Məhkəmə qərarları › İş №2(102)-4129/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4129/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4129/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia qaldıraraq, xx xxx 2014-cü il tarixli borc etirafı müqaviləsinin etibarsız he sab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx xxxx 2019-cu il tarixli, x9 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə və Cavabdeh2 arasında Bakı şəhəri 51 nömrəli Notariat Kontorunda xx xxx 2014-cü il tarixdə bağlanmış borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxx 2020-ci il tarixli, xnömrəli qərardadı ilə həmin məhkəmənin 01 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən kassasiya şikayətinin verildiyi “xxxx” MMC qanunla müəyyən olunmuş qaydada lisenziya əldə etməklə müvafiq icra hakimiyyəti orqanının nəzarətində sürətli poçt xidmətini həyata keçirməyə səlahiyyət qazanmış poçt rabitəsi orqanıdır. Kassasiya şikayətinin bilavasitə məhkəməyə vermək və ya rabitə orqanı vasitəsilə məhkəməyə göndərmək tərəfin hüququdur. Şikayət vaxtında həmin rabitə orqanına verildiyi üçün müddət ötürülməmişdir. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin imzasının şübhə altına alınması da əsassızdır. Belə ki, kassasiya şikayətinin xn tərəfindən poçt vasitəsilə vəkilə göndərilməsinə dair elektron çıxarış məhkəməyə təqdim edilsə də, qəbul edilməmiş və nəzərə alınmamışdır. Halbuki, “poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən ABŞ-dan göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycanda qəbul edilmişdir. Hazırda kassasiya şikayətinə əlavə edilə n və ABŞ-ın Florida ştatının dövlət notariusu tərəfinədn apostil edilmiş, xn tərəfindən Azərbaycan Respublikasına ünvanlanmış ərizədən də görünür ki, o, notarial qaydada təsdiq edilmiş ərizə göndərərək kassasiya şikaytinin onun tərəfindən imzalanaraq vəkilə göndərdiyini bir daha təsdiq etmişdir. Bunlara baxmayaraq apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi və vəkili X2, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar ed ilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki işdə olan qəbzdən görünür ki, məlum qətnamənin surəti cavabdehin vəkili tərəfindən xx xxxxxx 2019-cu il tarixdə şəxsən imza edilməklə əldə edilmişdir. Cavabdeh tərəfindən verilən kassasiya şikayətinə vurulan “daxilolma” ştampından isə görünür ki, şikayət məhkəməyə xx xxxxxx 2 020-ci il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, onun tərəfindən kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə verildiyindən, qanunla müəyyən olunmuş 2 aylıq şikayətvermə müddəti ötürülmüş, şikayətə müddətin bərpa olunmasına dair vəsatət də əlavə edilməmişdir. İddiaçının vəkili qeyd etmişdir ki, kassasiya şikayətini xx xxxxxx 2020-ci il tarixdə «Expresspoçtservis» kuryer firmasına təqdim etmişdir, bununla da onun tərəfindən müddət ötürülməmişdir. Apelyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin prosessual müddətlərin tənzimlənməsindən bəhs edən 129.3-cü maddəsində isə apelyasiya və kasassiya şikayətlərinin verilmə müddətinin ötürülməməsinin şərti kimi, həmin şikayətlərin yalnız rabitə orqanına verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin vəkili tərəfindən verilmiş kassasiya şikayətində “Expresspoçtservis” kuryer firmasının 073301 saylı göndərişindəki qeydlərə əsasən həmin zərfin xx.xx.2020-ci tarixdə “Expresspoçtservis”ə verilməsi, 10 (on) gün müddətində, yəni xx.xx.2020-ci il tarixdə isə ünvan sahibinə çatdırıldığı müəyyən oldunur. Həmin göndərişin üzərindəki qeydlər hər hansı möhür və ya ştampla təsdiqlənməmişdir. x saylı mülki işdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-nin məhkəmə baxışı zamanı tədqiq olunmuş xx.xx.2015-ci il tarixli № xsaylı məktubunda (ar ayış) respublikadaxili poçt göndərişlərinin nəzarət keçid müddətlərinin dəqiq günləri göstərilmişdir. Həmin arayışa əsasən şəhər və rayon mərkəzləri arasında poçt göndərişinin keçid müddəti G+1 gün müəyyən edilmişdir. Qeyd olunan arayışa əsasən poçt göndərişinin ən uzun müddəti ayrı-ayrı rayonların kəndləri arasında olan müddətdir ki, bu da G+4 gün təşkil edir. Aparılmış araşdırmalarla müəyyən olunur ki, müvafiq icra orqanın tabeliyndə olan müvafiq rabitə orqanları tərəfindən hal-hazırda Bakı şəhərinin daxilində poçt göndərişlərinin xəbərnaməli çatdırılması 2-3 (iki-üç), müstəsna hallara isə 4 (dörd) gün təşkil edir, sifarişçilər poçt göndərişlərinin bundan da tez göndərilməsini, yəni zərflərin əsasən həmin günü və ya səhəri günü çatdırılmasını istədikdə, iki və daha artıq dəfə xidmət haqq ı ödəməklə, surətli kuryer xidmətindən istifadə edirlər. Kollegiya qeyd edir ki, hamıya məlum olan haldır ki, sürətli poçt xidməti üçün nəzərdə tutulan haqq «xxxx»un göstərdiyi eyni xidmətə görə aldığı haqdan dəfələrlə yüksəkdir. Bununla belə, məhkəmə iclasında vəkil xa apelyasiya şikayəti vermə müddətinin başa çatdığı gün onu şəxsən məhkəməyə təqdim etmək imkanları olduğu halda, artıq xidmət haqqı ödəməklə onu surətli kuryer xidmətinə verməsinin səbəblərini inandırıcı və ağlabatan şəkildə izah edə bilmədi. Nümayəndə, həmçinin apelyasiya şikayətini “Expresspoçtservis” kuryer firmasına həqiqətən də göndərişin üzərində qeyd olunmuş tarixdə təqdim etməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə gör ə bu halın sübut olunması onun üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi R.Əhmədovun şikayətə qarşı etirazında irəli sürdüyü şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, kassasiya şikayətinin isə vaxtında verildiyi görünütüsü yaratmaq üçün şikayətin rabitə orqanına yox, kuryer xidmətinə verildiyi barədə dəlilini inandırıcı və ağlabatan hesab edir. Eyni zamanda, Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili xa kassasiya şikayətini cavabdeh tərəfindən imzalanması üçün elektron poçtla cavabdehə göndərdiyini, həmin şikayətin cavabdeh tərəfindən şəxsən imzalanaraq geri qaytarıldığını bildirsə də, həmin sənədin hansı yolla ABŞ-a göndərilməsi, eləcə də cavabdeh tərəfindən şəxsən imzalandıqdan sonra isə hansı yolla Azərbaycan Respublikasına geri qaytar ılması barədə heç bir sübut Məhkəməyə təqdim edə bilmədi. Belə olan halda müəyyən olunur ki, kassasiya şikayəti cavabdeh xn tərəfindən imzalanmamışdır. Məhəmə kollegiyasının iclasında vəkil cavabdehin ABŞ-da verdiyi notarial qaydada təsdiq olunmuş etibarnaməsini təqdim etmişdir. Təqdim olunmuş həmin etibarnamə ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, etibarnaməyə x xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq qanunla müəyyən edilmiş qaydada apostil verilməmiş, həmçinin etibarnamə kassasiya şikayəti imzalandığı tarixdən sonra daxil olmuşdur.” Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan məhkəmə və poçt qəbzlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə Sevinc Məmmədəliyeva təqdim edilmiş, həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti isə müddətin sonuncu günü - xx.xx.2020-ci il tarixdə sifarişli poçt xidmətinə verilmişdir. Belə olan halda, cavabdeh həmin şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş sayılır. Çünki, Mülki Prosessual Məcəllənin 129.1-ci və 129.3-cü maddələrinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müd dətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Kollegiya hesab edir ki, kassasiya şikayətini bilavasitə məhkəməyə təqdim etmək və ya rabitə orqanı vasitəsilə məhkəməyə göndərmək işdə iştirak edən şəxsin hüququdur. Tərəf bu imkanlardan hər hansı birini seçməkdə, o cümlədən şikayətini məhkəməyə çatdırılması üçün rabitə orqanına təqdim etməkdə sərbəstdir. İşdə olan, Kommersiya qurumunun dövlət reyestrindən verilmiş **********731600 nömrəli çıxarışından görünür ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı il tarixdə ********** nömrəli vöenlə qeydiyyata alınmışdır. Eyni zamanda Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyinin verdiyi 091053 nömrəli lisenziyadan aydın olur ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz surətli poçt xidmətini həyata keçirməyə icazə verilmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Belə olan halda, cavabdeh kassasiya şikayətini xx.xx.2020-ci il tarixdə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etdiyi andan onu rabitə orqanına vermiş sayılır. Kollegiya kassasiya şikayətinin cavabdeh tərəfindən imzalanmamasına dair apelyasiya instansiyası məhkəməsinin mövqeyini d ə əsaslı hesab etmir. Belə ki, işdə olan “poçt göndərişlərinin izlənilməsi”nə dair çıxarışdan görünür ki, göndərən ölkə X4, təyinat məntəqəsi Azərbaycan qeyd edilməklə göndərilən poçt göndərişi xx.xx.2020-ci il tarixdə Azərbaycanda alıcıya çatdırılmışdır. Bundan əlavə, ABŞ-ın Florida ştatının dövlət notariusu tərəfindən apostil edilmiş, xn tərəfindən Azərbaycan Respublikasına ünvanlanmış ərizədən də görünür ki, o, notarial qaydada təsdiq edilmiş ərizə göndərərək kassasiya şikaytinin onun tərəfindən imzalanaraq poçt vasitəsilə vəkilə göndərdiyini təsdiq etmişdir. Ərizədə əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayətindəki imza ona məxsusdur və şikayətin məzmunu onun fikirlərinə əsasən tərtib olunmuşdur. Göründüyü kimi, cavabdehin adından verilmiş kassasiya şikayətindəki imza ona məxsus olmasa belə, xnin yuxarıda qeyd edilən notarial və apostil edilmiş ərizəsi ilə həmin imzanın özünə məxsus olmasını bildirməsi bəyənmə sayılır və bu iradə bəyanı geriyə şamil olunur. Mülki Məcəllənin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Ona görə də, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayəti n MPM-nin 409-cu maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti t əmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verildiyindən kassasiya şikayətinin MPM-nin 409-cu maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar