Məhkəmə qərarları › İş №2(102)-4129/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4129/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4129/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, “Term” kompaniyasının, "xxxx" ASC-nin, X nun, X nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan “TERM” kompaniyası ilə İddiaçı arasında bağlanmış 04.02.2005-ci il tarixli müqavilədən və ona əlavə edilmiş öhdəlikdən və mənzillərin satış cədvəlindən görünür ki, iddiaçı Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin dəyərinin ilkin hissəsini ödəməklə tikintisini “TERM” kompaniyasına həvalə edir. Mənzil sahəsi 87,1 kv.m olmaqla 2 otaqlıdır, qiyməti 106 697 500 manat, ilkin payın qiyməti 93.100.000 manat, qalıq məbləğ isə 13.597.500 manatdır. Həmin mənzilin dəyəri 13.06.2005-ci il tarixinə tam ödənilmişdir.

2. İş materiallarında olan 05 fev ral 2013-cü il tarixli maliyyə arayışından görünür ki, “TERM” kompaniyası tərəfindən tikilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili 08.02.2013-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. 4. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.03.2013- cü il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin alınması üçün bank tərəfindən 300 ay müddətinə, illik 8%-lə 25 000 manat kredit verilir. 5. 07.03.2013-cü il tarixli, 13011-0187/130215 saylı mənzilin alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və alıcı tərəfindən 07.03.2013-cü il tarixli, X saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Mənzilin satış qiyməti 45.000 manatdır, mənzilin dəyərinin 20000 manatı alıcıipoteka qoyan Cavabdeh2 tərəfindən, 25000 manatı isə kreditor ipoteka saxlayan "xxxx" ASC tərəfindən ödənilir. Bu məqsədlə bank borcluya 25 il müddətinə illik 8% ödəməklə 25.000 manat məbləğində kredit verir. İpoteka predmeti kimi mənzil 43.000 manat q iymətləndirilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 06.04.2013-cü il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili 13.04.2013-cü il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının X saylı, 12.02.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alğı-satqı əsasında X1 baxmayaraq, saxta sənədləşmə əsasında qayınatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2017- ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 308.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan mərhum edilmiş və həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxslər “Term” kompaniyası, "xxxx" ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoru, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TE RM” Kompaniyasının adından bağlanmış alğı-satqı müqaviləsinin, 07.03.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış X saylı alğısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin, 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Bu mənzilə görə “TERM” Kompaniyasına ********* manat (k öhnə) pul ödəmiş və mənzil onun mülkiyyətinə verilmişdir. Lakin mənzildə təmir işləri apara bilməmiş, ora köçməmiş və mənzil boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru Cavabdeh3 adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qayınatası) Cavabdeh1 adına keçirmişdir. Lakin “TERM” Kompaniyasına mənzillə bağlı Cavabdeh1 tərəfindən hər hansı ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürülməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra, mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 130110187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən yaxın qohumu Cavabdeh2 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində Q.S.Mamedovun adı qeyd olunmuşdur. Lakin “TERM” Kompaniyasının keçmiş direktoru Cavabdeh3 qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də onun hüquqları pozulmuşdur.

10. Cavabdeh2 nümayəndəsi Yusif Allahyarov və Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə etiraz etmişlər.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahçudov) 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Dilyar oğluna, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

12. Məhkəmə mövqeyinə görə işin faktiki halları ona dələt edir ki, həqiqətən də iddiaçı mübahisəli mənzili özü almamış, mənzil onun qardaşı Etibar tərəfindən alınmış, mənzilin məbləği də, sonuncu tərəfindən ödənilmiş, sonradan da, mənzil sonuncunun tələbi ilə satılmış, bir müddət sonra sonuncu vəfat etmiş, bundan istifadə edən “TERM” kompaniyası hazırki iş üzrə İddiaçı ilə birləşərək “TERM” kompaniyasının əvvəlki direktoru, hazırki iş üzrə Cavabdeh3 aralarında yaranan kəsk in münasibətlərə görə mənzili sonuncunun əlindən almaq üçün məhkəməyə təqdim olunmuş iddia ərizələrində də öz təsdiqini tapır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) 16 mart 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2016-cı il tarixli X nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqa viləsinin, 07.03.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, İddiaçı apellyasiya şikayətinn verilməsi üçün ödədiyi 5 manat dövət rüsumunun Cavabdeh3 tutularaq ona qaytarılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçının mübahisəli mənzil üzərində hüquqları vardır. İddiaçının mübahisəli daşınmaz əmlak üzərində sərəncam hüququ olmasa da, onun həm in əmlak üzərində Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş istifadə və sahiblik hüququ vardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də İddiaçı hazırkı tələb lə çıxış etməsi üçün tam subyektiv hüquqa malik olmuşdur. Birinci instansiya məhkəməsi də iddianı rədd edərkən, sözü gedən mənzilin faktiki alıcısının İddiaçı yox, onun qardaşı Etibar adlı şəxsin olduğunu və mənzilin sonrakı satışının da onun tələbi əsasında həyata keçirildiyini əsas gətirmişdir. Bununla razılaşmayan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd etdiyi Etibar adlı şəxsin kimliyini, iddiaçının qardaşı olub-olmamasını, pulun qaytarılıb-qaytarılmamasını araşdırmamış, artıq vəfat etmiş şəxsin guya mənzilin dəyərini geri alması barədə heç bir tutarlı, legitim və mötəbər sübut olmadığı halda fərziyyəyə istinad etmişdir. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uy ğun əsaslandırılmalıdır (AR MPM-in 217-ci maddəsi). Bununla yanaşı, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini onların əsil iradə ifadəsi kimi qiymətləndirmək ağlabatan olmazdı. Qeyd olunan alqı-satqı müqavilələri görünüş üçün bağlanmış, həmin əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş Cavabdeh3 kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamış, mənzilin həqiqi dəyəri ödənilməmişdir. Cavabdeh3 mübahisəli mənzilə dair öz qayınatası ilə “Term” kompaniyasının adından, hətta görünüş üçün olsa da, yalan, uydurma alqı-satqı müqaviləsi bağlayarkən həmin mənzil iddiaçıya məxsus olmuş, onun qeyd edilən mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Eləcə də, mübahisəli mənzilin Cavabdeh3 tərəfindən cavabdeh qayınatası Cavabdeh1 vasitəsi lə heç bir ay keçmədən bibisi oğlu Cavabdeh2 satılması da görünüş üçün olmuş və bu fakt iş materiallarına əlavə edilmiş Cavabdeh3 cinayət işi üzrə məhkəmə qərarı ilə də öz təsdiqini bir daha tapmışdır. Həm birinci instansiya məhkəməsi, həm də iddiaya etiraz edən cavabdeh tərəf dəlillərini onunla əsaslandırmağa çalışmışdır ki, iddiaçı uzun müddət mənzillə maraqlanmamış, heç onun dəqiq yerini də bilmir, mənzilə sahiblik etməmiş, ondan istifadə etməmiş, təmir etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəll ənin 152.7-ci maddəsinə görə isə istifadə hüququna şəxsin öz əşyasından istifadə 10 etməməsi imkanı da daxildir. Mənzili təmir edib-etməməsi mənzil sahibinin mülahizəsindən asılı olduğu üçün Qaçay Mamedov bu hüquqdan istifadə etmişdir. Digər tərəfdən məhkəmə baxışı zamanı Qaçay Mamedov bildirdi ki, mübahisəli mənzil onun istifadəsindədir. İşdən görünür ki, İddiaçı şikayətində, həm də şəxslərin hərəkətlərindəki cinayət əlamətləri barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə ilə bağlı artıq təqsirkar şəxs məsuliyyətə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə həmin tələbin təmin edilməsi üçün heç bir əsas qalmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) X nömrəli iş üzrə 03 avqust 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin qismən, üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətinin isə təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qənaətinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisəli mənzil alınarkən qanunvericiliyin heç bir norması pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusat larla bağlı birinci instansiya məhkəməsinin mövqeyini dəyərləndirməməklə və kifayət qədər araşdırma aparmamaqla qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) 12 noyabr 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 mart 2016-cı il tarixli X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) X nömrəli iş üzrə 04 mart 2019cu il tarixli qərarı ilə iddiaçı X6 və vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, X nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda icraat

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2020-ci il tarixli Qərarı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyy atının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

22. Qərar belə əsaslandırılmışdır ki, mübahisəli mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh3 isə “TERM” kompaniyası adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda, “TERM” komp aniyasının direktoru Cavabdeh3 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin K. Gülməmmədova satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 mübahisəli mənzilin “Term” kompaniyası tərəfindən İddiaçı satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə həmin mənzilin Cavabdeh1 məxsus olması barədə saxta maliyyə arayışı və “ətraflı” arayışları tərtib edərək Cavabdeh1 adına “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarış almış, sonradan mənzilin gohumu Cavabdeh2 satılmasını və "xxxx" ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə 25.000 (iyirmi beş min) manat ipoteka krediti rəsmiləşdirilməsini təşkil etmiş və həmin vəsaiti özünün şəxsi ehtiyacları üçün sərf etmişdir. Mənzilə dair “TERM” kompaniyası adından Cavabdeh1 ilə bağlanmış alğı-satqı müqaviləsi, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə Cavabdeh1, nə də Cavabdeh2 həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq Cavabdeh3 mülkiyyətinə keçirmək olmuşdur. Belə ki, həmin müqavilələr üzrə alıcılar (Cavabdeh1, Cavabdeh2) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər. Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğ ı-satqı müqaviləsinə gorə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Bu baxımdan qeyd olunmuşdur ki, İddiaçı iddiası üzrə işə baxan məhkəmələr qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş faktları nəzərə almamış və onlara hüquqi qiymət verməmişlər. ə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun X nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının X saylı, 04 mart 2019-cu il tarixli qərarı və həmin qərarla əlaqədar Sumq ayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının X saylı iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.

24. Qərar Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə uyğun əsaslandırılmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və H.Babayeva) 16 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin X nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi s ahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi, 07.03.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyərini tam ödə məklə Q.Mamedov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh3 isə “TERM” kompaniyası adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda, “TERM” kompaniyasının direktoru Cavabdeh3 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin Cavabdeh1 satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Mənzilə dair “TERM” kompaniyası adından Cavabdeh1 ilə bağlanmış alğı-satqı müqaviləsi, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğısatqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə Cavabdeh1, nə də Cavabdeh2 həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq Cavabdeh3 mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcıl ar (Cavabdeh1, Cavabdeh2) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnu əldə edib-etmədiyini, onun bu iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığım araşdırmadan qətnamə qəbul edib. Bu qəbul edilməzdir. Belə ki, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnu əldə edib-etməyib. Bu səbəblə onun Cavabdeh2 qarşı bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bunu aşağı dakılar təsdiq edir. İddiaçı ilə Term Şirkəti arasında mübahisəli mənzilin alqı-satqısına dair müqaviləni 2005-ci ildə bağlandı. Həmin müqavilənin bağlandığı vaxt nə bina, nə də mənzil hazır deyildi. Yəni daşınmaz əmlak (əşya) mövcud deyildi. Mövcud olmayan daşınmaz əşya üzərində təbii ki, mülkiyyət hüququ əmələ gələ bilməz. Bundan başqa MM-nin 178.2-ci maddəsində deyilir ki, “Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir”. Başqa bir ifadə ilə İddiaçı adına DƏDRX-də bu mənzil ilə bağlı hər hansı bir qeydiyyat olmadığı üçün onun həmin mənzil üzərində mülkiyyət hüququnu əmələ gəlməmişdir. Mənzil üzərində mülkiyyət hüququ olmayan İddiaçı mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Məlum olduğu kimi mənzil üzərində mülkiyyət hüququ olmayan İddiaçı Cavabdeh2 qarşı “olmayan mülkiyyət hüququna dayanaraq mənzilin geri tələb edilməsinə dair iddia qaldırmışdır. Belə bir iddia qaldırmağa onun subyektiv hüququ da yoxdur. Məlumdur ki, İddiaçı Term Şirkəti ilə bağladığı alqı-satqı müqaviləsi əsasında Term Şirkətinə qarşı nisbi xarakterdə bir tələb hüququ (mənzilin təhvil verilməsini tələb etmək hüququnu) əldə etmişdir. Belə ki, həmin müqavilənin bəndlərindən birində deyilir ki, “Term Şirkəti həmin mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür. Məlum olduğu kimi, 2007-ci ildə mənzil və bina hazır olsa da, belə bir təhvil-təslim reallaşmadı. İddiaçı həmin mənzilin təhvil verilməsini və ya müqavilə icra edilmədiyi üçün özünə dəyən zərərin ödənilməsini Term Şirkətindən tələb edə bilər. Bu nisbi bir hü quqdur. İddiaçı həmin nisbi hüququnu Cavabdeh2 qarşı istifadə edə bilməz. Qısacası, bu iddia tələbi üzrə Q. Məmmədovun subyektiv hüququ yoxdur, ona görə də iddia tələbi rədd olunmalıdır. Lakin apellyasiya məhkəməsi bunları araşdırmadan MM-nin 178.2-ci və digər qanunvericilik aktlarını pozaraq qətnamə qəbul etdi ki, bu qəbul edilməzdir. Apellyasiya Məhkəməsi mübahisəli mənzil ilə bağlı Cavabdeh2 vicdanlı əldə edən olub olmadığını araşdırmadan qətnamə qəbul edib. Bu qəbul edilməzdir. Belə ki, həmin mənzil ilə bağlı Cavabdeh2 vicdanlı əldə edən olduğunu aşağıdakı faktlar sübut edir: Məlum olduğu kimi Cavabdeh2 himin mənzili Cavabdeh1 notarial qaydada bağlanmış müqavilə əsasında 45.000 manat satın alıb. Həmin mənzilin qiymətinin 20.000 manatım notarius vasitəsi ilə satıcıya ödəyib. Buna dair s übutlar işdə var. Qalan 25.000 manatı da Bank Respublikada aldığı ipoteka krediti ilə bank tərəfindən Gülməmmədova ödənilib. Həmin krediti də bu il Cavabdeh2 Banka geri ödəyib qurtarıb. Buna dair sənəd də iş də var. Cavabdeh2 mənzili alarkən Gülməmmədov ona mənzilin onun adına qeydiyyatda olduğunu göstərən Çıxarışı təqdim edib. Cavabdeh2 Daşınmaz Əmlak Reyestrinin məzmunun həqiqiliyinə və tamlığına inanaraq və güvənərək həmin mənzili notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə satın alıb. Belə bir durumda Cavabdeh2 vicdanlı olmadığım qəbul etmək MM-nin 140-cı və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 16.6-ci maddəsi ilə tənzimlənmiş Reyestrin həqiqiliyi və tamlığı prezumpsiyasına və Konstitusiya Məhkəməsinin bir çox qərarına zidd olardı. Məhz AR Koqştitusiya Məhkəm əsinin 18 iyul 2018-ci il tarixli qərarında bu prezumpsiya ilə bağlı deyilir: Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin aşkarlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadının təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və o nun hüquqları qorunur”. AR Konstitusiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarında bu perzumpsiya ilə bağlı deyilir: Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetırilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X ilə x arasında mübahisəli evə dair 2 iyul 2016-cı il tarixli notarial alqı-satqı müqaviləsi bağlanmış və X 26 iyul 2016-cı il tarixində yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış almışdır. Bu baxımdan işə baxan Məhkəmələr (haqlı olaraq) alqı-satqı müqaviləsinin etibarlı olduğunu qəbul etmiş və G.Əhmədovanı vicdanlı alıcı hesab edərək və onun xeyrinə reyestrdəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası tanınmışdır”. Bu mənzil üzrə Cavabdeh2 vicdanlı əldə edən olduğu fa ktını apellyasiya məhkəməsi göz ardı edərək Qanunvericiliyin imperativ normalarım pozmuşdur.

29. Apellyasiya Məhkəməsinin işi təfsilatlı araşdırmadan Konstitusiya Məhkəməsinin qoyduğu tələblərə əməl etmədən qətnamə qəbul edərək qanunvericiliyi pozmuşdur. Bütün bunları iş materiallarındakı sənəd və hüquqi məsələlərə xronoloji qaydada baxdıqda rahatlıqla görünür. Belə ki, 04.02.2005-ci il tarixində Term Şirkəti ilə İddiaçı arasında mübahisəli mənzilə dair alqısatqı müqaviləsi bağlanıb. Əslində mənzili Etibar Məmmədov almış və qiymətini də o ödəmişdi. Bunu hal-hazırda Term Şirkətinin direktoru olan Hüseyin Abbasov və həmin vaxt Termin baş mühasibi olmuş Səməd Qəhrəmanovun Bakı ACM-də verdiyi ifadələri də təsdiqləyir. 04.02.2005-ci il tarixdə hələ bina və mənzil hazır deyildir. Bina və mənzi l 2007-ci ildə hazır oldu. 05.02.2013-cü il tarixində Cavabdeh1 ilə Term Şirkəti arasında həmin mənzilin alqı-satqı müqaviləsi bağlandı. Bu tarixdə bina və mənzil hazır idi. Term Şirkəti, X borcu ödədiyini göstərən maliyyə arayışı verdi. Əslində mənzilin qiymətini Cavabdeh3, X ödədi və Xun adına müqavilə bağlandı. Belə ki, bu mənzili 2005-ci ildə Etibar Məmmədov aldıqdan sonra 2013-cü ildə o, pula ehtiyacı olduğunu və mənzilin satışa çıxarılmasını Cavabdeh3 xahiş elədi. Mənzilin satışı üçün elan 2013-cü ildə Term Şirkətinin elanlar lövhəsində asıldı. Mənzil 48.000 USD-yə Cavabdeh3 tərəfindən satın alındı. Bütün bunları hal-hazırda Term Şirkətinin direktoru olan Hüseyin Abbasovun Bakı ACM-də verdiyi ifadəsi də təsdiqləyir. 08.02.2013-cü il tarixində Cavabdeh1 mənzili öz adına DƏDRX-də qeydi yyata aldırdı və mülkiyyətə dair Çıxarış aldı. 07.03.2013-cü il tarixində Cavabdeh1 həmin mənzili notarial qaydada Cavabdeh2 45.000 manata satdı. Cavabdeh2 həmin 45.000 manatdan 20.000 manati notarius vasitəsi ilə Cavabdeh1 ödədi, qalan 25.000 manatı ödəyə bilmək ucun mənzili Bank Respublikanın xeyrinə ipoteka etdi və 25.000 manat ipoteka krediti götürdü. Həmin 25.000 manat Bank Respublika tərəfindən Gülməmmədova ödəndi. Azər M. aprel 2013-dən başlayaraq hər ay 190 manat olmaqla ipoteka kreditini Bank Respublikaya geri ödədi. Azər M., Banka olan borcunun sonuncu hissəsini 07.07.2019-da ödədi. 06.04.2013-cü il tarixdə Cavabdeh2 adına həmin mənzil ilə bağlı DƏDRXi mülkiyyətə dair Çıxarış verdi. X9 Respublikanın xeyrinə ipoteka qeyd olundu. 2004-2014-cü illər arasında, Cavabdeh3, Term Şirkəti nin icraçı direktoru vəzifəsində çalışıb. Term Şirkətinin sahibinin isə kim olduğunu Sumqayıtda demək olar ki, hamı bilir. 2014-cü ildə, Cavabdeh3 ilə Term Şirkətinin sahibi arasında mübahisə əmələ gəldi. Bakı ACM-nin 18.06.2017 tarixli hökmü ilə Cavabdeh3 həbs cəzası verildi. 2015-ci ilin oktyabr aylında X çox təəssüf ki, avtoqəzada vəfat etdi. 2016-cı ildə Term Şirkəti, Cavabdeh2 və digər cavabdehlərə qarşı Məhkəmədə iddia qaldırdı və mənzilin alğı satqısına dair müqavilənin etibarsız sayılaraq ləğv edilməsini tələb etdi. Həmin işdə İddiaçı üçüncü şəxs kimi göstərildi. Term Şirkətinin, iddiası məhkəmə tərəfindən baxılmamış saxlanıldı. 2016-cı ildə bu səfər, İddiaçı Cavabdeh2 və digər cavabdehlərə qarşı Məhkəmədə iddia qaldirdı və mənzilin alğı satqısına dair müqavilənin etibarsız sayılar aq ləğv edilməsini tələb etdi. Bu işdə cavabdehlər kimdir: X, X. və Cavabdeh2. Bəs Term Şirkəti cavabdehdir mi? Yox, Term Şirkəti üçüncü şəxsdir? Əslində, İddiaçı ilə Term Şirkəti arasında mənzilin alqı-satqısı müqaviləsi var və Term Şirkəti həmin müqaviləni icra etməyib, belə ki, mənzili Qaçaya Məmmədova təhvil verməyib. Yəni Qacaya qarşı əsas məsuliyyət daşıyan Term Şirkətinin özüdür. Buna baxmayaraq İddiaçı, Term Şirkətinə qarşı iddia qaldırmır. Bu kifayət qədər şübhəli məqamdır. Təbii ki, soruşula bilər: nə üçün İddiaçı müqavilə öhdəliyini icra etməyən Term Şirkətinə və onun sahibinə qarşı iddia qaldırmır? Belə bir iddianın perspektivi də kifayət qədər çox olardı. Bütün bunlar deməyə əsas verir ki, Term Şirkəti ilə İddiaçı əslində əlbirdir. Bunu Term Şirkətinin və İddiaçı nümayəndələri nin eyni şəxs olması (X4) faktı da sübut edir. Burdan da məlum olur ki, İddiaçı həmin mənzildən xəbəri olmayıb. Ona bu barədə 2016-cı ildə Term Şirkətindən deyiblər. Bunu hal-hazırda Term Şirkətinin direktoru olan X və həmin vaxt Termin baş mühasibi olmuş Səməd Qəhrəmanovun Bakı ACM-də verdiyi ifadələr də təsdiqləyir. Term Şirkətinin rəhbərliyi ilə Cavabdeh3 arasında əmələ gələn mübahisədən sonra Term Şirkətinin rəhbərliyi Xdan iddia qaldırmasını istəyib, lakin X buna razı olmayıb. X vəfat edəndən sonra Term Şirkəti özü iddia qaldırdı və iddiasını baxılmamış saxladaraq, Term Şirkəti ilə İddiaçı əlbir olaraq bu iddianı qaldırdılar. Bütün bunlardan məlum olur ki, Term Şirkəti, Qanunla ona verilmiş hüquqlardan sui-istifadə edib. Bundan başqa, Term Şirkəti, İddiaçı qarşı müqavilə öhdəliyini də icra etməyib, buna görə də məsuliyyət daşıyır. Lakin qeyd edilən faktları apellyasiya məhkəməsi araşdırmadan tələm-tələsik qərar qəbul edərək qanunvericiliyi pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Mübariz Yolçuyev kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 337.1. və 337.2. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır – mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 337.3 və 337.4 Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

40. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

41. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

42. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4

4. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

46. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

48. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 51. “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili 04.02.2005-ci il tarixli müqavilə əsasında iddiaçı X3 və iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək mənzilin dəyəri “TERM” kompaniyasına tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq, həmin mənzil kompaniyanın direktoru Cavabdeh3 tərəfindən saxta sənədlərlə, görünüş üçün bağlanılmış yalan və uydurma müqavilələr əsasında qohumları: cavabdeh-qaynatası Cavabdeh1, daha sonra isə ipoteka krediti əsasında cavabdehbibisi oğlu Cavabdeh2 satılmış, mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsin ə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007- ci il 26 sentyabr tarixli Qərar).

53. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin ü zvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin dəyərini tam ödəməklə Q.Mamedov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh3 isə “TERM” kompaniyası adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda, “TERM” kompaniyasının direktoru Cavabdeh3 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin Cavabdeh1 satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

55. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2017-c i il tarixli hökmünün və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh3 mübahisəli mənzilin “TERM” kompaniyası tərəfindən İddiaçı satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə həmin mənzilin Cavabdeh1 məxsus olması barədə saxta maliyyə arayışı və “ətraflı” arayışları tərtib edərək Cavabdeh1 adına “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarış almış, sonradan mənzilin qohumu Cavabdeh2 satılmasını və "xxxx" ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə 25.000 (iyirmi beş min) manat ipoteka krediti rəsmiləşdirilməsini təşkil etmiş və həmin vəsaiti özünün şəxsi ehtiyacları üçün sər f etmişdir.

56. Hökmün surətindən həmçinin görünür ki, Cavabdeh2 ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun bibisi oğludur. Təxminən 2013-cü ilin əvvəllərində Vüqar ona müraciət edərək, işlədiyi “TERM” kompaniyası tərəfindən inşa edilən yeni yaşayış binasından yeni mənzil aldığını bildirmişdir. Vüqar yeni aldığı evin qaynatası Kərimin adına olduğunu və həmin evi banka girov qoymaqla özü üçün ipoteka kredit götürmək istədiyini söyləmiş və kreditin götürülməsində ona köməklik göstərməsini xahiş etmişdir. Təmənnasız olaraq X köməklik göstərmək qərarına gəlmiş, bu qaydada həmin mənzil "xxxx" ASC-yə girov qoyulmaqla Kərimin adından ona satılmış və bu qaydada bankdan 25000 manat ipoteka krediti götürülmüşdür. Həmin krediti bankdan götürdükdən sonra tam şəkildə Vüqarın özünə vermişdir. Lakin, X ın kredit məbləğini hara sərf etdiyini bilməmişdir. Kredit götürüldükdən sonra hazırkı vaxta kimi aylıq 192 manat məbləğində kredit borcunu hər ay Vüqarın özü banka ödəmişdir. Həmin kredit 25 illik müddətinə götürülmüş və kredit məbləğini Vüqarın özü götürüb öz mənzilini də girov qoyduğu üçün kredit ödəməyi Vüqarın özü öhdəsinə götürmüşdür. Təxminən 2014-cü ilin sonlarında isə mənzillə bağlı bir neçə dəfə Sumqayıt Şəhər Məhkəməsinə çağırılmış, lakin məhkəməyə getməmişdir. O, X rın sözlərindən mənzilin faktiki olaraq ona məxsus olmasını hesab edib qohum olduğu üçün ona təmənnasız köməklik göstərmək məqsədilə adına ipoteka krediti götürülməsinə razılıq vermişdir. Bu işdə heç bir maddi marağı olmamışdır.

57. Mənzilə dair “TERM” kompaniyası adından Cavabdeh1 ilə bağlanmış alğı-satqı müqaviləs i, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə Cavabdeh1, nə də Cavabdeh2 həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq Cavabdeh3 mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar (Cavabdeh1, Cavabdeh2) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər. Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

58. Apellyasiya kollegiyası həmçinin q eyd etmişdir ki, X8 mübahisəli mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyindən, həmin müqavilənin ləğvi üçün əsaslar da olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyasının adından Cavabdeh3la Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. İddiaçının qeyd olunanlara əsasən mübahisəli mənzil üzərində istifadə və sahiblik hüququ vardır. İş materiallarından görünür ki, Cavabdeh3 mənzilin faktiki a lıcısı X8 deyil, onun qardaşı Etibar adlı şəxs olduğunu və mənzilin satışını da onun tələbi əsasında həyata keçirdiyini göstərsə də, həmin halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir.

59. Cavabdeh3 mübahisəli mənzilə dair Cavabdeh1 ilə “TERM” kompaniyasının adından alğı-satqı müqaviləsi bağlayarkən həmin mənzil iddiaçıya məxsus olmuş, onun qeyd edilən mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Eləcə də, mübahisəli mənzilin Cavabdeh1 vasitəsilə bir ay keçmədən Cavabdeh2 satılması da görünüş üçün olmuş və bu fakt Cavabdeh3 cinayət işi üzrə məhkəmə qərarı ilə öz təsdiqini bir daha tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, alğı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Cavabdeh3 kompaniya ad ından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3la Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi və 07 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. K assasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 62. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu iş üzrə 11 fevral 2020-ci il tarixli qərarındakı hüquqi mövqelərə uyğun olduğu üçün kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar