Məhkəmə qərarları › İş №2(102)-413/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-413/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-413/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin cavabdehlər Əliyev Nurlan Təlifə oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-413/20 (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, əsas borcun bir hissəsinin bankdan məxaric olunmaması ) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvaz i Vidadi oğlunun, Cavabdeh və vəkili Allahverdiyev Yusif Asif oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1589/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, BK036T101170024 saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 22 faizlə 42 ay müddətinə ******* manat məbləğində kredit verməyi öhdəsinə götürüb.

2. Kreditin təminatı olaraq, Cavabdeh məxsus ünvan 1 mənzil 288 ünvanı nda yerləşən, ilkin qiyməti 140000 manat kimi qiymətləndirilmiş, 96.91 kvadrat metr ümumi sahədən ibarət olan mənzil xx xxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2017-ci il 12 oktyabr tarixli, KM036T10170024 saylı kredit müqaviləsi üzrə 109949.44 manat əsas borc, 20023.02 manat faiz borcu, 593.13 manat cərimə borcu olmaqla, cəmi 130565.59 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 mənzil 288 ünvanında yerləşən ü mumi sahəsi 96.91 kvadratmetr olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və borcun həmin əmlakın hərracında satılması və borcun həmin əmlakın hərracda satışdan əldə olunmuş vəsait hesabına yönəldilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

6. Cavabdehin 2018-ci ilin oktyabr ayının 10-dək 109949.44 manat əsas, 20023.02 manat faiz, 593.13 manat cərimə borcu olmaqla, cəmi 130565.59 manat məbləğində borcu vardır.

7. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi ol mamışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.3, 39.1, 39.3.1 və 39.3.3-cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsində məhkəmə İclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, bankdan xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi ilə 110000 manat məbləğində kredit götürüb. Vəsaiti tam olaraq məxaric etmək mümkün olmadığına görə bankdan ona hər ay 15000 manat pul verilə biləcəklərini demişlər. Üç dəfəyə, yəni xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə hər dəfə 15000 manat olmaqla, cəmi 45000 manat pul məxaric etmişdir. Hazırda bankdakı cari hesabında 60364,44 manat pul vardır və bu pul bankın ona ayırdığı k redit vəsaitidir. Bank 45000 manat məbləğində kredit verməsinə baxmayaraq, bu günə kimi 110000 manata faiz hesablayır. xx xxxxxx 2018-ci il tarixində bankın ləğvedicisinə müraciət edib faizin faktiki götürdüyü pula hesablanmasını xahiş etsə də, nəticəsi olmamışdır.

10. Cavabdehin nümayəndəsi iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir.

11. Füzuli Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert qarşısında cavabdehin borcunun və bankdan məxaric etdiyi məbləğin nə qədər olması barədə sual qoyulmuşdur.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli №22399 saylı rəyində qeyd edilib ki, bankın təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən 2017-ci il 12 oktyabr tarixli, BK036T101170024 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu 42799.09 manat təşkil edir, o cümlədən əsas borc üzrə 42799.09 manat, faiz borcu üzrə 0 manat. Rəydə göstərilmişdir ki, hesabdan çıxarış məlumatlarına əsasən 2017-ci il 12 oktyabr tarixli, BK036T101170024 saylı kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən «xxxx» ASC-dən xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə hər dəfə 15000 manat olmaqla, cəmi 45000 manat pul məxaric etmişdir.

13. Cavabdeh birinci instansiya məhkəməsində ekspert rəyinə etiraz etmədiyini, rəydə göstərilən məbləği ödəməyə razı olduğunu bildirmişdir.

14. Füzuli Rayon Məhkəməsinin 2(705)-705/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2017-ci il 12 oktyabr tarixli, BK036T101170024 nömrəli kredit müqaviləsi üzrə 42.799.09 manat əsas borc, 593.13 manat cərimə borcu olmaqla, cəmi 43392.22 manat borcun və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh birgə mülkiyyətində olan ünvan 1 mənzil 288 ünvanında yerləşən, ümumi sahəsi 96.91 kvadratmetr olan mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi və həmin əmlakın hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına cavabdeh Cavabdeh oğlunun kredit müqaviləsi üzrə 42799.09 manat əsas borc, 593.13 cərimə borcu olmaqla, cəmi 43392.22 manat borcun və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüs umunun əvəzinin ödənilməsi, iş üzrə məhkəmə məsrəfi– 150 manat məbləğində ekspertiza xərcinin Cavabdeh oğlundan tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Bağırov Məhəmməd)

15. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh 2017-ci il 12 oktyabr tarixli, BK036T101170024 nömrəli kredit müqaviləsi üzrə 42.799.09 manat, faiz borcu üzrə o manat, 593.13 manat cərimə borcu olması tərəflərin izahatı, iş materialları və ekspert rəyinə əsasən sübuta yetir.

16. Borcun qalan hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı həmin hissədə iddia tələbini sübut edə bilməyib.

17. Birinci instansiya məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlakın boşaldılması hissə sində iddianı təmin etməyərkən ona istinad edib ki, ipoteka predmeti satılmamış, münasibətə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 269.1, 269.4, 269.5, 297, 309.1, 317.1, 319.1, 385.1, 386.1, 442, 443.1, 465.2, 739.1, 741-ci, “İpoteka haqqında” Qanunun 59-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı ləğv prosesində olan «xxxx» ASC apelyasiya şikayəti verib, qətnamənin ləğv,iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

20. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əvvəla, ekspert rəyinə istinad düzgün olmayıb. Ekspert rəyində faizin, ümumiyyətlə, hesablanmaması ekspertizanın obyektivliyinə şübhə yaradır.

21. Bundan əlavə, Bank üzərinə düşən öhdəliyi, pul vəsaitini iddiaçının cari hesabına mədaxil etməklə yerinə yetirmişdir. Lakin cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qanunun tələbinə görə ona ayrılmış məbləği nağdlaşdırmaq imkanı olmamışdır.

22. Cavabdeh qeyd edilən məbləğ üzərində nağdsız qaydada istənilən əməliyyatı həyata keçirə bilərdi. Bu isə göstərir ki, kredit lazımı qaydada verilib.

23. Həmçinin birinci instansiya məhkəməsi ipoteka predmetinin boşaldılması və ipoteka predmetinin satışından əldə edilən vəsait kifayət etmədiyi halda, qalan pulun cavabdehdən tutulması hissəsində də iddianı təmin etməməklə qanunu pozmuşdur.

24. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1589/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(064)-705/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 109.949.44 (yüz doqquz min doqquz yüz qırx doqquz tam, yüzdə 44) manat əsas borc, 20023.02 (iyirmi min iyirmi üç tam, yüzdə 02) manat faiz borcu, 593.13 (beş yüz doxsan üç tam, yüzdə 13) manat cərimə olmaqla, cəmi 130565.59 (yüz otuz min beş yüz altmış beş tam, 59) manat vəsaitin tutulub ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh məxsus olan ünvan 1 mənzil 288 ünvanında yerləşən ümumi sahəsi 96.91 kv. m. olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi və Cavabdeh mənzildən çıxarılmaqla mənzilin boşaldılması, Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manatın Cavabdeh tutulub «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Zeynal Zeynalov)

25. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh Xəzər filialından illik 22 faizdən çox olmamaq şərti ilə 120 ay müddətinə 110000 manat və ya valyuta ekvivalenti məb ləğində kredit xətti ayrılmış, bu müqavilədə, hissə-hissə veriləcək məbləğlərin gələcəkdə bağlanılacaq müqavilələr üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış eyni tarixli kredit müqaviləsinə əsasən sonuncuya 22 faizlə 42 ay müddətinə ******* manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq, cavabdehə məxsus ünvan 1 mənzil 288 xx xxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 110000 manat Bank tərəfindən borcalanın cari hesabına köçürülmüşdür.

26. Apellyasiya instansiyası hesab edb ki, iddia özlüyündə əsaslıdır, çünki cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir.

27. Apellyasiya məhkəməsi h esab etmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.

28. Apellyasiya məhkəməsi müəyyən edib ki, kredit müqaviləsinin şərtinə uyğun olaraq, 110000 manat məbləğində vəsait borcalan Cavabdeh cari hesabına köçürülmüşdür. Bu halı iş üzrə tərəflər izahatlarında təsdiq etmişlər. Cavabdeh bu halı inkar etməmişdir. Pul məbləğinin borcalanın hesabına tam köçürülməsi həm də onunla təsdiq edilir ki, borclu 3 dəfə pul çıxararkən Bankla ayrıca müqavilə bağlamamış, müraciət etməklə həmin məbləği çıxarmışdır.

29. Apellyasiya məhkəməsi kredit müqaviləsinə əlavə edilmiş, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəyə (ödəniş cədvəlinə) əsasən qeyd edib ki, borcalan C avabdeh xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2021-ci ilədək, hər ay müəyyən (ilkin aylarda 2016,67 manat, sonrakı aylarda 4200,95 manat olmaqla) ödənişlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, ödəniş cədvəli üzrə ödəmələrin pozulması (müəyyən vaxtlarda gecikmələri) müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilir.

30. Apellyasiya Məhkəməsi ekspert rəyini əssasız hesab edərək qeyd etmişdir ki, Cavabdeh hesabına bank tərəfindən 110000 manat pul köçürülməsi o deməkdir ki, həmin miqdarda borc məbləğini borcalan götürmüşdür. Bu vəsaitə dair Bank hər hansı sərəncam verə bilməzdi, onun üzərində məhdudiyyət olmamışdır. Bu vəsait borcalanın sərəncamına verilmişdir və bu vəsait barədə yalnız borcalan sərəncam verə bilər.

31. Sərəncamına verilmiş vəsaitdən istifadə etməməsi, yaxud səmərəli istifadə etməməsi borcalanı kredit müqaviləsi üzrə məsuliyyətdən azad edə bilməz.

32. Apellyasiya məhkəməsinin qənaətinə əsasən iddiaçı Bank 110000 manat borc əsas götürülməklə əsas borcu və faiz borcunu tələb etməkdə haqlıdır.

33. İş materiallarına əsasən borcalan borcun qaytarılması üzrə 2 dəfə ödəniş etmişdir: xx.xx.2017-ci il tarixdə 1075,56 manat və xx.xx.2017-ci il tarixlərdə 2000 manat, cəmi 3000 manat. Ekspert rəyinə görə, həmin məbləğin 2200 manatı əsas borca silinmişdir.

34. Apellyasiya məhkəməsi ekspertin bu qənaəti ilə razılaşmamış və göstərmişdir ki, tərəflərin imzaladıqları kredit müqaviləsinə əlavədə (ödəniş cədvəlində) qarşılıqlı razılaşmaya görə xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək ayda 2016,67 manat ödəniş bütövlükdə faiz borcuna yönəldilməlidir. İlkin ödənişlər əsas borcdan çıxılmamalı idi. Buna görə də ekspert rəyində 2200 manatın əsas borcdan silinməsi əsaslı sayıla bilməz. İddiaçı 109949,44 manat tələb etməkdə haqlıdır.

35. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı xx.xx.2018-ci ilə (11 aya) olan borcu tələb etmişdir. Həmin müddətə, müqavilə şərtlərinə uyğun olaraq əsas borca 20023,02 manat faiz borcu hesablamışdır. 20023,02 manat faiz borcu və 593,13 manat cərimə borcu əsaslıdır.

36. İddiaçı həm də ipoteka predmetinə tutma yönəldilməsini və boşaldılmasını xahiş etmişdir. Bu barədə cavabdeh mübahisə açmamışdır.

37. Birinci instansiya məhkəməsi borcun ipoteka predmetinə yönəldilməsini təmin etsə də, ipoteka predmeti olan mənzildə yaşayanların mənzildən çıxarılmasını təmin etməmişdir. Apellyasiya instansiyası bunu düzgü n hesab etməmişdir.

38. Apellyasiya qeyd etmişdir ki, iddia bu hissədə də təmin edilməli, tutma ipoteka predmeti olan mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, borc həmin əmlakın hərracında satışından əldə olunan vəsait hesabına ödənilməli, mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalıdırlar.

39. Bununla belə, apellyasiya məhkəməsi ipoteka predmeti olan mənzil boşaldıldıqdan sonra mənzilin Banka təhvil verilməsi hissəsində iddianı təmin etməmiş və bunu onunla əsaslandrımışdır ki, bu hissədə iddianın hüquqi əsası yoxdur.

40. Apellyasiya məhkəməsi ipoteka predmeti olan mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada cavabdehdən tutulmasına dair hissədə iddianı ayrıca təmin etməyə də ehtiyac görməyib və bu hissədə gəldiyi nəticəni onunla əsaslandırıb ki, borcun tutulması barədə tələb artıq təmin edilmişdir və ipoteka predmeti olan mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin borcludan tutulması icra qaydasında həyata keçirilə bilər.

41. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 385.1, 421.2, 423.2, 443.1, 445.2.1, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 59.3.1, 59.3.2 və 59.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehin hüquq və haqlı mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə çıxarılmışdır.

44. Cavabdehin hesabına 110000 (bir yüz on min) manat köçürülsə də o, pul vəsaitinin hamısının çıxartmamışdır; cavabdeh cəmi 3 dəfə, hər dəfə 15000 (on beş min) manat olmaqla, cəmi 45000 (qırx beş min) manat pul məxaric etmişdir.

45. Cavabdeh götürdüyü məbləğə görə borcunun bir hissəsini ödəməmiş, 42799 (qırx iki min yeddi yüz doxsan doqquz) manat pul borcu qalmışdır ki, bu da iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasında ətraflı şəkildə göstərilmişdir.

46. Ona görə də iddiaçı hesab edir ki. borc həmin məbləğdən hesablanmalıdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

47. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

48. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Allahverdiyev Yusif Asif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

49. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd ediməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiril məsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlər də qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçi rməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “Banklar haqqında” Qanun Maddə 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əman ətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilm əsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

51. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

53. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və borcun ipoteka ilə yüklü edilmiş əmlakın satışından əladə edilmiş vəsait hesabına ödənilməsi barədədir.

54. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallar ı da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehin cari hesabına 110000 manat köçürülsə də, cavabdeh həmin məbləğdən yalnız 45000 manat pul məxaric edə bilmişdir.

55. Apellyasiya məhkəməsi iddianı borc məbləğinə aid hissəsə təmin edərkən ona istinad edib ki, cavabdehin hesabına bank tərəfindən 110000 manat pul köçürülüb, bu da o deməkdir ki, həmin miqdarda borc məbləğini borcalan götürüb, bu vəsaitə dair Bank hər hansı sərəncam verə bilməzdi, vəsaitin üzərində məhdudiyyət olmamışdır. Vəsait borcalanın sərəncamına verildiyi üçün vəsait barədə yalnız borcalan sərəncam verə bilərdi və sərəncamına verilmiş vəsaitdən istifadə etməməsi, yaxud səmərəli istifadə etməməsi borcalanı kredit müqaviləsi üzrə məsuliyyətdən azad edə b ilməz.

56. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, işin müəyyən edilən mübahisəsiz halından görünür ki, “xxxx” ASC ilə cavabdeh arasında baş kredit və kredit müqavilələri xx xxxxxxx 2017-ci ildə bağlanmış, bundan iki ay sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda, “xxxx” ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi anından başlayaraq, cavabdehin həmin ləğv prosesində olan bankdakı hesabında olan vəsaitə dair sərəncam verib-verə bilməməsi imkanı “Banklar haqqında” Qanunun, o cümlədən həmin Qanunun yuxarıda qeyd edilən 71-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməyib.

58. Başqa sözlə, cavabdehin müflis elan edilmiş və iflas prosedurana başlanmış vaxtdan etibarən bankdakı hesabında olan vəsaitə dair sərəncam verib-verə bilməməsi halını müəyyən etmədən, apellyasiya instansiyası məhkəməsinin borcalanın həmin vəsaitdən istifadə etməməsi və ya səmərəli istifadə etməməsi nəticəsinə gəlməsini məhkəmə kollegiyası əsaslı hesab etmir. Halbuki iddianın qanuni və əsaslı qaydada həlli məhz bundan asılıdır. Çünki cavabdehin cari hesabında qalan vəsaitə özünün iradəsindən asılı olmayaraq sərəncam verə bilməməsi halı ən azı həmin məbləğə münasibətdə iddianın başqa qaydada həll edilməsi üçün əsas verə bilərdi.

60. Həmçinin, apellyasiya instansiyası məhkəməsi borcun məbləği ilə bağlı yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etmişdir. Məhkəmə kollegiyası bunu da əsaslı hesab etmir. Çünki birincisi, həmin arayışın mötəbərliyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməyib. Borcun məbləğinin düz hesablanıb-hesablanmaması ilə bağlı apellyasiya instansiyası ekspertizanın zəruriliyini nəzərdən keçirməyib. İkincisi, cavabdeh kredit məbləğindən 45000 manat məxaric etdiyini demiş, ekspert rəyi ilə bu hal təsdiq edilmiş, apelyasiya instansiyası isə hesabdan çıxarışa əsasən məxaric edilən məbləğin 49635,56 manat olmasını müəyyən etmişdir. Bu ziddiyyət də aradan qaldırılmayıb.

61. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tələbin cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsini qət etsə də, mənzilin açıq hərracda ilkin satış qiymətinin müəyyən etməməkl ə qanunvericiliyin tələbini pozmuşdur. Çünki qanunvericiliyin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir.

62. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

64. Yuxarıda göstərilənl əri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1589/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar