.

38. Beləliklə, apellyasiya kollegiyası iş materiallarını araşdırıb, mübahisə predmeti olan daşınmaz əmlakların yenidən qiymətləndirilməsi ilə müəyyən etmişdir ki, hazırda iş üzrə Cavabdeh1 məxsus olub Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının bazar qiyməti 125.000 manat, likvid dəyəri 115.000 manat, Qəbələ rayonunun Həmzəli kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin həmin torpaq sahəsi ilə birlikdə bazar qiyməti 110.000 manat, likvid dəyəri 100.000 manat təşkil edir.

39. Ape llyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş qiymətləndirmələrdən "xxxx" MMC tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binası (mağaza) və fərdi yaşayış evinə qoyulmuş ilkin satış qiymətləri daha uyğun və əsaslıdır. Bu qiymətlər həm də ona görə münasibdir ki, bu zaman hər iki daşınmaz əmlakın həm bazar qiyməti, həm də likvid dəyəri nəzərə alınmışdır.

40. Qəbələ şəhəri, Heydər Əliyev küçəsi, 0,0106 ha torpaq sahəsində yerləşən 8 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbi ilə bağlı apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabd eh1 və qeyrilərinin evi tərk etmədikləri halda onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qeydiyyatdan çıxarılmaqla, ev boşaldılaraq alıcıya təhvil verilməsini qət etsə də, iki oxşar məsələ olan qeyri-yaşayış binasına münasibətdə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən baxılan hissədə işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiym ət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar